Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
241
AZƏRBAYCAN ƏDƏBĠYYATINDA PSIXOLOJĠ ÜSLUBUN ÖZÜNƏMƏXSUSLUĞU
Məmmədova T.K.
Sumqayıt Dövlət Universiteti
Ötən əsrin 20-ci illərində Azərbaycan ədəbiyyatında psixologizmə münasibət o qədər də ürəkaçan
deyildi. Psixologizmi Z.Freyd və A.Berqsonla əlaqələndirərək, ona qarşı hücumlar olurdu. Bununla belə,
məsələn, C.Cabbarlının məqalələri bir sıra hallarda psixologizmi rədd etsə də (―Türk teatrı
olimpiadada‖(1930), ‖Türk Bədaye Teatrı yeni yol ilə‖, ―Bu il dönüş ili olmalıdır.‖(1930)), bir sıra hallarda
onun əhəmiyyətini vurğulamışdır. Belə ki, ―Azərbaycan türk ədəbiyyatının son vəziyyəti‖(1924) adlı
məqaləsində C.Cabbarlı M.F.Axundova istinadən yazırdı: ―Əsərləri az-çox uzaq bir keçmişin məhsulu
olduğuna, fikir və fəlsəfə etibarilə, indiki zaman üçün əhəmiyyətini qeyb etdiyinə baxmayaraq, bir çox
yazıları bu gün belə, öz dərin psixoloji və bədii əhəmiyyətlərini saxlamışlardır‖. Təbii ki, M.F.Axundovun
bir sıra əsərlərində dar mənada psixologizm var. Məs: ―Xəyalım çiy deyildi, çox pişkin idi. Birər-birər mənə
―Yüz sağol!‖ dedilər. Dünya gözümdə behişt bağına döndü, Mənə böyük cəlal düzəltdilər, Şaha layiq
peşkəşlərlə əzizlədilər. Dünya muradımca idi, fələk mehribandı, O dəqiqədə səadət mənimlə həmnəfəsdi.‖
(Yeni əlifba haqqında mənzumə).
Elə C.Cabbarlı yaradıcılığında da insan və onun taleyi az məzmununu tapmır. İstər pyeslərində, istər
hekayələrində insan həyatı, özünün xarakteri və psixologiyası ilə diqqəti cəlb edir. İ.Əfəndiyevin
obrazlarının (Səriyyə, Səlimə, Nuriyyə) müəyyən cəhətlərini Sevilin, Füruzənin, Almazın simasında axtarıb
tapa bilərik. Adının ləkələnməsindən qorxmayaraq Yaxşının uşağına yiyə duran Almazın dolayı da olsa,
keçirdiyi mənəvi–psixoloji durum onun bir insan kimi məzmununu açır. Sadəcə, burada dərin
psixologizmdən söhbət gedə bilməz, dövrün, zamanın qəlibləri buna imkan verməmişdir. Bununla belə,
həmin dövrün bir sıra yazıçılarının əsərlərində psixologizm bu və ya digər dərəcədə özünü göstərirdi. Heç
nəyə baxmayaraq, hətta repressiyanın baş aldığı zamanda belə, psixologizm Azərbaycan ədəbiyyatında
əhəmiyyətini saxlaya bilmişdi.
