AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


ĠTALYANDĠLLĠ ĠCTĠMAĠ-SĠYASĠ MƏTNLƏRDƏ METAFORĠK ĠFADƏLƏR



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə41/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

ĠTALYANDĠLLĠ ĠCTĠMAĠ-SĠYASĠ MƏTNLƏRDƏ METAFORĠK ĠFADƏLƏR 
Əliyeva A.V. 
Azərbaycan Dillər Universiteti 
 
İctimai-siyasi  mətn  dedikdə  dövlət  xadimlərinin  çıxışları,  beynəlxalq  və  dövlət  təşkilatlarının 
bəyanatları,  sülh  uğrunda  mübarizə,  beynəlxalq  məsələlərin  həlli  ilə  bağlı  verilmiş  notalar  və  s.  bu  tip 
məlumatlar nəzərdə tutulur. İctimai-siyasi mətnlər təkcə hər hansı hadisə və ya problem haqqında məlumat 
vermir, eyni zamanda bir çox digər funksiyaları həyata keçirir. Hər şeydən öncə, bu tip mətnlər hər hansı bir 
məsələ ilə bağlı nöqteyi-nəzəri diqqətə çatdırır və kütlə üzərində müəyyən təsir gücünə malik olaraq təbliğat- 
təşviqat xarakteri daşıyır. 
İctimai-siyasi  mətnlər  öz  strukturu  ilə  kütlə  şüurunun  lazımi  tərəfinə  təsir  etməyi  bacarmalıdır.  Ona 
görə də ağıllı siyasətçilər kütlə şüuru ilə həmahəng olan simvollarla, rituallarla əməliyyat aparırlar. İctimai-
siyasi  mətnlərdə  daha  çox  nəzərə  çarpan  metaforlardır.  İtalyan  ictimai-siyasi  mətlərini  təhlil  etdikdə  çox 
zaman metaforik ifadələrə rast gəlinir. Məs.: ―guerra dell‘informazione‖-―informasiya müharibəsi‖, ―attacco 
alla  democrazia‖-  ―demokratiyaya  hücum‖,  ―guerra  diplomatica‖-―diplomatik  döyüş‖  və  s.  İtalyan 
siyasətində  metaforik  ifadələr  ən  çox  seçici  kütləsini  manipulasiya  etmək  məqsədilə  istifadə  olunur.  Buna 
misal  olaraq  Silvio  Berluskoninin  "scendere  in  campo",  yəni  "meydançaya  enmək"  ifadəsini  nümunə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
222 
 
 
göstərmək  olar.  Siyasətçi  26  yanvar  1994-  cü  ildə  etdiyi  məşhur  çıxışında  idman  dilindən  istifadə  edərək 
yaratdığı metaforik ifadə ilə onu dinləyən kütlənin diqqətini cəlb etməyə nail olmuşdu. 
İtalyandilli mətnlərdə istifadə olunan digər təsirli metaforik ifadələrdən biri də "mettere le mani nelle 
tasche  degli  italiani",  yəni  "əlini  italyanların  cibinə  salmaq"  ifadəsidir.  Bu  daha  çox  vergi  sistemində  olan 
çatışmazlıqlar  və  vətəndaşlara  qarşı  olunan  haqsızlıqları  özündə  əks  etdirir.  Bu  ifadə  ilə  vergi  sistemi  bir 
oğruya bənzədilir və sanki o vətəndaşa aid olanı onun cibindən oğurlayır. 
İtalyan  dilində  ictimai-  siyasi  mətnləri  təhlil  etdikdə  burada    müxtəlif  siyasətçilərin  fərqli  siyasi 
dillərdən istifadə etdiyinin  şahidi oluruq. Siyasətçilərin dili xüsusi qaydalara  riayət etmir və o dildən istifadə 
edən siyasətçidən asılı olaraq dəyişə bilir. Belə ki, hər bir siyasətçi özünün xüsusi dilnə malikdir. Məhz ona 
görə bir çox hallarda hər hansı bir bəyanat və ya siyasi mətni oxuyarkən, hətta siyasi çıxışa qulaq asarkən 
dərhal onun hansı siyasətçiyə aid olduğunu müəyyən edə bilirik. Məsələn: Bersani metaforlarla dolu çıxışları 
ilə kütlənin nəzərini cəlb edə bilir. İtaliyanın hazırki baş naziri Matteo Renzi isə çox enerji saçan bir üsluba 
malikdir. O, rəngli, yeni və alınma sözlərlə, əsasən də, ingilis alınmaları ilə zəngin bir dildən istifadə etməklə 
yanaşı,  öz  çıxışlarında  bir  çox  metaforik  ifadələrə  də  yer  verir.  O,  öz  çıxışlarında  xatırlanması  asan  olan 
ritorik  ifadələrdən  daha  çox  istifadə  edir.  Bu  da  onu  dinləyənlərin  və  yaxud  onun  siyasi  mətnlərini 
oxuyanların diqqətini cəlb etməyə xidmət edir.  
İtalyan  ictimai-siyasi  dilində  nəzərə  çarpan  dəyişikliklər  həm  leksik,  həm  də  sintaktik  səviyyədə 
müşahidə olunur. Bəzi araşdırmaçılar hətta bəzi sözlərin mənasında da dəyişikliklərin edildiyini və dilə yeni 
mənaların gətirildiyini qeyd edir. Məs.: ―Lotta di classe‖-―Siniflərin mübarizəsi‖ metaforik ifadəsi ―İnvidia 
sociale‖-―Sosial  paxıllıq‖  ifadəsi  ilə  əvəzlənib.  İdman  ifadələrindən  istifadə  edilərək  metaforik  ifadələrin 
yaradılmasının da şahidi oluruq. Məs.: ―Discesa in campo‖, ―Fare squadra‖, ―Forza İtalia‖ və s.  
Bütün bu deyilənləri nəzərə alsaq, belə bir nəticəyə gələ bilərik ki, ictimai-siyasi mətnlər təkcə ictimai-
siyasi  məzmuna  malik  olmamalı,  həmçinin  öz  xarakterinə,  daxilə  nüfuz  etmə  xüsusiyyətinə,  kütləyə 
xitabetmə formasına görə seçilməlidir. Bu zaman müxtəlif növ metaforik ifadələrdən istifadə mətnin dilinin 
zənginləşməsinə  və  daha  effektiv  xarakter  almasına  şərait  yaradır.  Metaforik  ifadələrlə  zəngin  olan 
italyandilli ictimai-siyasi mətnlər isə kütlənin diqqətini asanlıqla cəlb edir və daha uzun müddət yaddaşlarda 
qalır. 
 
