“KĠTABI-DƏDƏ QORQUD”DA ONOMASTĠK-SEMANTĠK MƏKAN
Dadaşova R.B.
AMEA, Folklor İnstitutu
Folklor dilinin, folklor mətnlərinin onomastik sistemi tədqiqatçıların daim diqqət mərkəzində
olmuşdur. Adlar həmişə etnik-mənəvi mədəniyyətin tərkib hissəsi kimi, əsasən, mifoloji və folklor
mahiyyətli olubdur. Folklor mətnlərində qəhrəmanın (personajın) adı onun hərəkətlərini, davranışını,
bütövlükdə taleyini modelləşdirir. Məsələn: antik ədəbiyyatda fatalizmdən fərqli olaraq, skandinav
qəhrəmanlıq poeziyasının qəhrəmanı taleyə boyun əymir, ona qarşı çıxır, necə deyərlər, qəhrəman öz
taleyini formalaşdırır. Qəhrəmanın ölümü spontan iradəsi ilə bağlıdır.
Hər bir ad özlüyündə qısa, yığcam mətndir: onların yozumu, şifrələnməsi hər bir xalqın, konkret
dil daşıyıcısının etnik-mədəni gerçəkliyi öyrənilmədən mümkün olmur. Şəxs adlarının funksiyasını
müşahidə edərkən bildirilənlə bildirən, işarə və məna arasındakı distansiyanın müəyyənləşdirilməsi ənənəvi
etnik mədəniyyətin inkişafının araşdırılması metodlarından biri ola bilər.
Folklor onomastikasında həm leksik səviyyədə, yəni onomastik vahid müəyyən kod kimi
nəzərdən keçirilir; həm də onun poetik-folklor leksikası ilə, folklor kodu ilə uzlaşmasına diqqət yetirilir.
Əski türk adlarının təsnifatı - arzulanan adlar (dezirativlər), ithaf olunan adlar (memorativlər), təsvir
olunan adlar (deskriptivlər) – müxtəlif tarixi dönəmlərdə stereotiplərin dəyişdiyini göstərir.
Azərbaycan dastanlarında elə bir onomastik vahid (şəxs adı) yoxdur ki, qəhrəmanın adı hansısa
keyfiyyətləri ilə, yaxud xalqın inanc dünyası ilə, mifoloji-dini görüşləri və tarixi ilə əlaqədar olmasın.
Bəzi hallarda qəhrəmanın adı o qədər şəffaf olur ki, xüsusi izahat, əlavə şərh tələb etmir. Türk
qəhrəmanlıq eposu ―Kitabi-Dədə Qorqud‖ əcdadlarımızın, atalarımızın dünya, ətraf mühit haqqında
mifoloji təsəvvürlərini və qədim ideologiyasının elementlərini özündə qoruyub saxlayır. Epos arxaik
ritualların, inancların ifadə olunduğu mükəmməl mətndir. Məsələn, ―Kitabi-Dədə Qorqud‖da Basat
ənənəvi yolla – ―baş kəsib, qan töküb‖, Oğuzda ad qazanmayıb. Dədə Qorqud ―Basat‖ adını ona
―heyvanlarla müsahib olmağı‖na görə verir. Yakut dastanlarına görə də, ikinci əsl ad yay çəkib ox
atmağa başlayarkən verilirdi. Saxa olonxolarında adı olmayanın, eləcə də bu üzdən çəkdiyi əzablardan,
iztirablardan danışılır.