C.Məmmədquluzadə, Ə.B.Haqverdiyev, Y.V.Çəmənzəminli, daha sonralar Əbülhəsən, M.Hüseyn və
başqalarının yaradıcılığında psixologizm yox deyil. Məsələn, Musa Adilov ―C.Məmmədquluzadə söz
ustasıdır‖ adlı məqaləsində Cəlilin realist üslubunun mühüm xüsusiyyətlərindən biri kimi təsvirdə dəqiqlik
və detalların üstünlüyünü qeyd edir və yazır: Müəllif detallara çox əhəmiyyət verir və ümumi təsəvvür də bu
detallardan doğur‖. Daha sonra Cəlilin ―Quzu‖ hekayəsindən nümunə gətirərək (―Xan çönüb qaçdı qonaqlara
tərəf, genə qayıtdı Məmmədhüseynə tərəf, əlini saldı cibindən bir kağız üçlük çıxartdı. Pulu genə istədi
cibinə qoya, sonra istədi Məmmədhüseynə verə, genə istədi cibinə qoya, axırda atdı Məmmədhüseynə və
qaçdı içəri.‖) müəllifin xanın əhval – ruhiyyəsini və xarakterini, onun şüurunda gedən mübarizəni (pulu
verimmi, verməyimmi?) çox gözəl psixoloji ustalıqla açdıgını, həm də məhz detalların sayəsində açdığını
doğru vurğulayır. Musa Adilov müəllifin daha başqa əsərlərindən nümunə gətirərək, ədibin üslubunu bədii
dilinin realizmini səciyyələndirən əsas amillərdən biri hesab edir, ―dərin və əyani psixoloji təhlil‖ə, ―tipin
dolayısı ilə səciyyələndirilməsi‖ kimi sənətkarlıq məsələlərinə diqqəti cəlb edir.
Arif Məmmədov ―XIX əsrin ikinci yarısında Azərbaycan nəsrində təhkiyə məsələləri‖ adlı əsərində
XX əsrdə psixoloji analiz məsələlərinə toxunaraq, ―Danabaş kəndinin əhvalatları‖, ―Bahadır və Sona‖
əsərləri istisna olmaqla, psixoloji analizin o qədər də diqqəti cəlb etmədiyi, hətta praktiki olmaması qənaətinə
gəlir və psixoloji nöqteyi – nəzərin varlığını yalnız bir aspektdə şərtləndirir: ―Bütün bu əsərlərdə xarici
nöqteyi – nəzər hökmranlıq edir. Yalnız faktlar qeyd olunur, onları yaradan motiv və psixoloji vəziyyət isə
diqqətdən kənar qalır, qəhrəmanların daxili aləmi də işıqlandırılmır‖ . Müəllif daha sonra davam edərək
―Bahadır və Sona‖ əsərində personajların psixologiyasının təsvirində daxili monoloqdan, ―Danabaş kəndinin
əhvalatları‖ əsərində isə bununla bərabər, həm də vasitəli nitqdən istifadəni qeyd edir. ―Danabaş kəndinin
əhvalatları əsərində danışan təhkiyəçidən əlavə obrazların özünün fikirləri də (Məhəmmədhəsən əminin,
Zeynəbin, Xudayar bəyin) verilir və psixoloji situasiyalar, həyəcanlar, əhvali – ruhiyyə obrazların nöqteyi –
nəzərindən ötürülür.
Məryəm Axundova ―Yusif Vəzir Çəmənzəminlinin hekayələri (İnqilabdan əvvəlki dövr)‖ adlı
məqaləsində müəllifin 1909-1914-cü illəri əhatə edən hekayələrinə istinadən yazır: ―Bəzən satirik, bəzən
yumoristik planda verilmiş əhvalatlar, gah lirik, gah da məzəli şəkildə alınmış hadisələr insanı düşündürür;
həyatından kiçik bir parça təsvir edilmiş adamlar bütün ömürləri, daxili aləmləri, xarici görkəmləri, düşüncə
və arzuları ilə yadda qalırlar‖.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
242
Onu da qeyd etmək lazımdır ki, Y.V.Çəmənzəminlinin özünün psixologizmə dair maraqlı fikirləri var.