FUNKSĠONAL ÜSLUBLARDA MĠLLĠ VƏ ALINMA SÖZLƏRĠN MÖVQEYĠ 
Əsgərova L.S. 
Sumqayıt Dövlət Universiteti 
 
Cəmiyyətin  yüksək  inkişafı  ilə  əlaqədar  insan  fəaliyyətinin  müxtəlif  sahələri  meydana  gəlmişdir. 
Üslubların bütün fəaliyyət sahələrini əhatə edərək müxtəlif vəzifələr yerinə yetirməsi onların funksional, yəni 
məşğulluqca  bölgüsünə  səbəb  olmuşdur.  Belə  diferensiallaşma  üslubların  həm  leksik,  həm  də  qramatik 
formalarının fərqliliyində özünü göstərir. 
Müasir dövrdə dövlətlər arasındakı sıx əlaqələr dil yaxınlığına gətirib çıxarmışdır. Üslublar da, məhz 
milli dilin digər dillərlə əlaqəsində mühüm rol oynayır,  eyni zamanda diferensiallaşdırılaraq milli dilimizin 
mükəməlliyindən  xəbər  verir.  Bu  səbəbdən  üslubların  yaranması  və  inkişafda  daxili-intralinqvistik  amillər 
əsaslandığı kimi, xarici-ekstralinqvistik amillərin rolunu da inkar etmək olmaz. 
Müasir  milli  dillərin  lüğət  tərkibindən  bəhs  edərkən  alınma  sözlərin  şərtiliyi  və  nisbiliyini  nəzərə 
almaq  lazımdır.  Çünki  elə  bir  milli  dil  tapılmaz  ki,  onun  lüğət  tərkibində  alınma  söz  olmasın.  Müasir 
Azərbaycan  dilinin  lüğət  tərkibində  də  alınma  sözlərə  kifayət  qədər  rast  gəlinir.  Əsasən,  ərəb-fars,  türk-
Osmanlı və rus-Avropa mənşəli sözlər dilimizdə çoxluq təşkil edir. Terminoloji səciyyə daşıyan belə sözlər, 
əsasən,  elmi  üslubda  geniş  şəkildə  işlənir.  Bu  terminlərdən  bəziləri  bir  çox  dünya  dillərində  işlənərək 
beynəlmiləl  terminlər  səviyyəsinə  qalxmışdır.    Belə  ki,  riyaziyyatda  işlənən  ―  loqarifm‖,  ―tezis‖,  ―radius‖, 
―aksioma‖,  ―teorem‖  və  s.  terminlər  məhz  beynəlmiləl  səciyyə  daşıyır.  Bununla  belə,  elmi  üslub  əcnəbi 
terminologiyası ilə seçilsə də, burada süni əvəzlənməyə, dəyişməyə yol vermək olmaz, milli dilimizin daxili 
imkanları  hesabına  yaranan  terminləri  kor-koranə  elmilik  naminə  alınma  terminlərlə  əvəz  etmək  doğru 
olmazdı.  Məsələn:  dilçiliyimizdə  səsartımı,  səsdüşümü,  səsfərqlənməsi  kimi  terminlər  işlənilərsə,  eyni 
fonetik hadisələri müxtəlif ədəbiyyatlarda ―eliziya, ―proteza‖, ―diferensiasiya‖ şəklində ifadə etməyə ehtiyac 
qalmır. 
Bədii üslubun leksikasında milli söz və terminlərimizin geniş işlənməsinə baxmayaraq, yeri gəldikdə 
surətlərin  dilində  fərdiləşmə  və  tipikləşmə  aparmaq  xatirinə  alınma  sözlərdən  istifadə  olunur.  Bu  sözlərin 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
223 
 