Azərbaycan filologiyasında ―Kitabi-Dədə Qorqud‖da adlar, advermə mərasimi ilə bağlı xeyli
müxtəlif səpgili araşdırmalar aparılmışdır, xüsusən, dastanlarda advermə, yaxud adqoyma ritualı ilə
bağlı maraqlı tədqiqatlar mövcuddur. Bu istiqamətdə M.Seyidov, T.Hacıyev, B.Abdullayev, A.Nəbiyev,
F.Bayat, F.Xalıqov, S.Rzasoy, R.Qafarlı, Ə.Tanrıverdi, C.Bəydili, A.Hacıyev, R.Kamal və başqa alimlərin
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
145
ciddi araşdırmaları göstərir ki, advermə-adalma türk eposunun aktual mövzularından biridir. Bu
mövzunun nəzəri həlli üçün bir sıra humanitar elmlərinə (etnoqrafiya, tarix, sosiolinqvistika və s.)
kompleks yanaşması vacibdir, xüsusilə də bu məsələnin ritual aspekti tədqiqatlardan bir qədər kənarda
qalmışdır.
Oğuzların bu möhtəşəm eposunda advermə, adalma ilə bağlı ritual elementləri mətnin süjet
sistemində aparıcı yer tutur. Advermə epik mətndə sujet motivi kimi ya birbaşa, ya da transformasiya
olunmuş şəkildədir. ―Kitabi-Dədə Qorqud‖da advermə törəni onomastik mənanı yaradır. Bir neçə
―boy‖un strukturunda yer tutan bu ritual aktı vacib süjet vahidi kimi çıxış edir.
Dastan antroponimlərinin struktur təhlili epik mətndə süjet semantikası ilə onomastik vahidlərin
qarşılıqlı əlaqədə olduğunu göstərir. Epik poeziyasının səciyyəvi priyomları dastan onomastikasına təsiri
müşahidə olunmaqdadır, bu da ad yaradıcılarının metaforik təfəkküründən xəbər verir. Uzaq keçmiş
zamanlarda poetik yaradıcılıq qanunları üzrə təşkil olunmuş şəxs adları müvafiq ovqatın, əhval-
ruhiyyənin yaranmasına yönəlirdi. Ad qəhrəmanın əməllərini və davranışını, ―tale mətni‖ni
proqnozlaşdırırdı və bununla da dinləyicilərdə (ətrafdakılarda) müəyyən reaksiya doğururdu. Bu mənada
epik adları proqnozlaşdırıcı semiotik sistem kimi də nəzərdən keçirmək olar.
―Kitabi-Dədə Qorqud‖da qəhrəmanların adlarının atalarının adları ilə birgə verilməsi (Qiyan
Səlcuq oğlu Dəli Dondar, Qaragünə oğlu Qarabudaq, Qəflət Qoca oğlu Şirşəmsəddin, Qazılıq Qoca
oğlu Yeynək, Elin Qoca oğlu Alp Ərən) ənənəvi etnik onomastik modelin olmaqla yanaşı, dastan
mətnlərində Ata (əcdad) mifinin, Ata (əcdad) arxetipinin mövcudluğu ilə əlaqələndirilə bilər.
Epik mətnin substratında yer almış islami təsəvvürlər, arxaik türk ad sistemini sıradan çıxara
bilməmişdir. ―Kitabi-Dədə Qorqud‖un onomastik sisteminin statistik, etimoloji təhlili göstərir ki, orta
əsrlərin İslam refleksiyası türk mənşəli epik onomastikanı sıxışdıra bilməmişdir. Arxaik adların etnik-
mədəni sistemdə hələ aktual olmasını etnik-mədəni özünüdərk hissinin güclü olması ilə əlaqələndirmək
mümkündür.
Oğuz qəhrəmanları əsl adla yanaşı, həm də cəmiyyətdəki sosial mövqeyi əks etdirən təntənəli
titullarla, şəxsi keyfiyyətləri ifadə edən epitetlərlə təqdim olunurlar. Bəy, xan, xatun, sultan, bahadır, qoca,
alp kimi titullar boyların onomastik- semantik məkanında özünəməxsus yer tutur.
―Kitabi-Dədə Qorqud‖da şəxs adlarının semantik, leksik - morfoloji xüsusiyyətlərinin araşdırılması
göstərir ki, abidədəki şəxs adları XI-XV əsrlər Azərbaycan, türk onomastik məkanının tərkib hissəsi
olmuşdur. Bəzi obyektiv səbəblərə görə (islam dini, sufizmin təsiri) abidədə bir sıra antroponimlər
yaddaşlardan silinmişdir, yaxud dilin leksik sistemində arxaikləşmişdir.
QƏRBĠ AZƏRBAYCANIN QARAQOYUNLU BÖLGƏSĠNĠN YANIQPƏYƏ KƏNDĠNĠN ETNONĠMLƏRĠ
Əhmədov N.Ş.
Sumqayıt Dövlət Universiteti
Yanıqpəyə kəndi-Yelizavetpol (indiki Gəncə şəhəri) quberniyasının Qazax qəzasında (indiki
Etmənistanın Krasnoselo rayonunda) kənd adı. Kənd 1937-ci ilədək Dilican şəhərinin inzibati-ərazi
bölgəsinə daxil olmuşdu.1937-ci ilin dekabr ayının 31-də Krasnoselo rayonu yaradıldıqda kənd inzibati-ərazi
bölgəsinə görə yeni yaradılmış rayonun tərkininə daxil olunmuşdur.Yanıqpəyə kəndi rayon mərkəzindən 33
km şimal-qərbdə yerləşir. 1897-ci ildə kənddə 133 nəfər, 1979-cu ildə 220 nəfər yaşamışdır. 1919-cu ilin
mart ayında Andranikin quldur dəstələri kəndə basqın etmiş qocalara, uşaqlara, qadınlara, qızlara aman
vermədən qılıncdan keçirmiş, əhalinin sağ qalanları isə Azərbaycanın qonşu rayonlarına qaçmışlar.
Ermənistanda Sovet Hakimiyyəti qurulduqdan sonra camaatın bir hissəsi yenidən kəndlərə qayıtmışlar.
Mancanlılar//Ġmancanlılar. Yanıqpəyə kəndində ilk məskunlaşmış tayfalardan biri mancanlı
tayfasıdır. Bizdə olan məlumata görə mancanlı tayfası Azərbaycan Respublikası Qazax rayonunun Daş
Salahlı kəndindən qopmuşdur. Sözün tələffüzünü və fonetik quruluşunu tədqiq etdikdə, hesab edirik ki,
mən// man+can+lı sözünün əsl mənası imancanlı, yəni adamcanlı deməkdir. Nəslin ağsaqqaları və
ağbirçəkləri ilə söhbət edərkən bir daha aydın olur ki, tayfanın ilk adı ―imancanlı‖lar olmuşdur, yəni ―adam
canlı‖ adam sevən deməkdir. Kənddə yaşamış digər tayfaların adlarına nəzər salaq: qaramanlılar,
şeləmənlilər, sərdarlılar, murğuzlular, badanlılar, ramazanlılar, qaraəhmədlilər. Kəndin tayfa adlarında, yəni
etnonimlərində, ―man//mən‖ formantları diqqəti cəlb edir. Azərbaycan dilində olan bəzi sözlərin yaranma
yollarını tədqiq edərkən ―azman‖, ―qocaman‖ və həmin bölgədə işlənən dialekt söz ―dızman‖ sözlərində
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
146
―man//mən‖ formatının nəhəng, uru, çox iri mənasında işlənməsini görürük. Hesab edirik ki, ―Mancan‖
sözünün digər leksik mənası böyük, nəhəng, iri, canlı deməkdir. Beləliklə, Mancan sözü iri+canlı, nəhəng
canlı mənasında da işlənir.
Qaramanlılar// Qaramanlı. Qaraman toponimi yalnız Azərbaycan Respublikasında və eləcə də
tədqiq olunan bölgədə deyil, bütün türkdilli bölgələrdə geniş areala malikdir. Azərbaycanda Aşağı
Qaramanlı, Yuxarı Qaramanlı (Neftcala rayonu), Qaramanlı (Qubadlı rayonu), Qaraman (Göyçay rayonu),
Türkmənistanda Qaraman (Saraqt bölgəsi), Qaramanlı (Daşlı hovuz bölgəsi) Özbəkistanda Qaraman,
Türkiyədə və Qazaxıstanda və Gürcüstan Respublikasının Borçalı bölgəsində Qaramanlı formasında
mövcuddur. Türkmənistanda da qaraman komponentli dərə, təpə, çay, quyu adları var. Bi isə, həmin
toponimlərin qədim qaraman // karaman tayfa adları ilə bağlılığını göstərir. Qaraman//Karaman etnoniminin
mənşəyi və yaşayış arealı haqqında müxtəlif fikirlər mövcuddur. S.Ataniyazovun fikrincə, türkmənlər
Qaraman etnonimli Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlıdır.
Murğuzlular//Murğuzlu. Murğuzlu etnonimi öz adını ―Mur‖ antroponimindən almışdır. Əzəmət
Rüstəmlinin ―Qədim oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları‖ kitabında Azərbaycan mənşəli
toponimik adlar sistemində Sisyan rayonu ərazisində yerləşən coğrafi adlardan birinin də Murğuz
etnotoponiminin olduğu qeyd edilir. Bu oykonimin Qırxlar dağının ətəyində yerləşdiyi göstərilir. Murğuz
etnoniminin linqvistik tərkibində Oğuz qatının olması özünü biruzə verir. İlk baxışdan tərkib hissələrə
parçalanması qeyri-mümkün sayılan bu sözdə tarixi sirr olduğu üzə çıxır. Vaxtilə müstəqil dil vahidi olan
(mur və quz//ğuz) komponenti zamanının hökmü ilə daşlaşmış, substantivləşmiş və nəticədə mənası aydın
olmayan sadə dil vahidinə-etnonimə çevrilmişdir. Deməli, sadə etnik vahidlərin semantik və morfolojo
birliyi mürəkkəb dil vahidlərinin yaranması üçün zəmin yaradır. Fikrimizi daha dəqiq ifadə etsək, ayrı-ayrı
qohum və qeyri-qohum etnoslar birləşərək vahid etnosun yaranmasında fəal iştirak edir. Belə birləşmə
Murğuz etnonimində aşkar görünür. Yanıqpəyə kəndində məskunlaşmış Murğuzlu tayfası Qazax rayonunun
Orta Salahlı tayfasından (indi kənd də Orta Salahlı adlanır) qopmuşdur.
“TĠNLĠ” ETNONĠMĠ ÇĠN QAYNAQLARINDA
Əhmədova E.H.
Sumqayıt Dövlət Universiteti
Hər bir xalqın tarixinin, etnik tərkibinin öyrənilməsində etnonimlər ən etibarlı mənbələrdəndir. Zaman
keçdikcə bu və ya diğər etnik qrup: nəsil, tirə, boy, xalq və s. tarix səhnəsindən çəkilib onun görünməyən
ənginliklərində itib-batsa da, onların adları müxtəlif yer-yurd adlarında əsrlərlə, hətta minilliklərlə daşlaşaraq
bu günümüzə qədər gəlib çatır. Belə adlardan biri də Tinli etnonimidir.
Tinli etnonimi respublikamızda məhdud sayda olsa, da toponimlərdə mühafizə olunmuşdur. Qubadlı
rayonunda Bərgüşad və Həkəri çaylarının qovuşduğu dağətəyi ərazidə yerləşən Qilican və Xocahan kəndləri
ilə həmsərhəd olan kəndin adıdır. Eyni adda yaşayış məntəqəsi Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi
vahidliyində də müşahidə olunur. Qubadlının yerli sakinlərinin ehtimalına görə, kənd Cəbrayıl rayonundan
köçüb gələn ailələr tərəfindən salınmışdır ki, həmin ailələr də XIX əsrdə Cənubi Azərbaycanın Tin
kəndindən şimala köç edən tinlilərin xələfləri hesab edilir. Bəs tinlilər kim idi? XIX əsrə qədər tarixdə
mövcud olmayan bir boy birdən-birəmi peyda olub gün işığına çıxdı? Bu suallara tarixin qaranqlıq
səhifələrində gizli qalan tinlilərdən xəbər verən çin qaynaqları aydınlıq gətirəcək.
Böyük Hun imperiyası qurulduqdan sonra Mərkəzi Asiyanın cənub-qərbində yaşayan bir sıra boylar da
imperiyanın tərkibinə qatılıb hun hakimiyyətinə tabe oldu. Bunlardan biri və ən önəmlisi əski türk
boylarından olan tingliglər idi. Onların hunların tərkibinə daxil olması barədə dəqiq məlumat olmasa da,
xronoloji hadisələrin ardılcıllığına görə, bu tarixin e.ə. 206-201-ci illərə təsadüf etdiyi güman edilir. Çin
qaynaqlarında bundan bir əsr sonraya qədər tingliglərin adı xatırlanır. Güman ki, dinc həyat sürdükləri, hər
hansı ictimai-siyasi hadisədə iştirak etmədikləri və heç bir üsyana, mücadiləyə cəhd göstərmədikləri üçün
sonrakı dövrlərdə adlarının çəkilməyinə ehtiyac duyulmamışdır. Tarixi qaynaqlarda varlıqlarını miladdan
sonrakı dövrlərə qədər qorumağa səy göstərən tingliglər haqqında məlumatlar çox azdır. Hətta e.ə. XII-VII
əsrlərə aid edilən Qarasuk mədəniyyətinin yaradıcılarının da tingliglərin ulu babaları olduğu ehtimal edilir.
Tədqiqatçıların çoxu bu fikirdədirlər ki, sayca qırğız və hu-te boylarından daha çox olan tingliglər sonrakı
əsrlərdə meydana çıxan kaoçe və tölis boylarının sələfləridir. Sonrakı dövrlərdə Məvaraünnəhrin quzeyində
Qərbi Türküstanda yaşadıqları qeyd olunur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
147
E.ə. 72-ci ildə Çinlilər öz müttəfiqləri olan Vu-sunlarla birlikdə hunlara qarşı hücuma keçərək onları
məğlub etdilər. Bu savaşdan sonra Hun imperiyası xeyli zəiflədi. Belə bir vəziyyətdə bir sıra boylarla yanaşı
tingliglər də yenidən tarix səhnəsində görünməyə başladılar. Belə ki, Vu-sunların üsyanından hiddətlənən
Hun hökmdarı ətrafına xeyli qüvvə toplayaraq onların yaşadığı Tanrı dağların ətəklərinə doğru qoşun
yeridərək onları darmadağın etdi. Geri dönərkən sərt qış soyuğu ilə üzləşən hun qoşunları çox sayda insan
tələfatı verdi. Bu fürsətdən yararlanan Vu-sunlar qərbdən, moğollar şərqdən, tinglilglər isə şimaldan hunlara
qarşı hücuma keçib onları məğlubiyyətə uğratdılar. Bu savaşdan sonra Hunlar özlərinə tabe olan tayfa və
boyları yenidən vahid hakimiyyət altında birləşdirmək gücünə sahib ola bilmədilər. Bu hadisədən 8 il sonra
Hun dövlətinin tərkibində baş verən daxili çəkişmələrdən istifadə edən tingliglər hunlara qarşı hərəktə keçib
atlarını, qoyunlarını və s. yağmaladılar. Çin qaynaqlarına görə, e.ə. 71-51-ci illərdə tinqliglər müstəqil
şəkildə yaşamışlar. Hun hökmdarının oğulları Hu han ye ilə Çiçi arasındakı ədavət ( Çinin vergi ödəməkdən
imtina etməsi və fasiləsiz hücumlarının nəticəsində Hun dövləti daha da zəifləmiş, ―Böyük İpək yolu‖nun
idarəçiliyi də Çinin əlinə keçmişdir. Çıxış yolunu Çinə tabe olmaqda görən Hu han ye könüllü təslim olmuş,
bu da iki qardaş arasında qarşıdurmaya səbəb olmuşdur) e.ə. 58-ci ildə dövlətin parçalanmasına səbəb oldu.
Çiçi xan özünə bağlı olan kütlələrlə qərbə doğru iləliləyərək əvvəl qırğızları, e.ə. 49-cu ildə isə tingligləri
özünə tabe etdi. Beləcə bizim eranın V əsrinə qədər müxtəlif tarixi olaylarda tinglillərin adı çəkilir. Tarixi
bilgilər tingliglərin miladdan sonra IV əsrdə üç ayrı bölgədə yaşadıqlarını deməyə əsas verir: qərb budağını
İrtış çayı, şimal qolunu Baykal-Yenisey ətrafında yaşayanlar, cənub qolunu isə Qobi səhrasından Çinə qədər
yayılanlar təşkil edirdi. Qərb budağından olan tingliglər əvvəlcə Qazaxıstana, daha sonra qərbə doğru axın
etmişlər. Bir müddət Seyhun çayının quzeyində məskunlaşmış, sonradan Şərqi Avropaya doğru irəliləyərək
bu ərazilərdə yayılmışlar. B. e. V əsrindən sonra Bizans qaynaqlarında tingliglər oqur adı ilə tanınmağa
başlamışlar (oqurların beş oqur, altı oqur, doqquz oqur, on oqur, otuz oqur,sarı(ağ) oqur kimi boyları
olmuşdur). Atilanın ölümündən sonra taxta keçən oğullarının hakimiyyətdə səriştəsizliyi nəticəsində
tamamilə zəifləyən Qərbi Hun dövləti 470-ci ildə süqut etdi. Dövlət parçalandıqdan sonra tərkibindən ayrılan
türk tayfaları arasında oqurlar da vardı ki, bu dönəmdən etibarən onlar tarix səhnəsində bulqar
(bulğalanmaq/bulanmaq (qarışmaq) feilindən yaranıb) kimi yer almışlar. Bulqarlar Azərbaycan xalqının
etnogenezində özünəməxsus yeri olan bir türk tayfasıdır. Albaniya dönəmində hakim mövqedə olan alban
tayfalarının tərkibində bulqarların adı çəkilir. Türk xalqlarının şifahi xalq yaradıcılığının əvəzsiz incisi
sayılan ―Kitabi-Dədə Qorqud dastanlarında da bulqar etnoniminə rast gəlinir: Ötəki qara tağın bir yanında
bolqar bir ər gördüm.
M.H Baharlı qeyd edir ki, bulqarlar ―...Arazdan şimalda, Ararat dağlarının ətəklərində, həmçinin indiki
Kaxetiyada yaşamışlar. Bulqarların hərəkət yolu, ehtimal ki, Azərbaycandan, Xəzər dənizi sahillərindən
düşmüşdür, çünki onlar burada bir çayın və bəzi ―Bulqar‖ adlı kəndlərin..adlarında öz izlərini qorumuşlar‖.
Deməli, bulqarlar bu ərazinin qədim sakinlərindən olmuş, eyni zamanda bulqar adı ilə yanaşı əskidən bəri
atalarına, ulu babalarına məxsus olan tinli adını da mühafizə etmişlər.
Q.Qeybullayevin ―Azərbaycan türklərinin təşəkkülü tarixindən‖ adlı kitabından oxuyuruq: ―Bulqar
türk tayfa birlikləri Cənubi Qafqaza e.ə. II əsrdən köç etməyə başlamışlar Onlar, əsasən, Cənubi Azərbaycan
ərazisində məskunlaşmışlar‖. Şübhəsiz, Cənubi Azərbaycanda yerləşən Tin kəndi də bulqarların ulu
babalarının adını əks etdirir. Deməli, Qubadlının Tinli kənd sakinlərinin - tinlilərin Cənubi Azərbaycandan
köç edərək Qubadlı və Cəbrayıl ərazisində məskunlaşdığı fikri bu tarixi dəllilər əsasında özünü doğruldur.
E.ə. I əsrin ortalarına aid Çin salnaməsində oqurların adı ho-ku/ho-kue/hokut şəklində çəkilir və
tingliglərlə eyni qoldan olduqları qeyd edilir. Əsas məşğuliyyətləri heyvandarlıq, dabbaqlıq və kürkçülük
olan oqurlar (tingliglər) Çinə vergi olaraq at və samur dərisi verərmişlər. Əski türkcədə teğinq sözü ―samur‖,
teğinqli isə ―samurlu‖ anlamını ifadə etmişdir. ―Divani-lüğət-it-türk‖ samur sözü təginq şəklində göstərilir.
Bilgə xaqan abidəsində həmin söz eyni şəkildə və mənada işlənmişdir: ...gök tiğinin türkimə , bodunuma
kazğanu birtim, iti birtim..... buŋsız kıltım. - ...göy samurunu türkümə, xalqıma qazandım, hədiyyə etdim,
dərdsiz etdim, (Bilgə xaqan abidəsi). Göründüyü kimi, oqurları onların başlıca məşguliyyətini əsas tutaraq
teğinqlig/tinqlig/tinqli/tinli adlandırmışlar.
Bir çox türk dillərində boğaz samiti olan ğ çox vaxt tələffüzdə hiss olunmur. Məsələn: Türkiyə
türkcəsində bağ, dağ, yağ kimi sözlərin sonundakı ğ səsi [a:] kimi tələffüz edilir. Türkmən türkcəsində isə
həm yazıda, həm tələffüzdə qoşa aa – [a:] şəklində ifadə olunur: daa, baa, yaa və s. Teğinli sözündəki ğ səsi
də, görünür, sonrakı mərhələlərdə tələffüzlə əlaqədar olaraq, səsdüşümünə, eyni zamanda sözün sonundakı g
samiti də apokopaya uğramışdır ki, bu da türk dilləri üçün səciyyəvidir (məsələn: tirig/tiri/diri,
kapığ/kapı/qapı və s.)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
148
YƏHUDĠ TÜRKLƏR: XƏZƏRLƏRĠN DĠLĠ
Əliyev T.V.
AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu
Erkən orta əsr Çin mənbələrində Tu-Che kimi göstərilmiş Göytürklərin qərb qoluna məxsus hun-savir-
xəzər etnosu Qazaxıstan, Ural, Şərqi Avropa, Qafqaz və Şimali Qara dənizə yayılaraq Böyük Hun
imperatorluğunun süqutundan sonra qərbə doğru köç edib imperatorluq quran hunlarla birləşərək yeni bir
dövlətin – Xəzər xaqanlığının əsasını qoydular. Ərəb dövləti ilə eyni vaxtda yaranan dövlət Şərqi Avropanın
erkən orta əsrlər tarixində şəhər mədəniyyəti ilə özünəməxsus yer tuturdu. Erkən dönəmdə Tenqrizm
ənənələrinə sadiq qalan savir-xəzərlər VIII əsrin sonlarında yeni səmavi dini – İudaizmi qəbul etdilər. Yeni
din xaqan ailəsi və yüksək dairələr arasında daha surətlə yayılırdı. Məzh bundan sonra bəzi xəzərlər İslam
dinini qəbul edib cənuba – Qafqaza, xristianlığı qəbul edib Urala doğru çəkildi. Müəyyən hissəsi-tenqrizmə
qalan hissəsi musəviliyə yönəldi. Nəticədə, ivrit terminləri xəzər dilində önəmli yer tutmağa başladı.
Erkən orta əsrlər dövründən bizə yazılı mənbələr əsasında qalan məlumatlara, əsasən, xəzərlərin dilinin
türk dillərinin dövr üçün xarakterik olan hun qrupunun qərb qoluna mənsub olduğunu söyləmək mümkündür.
Mənbələrə görə, dövrümüzə çatmış xəzər isimləri, yer adları və sözlərə diqqət yetirək: Kamlık (Xamlıx),
Səməndər, Bələncər, Atil (İtil), Sarıqşın, Çutuf qalası (Yəhudi qalası), Qara toba, Sudakgüslü ev, Qara xəzər,
Barsilia, Qobar (Kobar), Yülig, Alp İlutier, Alp Tarxan, As Tarxan, Ovçu Tarxan, Baqatur, Xaqan, Xatun,
Çat Xaqan və s.
Atillanın vəfatından sonra oğlu İrnik oğur türklərini birləşdirdi. Daha sonra həmin tayfalar Xəzər
xaqanlığının içərisində olan oğur boyları bunlardır: Onoğur, Oğur, Sabir, Barqır, Kortiqur (Kutiqur), Kasir,
Dirmir, Sarıoğur, İdimar. Xristian xəzərlərin çuvaş dilinə təsirini nəzərə alaraq oğur ləhcəsini həmin dillə
müqayisə etmək mümkündür.
Sözü gedən dövrdə savirlər Kür-Araz vadisində sayca üstünlük təşkil etməklə geniş ərazidə yayılırdı.
Yerli albanlarla qaynayıb-qarışır, o cümlədən Bizans qapılarına dəfələrlə hücum edirdilər. Alanlar isə 5 boy
olaraq: Dhses, Ruks-As, Rux-As, Tulas və Laqır olmaqla, sonuncu ikisi xəzərlərə daha yaxın münasibət
saxlayırdı.
Xəzərlərdə Alp Tarxan və As Tarxan ordu rəhbəri titulu idi. Ovçu Tarxan oxatan qrupunda da
rastlanırdı. Baqatur – böyük döyüşçü, baştü – qadın döyüşçü idi. Çur və ya Çor isə Qafqaz Albaniyasının Çul
və ya Çola toponimi ilə eynilik təşkil etdiyini göstərmişdir.
Xəzər xaqanı İosifin (Josef və ya Yusif) Əndəlusiyaya göndərilən cavab məktubuna diqqətlə nəzər
saldıqda onların dininin musəvi olduğunu, terminlərdən isə türk mənşəli olduqlarını anlamaq mümkündür.
Xaqan məktubunda soykökləri haqqında yazmağı unutmur və mənbə kimi Tövratı göstərir: ―Bu Toqarma
hökmdarı Yusifin cavabıdır... Məktubunda bizim hansı xalqdan, hansı soy və boydan gəldiyimizi soruşursan.
Bil ki, Yafəs oğullarından, onun oğlunun oğullarından, Toqarmadan (gəlirik). Atalarımızın şəcərə
kitablarında Toqarmanın on oğlu olduğunu tapdıq; adları belədir: Birincisi Ağıyor, (sonra) Tiras, Avar, Ugin
(Ugur), Biz-l, T-r-na, Xəzər, Z-nur, B-l-g-d, Savir. Biz Xəzərin oğullarından gəlirik; bu (oğulların)
yeddincisidir...‖. Məktubdan aydın şəkildə görünür ki, Nuh peyğəmbərin oğlu Yafəsin Toqarma adlı
oğlundan törəyən on oğuldan birinin davamı olaraq xəzərlərin törəmələri yaşayır.
Tədqiqatçı Pınar Özdəmir müasir Qaraçay-Balkar, Karaim, Krımçak və Kumık dillərinin ümumi
ortaqlığı üzərində araşdırma apararaq xəzər dilinin leksik tərkibini göstərmişdir. Qeyd edək ki, Göytürk
əlifbası ilə bizə çatmış yeganə yazıda ―hukurim‖ (―okurum‖ və ya ―okudum‖) kimi tələffüz olunan söz
türkcədir. Pınar Özdəmir xəzər lüğətini elmi şəkildə işləyərkən yuxarıda adı keçən xalqların sözlərinin ortaq
olanlarını qruplaşdırmış, nəticədə 26% iki ləhcədə, 51,8% üç ləhcədə, 22,2% dörd ləhcədə ortaqlıq təşkil
etdiyini göstərmişdir.
Dostları ilə paylaş: |