Tofiq Hüseynoğlu ―Y.V.Çəmənzəminli sənətkarlığının bəzi məsələləri barədə‖ adlı məqaləsində bu məsələ
ilə bağlı bir sıra mülahizələr yürütmüş, Y.V.Çəmənzəminlinin 30-cu illərdə yazdığı roman və hekayələrində
güclü psixoloji təhlil bacarığını göstərən bir yazıçı, eyni zamanda bədii yaradıcılıqda psixologizmə dair qiy-
mətli mülahizələr söyləyən bir sənətkar kimi qiymətləndirmişdir. Müəllif ―Psixologizmə dair‖ adlı başqa bir
məqaləsində də ədəbi – tənqidi və elmi –nəzəri fikri yenidən həmin məsələyə istiqamətləndirərək,
Y.V.Çəmənzəminlinin çağdaş ədəbiyyatda şərtilikdən, şərti – metoforik vasitələrdən və obrazlardan istifadə
etməyə güclü meylini qeyd edir. Belə ki, həmin dövrdə şərtilikdən istifadənin, gerçəklik və şərtilik arasındakı
əlaqənin mübahisəli qarşılanması da məlumdur. Müəllif daha sonra Y.V.Çəmənzəminlinin qüdrətli bir
sənətkar və geniş erudisiyaya malik alim kimi bu məsələyə münasibətini və bununla bağlı fikirlərini də
nəzərə çatdırır və yazır: ―O, ―Qızlar bulağı‖ kimi tarixi – fəlsəfi romanında folklorizm, mif və əfsanələrdən –
şərti – metoforik vasitə və obrazlardan istifadə etməkdən başqa, özünün elmi – nəzəri mülahizələrində də bu
məsələyə münasibətini bildirmişdir. Bu münasibət bizim üçün indiki halda bir də ona görə əlamətdardır ki,
psixologizmlə əlaqədardır‖.
İ.Əfəndiyev də məqalələrində psixoloji təhlil bacarığını əsas götürür, psixologizmə dair qiymətli
mülahizələr irəli sürürdü. Müəllif 1946-cı ildə yazdığı ―Fəryad haqqında mülahizələrim‖ adlı məqaləsində
M.Hüseynin ―Fəryad‖ povestini psixoloji əsər adlandırır. İnsanların daxili aləmini açıb göstərməyin həqiqi
yazıçılıq istedadı olduğunu deyən müəllif M.Hüseyndə bu istedadı görür və yazırdı: ―Mehdidə hissi – səlim
qüvvətlidir. Lakin o, ilmələri atdıqca tələsməməlidir. Hər bir nəqşin tam çıxmasına diqqət etməlidir‖.
Müəllif 1945-ci ildə ―Yüksək sənət uğrunda‖ adlı məqaləsində nəsrin ən mühüm nöqsanlarından birini
yazıçıların dərin mənəviyyata, zəngin daxili aləmə, yüksək romantik duyğulara malik qəhrəmanlara
laqeydliyində görür və belə qəhrəmanları hekayə və romanlarımızda görmədiyinə təəssüf edirdi. Hələ bu
zaman müəllif qəhrəmanı ―hadisələrin təbii gedişində deyil, havadan asılı vəziyyətdə saxlamağa, qəsdən
yaxşı göstərməyə‖ çalışan, ona ―yerli – yersiz‖ ―hakimanə sözlər‖ dedirtməyə‖ cəhd edən, ―insanın
mürəkkəb daxili aləmini unudaraq, qəhrəmanın hər bir hərəkətini ―yaxşılıq‖, ―əlalıq‖ kimi qələmə alan
yazıçılara qarşı çıxır, ―Sağa dön! Filankəsə bax! Burada əxlaq barəsində nitq icad et!‖ kimi stereotiplərdən
yaxa qurtarmağa çağırırdı. Hələ o zaman müəllif ―yaxşı–pis, müsbət–mənfi‖ - deyə qəhrəmanların
bölünməsinə qarşı çıxır, qəhrəmanları ―boyaların qarışığında‖ (Vaqif Yusifli) təqdim etməyi məsləhət
görürdü. Halbuki bu təklif uzun illər birmənalı qarşılanmamışdır. Uzun illər ―Müsbət qəhrəman bu gün‖
rubrikası da ədəbi mətbuatın səhifələrindən düşməmişdir.
İ.Əfəndiyevin bir çox əsərlərində lirik səhifələrə rast gəlmək olar. Müəllifin yaradıcılığında lirizm
əsərin bütün komponentlərini özünə tabe edən mərkəz kimi çıxış edir. Təsadüfi deyil ki, Tofiq Hacıyev
yazıçının nəsr və dramaturgiyasında şeiriyyətini araşdıraraq bir sıra hekayələrində (―Qəhrəman ilə bülbülün
nağılı‖, ―Apardı sellər Saranı‖, ―Qırçı və qırmızı çiçək‖) bədii lövhələrin şeir tək içildiyini, lirizmin bir
tərəfdən, onun dilinləki şeiriyyəti qidalandırdığını, o biri tərəfdən ―hadisə və obrazlardakı psixologizmi‖
şərtləndirdiyini qeyd edir.
BƏLGƏ ETNOLĠNQVĠSTĠK TERMĠNĠNĠN SEMANTĠK STRUKTUR TƏHLĠLĠ
Musayeva İ.İ.
Sumqayıt Dövlət Universiteti
Maddi və mənəvi mədəniyyətin bir çox xüsusiyyətlərini, etnik milli cəhətləri özündə əks etdirən
mərasim leksikası ən qədim leksik qatlardan biridir. Öyrəilməsi hər zaman labüd olan etnoqrafik leksikanı
təhlil edərkən, bu leksik qatın öyrənilmə aspektinin yalnız semantik proseslərlə deyil, həmçinin fonetik
delimitasiya ilə də müəyyən olunduğunu qeyd edə bilərik. Azərbaycan və digər türk dillərinin leksikasına
nəzər salsaq xronoloji tarixi daha qədim dövrlərə təsadüf edilən leksemlər kifayət qədərdir. Bunlar Ural-
Altay dilləri, xüsusilə də monqol və tunqus-mancur dilləri ilə sıx genetik əlaqəlidir. Məsələn, moğol mənşəli
bəlgə termini ayrı-ayrı türk dillərində müxtəlif fonetik dəyişmələr və semantik diferensiasiya ilə müşahidə
olunur. Belə ki, etimoloji yaşı daha qədim dövrləri əhatə edən bəlgə linqvistik vahidi Azərbaycan dilində
―bəlgə‖, türkmən, qırğız, qazax, özbək dillərində ―belği‖, başqırd dilində isə ―bilgə‖ fonetik variantında rast
gəlinir.
Struktur elementi, səs formulu mənbə dildə ―belge‖ formasında olan etnolinqvistik termin moğol
dilində ―bel‖ (işarətləmək, damğalamaq), ―gü‖ (səs) sözlərindən törəmişdir. Nəzərə alaq ki, moğol dilində
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
243
―be‖ feili görmək, görünmək mənalarını ifadə edir. Sözün semantikasına bu konteksdə baxsaq, əmələgəlmə
formulunun ―be+l+gü‖ –şəklində olduğu, məna etibarı ilə nəzərə çarpmaq, diqqəti tez cəlb etmək, daha tez
görünmək üçün qoyulan işarət-anlamına gəldiyi aydın görünür. Fonetik quruluş baxımından isə sait və samit
səslərin sinharmoniyasını xüsusilə qeyd etmək lazımdır.
Türkmən dilində ―belğü‖ sözünə eyni semantik strukturda, lakin fərqli fonetik çalarda rast gəlinir:
belğü – bir zadı alamatlandryan nişan, bellik, alamat (Oğlının yakasında kiçi komandirlik belgisi bar). Bu
dildə sözün belgilemek (bir zada belge, nişan alamat qoymak, belli etmek), belğelenmek (bir zada belğe,
nişan qoyulmak, bellik edilmək), belgileşmek (bir zada belği, nişan, alamat qoyulmak), belgiletmek
(alamatlandırmak) kimi çoxsaylı derivatlarına rast gəlmək mümükündür.
Mahmut Kaşğarlının ―Divan‖ında isə bəlgə sözü türkmən dili ilə homogen olaraq uyğun məna və
fonetik tərkibdə ―belgü‖ nişan, əlamət, bəlgə anlamlarında qeydə alınmışdır.
Qədim türk yazılı abidələrində sözügedən etnolinqvistik terminə ―belgü‖ fonetik çalarında nişan,
nişanə, əlamət anlamlarında təsadüf olunur. Həmin mənbələrdə həmçinin bəlgə sözündən törəmiş çoxlu
derivatlar da (belgüla, belgülük, belgün, belgülük, belqurmaq, belgusüz) geniş əks olunmuşdur.
Türk dilinin sözlüyünə diqqət yetirsək, ―bəlgə‖ sözü anlam etibarı ilə mənbə dildən fərqli olaraq
müəyyən qədər semantik diferensiyaya uğramışdır:
1.
Üzərində hər türlü bilginin kayıtlı olduğu nesne ya da madde
2.
Bir iddianın doğruluğunu göstərən yazı
3.
Bir gerçekliye tanıklık edən yazı, fotoqraf, resim, film, vesika və s.
Lakin burada da bir qədər də olsa sözün əsl semantikasının izləri müşahidə olunur. Belə ki, hər hansı
bir iddianın doğruluğunu göstərən istənilən bir əlamət prinsip etibarı ilə bəlgədir (bu yazı, sənəd, şəkil,
vəsiqə və s. ola bilər.)
Türk dillərinin leksik qatına nəzər salsaq, ümumtürk leksik qatına aid olan ―bəlgə‖ lekseminin
semantik strukturunun çoxcəhətli olduğunu müşahidə etmiş olarıq. Təkcə Azərbaycan dilində sözün bir neçə
məna çaları və omonim variantı mövcuddur. Ümumiyyətlə isə türk dillərində leksemin 13 omonim variantı
öz əksini tapmışdır.
Hazırda Azərbaycan dilində məhdud dairədə işlənən, hətta arxaikləşən bəlgə sözünün ilkin mənası
nişan, əlamət olmaqla, toy mərasiminin müəyyən prosesinin adını nişan taxmaq, izdivac, adaxlamaq sözləri
ilə semantik ekvivalent olaraq işlədilir. XIII-XIV əsr aşıq poeziyasında da bu terminə həmin anlamda rast
gəlinir:
Qurbani der, bu dərdləri biləsiz,
Qohum qardaş yığılıban gələsiz.
Adna axşamında bəlgə qoyasız.
Kəsilə qovğası-qalı qızların.
Azərbaycan dilinin izahlı lüğətində sözün etimoloji izahı bu cür verilir:
1.
El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan,üzük, örpək
2.
Əkin yerlərinin hüdudunu göstərən nişan, mərz
3.
Bəhanə, səbəb, dəlil, tutarğa (əlində bəlgə etmək)
4.
Vuruş zamanı qola sarınan şey, nişan.
Azərbaycan dilinin dialektoloji lüğətində isə sözün fərqli semantik özəllikləri göstərilmişdir.
1.
Bəlgə - (Nem.)vasitəçi, Yəqin kimsə arada bəlgə oluf ki barışıflar.
2.
Bəlgə - (Bakı) ağac davasında qalxan əvəzinə qola sarılan qalın parça
3.
Bəlgə - (Kəlbəcər) birinci nişan
4.
Bəlgə - (Şuşa) gönü aşılamaq, üçün narın edilmiş nar qabığı və yarpağında alınmış un, Bəlgə qurtardı,
gön isdaxda qaldı.
5.
Bəlgə - (Ağdaş) əkin yerlərinin hüdudunu bildirən nişan, qaj. Bu yerə bəlgə qoy.
6.
Bəlgə - (Bakı) şaftalı qaxı
Dilimizdə bəlli, bəlirmək, bəlirli və s. kimi sözlərlə bəlgə sözü ilə eyni kökdən törəmişdir.
Polisemik xarakterli xüsusiyyətlərə malik olan bəlgə etnoqrafik terminin Azərbaycan dilində sinonim
variantları da mövcuddur. Belə ki, qərb qrupu dialekt və şivələrdə işlənən ―en‖ sözü qaramalın qulağına
vurulan damğa, nişan, əlamət mənalarını bildirir. Mahmud Kaşğarlının ―Divan‖ında ―en‖ eyni semantik
özəllikdə, fonetik tərkibdə əks olunmuşdur. Yeri gəlmişkən D.Nemetin fikrincə en, enə, ene sözü qədim kökə
malik olub ―etibar etmək, ―etibarlı‖ anlamlarını ifadə edir. Burada da sözün üstün semantikası aydın
müşahidə olunur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
244
Bəlgə sözünün sinonim variantlarından biri də ―damğa‖ sözüdür. Damğa sözünün etimoloji izahını
Araz Qurbanov belə vermişdir:
Damğa orta əsrlərdə üzərində hökmdar möhürü olan fərmanlar, sənətkarların müəlliflik hüququnu
özündə əks etdirən lakonik ornomental nişanlara, gömrük rüsumuna pul ilə ödənilən vergilərə deyilir. Orta
əsrlərdə Mərkəzi Asiya, Yaxın Şərq, Şərqi Avropa türkləri və onlarla təmasda olan şərqi slavyanlar damğa
sözünün sinonim variantı kimi ―tavro‖ sözündən istifdə etmişlər, bu da ev heyvanlarının bədəninə,
qulaqlarına dağlanan damğaları bildirir. Mahmud Kaşğarinin ―Divan‖ında isə bu söz ―tuğra‖ fonetik
variantında verilir. Tuğralığ isə (damğa, nişan vuran) Səlcuq dövlətində məmur vəzifəsi olaraq göstərilir.
Qədim türk qatının tərkib hissəsinə daxil olan ―bəlgə‖ sözünün müxtəlif türk dillərində struktur səs
formulunu, semantik özəlliklərini incələyərkən belə qənaətə gəlmək olar ki, sözügedən terminin müxtəlif
omonim, nisbi sinonim-möhür, kərtik, damğa kimi variantları olsa da, sözün üstün, dominat anlamı nişan,
əlamətdir.
KĠNO DĠLĠNĠN ƏSAS XÜSUSĠYYƏTLƏRĠ BARƏDƏ BƏZĠ MÜLAHĠZƏLƏR...
Mustafayev F.N.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Son illər dünyanın görkəmli dilçi alimlərinin tədqiqatlarında göstərilir ki, kino dili öz xüsusiyyətləri
ilə şifahi nitqin başqa formalarından fərqlənir. Geniş şifahi nitq auditoriyaları, radio, televiziya, kino, teatr -
hər biri özlərinin iş üslubları, nitq imkanları və bir çox fərdi cəhətləri ilə biri digərindən fərqlənir. Bu fərqlər
dilin bir ünsiyyət, məlumat, təsir vasitəsi kimi işləndiyi sahələrdə məqsəddən, sosioloji mühitdən, şəraitdən,
ictimai mənsubiyyətdən asılı olaraq istifadə olunması nəticəsində yaranır. Burada müəyyən bir
qanunauyğunluq vardır. Aktyorlar danışarkən, öz qarşısında tamaşaçıların xoşuna gəlmək və onları yazıçının
əsərdə qaldırdığı problemə, ideyaya inandırmaq məqsədi qoyur. Məhz bunun üçün də kino aktyorları öz
nitqlərinə çalarlıqlar, boyalar verirlər. Kino dilində hər bir obrazın nitqi onun ictimai mənşəyinə, yaşına,
dünyagörüşünə görə fərdiləşdirilir, tipikləşdirilir. Belə olduqda əsər filmdə daha real, təbii, canlı çıxır.
Rejissor və aktyorlar həm dilin fonetik, leksik və sintaktik qanunlarından, həm də orfoepiya
normalarından məharətlə istifadə etməyə çalışır, nitqə rəngarənglik verir. Obrazın daxili aləmini nitqi
vasitəsilə açaraq onu tamaşaçılara sevdirməyə çalışırlar. Bu baxımdan kino dili şifahi nitqin digər
formalarından olduqca fərqlənir. Bu iş isə kino aktyorlarından daha çox zəhmət tələb edir.
Kino və televiziya səhnəyə nisbətən texniki vasitələrlə daha çox təchiz olunur. Rejissor və aktyorlar
çəkiliş zamanı belə yardımçı vasitələri istedadları, vərdişləri ilə əvəz edirlər. C.Cabbarlı adına
―Azərbaycanfilm‖ kinostudiyasının aktyorları səhnə aktyorlarından daha çox yaradıcılıq işləri görməli
olurlar. Səhnə, televiziya və radioya nisbətən kino-filmlər daha universaldır. Kino aktyorları öz məharətlərini
tamaşaçıların rəyini, reaksiyasını nəzərə almaqla hər çəkiliş zamanı təkmilləşdirir, ssenariyə hər kino
çəkilişində yeni-yeni formalar verə bilirlər. Bu hal onların nitqində, xüsusilə hiss olunur. Çəkilişə
hazırlaşarkən kinoaktyorlardan xüsusi yaradıcılıq axtarışları tələb olunur.
Kino
dilinin öyrənilməsi Azərbaycan dilinin tələffüz üslublarının tədqiq olunub
müəyənləşdirilməsinə də imkan yaradır. Əsərlərdə personajların nitqi ictimai mənşəyindən, səviyyəsindən,
qohumluq əlaqələrindən asılı olaraq fərqlənir. Bu hal kino dilində aşağıdakı tələffüz üslublarının olıduğunu
şərtləndirir: 1). bədii tələffüz üslubu; 2) publisistik tələffüz üslubu; 3) rəsmi tələffüz üslubu; 4) danışıq
dilinin tələffüz üslubu; 5) dialekt tələffüz üslubu; 6) fərdi tələffüz üslubu. Bunların hərəsinin özünəməxsus,
fərdi xüsusiyyətləri vardır.
Kino dili üzərində aparılan müşahidələrdən aşağıdakı nəticələr müəyyən edilir:
Kino dilinin tədqiqi Azərbaycan dilinin ədəbi tələffüz üslublarının müəyyənləşməsində böyük rol
oynayır. Kino həyatın müəyyən bir dövrünü olduğu kimi canlandırdığı üçün burada Azərbaycan tələffüz
üslublarının bütün incəliklərinə rast gəlmək mümkündür. ―Yeddi oğul istərəm‖ (1970), ―Nəsimi‖ (1973),
―Mən ki gözəl deyildim‖ (1968), ―Romeo mənim qonşumdur‖ (1963), ―İstintaq davam edir‖ (1966),
―Dağlarda döyüş‖ (1977) ―Leyli və Məcnun‖ (1961) filmlərində rejissor və aktyorlar obrazların ictimai
mənşəyini və fərdi danışıq xüsusiyyətlərini filmdə canlandırmaq məqsədilə bu tələffüz üslublarından istifadə
edirlər. Beləliklə, obrazların nitqi tələffüz üslublarının köməyi ilə üslubi rəngarənglik kəsb edir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
245
Müşahidələrdən məlum olur ki, sözlərin, habelə bir sıra cümlələrin sonundakı samit səslərin karlaşması
hadisəsi kino danışığında daha güclü şəkildə özünü göstərir. Bu hal, əsasən, çoxhecalı sözlərin sonunda
işlənən səslərdə daha çox nəzərə çarpır.
Vurğu və onun növlərindən düzgün istifadə etmək kino dili üçün də əsas şərtlərdən biridir. Bununla
belə, ssenarist və rejissorlar məqsədli şəkildə əsasən, mənfi obrazların nitqini fərqləndirərkən nitqdə bəzi
çalarlıq yaratmaq məqsədi ilə vurğunun işlənilməsi qaydalarından kənara da çıxırlar.
Vurğunun nitqdə əmələ gətirdiyi məna çalarlığına görə kino danışığında ən çox həyəcanlı vurğudan,
söz vurğusundan, məntiqi vurğudan, sintaqma vurğusundan və cümlə vurğusundan istifadə olunur.
Tələffüzdə dialekt variantına çox zəruri hallarda, məqsədli şəkildə və əsərdə ssenaristin tələblərinə
uyğun şəkildə yer vermək olar.
Senari yazılarkən şifahi nitqin xüsusiyyətlərini gözləməyə ciddi cəhd göstərsə də, kino şəraiti,
ssenaridəki konfliktlər, psixoloji anlar kinoaktyorun dilində dəyişikliklər edir. Bu hal dilin elementlərinin
müxtəlif şəkillərə düşməsinə səbəb olur, cümlənin leksik tərkibi və intonasiyaya görə növləri də dəyişir,
şifahi nitqə daha da yaxınlaşır.
Cümlənin, nitqin sintaqmalara düzgün bölünməsi kino dilini daha canlı və təbii, axıcı, musiqili edir.
―Babək‖ (1979), ―Bizim Cəbiş müəllim‖ (1969), ―Mehman‖ (―Qanun naminə‖ (1968), ―Torpaq. Dəniz. Od.
Səma‖ (1967), ―Uşaqlığın son gecəsi‖ (1968),. ―Gilas ağacı‖ (1971), ―Sən niyə susursan‖ (1966), ―Bir
qalanın sirri‖ (1963), Arşın mal alan‖ (1965) filmlərində aktyor nitqində sintaqmaların pozulmaması, yerli-
yerində fasilələrə riayət edilməsi, cümlələrin birdəfəlik yox, fasiləli intonasiyalarla tələffüzü kino dilinin
emosionallığını təmin edir. Kinoaktyorlar şifahi nitqin qayda-qanunlarını gözləməklə yazılı dili şifahi nitq
formasına salır, hər hansı ssenaridə orfoepiya normaları əsasında və yüksək nümunəvi nitqdə kino
təcəssümünü verirlər.
Şifahi nitqdə, xüsusən kino dilində sintaqmanın çox böyük rolu vardır. ―Şərikli çörək‖ (1969), ―Dəli
Kür‖ (1969), ―Ad günü‖ (1977), ―Arxadan vurulan zərbə‖ (1977), ―Dərviş Parisi partladır‖ (1976), ―Dədə
Qorqud‖ (1975), ―Əhməd haradadır‖ (1963), ―Skripkanın sərgüzəşti‖ (1972), ―Mən mahnı qoşuram‖ (1979),
―Alma almaya bənzər‖ (1975) filmlərində aktyor və rejissorlar öz nitqlərinin təsirli olması üçün cümlələrin
sintaqmaara bölünərək düzgün tələffüzünə ciddi fikir verirlər. Filmdə birsözlü, ikisözlü sintaqmlar surətlərin
dilində daha çox işlənir. Belə hallarda fikrin ifadəsində intonasiya da xüsusi rol oynayır. Hər hansı bədii
əsərin daha qüvvətli və ya zəif çıxması filmdə kinoaktyorun dil elementlərindən yerli-yerində istifadə
etməsindən, şifahi nitqin üslubi normalarına əməl etməsindən çox asılıdır.
Dostları ilə paylaş: |