 
köməyilə yazıçı bədii əsərdəki personajların tipik cəhətlərini, psixologiyasını, dil xüsusiyyətlərini və ictimai-
sinfi  mövqeyini  təsvir  edir.  Rus  mədəniyyətinə  yaxınlıq  duyan  sənətkarlarımızdan  C.Məmmədquluzadə, 
N.Nərimanov,  M.F.Axundzadə,  Q.Zakir  və  başqaları  öz  əsərləri  və  epistolyar  üsluba  daxil  olan  məktubları 
vasitəsilə  dilimizə  bir  sıra  rus  və  beynəlmiləl  sözlər  gətirmişlər  ki,  onlar  bu  günə  kimə  aktuallığını 
itirməmişdir.  Belə  sözlərdən  aktyor,  qəzet,  jurnal,  samovar,  prokuror,  pasport  və  s.  göstərmək  olar.  Bədii 
üslubda bu şəkildə konkret məfhum ifadə edən sözlərlə yanaşı, milli sözlərimizin dubleti kimi dilə daxil olan 
və  sonradan  diferensiasiyaya  uğrayaraq  həmin  sözlərin  üslubi  sinoniminə  çevrilən  ifadələr  də  obrazlılıq, 
təsirlilik xatirinə geniş işlənir. Məsələn: ərəb-fars təhsili, dini-əxlaqi görüşlərə malik sənətkarlarımız Nizami, 
Füzuli, Xaqani, Nəsimi, S.Ə.Şirvani və başqaları öz  əsərlərində milli ―üz‖ sözü ilə yanaşı ―rüxsar‖ (ərəb), 
―bəniz‖ (türk), kimi dubletləri də işlətmişlər. 
Məişət və epistolyar üslublarda daha çox hamı üçün anlaşılan ümumişlək sözlər işlənir. Eyni zamanda, 
əsasən,  məişət  üslubunda özünü  göstərən,  bədii  üslubda,  surətlərin regional fərqliliyini  üzə  çıxarmaq  üçün 
istifadə  olunan  regional-dialektal  vahidlər  xarici  təsirlərə  məruz  qalsa  da,  məhz  dilimizin  daxili  imkanları 
hesabına  yaranır.  Məsələn:  bəri,  bayır,  eşik,  ayna  və  s.  kimi  qərb  regionuna  məxsus  dialektlərimizdən 
gündəlik danışığımızda, bədii əsərlərin dilində istifadə olunur. 
Rəsmi üslubda standart qəlib ifadələr şəklində, əsasən alınma və beynəlmiləl sözlər çoxluq təşkil edir. 
Siyasi-sosial səciyyəli bəyannamə, protokol, arayış, əqd və s. kimi alınma terminlər yalnız bu üslubda işlənir 
və xüsusi terminologiya yaradır. Lakin sənədin məzmunundan asılı olaraq, milli səciyyəli söz və terminlərə 
də müraciət olunur, ümumişlək ifadələrə yol verilir. 
Publisistik üslub kütləvi səciyyə daşıdığından burada hamının başa düşəcəyi, anlaşıqlı, milli və alınma 
söz və ifadələrə daha çox yer verilir. 
Bütün  bu  deyilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  funksional  üslublarda  məqsəddən  və 
məzmundan başqa, əcnəbi dillərlə əlaqə nəticəsində xarici amillərin təsirinə məruz qalma səviyyəsindən asılı 
olaraq, milli və alınma sözlərin nisbəti dəyişir. 
Yalnız zəruri ehtiyac duyulduqda, yeni yaranan məfhumu ifadə etmək üçün milli leksikonumuzda söz 
qıtlığı  yarandıqda  əcnəbi  dillərə  müraciət  etmək  doğru  addımdır.  Belə  ki,  alınma  sözlərin  işlədilməsində 
müəyyən  əsaslar  olmalı,  hər  cür  alınma  sözü  dilə  daxil  etməklə  dilin  lüğət  tərkibinin  milli-alınma  söz 
proporsiyasında alınmalara üstünlük verməyin qarşısı alınmalıdır. 
 
 
TEMPORALLIQ FUNKSĠONAL-SEMANTĠK KATEQORĠYASI 
Fərzəliyeva M. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti (Ağcabədi filialı) 
 
Mətn  sintaksisi  məsələsi  Azərbaycan  dilçiliyində  yeni  olduğundan  mətnin  qurulması  və 
funksionallaşması prosesində zaman məsələsinin rolunun araşdırılması aktualdır.  Bu baxımdan temporallıq 
mətndaxili  əlaqəlilik  növlərindən  biridir. Mətnin tərkib  hissələrinin  əlaqələndirilməsində  temporallığın  rolu 
böyükdür.  
Aspektuallıq,  temporallıq,  növ  (feillərdə  növ  fərqləri),  lokativlik  və  s.  müxtəlif  dil  kateqoriyalarıdır. 
Funksional-semantik sahə yalnız qrammatik vahidləri əhatə etmir, semantik kateqoriya elementləri də buraya 
daxildir.  «Funksional-semantik  sahə»  termini  dil  vasitələri  ilə  qrup  şəklində  (nizama,  qaydaya  salınmış 
cəmlik,  topluluq)  qarşılıqlı  münasibətdədir.  Bu  termin  «funksional-semantik  kateqoriya»  termini  ilə 
paraleldir,  sistem-struktur  təşkil  edir.  Funksional-semantik  kateqoriya  dil  vahidinin  semantik  kateqorial 
aspektlərini nəzərə çarpdırır. 
Qrammatikada  sahə anlayışı ilə XX  əsrin  60-70-ci  illərində V.Q.Admoni, M.M.Quxman,  E.V.Qulqa, 
E.İ.Şendels, A.V.Bondarko və başqaları məşğul olmuşlar. Onlar sahəyə anlayış kateqoriyası kimi baxmışlar. 
Semantik  kateqoriyalar-semantik  invariantları  doğurur,  müxtəlif  dil  vasitələri  ilə  qarşılıqlı  münasibətdə 
olurlar.  Məsələn:  aspektuallığın  semantik  invariantı.  Hər  bir  semantik  variant  funksional-semantik  sahə 
çərçivəsində  dilin  formal  vasitələri  ilə  əlaqəyə  girir.  Funksional-semantik  sahə  ikitərəfli  (məzmun-forma) 
vahiddir, konkret vasitələri vardır. 
Funksional-semantik sahənin digər xarakterik strukturu mərkəz və periferiya münasibətləridir. Mərkəz 
(nüvə)  funksional-semantik  sahədə  dil  vahididir,  semantik  kateqoriyalar  bu  mərkəzdə  ixtisaslaşır. 
Funksional-semantik  sahədə  mərkəz  (nüvə)  və  periferiya  anlayışı  dil  sisteminin  (F.Daneş  və  b.)  ümumi 
mərkəz və periferiya sistemi ilə əlaqədardır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
224 
 
 
Funksional-semantik sahə çoxcəhətli struktur tiplərlə səciyyələnir. Bu sahəni qrammatik kateqoriyalar 
bazalaşdırır,  monosentrik  (güclü  mərkəz)  sahə  əmələ  gətirir.  Həmin  monosentrik  sahəyə  aspektuallıq, 
temporallıq,  obyektiv  modallıq,  personallıq,  növ,  komparativlik  və  s  kateqoriyalar  da  daxildir.  Polisentrik 
sahə isə zəif olur, bunlar müxtəlif dil vasitələri, homogen formalarla yaranır. Beləliklə, müasir Azərbaycan 
dilində müxtəlif variantlar sahəyə aid tipləri (taksis, vəziyyət, subyektivlik, obyektivlik, müəyyənlik, qeyri-
müəyyənlik, əlamət və kəmiyyət, posessivlik, lokativlik, səbəb-nəticə, şərt və s.) formalaşdırır. 
Müxtəlif  dillərdə  sahəni  müxtəlif  vasitələr  əsaslandırır  (baza  rolunu  oynayır).  Məsələn:  slavyan 
dillərində  sahənin  mərkəzi  aspektuallıqdır,  onun  reallaşmasında  qrammatik  növ  kateqoriyası  baza  rolunu 
oynayır. Alman dilində qrammatik növ kateqoriyası olmadığı üçün mərkəzi rolu müxtəlif leksik-qrammatik 
vasitələr  oynayır,  burada  son  həddə  çatma\  son  həddə  çatmama  ifadə  vasitəsi  mühüm  önəm  daşıyır.  Dildə 
aspektuallıq,  temporallıq  semantik  kompleks  təşkil  edir.  Funksional-semantik  sahə  dildə  sistem  yaradır. 
Funksional-semantik  sahə  sisteminin  təsviri  ilə  funksional  qrammatika  məşğul  olur.  Funksional-semantik 
sistemin bölünmə prinsipləri sistem münasibətə görədir (sahədə əsas qruplaşma və onların qarşılıqlı əlaqəsi) 
sahənin semantik dominantları, sahə nəzəriyyəsinin tipoloji, tutuşdurma və diaxron aspektləri. 
Sahə  termin-anlayışına  daxil  olan  kateqoriyalardan  biri  də  temporallıqlır.  Temporallıq  dil  sahəsidir. 
Temporallıq-insanın  qeyd  olunmuş  durumlarının  vaxtını  və  onların  elementlərinin  danışanın  nitqi  anına, 
yaxud  digər  hesablama  nöqtəsinə  uyğun  qavrayışını  göstərən  funksional-semantik  kateqoriyadır.  «Vaxt 
kateqoriyasının  feilin  zaman  formaları  ilə  verilməsi  temporal  sahənin  əsasını  təşkil  edir»  Mətn  sintaksisi 
məsələsi Azərbaycan dilçiliyində yeni olduğundan mətnin qurulması və funksionallaşması prosesində zaman 
məsələsinin  rolunun  araşdırılması  aktualdır.  Bu  baxımdan  temporallıq  mətndaxili  əlaqəlilik  növlərindən 
biridir. Mətnin tərkib hissələrinin əlaqələndirilməsində temporallığın rolu böyükdür. 
Aspektuallıq,  temporallıq,  növ  (feillərdə  növ  fərqləri),  lokativlik  və  s.  müxtəlif  dil  kateqoriyalarıdır. 
Funksional-semantik sahə yalnız qrammatik vahidləri əhatə etmir, semantik kateqoriya elementləri də buraya 
daxildir.  «Funksional-semantik  sahə»  termini  dil  vasitələri  ilə  qrup  şəklində  (nizama,  qaydaya  salınmış 
cəmlik, topluluq) qarşılıqlı münasibətdədir.  
Temporallıq kateqoriyasına mətn səviyyəsində də yanaşmaq lazımdır. Hər bir dilin temporal sitstemi 
onun zaman haqqındakı təsəvvürlərinin nə cür olduğunu aydınlaşdırır.  
 
 
XALQ LĠRĠKASINDA VƏ MÜASĠR POEZĠYADA BAHAR LÖVHƏLƏRĠNĠN TƏSVĠRĠ 
Hüseynova G. 
AMEA, Folklor İnstitutu 
 
Xalq  lirikasında  bahar  oyanış,  dirçəliş  fəsli  kimi  həmişə  məhəbbətlə  tərənnüm  olunmuşdur.  Qışın 
şaxtasından,  qarından,  azuqə  qıtlığından  əziyyət  çəkən  insanların  baharın  gəlişini  toy-bayram  kimi 
qarşılamaları  təsadüfi  səciyyə  daşımamışdır.  Səməni  göyərdilməsi  də,  şam  yandırılması  da,  bayram 
tonqalları  çatılması  da,  yumurta  boyanması  da,  buğda  qovrulması  da  xalqın  bolluq  fəslinə  tez  qovuşmaq 
arzusunun  ifadəsidir.  Günəşin  qızması,  havaların  isinməsi  ilə  əlaqədar  təbiətin  gözəlləşməsi,  dağların, 
düzlərin yaşıllaşması, otun-pencərin bitməsi, köçəri quşların qayıdıb gəlməsi insanın əhvali-ruhiyyəsinə də 
əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir.  Elə  buna  görə  də  xalq  lirikasında  yaz  mənzərələri  cazibədar  və 
sirayətedicidir: 
                                                     İl dolandı, gəldi yaz, 
                                                     Bülbül satdı gülə naz. 
                                                     Ağlım başımdan aldı 
Burdan gedən sərvinaz. 
  Yazın  gəlməsini  bütün  varlığı  ilə  arzulayan  insanlar  bahara  həsr  elədikləri  bayatıları,  nəğmələri 
həmişə dua kimi oxumuş, təbiətin gözəlləşməsini bayram kimi qeyd etmişlər. 
Aşiqəm, yaz fərağı, 
Oxuyan, yaz fərağı. 
Tamaşadır bülbülün 
                                                        Gül ilə yaz fərağı. 
  Folklorda  olduğu  kimi,  istər  klassik,  istərsə  də  müasir  poeziyada  fəsillərin  təsvirinə  xüsusi  önəm 
verilmişdir. Nizami  «Isgəndərnamə» əsərində yazı da, qışı da gül-çiçəklə bəzənən, dağlarından laləsi əskik 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
225 
 
 
olmayan,  «qışını  baharın  nəsimi  öpən»,  yaşıl  meşələri  cənnətə  bənzəyən,  ətəklərində  bulaqlar  çağlayan, 
söyüdlüyü könül açan, kəklikləri oxuyan, turacları ötən  Bərdənin mənzərəsin yaradır.  
  Dağların,  düzlərin,  çəmənlərin,  meşələrin  yaşıllaşmasının  təsviri  bütün  yaz  mənzərələri  üçün 
səciyyəvidir. Baharın gəlişi təkcə təbiəti gözəlləşdirmir, təkcə quşları mahnı oxumağa təhrik etmir, həm də 
insanın ürəyində sevgi oyadır, onu sevib-sevilməyə, yaşayıb-yaratmağa səsləyir. 
  S.Vurğun,  M.Müşfiq,  R.Rza,  M.Rahim,  M.Dilbazi,  Ə.Cəmil,  B.Azəroğlu,  H.Arif,  N.Xəzri, 
Q.Qasımzadə,  B.Vahabzadə,  N.Həsənzadə,  M.Araz,  T.Bayram,  F.Qoca,  F.Sadıq,  M.Ismayıl,  M.Yaqub, 
Məmməd  Aslan,  A.Laçınlı,  H.Kürdoğlu  və  başqa  bu  kimi  şairlərimizin  əsərlərində  bahar  ən  çox  müraciət 
olunan mövzulardandır. Bu şairlərin əsərlərində yaz mənzərələrinin təsviri eyni səviyyədə olmasa da, onların 
hamısının şeirlərində bahardan məhəbbətlə söhbət açılır.   
  «Bəs yazın gəlməsi şeir deyilmi» sualı ilə oxucunu düşündürən Hüseyn Arif baharı ən kiçik detalları 
ilə  təsvir  etməyi  bacaran  şairlərimizdəndir.  Onun  «Ceyrançöldə  axşam»  şeiri  peyzaj  lirikamızın  ən  gözəl 
nümunələrindən biri hesab oluna bilər.  
  «Ömrün payızında sevib-sevilən» B.Vahabzadənin «elə bilirəm ki, ilk baharam mən» söyləməsinin 
psixoloji əsası var və onun bahara münasibətinin göstəricisidir.  
  «Günəş  baxır  təbəssümlə,  Duman  dönür  qızıl  tülə»  misrası  ilə  bahar  mənzərəsinin  ilk  cizgilərini 
yaradan Qasım Qasımzadə lirik qəhrəmana məsləhət görür ki, təbiətin qız vaxtında bənövşəni öpüb yuxudan 
ayıltsın. 
  «Nəğməsi küləkdən, nəfəsi mehdən» adlı şeirində baharı məhəbbətlə tərənnüm edən Nəbi Xəzri onu 
bədii obraz səviyyəsinə qaldırmağı bacarır.  
  Əliağa  Kürçaylının  «Təzələndi»,  «Dan  yeri  qızaranda»  və  s.  bu  kimi  bahar  lövhələri  yaradılan 
şeirlərində  «yaşıl  alov»,  «yaşıl  bulud»,  «zümrüd  aləm»,  «yaşıl  sel»,  «yamyaşıl  sükut»  və  s.  bu  kimi 
epitetlərdən istifadə olunur.  
  Fikrət Sadığın «Baharlı şeirlər» adlı silsiləsinə daxil olan hər bir poetik parçada bahar mənzərələrini 
orijinal, özü də lakonik şəkildə təqdim etmək ustalığı özünü göstərməkdədir.  
  Ağa Laçınlının «Qırxqız yaylağında», «Təzələyəndə» «Biçənək» və s. şeirlərində yaz lövhələri çox 
poetik, obrazlı şəkildə təqdim olunur.   
  Musa  Yaqubun  «Bir  yaz  gecəsində»  şeirində  təbiətə  baharın  gəlişi,  mənzərələrin  lirik  qəhrəmanın 
ürəyində oyatdığı duyğuları şairanə bir şəkildə öz bədii əksini tapmışdır. 
 
  «Gör  nələr  gətirdi  özüylə  bu  yaz»,  «Göy  meşələr,  çəmənlər»,  «Bu  yaz  idi»  və  s.  kimi  şeirlərində 
gözəl  yaz  mənzərələri  yaradan  Məmməd  Ismayıl  bu  lövhələrin  insanın  iç  dünyasına  təsirini  ön  plana 
gətirməyi daha çox xoşlayır. 
  Rafiq  Yusifoğlunun  bahar  mövzusunda  yazdığı  şeirlər  öz  orijinallığı,  bənzərsizliyi  ilə  diqqəti  cəlb 
edir.  Şairin  peyzaj  yaratmaq  üçün  işlətdiyi  cizgilər,  detallar  mənzərələrə  cazibədarlıq  verir.    «Baharın 
qədəmləri»  adlı  şeirdə  ağacın  dibində  gül-çiçək  açmasını,  budaqlarda  isə  hələ  ki,  tumurcuqların  gözə 
dəymədiyini təsvir edən şair yazır ki, «Gövdənin içi ilə bahar yol gedir hələ, Üç-dörd günə çatacaq  ən uca 
budaqlara».  Şairin  şeirlərinin  birində  «baharın  qapısını  döyürdü  ağacdələn»  deməsi  də,  digərində  baharın 
ağacların budağında «yaşıl işıq yandırıb» meşəyə gedən yolların açıldığını söyləməsi də, başqa bir şeirində 
qaranquşların  «öz  haça  quyruqları ilə  buludları  doğrayıb  biçməsinin»  təsviri  də son  dərəcə  maraqlı  peyzaj 
cizgiləridir.  «Bahar  duyğuları»  adlı  silsilə  şeirlərdə  isə  poetik  lövhələrlə  baharın  bitkin  obrazı  yaradılır. 
Torpağın  canına  yaz  günəşinin  hərarəti  axan  kimi  «qayadan  sallanan  buz  salxımlarının  dartınıb  qayadan 
özünü  atması»nın,  «budaqlardakı  ağ  libaslı  qarın  yerinə  yaşıl  tumurcuğun  qonmasının»,  «baharın  çiçək 
gözlərinin gülməsinin» təsviri  çox poetikdir, cazibədardır. 
  «Bahar,  istəklimsən  başdan,  binadan»  söyləyən  Səməd  Vurğundan  tutumuş  müasir  poeziyamızın 
tanınmış  nümayəndələrinə  qədər  bütün  qələm  sahiblərimiz  bahardan,  yazın  gəlişindən,  təbiətin 
oyanmasından, novruz ənənələrindən məhəbbətlə söhbət açmışlar. 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
226 
 
 
 
MƏMMƏD ARAZ LĠRĠKASINDA DĠL-ÜSLUB MƏSƏLƏLƏRĠ 
Xəlilov Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Milli poeziyamızın ―daş əsgəri‖ kimi Məmməd Araz həm də ―vətən daşı‖ olması ilə yüksəldi və xalqın 
sevimlisinə  çevrildi.  ―Vaxt‖,  ―taxt‖  şairi  deyil,  ―həyat‖  şairi  (H.Arif)  adını  aldı,  Arazı  özünə  ―Məmməd 
Araz‖  edə  bildi.  Elə  bu  vəhdətlə  yaşayıb-yaradan  şairin  hünəri  onda  oldu  ki,  şeirin  adi,  qara  fəhləsindən 
―general‖ rütbəsinə yüksəldi. ―Hamı döyüşlərdə general olsa, daha generallıq kimə gərəkdir?‖  Şeirin qara 
fəhləlikdən generallığa gedən yolu onun sənət idealına çevrildi. 
Sələfləri M.Müşfiq, S.Vurğun kimi M.Araz da sadə, səmimi deyim tərzi ilə ürəklərdə yuva qurdu: 
Məni şeirimdə gəz bir insan kimi, 
Qəlbimdə nə varsa ona demişəm. 
Anadan-bacıdan gizlətdiklərimi, 
Kağızdan, qələmdən gizlətməmişəm... 
Bu  cür  səmimi,  sadə,  müdrik  həyat  və  sənət  yolu  ilə  o,  fərdi  üslubuna,  özünəməxsusluğa  qovuşdu. 
―Dünya düzəlmir ki, düzəlmir, baba!‖  şeirlər toplusunun ilk misralarından son şeirlərinə qədər, demək olar 
ki,  hər  beytində  müdrik  kəlamlar,  fəlsəfi  qənaətlərlə  üzləşirik.  Bunlarda  Vətən  sevgisi,  torpaq  qeyrəti  və 
məhəbbəti  müstəsna  yer  tutur.  Doğma  yurda  müraciətlə  deyilən  ―  Səndən  qeyri  biz  hər  şeyi  bölə  billik, 
Səndən qeyri biz hamımız ölə billik‖, ― Gözünü sil, vətən oğlu, ayağa qalx!‖ kimi alovlu misralar oxucunun 
mənəvi  aləminin  təlatümə  gətirir,  onu  öz  oxundan  tərpədir,  silkələyib  ayağa  qaldırır,  nəzərlərini  böyük 
ümidlə sabaha yönəldir, səfərbər olmağa hazırlayır: 
Dur, içindən dovşanı qov, 
Dur, özünü Bozqurd elə!.. 
və yaxud 
Yıxın məni söz altından, 
Atın məni tank altına. 
Əzin məni xıncım-xıncım, 
Kəsməyirsə söz qılıncım... 
―Ayağa  dur  qoca  vulkan  –  Azərbaycan!‖  deyən  şair xalqı,  düşünən  gəncliyi  ayıq-sayıq  olmağa,  ata-
baba  torpağını  yağılardan  xilas  etməyə  çağırır.  Şairin  bütöv  yaradıcılığına  xas  olan  milli  ruh,  milli  qeyrət 
hisslərini burada da aydın görürük. Bədii təzadlardan, poetik suallar və nidalardan, yüksək intonasiya, ritm 
və  təkrirlərdən  məharətlə  istifadə  edən  xalq  şairimiz  yaradana,  yerə,  göyə  xitabən,  yer  üzündə  ədavətin 
pozulacağından, şərin ayaq açıb yeriyəcəyindən təşviş hissi keçirir, vətəndaşlıq duyğularını böyük yanğı ilə 
oxucusuna çatdırır: 
Oyat bizi, ey Yaradan, Səninləyəm! 
Ya bilmərrə yatırt bizi, 
Ya bilmərrə oyat bizi, 
Ya yenidən yarat bizi!.. 
Burada hər sözün hikmətini, ürəkləri ehtirasa gətirməsini, hər müraciətin Vətən anlayışı ilə necə bağlı 
olmasını görməmək mümkün deyil. ―Mayası turş ayran, zatı qırıqlar‖, ―qeyrəti xırdalananlar‖, ―başının altına 
yastıq qoyanlar‖, ―yurdu qumara qoyan nadanlar‖, ―günəşdən, aydan utanmayanlar‖ şairin qəzəbinə tuş gəlir. 
Məqsəd isə gec də olsa, onları qeyrətə, namusa, heç olmasa, ―yurdunun daşı, kəsəyi‖ olmağa çağırmaqdır. 
Dünyanın öz məhvərindən çıxması, adamların çox soyuq, laqeyd olması, yalanın, böhtanın ayaq tutub 
yeriməsi  şairi  dərin  düşüncələrə  qərq  edir,  ―qəm  karvanı  sanki  onun  üzərinə  yeriyir‖,  kədər,  iztirab  notları 
təbii  olaraq  sevinci,  ümidi  bir  anlığa  da  olsa,  üstələyir.  ―İti  bazarında  atından  baha‖-deyən  şair  özünə 
toxtaqlıq verir, ümumi bəlanın kökünü tapmış kimi görünür: 
Bir gözü işıqdı, bir gözü buzdu, 
Məkrli qadındı, gölçöhrə qızdı. 
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu, 
Mən belə dünyanın nəyindən küsüm?.. 
Buradakı ayrı-ayrı sözlər, ifadələr, təzadlar, təşbeh və bənzətmələr şairin poetik dilini daha tutarlı, daha 
parlaq edir, ürəklərə təsiri, beyinlərə nüfuzu birə-beş artır. ―Dünya‖ mövzusunda həddən çox şeirlər yazılıb 
və hamımız oxumuşuq. Lakin sübuta o qədər də ehtiyacı olmayan  əsas məsələ budur ki, M.Araz tamamilə 
yeni, orjinal bir ―dünya‖ yarada bilmişdir. Bu ―Dünya‖nı, zənnimizcə, bilməyən oxucu tapılmaz. ―Bu get-

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
227 
 
 
gəllər  bazarına  dəvədir  dünya‖  misrasından  sonra  gələn  digər  misralar  da  hər  birimizi  sanki  ovsunlayır  və 
şairin gəldiyi fəlsəfi qənaətə inandırır: 
Gülünclərə gülünc gələn bu ada güldüm, 
Yüyəninə hər əl yetən bu ata güldüm. 
Mən özümlə oynadığım şahmata güldüm, 
Dünya sənin, dünya mənim, dünya heç kimin!... 
Dil-üslub  cəhətdən  burada  o  qədər  məziyyətlər,  incəliklər  var  ki,  heyrət  etməli  olursan.  Çünki  şair 
nəinki sözlərin, habelə, səslərin, hecaların, hətta hərflərin şeiriyyətini, musiqisini incə bir zövqlə düzə bilmiş, 
ahəngdar  bir  vəhdət  yaratmışdır.  Eyniköklü  sözlərin,  vəzn,  qafiyə  sisteminin  sənətkarcasına  işlənilməsi, 
forma-məzmun,  məna  çalarları,  təkrirlər  –  bütün  bunlar  simfonik-fəlsəfi  ideya  aşılayır  ki,  elə  bu  cəhət 
M.Arazı digər sənət nümayəndələrindən xeyli dərəcədə fərqləndirir. 
Sözə  hakim  olmağın,  hər  misranın,  beytin  üstündə  alışıb-yanmağın  nəticəsidir  ki,  bu  şeirlər  mənəvi 
dünyamızı  işıqlandırır,  yüksək,  pak  duyğularla  yaşayıb  yaratmağa  sövq  edir.  ―Məndən  ötdü  qardaşıma 
dəydi‖,  ―Payız  nidası‖,  ―Muğanın  şikayəti‖,  ―Tarixçi  alimə‖,  ―Professor  Gülə  məktub‖,  ―Vətən  mənə  oğul 
desə‖, ―Azərbaycan deyiləndə‖, ―Füzuli kədəri‖ şeirləri, həmçinin ―Üç oğul anası‖, ―Paslı qılınc‖, ―Atamın 
kitabı‖ və s. poemaları dediyimizə ən yaxşı sübutdur. 
Böyük  sələfləri  olan  dahi  Nizamidən  humanizmi,  Nəsimidən  əqidə  və  məsləki,  Xətaidən  qılıncla 
qələmin  vəhdətini,  Füzulidən  sözün  məna  və  sehrini,  ―Ağlar-güləyən‖  Sabirdən  vətən  sevgisini  öyrənən 
Məmməd Araz öz növbəsində istedadlı gəncliyə bu mühüm keyfiyyətləri öyrədə bilmişdir. Ona həsr olunan 
330-dan  çox  şeir  və  nəzirələr  heç  də  təsadüfi  deyildir.  Şairə  olan  böyük  məhəbbətin  nəticəsidir.  Müasir 
dünyanın mizan-tərəzisinin itirilməsi, ―Ölümlə, qalımla yanaşı duran‖ bəşəriyyətin faciəsi şairi ciddi narahat 
edir, bunların kökünü, mənbəyini axtarır, insanları, böyük Yaradanı köməyə çağırır. ―Mən‖lərin, ―Sən‖lərin 
günahını ürək ağrısı ilə açıb üzə çıxarır: 
İnsanlar torpağı didib qurtardı, 
İnsanlar işığı içib qurtardı. 
Haqqı-ədaləti içib qurtardı, 
Düz deyən dilləri kəsib qurtardı, 
Düz yazan əlləri kəsib qurtardı, 
Hər şey gözümüzün qabağındaca.. 
İlahi, ilahi, mən də insanam
İlahi, əfv etmə günahlarımı!... 
Bu  misraları  həyəcansız  oxumaq  mümkün  deyildir.  Kəskin  təzadlar,  suallar,  xitablarla  ifadə  olunan 
şairin  qəzəb  hisslərini,  daxili  çırpıntılarını,  insanlığa  hayqırtılarını  oxucu  yaxşı  başa  düşür,  həlli  çətin 
məsələlərdə hər kəsin nöqsan və səhvlərinin olduğunu dərk edir. 
Məmməd Araz lirikasının gücü, ləyaqəti, heç şübhəsiz ki, onun poetik dilinin zənginliyində, üslubunun 
sadəlyi  və  şirinliyindədir.  Ənənə  ilə  novatorluğun,  xəlqliklə  bədiiliyin  harmonik  rabitəsi  onun  şeirlərinin 
ruhunu təşkil edir. Məmməd Araz poeziyasının dili zərgər dəqiqliyində, qanadlı və canlı olmasındadır ki, çox 
asanlıqla da ürəkləri fəth edə bilir. 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin