AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


ĠNGĠLĠS DĠLĠNDƏ [L] SONOR SAMĠTĠNĠN BƏZĠ SPESĠFĠK



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə33/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

ĠNGĠLĠS DĠLĠNDƏ [L] SONOR SAMĠTĠNĠN BƏZĠ SPESĠFĠK  
XÜSUSĠYYƏTLƏRĠNƏ DAĠR 
Məmmədova A.E. 
Sumqayıt Dövlət Universiteti 
 
Fəal  danışıq  üzvlərinin  iştirakına  və  maneənin  əmələ  gəlmə  yerinə  görə  samit  səslər  küylü  və  sonor 
olmaqla 2 yerə ayrılır. İngilis dilində sonor səslər [ m, n, 
ɧ , w, r, l, j ]. 
Dünya  dillərinin,  demək  olar  ki,  hamısında  olan  bu  samitin  ingilis  dilində  bir  sıra  spesifik 
xüsusiyyətləri vardır. 
Azərbaycan dilində olduğu kimi, ingilis dilində də [ l] samiti sonor samitlər sisteminə daxildir. Lakin 
Azərbaycan dilindəki [ l] samiti özünün bir sıra xüsusiyyətlərinə görə ingilis dilindəki [ l] samitindən kəskin 
surətdə  fərqlənir.  Hər  iki  dildə  olan  bu  səsləri  tələffüz  edərkən  dildə  bir  növ  nov  əmələ  gəlir.  Onlardan 
bəzilərinə diqqət edək: 
 1. İngilis dilindən fərqli olaraq, Azərbaycan dilində [ l] səsi dilin ön hissəsinin üst ön dişlərin arxasına 
toxunması ilə əmələ gəlir. Başqa sözlə, ingilis dilindəki [ l] samiti apikal, Azərbaycan dilindəki [ l] samiti isə 
dorsal məxrəcə malikdir. 
 2.  İngilis  dilindəki  [  l]  səsi  öz  keyfiyyətinə  görə  Azərbaycan  dilindəki  [  l]  səsindən  qalındır.  İngilis 
dilindəki [ l] səsi, həmin dilin samit fonemləri içərisində xüsusi yer tutur. Belə ki, [ l] samitinin öz fonetik 
mövqeyindən  asılı  olaraq,  qalın  və  incə  variantları  vardır.  Bu  səs  nə  o  qədər  qüvvətli,  nə  də  o  qədər 
yumşaqdır. İngilis dilində [ l] səsin sözün sonunda qüvvətli tələffüz edilir.  
 
Azərbaycan dilində [ l] 
İngilis dilində [ l] 
ol 
ball 
oldu 
bell 
bil 
full 
val 
pull 
sal 
rill 
 
Azərbaycan  dilində  [  l]  səsi  sözün  sonunda  daha  çox  işlənir.  İngilis  dilində  isə  bu  səsə  sözün  hər 
yerində  təsadüf  edilir  və  qüvvətli  oxunur.  Məsələn:  leg,  list,  load,  lad,  lamp,  large,  land,  long,  leader,  all, 
yellow, apple, colour, people, play, plate, flower. 
İngilis  dilində  [  l]    səsinin  özündən  sonra  gələn  saitin  qalın  və  ya  incə  olmasına  görə  fərqlənir. 
Məsələn,  [ a] samitindən əvvəl gələn ingilis qalın [ l] samiti, [ ı] saitindən ciddi surətdə fərqlənir. Belə bir 
halı Azərbaycan dilində də müşahidə edirik. İngilis dilində olduğu kimi, Azərbaycan dilində də [ l] səsi [ a] 
saitindən, habelə başqa qalın saitlərdən əvvəl və sonra gələrkən qalın (məsələn: Lalə), incə saitlərdən əvvəl 
və sonra gələrkən isə (məsələn [ i] saitindən əvvəl və sonra; məsələn, Ləman) incə tələffüz olunur. Beləliklə, 
özünün müxtəlif fonetik mövqeyindən asılı olaraq, dil müxtəlif vəziyyətlər alır. İngilis dilindəki [ l] samitinin 
qalın və incəliyini müqayisə etdikdə aydın olur ki: 
 1.  İngilis  dilindəki  [  l]  samiti  Azərbaycan  dilindəki  [  l]  samitindən  onun  hansı  fonetik  vəziyyətdə 
işlənməsindən asılı olmayaraq, xeyli qalındır;  
2. İngilis dilindəki incə [ l] samiti Azərbaycan dilindəki [ l] samitinin incə çalarından xeyli qalındır;  
3. İngilis dilindəki incə [ l] samiti öz qalınlıq-incəlik dərəcəsinə görə təxminən Azərbaycan dilindəki 
qalın [ l] samiti kimidir. Lakin bu heç də o demək deyildir ki, ingilis dilindəki incə [ l] samiti Azərbaycan 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
176 
 
 
dilindəki  qalın  [  l]  ilə  eynidir.  Əksinə,  onlar  əmələgəlmə  yerinə  görə  müxtəlif  olduqları  kimi,  akustik 
cəhətdən də bir-birindən əsaslı surətdə fərqlənir. Davamlılıq dərəcəsinə görə Azərbaycan [ l] səsi ingilis [ l] 
səsindən  daha  davamlıdır.  Sonorluğuna  görə  isə:  intervokal  mövqedə  olan  [  l]  və  [  l]  samitləri  arasındakı 
fərq, söz əvvəlində işlənən [ l] , [ l] samitləri arasında olan fərq kimidir. Eyni sözləri söz axırında işlənən [ l] 
, [ l] samitləri haqqında da söyləmək mümkündür.  
 
 
DĠLLƏRĠN LĠNQVODĠDAKTĠK TƏSVĠRĠ MÜSTƏVĠSĠNDƏ  
AZƏRBAYCAN VƏ FARS DĠLĠ FONEMLƏRĠNĠN MÜQAYĠSƏSĠ 
Məmmədova Ə.B. 
Bakı Dövlət Universiteti 
   
Tarix  boyu  dünya  xalqları  arasında  sıx  qonşuluq,  ictimai-siyasi,  iqtisadi,  elmi-texniki,  mədəniyyət 
səviyyəsində  əlaqə  və  münasibətlər  mövcud  olmuşdur.  Zaman  keçdikcə  bu  münasibətlərin  inkişaf  dairəsi 
daha  da  genişlənmişdir.  Xalqlar  arasında  bu  sahədə  yaranmış  olan  əməkdaşlıq  dillərin  bir-birinə  qarşılıqlı 
təsirinə və inkişafına şərait yaratmışdır. Bir dildən digər dilə alınma sözlərin keçməsi və rolu barədə ―dillərin 
lüğət tərkibinin zənginləşməsində xalqlar arasında yaranan əlaqə əsas olur‖.  
Dünyanın  bütün  dillərində  müşahidə  olunan  bu  proses  müxtəlif  sahələrdə  əlaqə  və  münasibətlərin 
qurulduğu andan başlamış, bu gün də davam etməkdədir. Bu mülahizələri nəzərə alaraq dünyadakı dillərin 
heç birisini təmiz dil hesab etmək olmaz; dillərin yalnız lüğət tərkibində deyil, onların əsas lüğət fondunda da 
alınma sözlərə rast gəlmək mümkündür   
1.1.Fars dilinin leksikasına alınma sözlər iki yolla keçmiĢdir: 
I.  Vasitəsiz  yolla  keçən  alınma  sözlər.  Bunlar  hər  hansı  bir  dilin  təsirinə  məruz  qalmadan,  sərbəst 
şəkildə fars dilinə daxil olmuşdur. Belə ki, Azərbaycan və ərəb dilindən alınan sözlər fars dilinin leksikasına 
vasitəsiz şəkildə keçmişdir. 
II.  Vasitəli  yolla  keçən  alınma  sözlər.  Bu  qəbildən  olan  sözlər  fars  dilinə  üçüncü  bir  dil  vasitəsi  ilə 
daxil  olurlar.  Daxil  olan  zaman  artıq  onun  leksik,  fonetik  tərkibi  dəyişilmiş  olur.  Latın,  yunan,  arami 
alınmaları  dolayi  yolla  ərəb  dili  vasitəsi  ilə  həmin  dilin  fonetik,  orfoqrafik  təsirinə  məruz  qaldıqdan, 
müərrəbləşdikdən  sonra  keçmişdir.  Alınma  sözlər  içərisində  ―qayıdış  alınmalar‖  da  müəyyən  çəkiyə 
malikdir. Qayıdış alınmalar üç qismə bölünür:  
1)Hər hansı bir dildə mövcud olan alınma sözlərin istər məna və formaca, istərsə də fonetik dəyişikliyə 
uğraması həmin dilin inkişaf qanunlarına tabedir. 2)Alınma söz özü ilə alan dilin sisteminə özünün fonetik, 
morfoloji, leksik və sintaktik ünsürlərini də keçirir. 3)Başqa dillərdən fars dilinin leksikasına keçən bir qrup 
sözlər  əsaslandırılaraq  ehtiyac  nəticəsində  alındığı  üçün  onlar  bu  dilin  inkişafına,  zənginləşməsinə  müsbət 
təsir göstərir. Fars dilinə alınmaların keçmə tarixini və mənbəyini aşağıdakı ardıcıllıqla sıralamaq olar: 
  . Ərəb alınmaları-VII əsr; 2. Monqol dilindən alınmalar-XIII əsr; 3. Azərbaycan-Türk alınmaları-XVI 
əsrdən əvvəl və sonrakı dövr; 4. Avropa mənşəli alınmalar-XX əsr. 
1.2.Fars   alınmaları haqqında bəzi fonetik qeydlər : 
Məlumdur  ki,  fars  dili  genoloji  baxımdan,  yəni  mənşəcə  Hind  –  Avropa  dillərinin  İran  qrupuna, 
Azərboycan  dili  isə  Ural-Altay  dillərinin  türk  qrupuna,  fars  dili  dillərin  morfoloji  təsnifinə  görə  insirafi 
(flektiv),  Azərbaycan  dili  isə  iltisaqi  (aqlütinativ)  dillər  qrupuna  daxildir  və  tipoloji  cəhətdən  bir-birindən 
köklü surətdə fərqlidirlər. Buna baxmayaraq, bu dillərin qrammatik quruluşunda, xüsusən, feillər sistemində 
bir-biri ilə tam eyniyyət təşkil edən xüsusiyyətlərin varlığı ilə də qarşılaşırıq (məsələn: şühudi, nəqli keçmiş 
zamanlar). Bu dillərin qrammatik sistemindəki morfoloji mənalar eyniliyi  bu xalqların uzun müddətli etnik 
və dil əlaqələrinin interferativ nəticəsi kimi uzah oluna bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, fars və 
Azərbaycan dillərinin fonetik sistemində oxşar cəhətlər olsa da ( bir sıra samit səslərin tələffüzündə), xeyli 
dərəcədə  fərqli  cəhətlər  də  mövcuddur.  Bu  dillər,  əsasən,  bir-birindən  fərqlənən  özünəməxsus  fonetik 
sistemə,  fonetik  qayda-qanunlara,  fonetik  xüsusiyyətlərə  malikdir.  Belə  ki,  Azərbaycan  dilinin  fonetik 
sisteminə  xas  olan  bir  sıra  xüsusiyyətlər  fars  dilində  yoxdur  və  əksinə.  Məs.:  Azərbaycan  dilində  əsas 
qanunlardan  olan  ahəng  qanunu  fars  dilində  mövcud  deyildir.  Azərbaycan  dilində  isə  fars  dilindən  fərqli 
olaraq, hecanın  əvvəlində və ortasında uzun saitlər demək olar ki, işlənmir. Fars dilində isə bu pozisiyada 
uzun saitlər geniş şəkildə işlənir. Demək, fars dilinə daxil olmuş Azərbaycan sözlərinin tərkibində hər hansı 
bir ünsür bu dilin fonetik sisteminə ―yad olarsa‖, mütləq həmin ünsür dilin fonetik qayda-qanunlarına uyğun 
şəkildə dəyişdirilir. 
1.3. Azərbaycan və fars dili fonemlərinin müqayisəli səciyyəsi. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
177 
 
 
 Qeyd edək ki, Azərbaycan dilində 9 sait (a, o, u, ı, ə, ü, ö, i, e) olduğu halda, fars dilində 6 sait (a, o, u, 
e, ə, i) vardır. Demək, Azərbaycan dilində olan /ı/, /ü/, /ö/ saitləri fars dilində yoxdur. Odur ki, fars dilində 
işlənən Azərbaycan-türk alınmalarında aşağıdakı fonetik dəyişikliklər müşahidə olunur: 
I. Azərbaycan dilində olan /ü/ fonemi fars dilində /u/ və /o/ fonemlərilə əvəzlənir.  
a) Azərbaycan dilində sözün son hecasında adi kəmiyyətdə tələffüz olunan /ü/ fonemi fars dilində /u/ 
fonemilə əvəz olunur. Məs: süpür sözü-sopur, tütün-tutun ... 
b) Azərbaycan dilində sözün ilk və ya orta hecasında qısa tələffüz olunan /ü/ saiti /o/ ilə əvəz olunur: 
tüfəng-tofəng, sürmə-sorme, tümən-tomən. 
II. Azərbaycan dilində olan /ı/ fonemi /e/, /i/, /o/, /u/ kimi tələffüz edilir.  
a)  Azərbaycan  dilində  sözün  son  hecasında  işlənən  və  adi  kəmiyyətdə  tələffüz  olunan  /ı/  saiti  fars 
dilində /u/ və ya /i/ saiti ilə əvəz olunur. Məs.: qırğı-qerği, qapı-ğapi və s. 
b) Azərbaycan dilində sözün ortasında işlənən və qısa tələffüz edilən /ı/ saiti fars dilində /e/, /o/, bəzən 
isə /i/ ilə əvəz olunur. Məs.: qızıl-ğezel, çadır-çador, qatır-ğater, çarıq-çaroğ, dayı-dai  
III. Azərbaycan dilində olan /ö/ saiti fars dilində, əsasən, /o/ ilə əvəz olunur. Məs.: ördək-ordək, bölük-
boluk  və  s.  ―Azərbaycanca  /ö/  ilə  tələffüz  edilən  sözlər  alınma  və  doğmalığından  asılı  olmayaraq,  ya 
qalınlaşaraq /o/ ilə, həm qalınlaşaraq, həm də uzanaraq /u/ ilə əvəz edilir.‖ Məs.: döşək-doşək, köç-kuç və s. 
Nəticə  olaraq,  fars  və  Azərbaycan  dili  saitlərinin  bir-birinə  keçməsinin,  adaptasiya  olunmasının  aşağıdakı 
sxemlərdə vermək olar: 
I. ö→u; yaxud→o ;  ü→o; yaxud→u   ı→ə; →e; →o; →i             
      Fars  dilində  işlənən  Azərbaycan  sözlərini  müəyyən  etmək  üçün  aşağıdakı  üsullar  meyar  kimi 
göstərilir: 
I. Fars dilində işlənən və öz-özlüyündə alınma söz olduğu  məlum olan leksik vahidlər. Məs.: ―bacı‖,   
―quş‖,     ―yüz başı‖, ağ,   və s. 
II.  Ərəb  əlifbası  ilə  yazılmış  və  tərkibində  qaf  samiti  olan  sözlərin  çoxu  Azərbaycan-türk  dilindən 
alınmışdır. Məs.:   ―qaçaq‖,  ―qaşıq‖, ―qiymə‖,  ―qoruq‖,  ―qayıq‖, ―qazan‖ və s.   
III. Fars dilində sonu aşağıdakı səslərlə bitən sözlərin əksəriyyəti Azərbaycan-türk sözləridir: 
a) Sonu ―aq‖, ―ağ‖, ―ək‖, ―ok‖ ilə bitən sözlər.  otaq,   sorağ,  ələk,   çabuk və s. 
b)  Sonu  ―mə‖//‖me‖  səs  birləşməsi  ilə  bitən  sözlər.  Məs.:      ğeymə//ğeyme,    çəkmə//çəkme,      
sormə//sorme və s. 
c) Sonu ―uq‖, ―oq‖, ―iq‖, ―uk‖ səs birləşməsi ilə bitən sözlər. Məs.:     ğoroğ,   iliğ,   boluk və s. 
ç) Sonu ―-çi‖ və ―-ci‖ şəkilçisi ilə bitən sözlər. Məs.:  gurçi, surçi, çayçi, arabaçi və s. 
d) Sonu ―lıq‖, ―leq‖, ―loq‖ səs birləşmələri ilə bitən sözlər. Məs.:  ətaliğ,   ğarleğ,  başloğ  
e) Sonu ―laq‖, ―lax‖ ilə bitən sözlər. Məs.:   yeylağ,   ğeşlağ,  batlağ, utlağ və s. 
ə) Sonu ―maq‖, ―məq‖ səsləri ilə bitən sözlər. Məs.:  çəxmağ,   ğeymağ,   çəxməğ və s. 
f) Sonu ―ar‖, ―ər‖ səsləri ilə bitən sözlər. Məs.:çapar,   açar,   çəpər və s. 
g) Sonu ―er‖, ―or‖ səsləri ilə bitən sözlər. Məs.:   ğater,  çaroğ,   çador və s. 
ğ) Sonu ―ol‖, ―avol‖ səsləri ilə bitən sözlər. Məs.:  ğəravol,   ğerğavol və s. 
h) Sonu ―daş‖, ―taş‖ səsləri ilə bitən sözlər. Məs.: dadaş,   adaş,  Teymurtaş və s. 
x)  Sonu  ―ğə//ğe‖,  ―qə//qe‖,  ―kə//ka‖,  ―gə//ge‖  səsləri  ilə  bitən  sözlər.  Məs.:  daruğə//daruğe,    
yorğə//yorğe və s. 
ı) Sonu ―qi‖, ―qu‖, ―ğu‖ səsləri ilə bitən sözlər. Məs.: ğerği,  yorğu, olqu və s. 
Azərbaycan  dilindən  fars  dilinə  sözlərlə  yanaşı,  bir  sıra  qrammatik  ünsürlər  də  keçmişdir.  Bu 
keçmələrin tarixi çox qədim olmaqla bərabər, miqdarı durmadan artmışdır. Görkəmli alim H.Zərinəzadə bu 
haqda  yazır:  ―Səfəvilər  dövründə  fars  dilində  işlənmiş  Azərbaycan  sözləri  bu  dövrdən  əvvəlkilərə 
nisbətən,müasir  fars  dilində  isə  Səfəvilər  dövrünə  nisbətən  artıqdır.‖      (Zərinəzadə  H.,  Fars  dilində 
Azərbaycan sözləri, Bakı, 1962,səh.419) 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
178 
 
 
 
AZƏRBAYCAN ZOONĠMĠKASINDA HEYVAN ADLARI 
Məmmədrəfiyeva A.S. 
Sumqayıt Dövlət Universiteti 
 
Dilçilikdə latın mənşəli zoonim (zoo-heyvan, onoma-ad) termini işlənir. Bu termin bütövlükdə, heyvan 
(inək, keçi, qoyun, at, dəvə və s.) və  quşların (qartal, çalağan, bayquş, durna və s.) umumi  adlarını bildirir. 
Bundan    başqa,  xüsusi  zoonim  adlanan  termin  də  var  ki,  təsərrüfat  və  məişət  işlərində  insanlara  köməyi 
dəyən öküz, inək, at, pişik və s. ev heyvanlarını bir–birindən fərqləndirmək üçün işlənən adlar  qrupudur. 
Xüsusi  zoonimlərə  biz  hələ  ―Kitabi-Dədə  Qorqud‖dastanının    boylarında  rast  gəlirik.  Orada  hər  bir 
qəhrəmanın atının adı vardır. Məsələn: Təpəl qaşqa (Dondarın adı), Ağ ayğır (İmranın atı), Boz at (Beyrəyin 
atı ), Qonur at (Qaranın atı), Göy ayğır, Boz ayğır, Keçəl ayğır, Göy bədoy və s.  Dastanın boylarında  Oğuz 
türklərinin  onqonu  sayılan  toğan  (qartalın  bir  növü),  şonqar  (qartalın  başqa  bir  növü),  cal  qaraquş  və  s. 
xatırlanır.  M.Kaşğarinin  ―Divani  lüğət-it  türk‖  əsərində,  eləcə  də  Fəzlullah  Rəşidədinin  ‖Oğuznamə‖sində 
göstərilir ki, adı çəkilən həmin quşlara müsəlman olmamışdan əvvəl oğuzlar sitayiş edirlərmiş. 
 ―Koroğlu‖ dastaninda da maraqlı at adları-zoonimlər işlənmişdir. Məsələn: 
                                                   Bir atı var Alapaça, 
Aman vermir, Qırat qaca. 
                                                   Şeşpərinin ucu haça, 
                                                   Giziroğlu Mustafa bəy. 
Burada  ala-paça  atın  dərisinin  əlamətini,  qır-at  qırmızı  cil-cil  xallarının  olmasını,  dürat  ağ  rəngi 
bildirir.  Umumiyyətlə,  Azərbaycan  onomastikasında  atlara  verilən  adlar  müxtəlif    prinsiplərə  əsaslanır. 
Bunları belə qruplaşdırmaq olar: 
a)Etnonim və toponimlərlə bağlı olan at adları: Qazax atı, Şirvan atı, Qarabağ atı, Ərəb atı, Dilboz at, 
Quba yorğası və s. 
b)Atın xarakteri, yeriş və qaçışına görə verilən adlar: Uçağan, Yelqanad, Qaçağan, Başaparan, Boran, 
İldırım, Tufan və s. 
c)Atın zahiri görünüşü, rəngi ilə əlaqədar verilən adlar: Alapaça, Bozat, Qaraca, Qaşqar, Qızıl, Qaratel, 
Mərcan, Ağca, Göyər və s. 
ç)Səma cisimlərinin adları ilə əlaqədar olan at adları: Ulduz, Aynişan, Günəş, Qəmər  
d)Heyvan və quş adları ilə bağlı at adları: Tərlan, Şahin, Qartal, Bəbir və s. 
Azərbaycan  onomastikasında  itlərə  verilən  adlar  da  xüsusi  yer  tutur.  Belə  ki,  kənd  təsərrüfatında 
qoyunçuluq və maldarlıqla məşğul olan insanlar, eləcə də həyət-bacanı oğrulardan qorumaq üçün xüsusi itlər 
saxlamışlar. Müasir dövrdə də böyük fermerlər yaylaq və qışlaqlarda Qanqal cinsli qoyun itləri bəsləyirlər. 
Bununla belə, sərhəd və kömrük xidmətində və cinəyatkarlıqla mübarizədə xüsusi təlim görmüş alman itləri 
saxlayırlar.  Deməli,  çoban  və  ovçuların,  həm  də  sərhədçi  və  kömrükçülərin  də  ən  yaxşı  və  etibarlı 
köməkçiləri itlərdir. 
Maldar həyatı keçirən insanlar həmişə itlə ünsiyyətdə olaraq onlara da bir-birindən fərqləndirmək üçün 
maraqlı adlar vermişlər. Bunlardan bir neçəsinə diqqət yetirək: 
a)Cəsurluq  və  qorxmazlığa  görə  verilən  adlar.  Məsələn:  Saymaz  (yəni  qurdu  saymır),  Boğar  (yəni 
qurdu boğar), Qurdbasan (qurdu basdığına görə), Pələng, Bəbir (cəsurluğuna görə), Toplan (qoyun sürüsünü 
toplamaq mənasında), Qanlı (canavarın qanını tökdüyü üçün), Qaplan (qapmaq mənasında) və s. 
b)Bədən  forması  və  digər  əlamətlərinə  görə  itlərə  verilən  adlar.  Məsələn:  Pələş  (iri  qulaqları  olduğu 
üçün), Çənbər (dik və yumru quyruğuna görə) 
c)Rənginə görə itlərə verilən adlar. Məsələn: Kömür (qara rəngdə olduğu üçün), Bozdar (boz rəngdə 
olduğu  üçün),  Xallı  (dərisində  müxtəlif  xallar  olduğu  üçün),  Bənək  (dərisində  az  xalı  olduğu  üçün),  Qızıl 
(qırmızı rəngdə olduğu üçün) və s. 
Qoyunları  da  fərqləndirmək  üçün  müəyyən  adlardan  istifadə  edilir.  Məsələn:  Çalkərə,  Saqqar  kərə, 
Qumral kəlin, Qumral kərə, Qara kəlin, Boz kərə, Qara kürə və s. 
Mal-qara  saxlayan  insanlar  evdəki  inəklərə,  həm  də  öküzlərə  rənginə,  xasiyyətinə,  görkəm  və  fiziki 
quruluşuna görə adlar verirlər. Məsələn: Məxmər (tükünə görə), Şeşə (buynuzuna görə), Muncuq (rənginə 
görə),  Sarıtel  (alnındakı  tükünə  görə),  Qaşqa  (başındakı  ağına  görə)      və  s.  Burada  kərə  qulağı  qısa,  kürə 
qulaq hisəssi heç olmayan, kəlin buynuzlu qoyuna deyilir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
179 
 
 
Azərbaycan  dilində  işlənən  zoonimlər  quruluşuna  görə  sadə  (Mərcan,  Məxmər,  Qızıl,  Məstan), 
düzəltmə (Xal-lı, Bən-ək, Bas-ar, Say-maz, Boğ-ar və s.) və mürəkkəb quruluşdadır: Qarakəhər, Agbədöv, 
Alapaça və s. 
Göründüyü  kimi,  insanlar  əhlilləşdirilmiş  ev  heyvanlarına  ad  verməklə  həm  onları  bir-birindən 
fərqləndirmiş, həm də onlarla az da olsa, ünsiyyət saxlaya bilmişlər. Sahibi iti öz adı ilə çağıranda o sahibini 
səsindən  tanıyaraq  onun  yanına  gəlib  quyruğunu  bulayır.  Evdə-eşikdə,  sərhəd  zastavasına,  kömrük-keçid 
məntəqələrində  biz  bunun  dəfələrlə  şahidi  olmuşuq.  Yaxud  ev  sahibi  inəyi  adı  ilə  çağıranda  o  hiss  edir, 
sahibinə yaxınlaşır. Bilir ki, sahibi ya ona yemək verəcək, ya da sağacaqdır.  
Azərbaycan dilində işlənən zoonimlərə aid nümunələrin sayını artırmaq mümkündür. Lakin bu xüsusi 
tədqiqat  işi  tələb  edir.  Ona  görə  ki,  onomastik  leksikanın  geniş  bir  sahəsini  əks  etdirən  xüsusi  zoonimlər 
lazımınca öyrənilməmişdir. 
 
 
“KĠTABĠ-DƏDƏ QORQUD” DASTANINDA QEYD OLUNMUġ TOPONĠMLƏRĠN  
AZƏRBAYCAN, TÜRKĠYƏ VƏ ERMƏNĠSTAN  PARALELLƏRĠ 
Məşədiyev Q. 
Azərbaycan Milli Elmlər Akademiyası  
Rüstəmov Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Bu gün Türkiyə ilə Azərbaycanın, eləcə də başqa türk ölkələrinin əlaqələri hər bir sahədə olduğu kimi, 
elm sahəsində də genişlənməyə başlamışdır. İndi dilçilərimiz hər iki ölkənin yer adlarını müqayisəli şəkildə 
araşdırır, oxşar və fərqli cəhətlərini aşkara çıxarırlar. Bu baxımdan Azərbaycanda və Türkiyə ərazisində olan 
yer  adlarının  tədqiqinə  maraq  xeyli  artmış,  həmin  onomastik  vahidlərin  məna  və  mənşəyini,  paralel 
xüsusiyyətlərini  öyrənməyə  güclü  həvəs  yaranmışdır.  Çünki  müxtəlif  ərazilərdə  toponimik  adlar  ətraflı 
araşdırılır və bu zaman yeni fikir və mülahizələr meydana çıxır.   
Dastan  yaradıcılığı  dünya  ədəbiyyatında  ayrı-ayrı  xalqların  müxtəlif  tarixi  dövlətlərdə  ədəbi-bədii, 
ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Xalqımızın həyatını, məişətini, 
adət  və  ənənələrini  özündə  əks  etdirən,  Türk  dünyasının  qədim  mədəniyyət  abidələrindən,  bədii  və  fəlsəfi 
təfəkkürümüzün  ən  nadir  incilərindən  sayılan,  dilimizin  və  mənəviyyatımızın  şah  əsəri  olan    ―Kitabi-Dədə 
Qorqud‖  xüsusi  maraq  doğurur.  ―Dədə  Qorqud  kitabı‖  ədəbi  əsər  olmaqdan  başqa,  bədii  şəkildə  yazılmış 
Oğuz zamanının tarixidir. Bu dastana yalnız ədəbi ölçülərlə dəyərləndirilən əsər kimi baxmaq olmaz. Kitab 
həm də tariximizin, soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcədə 
etibarlı və mötəbər bir qaynaqdır.  
―Dədə  Qorqud  kitabı‖nın  özü  təsdiq  edir  ki,  onun  boyları  Qafqazın  cənub  ətəkləri  və  bütövlükdə 
Azərbaycan  ərazisilə  bağlıdır,  boylardakı  əhvalatlar  Kür-Araz  düzənliyində,  Şərur  mahalında,  Əlincəqala 
qoruqlarında,  Dərəşamda,  Ağcaqalada,  Sürməlidə,  Ağqayada,  Qaradərədə,  Qara  dağda,  Kökcə  dağda, 
Boyatda və s. yerlərdə baş verir. Bu adda yerlər isə Naxçıvan ərazisində, Araz üstündə, Zəngəzurda, Göyçə 
mahalında,  Ağcabədidə,  Şəmkirdə,  Şəkidə,  Şirvanda,  Abşeron  torpağında  bu  gün  belə  mövcuddur. 
Mədəniyyətimizin  şah  əsəri  olan  ―Kitabi-Dədə  Qorqud‖da  hadisələr  ulu  babalarımızın  yaşadığı  bütün 
torpaqlarda  –  Dəmir  qapı  Dərbənddən  Diyarbəkir  torpaqlarına  və  Mardinə,  Xəzərdən  Qara  dəniz 
sahillərinədək,  Abxaz  elinə,  Trabzona  qədər  geniş  ərazilərdə  cərəyan  edirdi.  Tarixi  araşdırmalar  türk 
etnoslarının  Türkiyə  və  Azərbaycan  ərazisində  yaşadıqlarını  təsdiqləyir.  Hər  iki  ölkənin  ərazisindəki 
toponimlər türk etnoslarının,  əsasən də Oğuzların bu ərazilərin sakinləri olduğunu sübut edir. Bu səbəbdən 
areal  toponimlərin  tarixi,  coğrafi,  eləcə  də  dil  baxımından  araşdırılması  çox  aktual  məsələlərdən  biridir. 
Azərbaycan, eləcə də Türkiyə ərazisində türkdilli qəbilə və tayfaların məskunlaşmasının tarixi lap qədimlərə 
gedib  çıxır.  Onu  da  qeyd  edək  ki,  areal toponomik  adların təkrarlanması  və  yayılması  müxtəlif səbəblərlə 
bağlıdır. Tayfalar yaşamaq üçün  əkin yerlərinin əlverişli olmaması səbəbindən, bəzən  də savaş nəticəsində 
məcburi  köçürlər.  Müxtəlif  dövrlərdə  bir  ərazidə  yaşayan  tayfalar  başqa  əraziyə  köçərkən  toponimlərin 
adlarını da özləri ilə aparmış, məskunlaşdıqları yerə qoymuşlar. Bu zaman ərazidə yaşayan yerli tayfalar və 
ya  tayfa  birləşmələri  həmin  adları  düzgün  tələffüz  edə  bilmədiklərindən  ya  təhrif  etmiş,  ya  da  yazılışında 
yanlışlığa yol vermişlər. Beləliklə, ayrı-ayrı tayfalar və xalqlar tərəfindən coğrafi obyektlərə verilən termin 
adlar  bir-birinə  qarışmışdır.  Ümumiyyətlə,  onomastik  adlar,  əsasən  də  toponimlər  təkcə  respublikamızın 
deyil,  digər  dövlətlərin  ərazisində  yaşamış  bir  sıra  tayfa,    qəbilə  adları  ilə  əlaqəli  şəkildə  öyrənilməlidir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
180 
 
 
Çünki  əlaqəli  şəkildə  onomastik  vahidlərin  öyrənilməsi  hər  hansı  bir  ərazidə  tarixən  sakin  olmuş  əhalinin 
etnik tərkibini öyrənməyə çox kömək edir. 
Dastanda  ―İç  oğuz‖  adına  tez-tez  rast  gəlirik.  ―İç  oğuz‖  dedikdə  Kür-Araz  ovalığı  (Aran)  yerləşən 
torpaqlar  nəzərdə  tutulurdu.  ―Dış  oğuz‖a  isə  Şimali  və  Cənubi  Azərbaycan  vilayətləri,  habelə  gündoğan 
Anadolunun  Van  vilayəti  və  qalan  ərazilər  daxil  idi.  Erkən  orta  əsrlərdən  Azərbaycan  kimi  tanınan  Oğuz 
dövləti Urmiya, Göyçə  gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan 
çevrəsi əraziləri əhatə edirdi.  
 Dastan  Azərbaycanın  bütövlüyünü  göstərir.  Dastanda  əksini  tapan  adət-ənənə,  etnoqrafiya,  məişət, 
toponimlər,  qəhrəmanlıq  hadisələri  məhz  azərbaycanlı  təfəkkürünün,  yaşayış  tərzinin  bariz  ədəbi 
nümunələridir.  Fridrix  fon  Dits  Oğuz  siklopunu  Odissey  qəhrəmanları  ilə  müqayisə  edərək  yazırdı  ki, 
dastanda oğuzların obrazı daha bütöv, daha realdır. Fon Ditsin "Oğuznamə" kitabı var. Bu dastanı hər kəsə 
təqdim etmək vacibdir. Azərbaycan xalqının hardan gəlib hara getdiyi bu dastanlarda tamlığı ilə əksini tapıb. 
Qorqud  nə  qədər  əfsanəvidirsə,  o  qədər  həqiqdir.  Qəhrəmanın  real  adam  olmağı  onu  qəhrəman  etmir,  o, 
əfsanələşməsi ilə qəhrəmandır. 
Qaragünə antroponimi  Qərbi Azərbaycan ərazisində toponimik ad olaraq  hifz olunub saxlanılmışdır. 
Əlbəttə,  Qaraqunə  toponimi  Qərbi  Azərbaycana  təsadüfi  düşməmişdir.  Bu  ad  Dədə  Qorqud  dastanı  ilə 
bilavasitə bağlıdır. Dədə Qorqud dastanında Qaraqunə Qazan xanın qardaşının adıdır.  
 Bayandır  -  Dədə  Qorqud  dastanlarında  oğuzların  başçısı  Qamqan  oğlu  Bayındır  xandır.  Bu  ad  areal 
toponimlərdə  öz  işləkliyini  saxlamaqdadır.  Türkiyənin  Bolu  bölgəsində  6,  Hudavendiyarda  5yerdə  qeydə 
alınmışdır.  Azərbaycanda  da  (Laçın,  Bərdə,  Tərtər,  Xanlar)  Bayandır  tayfasının  adı  ilə  bağlı  toponim, 
oykonim,  hidronim  vardır.  Bayandur    oykonimi  Tərtər  rayonunun  Səhlaabad  i.ə.v.-də  kənd.  Qarabağ   
düzündədir. Yaşayış məntəqəsi Laçın ranunun keçmiş Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması 
nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933- cü ildə Bərdə ranunun Xoruzlu və Güloğlular i.ə.v.-lərində 
eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış  məntəqələri vardır. 
Bayandır  adının  kökü  əski  türk  sözü  olan  "bay"-dır.  Mənası  "varlı",  "zəngin"  deməkdir.  Bu  məna  indi  də 
qalır.  Faruk  Sümer  Anadoluda  Bayandur adlı 52 oykonimin  olmasını qeyd etmişdir.  Azərbaycanın  şimal 
rayonlarının dialektində «bay» sözü – hündür/iri/böyük/ canlı mənalarında qalmaqdadır. Qərbi Azərbaycan, 
indiki Ermənistan  ərazisində Bayandur etnotoponiminin variantlarının müxtəlif areallarda yaşayan izləri də 
bu yerlərin məhz türk torpaqları olduğunu sübut edir. Ermənistan ərazisində, Gorus rayonunda 2 Bayandur 
kəndi,  Düzkənd  rayonunda  isə  başqa  bir  Bayandur  toponimi  vardır.  Bayandur  etnotoponiminin  müxtəlif 
areallarını  göstərmək  olar.  Bu  ad  Bayandur  //  Bayandır  //  Bayındır  //  Baymdur  fonetik  variantlarda 
işlənməkdədir. 
Bayat  -  ―Bayat  boyundan  Qorqud  ata  derlər  bir  ər  qopdu.  Oğuzun  ol  kişi  tamam  bilicisiydi‖. 
Xalqımızın  qədim  və  möhtəşəm  abidəsi,  məhəbbət  və  qəhrəmanlıq  dastanı  «Kitabi-Dədə  Qorqud»  bu 
sözlərlə  başlanır.  Bayatlar,  bilindiyi  kimi,  tariximizdə  mənəvi  şəxsiyyətlər  yetirmiş  bir  boydur.  Oğuzların 
dövlət və din adamı Dədə Qorqud, məşhur şair Füzuli bu boya mənsub idi. XV əsrin başlanğıcında Intab ilə 
Hələb  arasında  yaşayan  bayatlar  XVI  əsrdə  digər  türkmənlərlə  birlikdə  Hələb  türkmənlərini  meydana 
gətirmiş, XVI əsrin əvvəllərində «Bayadi» adı ilə tanınmışlar. Anadolu və Antakyada isə onlar ən məşhur 
oymaqlar olan Xəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd 
salmışlar.  XVI  əsrdə  bunların  bir  qismi  Qaraman,  bir  qismi  də  Adana  bölgələrinə  köçmüşlər.    Boyat  // 
Bayat// Bayatlılar // SincanBoyat // Qızıltəpə Boyat // Boyatan süxtə // Bayatlı // Keşlak bayat // Əlbayat // 
Boqayat (Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları 
vardır. Azərbaycan ərazisində Ağcəbədi rayonunda Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında 
eyni adlı Boyat kəndi, Dəvəçi rayonunda Boyat və Sincan Boyat kəndləri, Dərbənddə Boyatlar məhəlləsi var. 
Türkiyənin  Konya bölgəsində (7), Xudavəindigar-Bursa bölgəsi (4), Qara Hisari-SahibAfyon (4), Karasu-
Balıkesirdə  4  yerdə  məskunlaşmışlar.  XV  və  XVII  əsrlərdə  Anadoluda,  hətta  İranda  da  boylardan  bir 
çoxlarının adlarının (əfşar, bayat, çavundur, salur, eymür, bayındır) Oğuz kimi daha ziyadə türk oymaqları 
arasında  şəxs  adı  olaraq  işləndiyinin  müşahidə  olunmuşdur.  Bunun  daha  əvvəl  də  göstərildiyi  kimi, 
Türkiyədə  oğuzçuluq  cərəyanı  ilə  əlaqədar  olduğu  aşkardır.  Əfşarlar  etnogenezimizin  formalaşmasında 
iştirak  etmiş  ən  qədim  türk  tayfalarından  biridir.  Bu  gün  də  Afşar  adı  bir  çox  oykonimlərin  adında 
qalmaqdadır.    ―Dairətül-maarif  və  Əfqanıstan‖  adlı  əfqan  ensiklopediyasında  Əfqanıstan  ərazisindəki 
azərbaycanlılar  haqqında  deyilir:  ―Azəri-Azərbaycan  türklərinin  keçmiş  tayfaları  –  çox  hissəsi  Nadir  şahın 
hakimiyyəti  dövründə  Əfqanıstana  köçürülmüşlər.  Onlar  əsasən  Kabul  ətrafındakı  Əfşar  təpə  və  Nənəkçi 
kəndlərində  yaşayır,  öz  ana  dillərində  danışırlar.  Deməli,  Əfqanıstandakı  Əfşar  Nanəkçi,  Əfşarxan 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
181 
 
 
toponimləri də avşar etnonimi əsasında formalaşmışdır‖. Qərbi Azərbaycanda (İrəvanda) bu etnonimlə bağlı 
toponimlər mövcuddur. Məsələn, Avsarlı kəndi. ―Avsarlı toponimi qədim türk tayfalarından biri olan avşar 
etnoniminə Azərbaycan dilində mənsubluq bildirən ―-lı‖ şəkilçisinin qoşulması əsasında meydana gəlmişdir 
və  ―avşar  tayfasının  yaşadığı  yer‖  mənasını  ifadə  edir.  Avsarlı  toponiminin  kökündə  dayanan  avsar,  avşar 
etnoniminin fonetik  variantıdır.  Burada  ş~s  səs əvəzlənməsi  baş  vermişdir  ki,  bu  da  Azərbaycan dili  üçün 
qanunauyğun haldır. Məsələn: Sabran – Şabran əvəzlənməsi kimi‖. Mənbələrdə qeyd edilən  Afşar variantı 
ilə indiki dövrdə yazılan Əfşar forması arasında təkcə a~ə əvəzlənməsi vardır. Göründüyü kimi, hazırda bu 
onomastik  vahidin  yazılışının  müxtəlif  variantları  vardır.  Variativlik  uzun  tarixi  dövr  ərzində  meydana 
gəlmiş və  bunun da həm intralinqvistik, həm də ekstralinqvistik səbəbləri vardır. 
Məşhur  təbib  və  tarixçi  Rəşidəddinə  əsaslanaraq,  həmin  etnonimin  Oğuz  Xaqanın  oğlu  Ulduz  xanın 
dörd oğlundan ən böyüyü olan Auşarın soyundan əmələ gəlməsi fikrini irəli sürmək olar. Rəşidəddin Auşar 
adının cəsur, ov həvəskarı mənasını bildirməsi fikrini qeyd etmişdir . 
―Kitabi-Dədə  Qorqud‖  boylarının  toponimlərinin  araşdırılması  boyların  yarandığı  tarixi-coğrafi 
yurdların aydınlaşdırılması baxımından mühüm mənbədir. Boylarda cərəyan edən hadisələrin hüdudları isə 
olduqca  genişdir.  Müasir  bölgüdə  türklərin  ana  yurdu  Sibirdən,  Altaydan  başlamış  (qədim  Türküstan  Orta 
Asiyanı da içərisinə almaqla) bütövlükdə Qafqaz, Qara dəniz sahilləri və bugünkü Türkiyəni əhatə edir.  
―Kitabi -Dədə Qorqud‖  boylarında adı keçən tarixi - coğrafi toponimləri məna baxımından aşağıdakı 
səpkidə qruplaşdırmaq olar:   
 a)  Tayfa,  el-oba  adları:  Oğuz  eli  //  oğuzlar,  Rum  eli,  Qarun  eli,  alpanlar,  abxazlar,  qan  Abxaz  eli, 
Ağsaqa, pasinlər, İç Oğuz, Taş Oğuz və s. 
b) Dağ, dərə, dəniz, çay, yer, yurd, orman adları: Ağlağan, Ala dağ, Qara dağ, Gökcə dağ, Ağ orman, 
Talı sazı, Ağ saz, Ağ qaya, Arı gölü, Ayqırgözlər suyu, Qanlı su, Amid suyu, Quru çay, Umman dənizi, Qara 
dəniz və s. 
c)  Dövlət,  şəhər,  qala,  qəsr,  şəxs adları: Türküstan, Gürcüstan,  İstanbul, Trabuzan,  Bayburd,  Gəncə, 
Bərdə, Dərbənd, Kərbəla, Məkkə, Mədinə, Ərafat, Sürməli, Tumanın qalası, Düzmürd qalası, Əlincə qalası 
və s.. Naxçıvan toponimləri bölgənin ―tarix kitabı‖dır. Bu adları‖torpağın yaddaşı‖na yazan ―Dədə Qorqud‖ 
dastanındakı  Əlincə  qalası,  Dərəşam,  Dərəşam  suyu,  Əyrək,  Bəkdüz,  Qaraçuğ  kimi  yer  adları  birbaşa 
Naxçıvan  ərazisi  ilə  bağlıdır.  Tanınmış  coğrafiyaşünas  alim  Səfəralı  Babayevərazidə  mövcud  olan  Şərur, 
Sədərək,  Qazançı,  Qazan  yurdu,  Qazangöldağ,  Qara  çoban  düzü,  Qara  dərə,  Qara  dağ,  Dərbənd,  Salaxan 
qayası, Buğa çeşmə, Sarı ağıl, Sarı bulaq, Ağ qaya, Altuntaxt və s. kimi toponimlərin mənşəyinin ―Kitabi-
Dədə  Qorqud‖la  bağlı  olduğunu  yazıb.  Tədqiqat  sübut  edir  ki,  ―Kitabi-Dədə  Qorqud‖dakı  Naxçıvan 
toponimlərin leksik-semantik və etimoloji cəhətdən çox zəngin xüsusiyyətə malikdir. Fikrimizcə, Naxçıvan 
ərazisində  Dədə  Qorqudun  toponimlərinin  qeydə  alınması  buranın  vaxtilə  Oğuz  yurdu  olduğunu  göstərir. 
―Dərəşam‖ toponiminə biz dastanın ―Uşun Qoca oğlu Səgrək boyu‖nda rast gəlirik. Bu coğrafi obyekt Babək 
rayonu ilə Culfa rayonunun sərhədində, Araz çayının sahilində yerləşən qədim yaşayış məskəni və böyük bir 
ərazinin adıdır. 
"Daş  oğuz"dan  (Dış  oğuzdan)  yadigar  qalan   "Daş  üz",  qıbçaqlardan  yadigar  qalan  "Qıbçaq"  kəndi 
buradadır.  Qıpçaq-XII-XIII  əsrlərdə  şimali  Qafqazda  və  Qara  dənizin  şimal  çöllərində  köçəri  halında 
yaşayan türk dilli tayfalara verilən addır. Qıpçaq ―çölçü‖, ―çöldə yaşayan‖ deməkdir. Qax rayonunda kənd 
adıdır.  IX  əsrdə  eldən  ayrılmış  bu  boy  qərbə  doğru  köçmüş,  Şimaldan  oğuzlara  qonşu  olmuşdur.  Hələ 
«Hüdud ül-aləm» qıpçaqların bəzi adətlərdə oğuzlara bənzədiyi göstərilir. Kıfçak türk tayfalarından birinin 
adı  kimi  Mahmud  Kaşğarinin  ―Divani-lüğat-üt-türk‖  əsərində  dəfələrlə  xatırlanmış  və  ləhcəsinin  bir  çox 
baxımdan  oğuzlarınkına  uyğun  olduğunu  qeyd  etmişdir.  Oğuzun  nəsil   səcərəsindəki  türk  sərkərdəsi 
Belakanın adından yadigar qalan və yerli camaatın indi də "Bələkan", "Beləkan" adlandırdığı "Balakən" də 
buradadır".  XIII-XVIII  əsrlər  gürcü  mənbələrində  Belakani  variantında  adı  çəkilir.  Yer  adlarının  təhlili 
göstərir  ki,  hazırda  elm  aləmində  məlum  olan  Drezden  və  Vatikan  nüsxələrinin  boylarında  cərəyan  edən 
hadisə və əhvalatlar, əsasən, Qafqazla-qədim Azərbaycan (Şimal-Cənub), o cümlədən indi Ermənistana daxil 
edilən qədim türk-oğuz Azərbaycan torpaqları, Gürcüstan və Anadolu bölgələri ilə bağlıdır. 
Toponim, etnonim, hidronim, antroponimi və s. tarixi abidə, sərvət hesab etmək olar. Belə bir sərvətə 
yanaşma düzgün olmalı və qiymətli sərvətimiz kimi qorunmalıdır.  
 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin