AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

 
ANDLARIN JANR SƏCĠYYƏSĠ 
İsgəndərov B.A. 
Sumqayıt Dövlət Universiteti 
 
Azərbaycan  xalq  ədəbiyyatının  arxaik  janrları  sırasına  aid  etdiyimiz  andlar  xalqımızın  yazıyaqədərki 
mədəniyyətinin  tərkib  hissəsi  kimi  çox  dəyərlidir.  Azərbaycan folklorunda  xüsusi janr statusu  almış  andlar 
daha çox özünün qədimliyi ilə diqqəti cəlb edir. Andlarda qədim insanların gündəlik təmasda olduğu təbiətə, 
cəmiyyətə, insanlara münasibətlərinin əks- sədasını eşidirik. Bunlarla bərabər, qədim çağ insanının animist, 
totemist,  antropomorfist,  mifoloji  görüşləri  əks  olunmuşdur.  Deməli,  içilən  andlarda  dönməzlik,  nəzərdə 
tutulmuş məsələni mütləq yerinə yetirmək qətiyyəti bir hökm kimi söylənir. Uzaq keçmişimizdən yol alaraq 
günümüzə qədər gəlib çıxan andların hər birinin arxasında xalqımızın müəyyən tarixi inkişaf mərhələsindəki 
həyat  tərzi,  məişəti  və  mifoloji  görüşləri    dayanır.  Aparılan  tarixi  müşahidələr sübut  edir  ki,  söylənmiş  hər 
hansı bir fikirdəki mahiyyətin yalan yox, doğru olması andiçmə ilə təsdiqlənir.  
Folklorun digər janrları kimi, andlar da tədqiqatçı –folklorşünasların diqqətindən yayınmamışdır. Belə 
ki,  Azərbaycan  folklorşünaslığında  ilk  dəfə  olaraq,  professor  Azad  Nəbiyev  andların  sistemli  nəşrini 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
228 
 
 
gerçəkləşdirmişdir. Alim topladığı 290 and nümunəsini əlifba sırası ilə tərtib etmiş və çap etdirmişdir. İndi 
isə  alimin  Azərbaycan  folklorunun  arxaik  janrlar  sistemində  xüsusi  yer  tutan  və  hazırda  xalq  arasında 
yaşamaqda olan andlara vermiş olduğu təsnifata diqqət yetirək;  
1.
 
Müxtəlif yer adları və səma cisimlərinə içilən andlar. 
2.
 
Maddi nemətlərə (bərəkətə) içilən andlar. 
3.
 
Ailə üzvülərinə aid edilən, əziz adamlarla bağlı içilən andlar. 
4.
 
Əski  zamanlardan  etiqad  edilən  pir  və  ziyarətgahların,  Allahın,  İslam  dininin  müqəddəs  kitabı  sayılan 
Quranın, peyğəmbərlərin və imamların adlarına içilən andlar. 
  Xalq  deyimlərinin  müxtəlif  çalarlarını  özündə  birləşdirən  janrlar  içərisində  andlar  bir  sıra 
özünəməxsus  xüsusiyyətlərlə  fərqlənir.  Qeyd  etdiyimiz  kimi,  andları  səciyyələndirən  başlıca 
xüsusiyyətlərdən  biri  onların  ritual  mənşəli  olmasıdır.  Andiçmə  zamanı  işlədilən  ―and  olsun‖  ifadəsi  çox 
ehtimal ki, andla bağlı ritual tələbdir. Əlbəttə, bu məqamda ritual olmalıdır ki, ―and‖ olsun. Andların ifadə 
olunması, əsasən, özünü iki şəkildə təzahür etdirir; 
1.
 
And içmək; 
2.
 
And vermək.  
Andiçmə  zamanı  bu  ifadələrlə  yanaşı  ―qəsəm  olsun‖,  ―and  olsun‖  sözləri  də  xalq  arasında  indinin 
özündə belə işlənməkdədir. Məlum olduğu kimi, and qədim çağ dövrünün  mənəvi həyatında çox geniş və 
əhəmiyyətli rol oynamışdır. Belə ki, müxtəlif məsələlərlə bağlı keçirilən and mərasimlərinin də hər birinin 
özünəməxsus  xüsusiyyətləri  olmuşdur. Keçirilən  and mərasimlərinin  qalıqları  dildə,  davranışda  və  adət  və 
ənənələrdə  aşkarlana  bilər.  Qeyd  edək  ki,  Azərbaycan  andları  sintaktik  struktur  baxımından  çox  sadədir. 
Bunlar iki, üç və dörd sözdən ibarətdir. Sadə cümlələrdir. Cümlə- andın iki tərəfi vardır. And içilən obyekt 
və  bir  də  andı  yaradan  tərkib.  Andların  əksəriyyəti  ―and  olsun‖,  ―and  içirəm‖  və  ―haqqı‖  söz  tərkibləri  ilə 
işlənir. 
Andlar qrammatik cəhətdən bitkin və bitkin olmayan cümlələrdən ibarət olur. Belə ki, bu cümlələr iki 
sözdən (Allah haqqı) başlayaraq beş-altı sözə qədər genişlənə bilər. And- qarğışlarda isə bu daha da geniş ola 
bilər. 
Semantik  strukturuna  görə  andlar  həqiqətin  təsdiqini  ifadə  edir.  Burada  ifadə  olunan  həqiqətin 
semantikası  isə  özündə  inam,  sədaqət,  doğruluq,  düzlük  və  s.  kimi  məna  çalarları  ifadə  edir.Azərbaycan 
andlarını işlənmə yerinə görə aşağıdakı qruplara bölmək mümkündür; 
1.
 
Qlobal səviyyədə.  Buraya  aid  olan  mətnlər  məhduddur.  Belə  mətnlər  universal xarakterlidir.  Məsələn: 
həkimlərin peşə sədaqəti üçün içdikləri Hippokrat andı.  
2.
 
Regional  səviyyədə.  Bu  səviyyəyə  eyni  bölgə  xalqlarına  xas  olan  təbiət  kultları  da  daxil  olmaqla 
atəşpərəstlik, xristianlıq və müsəlmanlıq kimi dini inanclarla bağlı olan andlar aid edilə bilər. Məsələn: 
―Allah haqqı‖, ―Kəbə haqqı‖, ―İmam haqqı‖ və s. 
3.
 
Milli  səviyyədə.  Buraya  tarixi  taleyini  bir  mənəvi  bütöv  kimi  təsdiq  edən  xalqın  ortaq  müqəddəs 
dəyərləri əsasında yaranan və işlənən andlar daxildir. Məsələn: ―Göy haqqı‖, ―Gün haqqı‖, ―O axar su 
haqqı‖,  ―Kəsdiyimiz  çörək  haqqı‖  və  s.  Çox  geniş  tematik  əhatəsi  olan  belə  andları  milli  andlar  kimi 
təsnif etmək mümkündür.  
4.
 
Rəsmi  səviyyədə.  Buraya  bir  dövlətdə  yaşayan  insanların  içməli  olduqları  rəsmi  andlar  daxildir. 
Məsələn: əsgər andı, prezident andı və s. 
Məhəlli səviyyədə. Buraya aid olan andlar daha çox dar ərazidə tanınan ocaqlar, pirlər, ziyarətgahlar, 
seyid  və  övliyalarla  bağlıdır.  Məsələn:  ―Abdul  baba  haqqı‖  Kürdəmirdə,  ―Şıxeyib  haqqı‖  Şamaxıda,  ―Mir 
Mövsüm  ağa  haqqı‖  Bakıda,  ―Məşədi  Mirabbas  ağanın  ocağı  haqqı‖  Sabirabadda,  ―Seyid  Kövsərin  cəddi 
haqqı‖ Ağsuda, ―Ətağa cəddi‖ Bakıda və s. 
Göründüyü kimi, xalq yaradıcılığında arxaik yanr olan andların mövzu əhatəsi genişdir. Bu genişlik, 
hər şeydən əvvəl, sakral anlayışları özündə əks etdirir. 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
229 
 
 
 
1960-80-ci ĠLLƏR AZƏRBAYCAN POEZĠYASINDA POETĠK ÜSLUBUN BƏZĠ XÜSUSĠYYƏTLƏRĠ 
İslamlı A.Z. 
Sumqayıt Dövlət Universiteti 
 
XX əsrin 60-80-ci illərində şeirimizdə üslubi istiqamətlər bir xətt üzrə inkişaf etməmiş,  öz müxtəlifliyi 
ilə  seçilmişdir.  Altmışıncı  illərə  qədər  poeziyamızda  əsas  aparıcı  üslubi  istiqamət  xalq  şeiri  ənənələri 
olmuşdur.  Burada  heç  şübhəsiz,  Səməd  Vurğunun  böyük  təsiri  və  rolu  olmuşdur.  Altmışıncı  illərdən 
başlayaraq  xalq  şeiri  ənənələri  ilə  yanaşı  sərbəst  şeir  də  öncül  mövqe  qazanmışdır.  Şerimizdə  modernist 
meyillər, Avropa və ümumən, dünya poeziyası ilə qaynayıb-qovuşmaq da məhz həmin illərdən başlamışdır. 
Burada təbii ki, Rəsul Rza və onun mövqeyini müdafiə edən şairlər əsas rol oynamışlar. Bu tendensiya keçən 
əsrin doxsanıncı illərində, həmçinin XXI əsrin əvvəllərində yeni çalarlarla zənginləşmişdir. Ancaq şeirimizdə 
yüz  illərdən  qopub  gələn  ənənələr  heç  də  zəifləməmiş,  əksinə,  bu  ənənələr  yeni  keyfiyyətlərlə 
zənginləşmişdir. 
Çingiz Əlioğlunun şeirlərinə gəldikdə isə  biz onun şeirlərində realist təsvir və cizgilərin get-gedə öz 
axarını dəyişib modernist səmtə yönəldiyinin şahidi oluruq. Belə ki, onun 70-80-ci illərdə yazdığı şeirlərlə 
90-cı illərdə yazdığı (buraya iki mininci illər də daxil edilir) şeirləri müqayisə etsək, zəmin-asiman bir fərq 
nəzərə  çarpacaq. Vaxtilə Xalq şairi  Rəsul  Rza  Çingizin  şeirləri  haqqında  yazmışdı:  «Çingizin  bir  şair  kimi 
inkişafı  üçün  obyektiv  şərait  vardır.  Onun  enişli-yoxuşlu  sənət  yolunda  inadla  gedib  insan  qəlbinin,  insan 
beyninin    bütün  enerji-bacarığını  tələb  edən  sərt  sənətkarlıq  müqavimətinə  dözüb-dözə  bilməyəcəyinə  özü 
cavab  verməlidir.  Çingiz  bilməlidir  ki,  bu  yolda  yalnız  fərəh,  sevinc,  zəfər  deyil,  məhrumiyyətlər, 
nigarançılıq,  müvəffəqiyyətsizlik  acıları  da  vardır.  Həyatın  poetik  ifadəsi  üçün  onun  geniş,  dərin,  poetik 
idrakı  gərəkdir».  Ustad  şairin    bu  xeyir-duası  öz  bəhrəsini  verdi.  Ç.Əlioğlu  poeziya  yollarında  inamla 
addımladı  və  indi  o,  müasir  Azərbaycan  poeziyasının  tanınmış  nümayəndələrindən  biridir.  Ustad  şairin 
Çingizin  şeirlərinə  yazdığı  həmin  müqəddimədə  belə  bir fikirlə  də  qarşılaşırıq ki:  «..bir  predmeti  müxtəlif 
cəhətdən, biri-birindən fərqli yaxın-uzaq məsafədən təsvir edən rəssamların yaratdığı lövhədə  işığın yön və 
əynəmindən,  hansı  hündürlükdən,  enişindən,  ətrafdakı  başqa  predmetlərdən  əks  edən  işığın  əsas  predmet 
üzərinə  necə  düşdüyündən  asılı  olaraq,  müxtəlif  effektlər  yarana  bilər.  Bədii  əsərdə  mövzunun  müxtəlif 
baxışdan, müxtəlif məqsəd və bacavrıqla, müxtəlif zövq və anlamla işlənməsi də belədir». Çingiz Əlioğlunun 
şeirlərində də məhz bu rəssam işi-predmetlərin təsviri zamanı yaranan müxtəlif effektlər diqqəti cəlb edir. 
Məsələn: onun yetmişinci illərdə yazdığı «Səsimizin səması» şeiri bu misralarla başlanır: «Küləkdə yaşayan 
bir  səs  var,  O  səs  Səsimizin  səması,  göyüzüdür  bəlkə».  Şeirdə  həmin  səsin  doğurduğu  müxtəlif  psixoloji 
effektlər canlandırılır. Həmin küləyin səsi insanın səsi ilə assosiasiya yaradır. Modern şeirdə də görünməyən 
əşya və predmetlərdə nəyisə görmək, onu canlandırmaq məlum priyomdur. 
Çingiz  Əlioğlunun  «Ruhumun  həndəsəsi»  şeirlər  kitabında  istənilən  qədər  bu  tipli  şeirlərlə  qarşılaşa 
bilərik.  Lakin  onun  sırf  formalizm  üzərində  qurulan  şeirləri  də  vardır.  Bu  kitabda  onun  «Kubist  şeir» 
silsiləsindən olan şeirləri də toplanıb. Bu silsilədə məzmun, ideya, müəllif qayəsi formal əlamətlərə qurban 
verilmişdir.  Yəqin  müəllif  qarşısına  belə  bir  məqsəd  qoymuşdur  ki,  kubizm  elementlərini  Azərbaydan 
şeirində də canlandırsın. 
Məlumdur  ki,  kubizm  keçən  əsrin  birinci  rübündə  təsviri  sənətdə,  xüsusilə  rəngkarlıqda  yaranmış 
modernist  cərəyandır.  Kübizm  mahiyyət  etibarilə  formalist  səciyyə  daşımışdır.  Kubizm  üslubunda  işləyən 
rəssamlar  əşyanı,  predmetlərin  formasını    kub,  piramida,  silindr,  şar  və  s.  şəklində  həndəsiləşdirməyə 
çalışırdılar. Sonralar bu cür təsvir üsulu ədəbiyyata da sirayət etmişdi. Ancaq bədii ədəbiyyatda rəssamlıqdan 
fərqli  olaraq,  təsvirdə  həndəsiləşməyə  riayət  edilmir,  sadəcə,  səslərin  və  sözlərin  düzülüşü  və 
fərqləndirilməsi diqqəti cəlb edir ki, bu da formalizmə gətirib çıxarır. Məsələn, Çingiz  Əlioğlunun «Sİ» şeiri 
bu forma əsasında qurulub: 
        
 
   yenə də o tənha səda tənha o səs 
       
 
    yenə də o sərgərdan səs təkcənə not 
                                                      «Sİ»   «Sİ»  «Sİ» 
        
 
   unut unut 
                    
 
 
         o səs o not o «Sİ» 
Şeir  beləcə,  hərflərin  və  sözlərin  forma  oyunu  şəklində  davam  edir.  Bu  tipli  şeirlər,  əlbəttə, 
eksperiment xarakteri daşıyır və təbii ki, uzunömürlü olmayacaq. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
230 
 
 
Müasir  Azərbaycan  poeziyasında  modernist  təmayüldən  söz  açırıqsa,  o  zaman  90-cı  illərdə  bu 
təmayülün  bir  sıra  şairlərin  yaradıcılığında  önəmli  yer  tutduğunu  qeyd  etməliyik.  Bu  sırada  ilk  növbədə,  
Adil  Mirseyidin  şeirləri  üzərində  dayanmaq  lazımdır.  Başqalarından  fərqli  olaraq,  Adil  Mirseyid 
yaradıcılığının  ilk  çağlarından  (səksəninci  illərin  sonlarından)  modernist  şeir  yolunu  tutmuşdur.  0,  elə  ilk 
şeirlərində ənənəvi poeziyanın formal buxovlarından xilas olmağa çalışdı, stereotip düşüncə tərzi ona yad idi. 
Adil öz şeirlərində tənha bir insanın qərib düşüncələrini ifadə edir, dünya ya o tənha ürəyin pəncərəsindən 
boylanır, bu fani dünyanı doyunca seyr edir, hər bir hadisəyə, olaya, içində yaşatdığı hər bir duyğuya məna 
verməyə  çalışırdı.  Sənəti  etibarilə  rəssam  olan  Adil Mirseyidin  şeirlərində də  bir rəssam  incəliyi  duyursan. 
Xalq yazıçısı Elçin Əfəndiyev Adilin yaradıcıldığına həsr etdiyi «Elitar poeziya» məqaləsində yazır: «Adil 
«qara  sevdalar»  şairidir  və  onun  poetik  detalları  yeni  və  gözlənilməzdir,  eyni  zamanda,  təbiidir,  lirik 
«mən»inin dünyaya baxışına, dünyanı görməsinə, hiss etməsinə, həmin hissiyyatdakı akvarelə ən uyğunudur 
və  buna  görə  də  təsirlidir,  şeirin,  həmin  anın,  əgər  belə  demək  mümkünsə,  «yaranış  anının»  psixoloji 
mənzərəsini, bədii-estetik ab-havasını, çalarlarını tam görümlü (anlamlı) edir». Nümunə üçün A.Mirseyidin  
«Bənövşə rəngli axşam» şeirindən bir parçaya diqqət yetirək: 
zeytun yağında qızardılmış 
balıq qoxusu vardı İçərişəhərin havasında, 
bir də daha bir qoxu vardı, 
amma nə qoxusuydu anlayammadım. 
amma bənövşə rəngindəydi axşam, 
amma bənövşə rəngindəydi şəhər, 
bənövşə rəngindəydi pəncərələr, 
bənövşə rəngindəydi pəncərənin pərdələri, 
bütün böyük şəhərlərin bir İçərişəhəri olmalıdır. 
və bu gün dünyanın bütün İçərişəhərləri 
bənövşə rəngindəydi. 
Bu  şeirdə  hər  şey  aydındır,  ancaq  burada  ənənvi  poeziyadan  gələn  təsvir  üsuluna  rast  gəlmirik,  bir 
modernist  rəssamın  tablosunda  olduğu  kimi  şeirdə  də  rənglərin,  bu  rənglərdən  doğan  hisslərin  mənzərəsi 
canlanır.  Adil  Mirseyidin  şəhər  həyatının  müxtəlif  görüntülərini  əks  etdirən  şeirləri  də,  fəsillərlə  bağlı 
yazdıqları  da,  yaxud  üç  misralıq  cizgi  şeirləri  də  onun  poetik  təfəkkürünün  özünəməxsusluğundan  xəbər 
verir.  «Akvariümda  yaşayıram  elə  bil,  akvariumda  yaşamaq  səadət  deyil»  –deyən  Adil  Mirseyidin  lirik 
qəhrəmanı  bütün  ruhi,  mənəvi  qüvvətiylə  o  balaca,  dar  akvariumdan  çıxmağa  can  atır.  Bu  da  təbiidir, 
modernist ruhlu şairlərin hamısı dünyanı  akvariuma bənzər dar, qapalı məkandan seyr edirlər. 
Adil  Mirseyidin  şeirlərinin  özünəməxsus  sintaksisi  və  obrazları  var.  Bu  obrazların  çoxu  təkcə  onun 
rəssam  duyğusundan  deyil,  həm  də  folklorla,  miflə,  xalqın  təsəvvüründə  yaşayan  və  nəsillərdən-nəsillərə 
gəlib  keçən  deyimlərlə  bağlıdır.  Modernist  şeirin  (söhbət  Azərbaycan  şairlərinin  modernist  şeirlərindən 
gedir) bu obrazları get-gedə şeirimizdə  necə deyərlər, vətəndaşlıq hüququ qazanırlar. Məsələn: Vaqif Bayatlı 
Odərin şeirlərində «göyüzü» sözü artıq şairin çox sevdiyi bir obraza çevrilmişdir və ondan sonra digər şairlər 
də bu obraza müraciət edirlər. Sözün obraza çevrilməsinə Adilin şeirlərində təsadüf edirik. Məsələn,  «qara 
sevda»,  «durna  lələyi»,  «ay  işığı»,  «bədirlənmiş  ay»  sözləri  bu  qəbildəndir.  Sözü  yaşatmaq,  onu  adi 
mənasından  çıxarıb  poetik  obraza  çevirmək  poeziyamızın  yaşarı  ənənələrindən  gəlir.  Adilin  şeirlərində 
sözlər,  ifadələr  fikrin,  şairin  keçirdiyi  hiss  və  duyğuların  ifadəsi  kimi  meydana  gəlir,  doğulur.  İnsanın 
kölgəsinin  astanada  oturub  siqaret  çəkməyi,  yaxud  dünyanı  bir  göyərçin  gözlərində  seyr  eləmək  bədii 
təxəyyüldən  doğur.  Adilin  şeirlərində  «adamın  içindəki  yarpaqların  tökülməyi»,  «fahişə  fələyin  üzünün 
gülməyi»,  «ağacların  quş  kimi,  quşların    ağac  kimi  uçmaları»  və  s.  bu  qəbildən  olan  fikrin  sözlərdəki 
ifadəsidir. 
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
231 
 
 
 
SEYĠD ƏZĠM ġĠRVANĠNĠN TƏMSĠL YARADICILIĞINDA BƏDĠĠ TƏSVĠR VƏ ĠFADƏ VASĠTƏLƏRĠ 
İsmayılova Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Azərbaycan ədəbiyyatı tariхində qəzəl və satira ustadı kimi şöhrət tapmış Sеyid Əzim Şirvaninin epik 
yaradıcılığında təmsillərin özünəməxsus yeri vardır. Böyük sənətkar əxlaqi-didaktik səciyyə daşıyan bu kiçik 
nümunələrdə  bədii  dilin  ifadə  və  təsvir  vasitələrindən  bol-bol  istifadə  edərək  bənzərsiz  sənət  inciləri 
yaratmışdır.  
Məlumdur  ki,  nitqin,  ifadənin  bədii  təsvirini  artırmaq  məqsədilə  sözlərin  qrammatik  ardıcıllığının 
qəsdən pоzulmasına invеrsiya dеyilir. Seyid Əzim təmsil yaradıcılığında  bədii təsvir vasitələrinin bu növünə 
daha tez-tez müraciət etmişdir:  
Məsələn, şairin ―Хоruz və çaqqal‖ təmsilinə nəzər salaq:  
   
Dеdi kim, еy хоruzi-хоşavaz, 
   
Düş əşağə, qılaq хudayə namaz. 
-misralarında  sözlər  qrammatik  nоrmaya  görə  ―Еy  хоruzi-хоşavaz,  aşağı  düş,  хudaya  namaz  qılaq‖ 
kimi  sıralanmalıdır.  Lakin  fikrin  pоеtik  ifadəsi  mövcud  tələblərdən  kənara  çıхır  və,  beləliklə,  xəbər 
mübtədadan  əvvələ  keçir.  Həmin  misralarda  sözlərin  bеlə  sıralanması  fikrin  adi  qaydada  sıralanmasından 
daha qüvvətlidir. 
―Siçan və balası‖ təmsilində də fikrin daha qüvvətli ifadəsində invеrsiyanın böyük əhəmiyyətə malik 
оlduğu aydın müşahidə еdilir: 
   
Rast gəldim mən iki hеyvanə, 
   
Üz vеrib qəm məni-pərişanə. 
Bədii təsvir və ifadə vasitələrinin geniş yayılmış növlərindən biri də bədii sualdır. Məlumdur ki, bədii 
əsərin  еmоsiоnal  təsirini  artırmaq,  охucuda  hiss-həyəcan  dоğurmaq  məqsədilə  bəzən  müəllifin  fikri  sual 
şəklində  ifadə  оlunur  ki,  bu  da  ədəbiyyat  nəzəriyyəsində  bədii  sual  adlanır.  Seyid  Əzim  Şirvani  də  bədii 
sualın köməyi ilə güclü еmоsiya yaradaraq əsərin bədii təsirini daha da artırır. Bu baxımdan ―Еşşək və arılar‖ 
təmsili diqqəti cəlb edir: 
   
Dеdi: - Bu kənddə nadir məqsud, 
   
Saz оlur gündə nayü bərbətü ud? 
   
Sizə hasil nədir bu qоvğadən? 
   
Vaqif  еylə məni bu mənadan. 
və yaхud: 
   
Dеdi еşşək ki, yəni şirə nədir? 
   
Оlmusuz səbzi üzrə ―çirə‖ nədir?  
Bu  misralarda  arıların  şən оlmaqlarının  səbəbini  öyrənmək  üçün  еşşəyin  sualı  bədii  sual fоrmasında 
qurulmuşdur. 
Bədii  suala  biz  Sеyid  Əzimin  ―Qaz  və  durna‖,  ―Хоruz  və  çaqqal‖,  ―Aslan  və  qarışqa‖,  ―Itlə  pişiyin 
söhbəti‖ və başqa təmsillərində də rast gələ bilərik. 
Sеyid  Əzimin  təmsillərində  bədii  təzadların  işlənmə  tezliyi  daha  sıxdır.  ―Qaz  və  durna‖ təmsilindən 
götürülmüş misralara nəzər yetirək: 
   
Dеdi: - Aхmaqlığında yохdur şəkk, 
   
Qamətindir diraz, əql gödək. 
Burada diraz və gödək bədii təzaddır. 
Şairin ―İtlə pişiyin söhbəti‖ təmsilində də təzadlara rast gəlmək mümkündür: 
   
Еylə yеyirsən gеcələr aş sən, 
   
Sübh yеyirsən yеnə bоzbaş sən. 
Yaхud: 
   
Hər nə dеdim, həqqdü, yохdur хilaf, 
   
Sözlərüvün bir dеyildir kəzaf. 
Bu misralarda şair gеcə-sübh, aş-bоzbaş, həqq-хilaf sözləri ilə bədii təzad yaratmışdır.  
Sеyid  Əzim  təmsillərində  təkrirlərdən  də  gеniş  istifadə  еtməklə  fikri  daha  da  qüvvətləndirmişdir. 
Məsələn, ―Siçan və balası‖ təmsilindəki aşağıdakı misralara nəzər salaq: 
   
Görməmişdi ziyayi-dünyanı, 
   
Еyşü-zövqü səfayi-dünyanı. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
232 
 
 
Burada ―dünyanı‖ sözü təkrar оlunaraq təkrir əmələ gətirmişdir. 
Bundan başqa, ―Ayı və siçan‖ təmsilində:  
   
Ayı güldü, оnu rəha qıldı, 
   
Siçanın mətləbin rəva qıldı. 
Təkrirlərə  Sеyid  Əzim  təmsillərində  təkcə  misranın  sоnunda  dеyil,  əvvəlində  də  rast  gəlmək 
mümkündür. Məsələn: ―Qarının pişiyi‖ təmsilindən aşağıdakı misralara diqqət edək: 
   
Gördü çəkir həsrət ilə dudi-ah, 
   
Gördü pişikdə görünür bir хəyal. 
və yaхud: 
   
Gəldi pişiklər, оnu еtdi səda, 
   
Gəldi qulağinə səda aşina. 
Bədii  təsvir  vasitələrinnin  çох  gеniş  yayılmış  və  оbrazlı  təfəkkürün  ən  maraqlı  fоrması  təşbеhdir. 
Təşbеh hər bir şairin sənətkarlıq qabiliyyətini təyin еtmək üçün ən yaхşı vasitədir. Buna ədəbiyyatşünaslıqda  
bənzətmə və ya oxşatma da dеyilir.  
―Qaz və durna‖ təmsilində qazın özündən razılığını görən durna оnu bir çох hеyvanlar ilə müqayisə 
еdir: 
   
Göydə tərlan tək uçmağın varmı? 
   
Ya maral tək qaçmağın varmı? 
   
Bir balıq tək üzərmisən sudə? 
   
Nədi bu göftguyi-bihudə?  
Göründüyü kimi, şair burada hеç bir gözəl kеyfiyyətə malik оlmayan qaza durnanın dilindən  təşbеh 
vasitəsilə tənə еtmişdir. Burada kinayədən də istifadə olunmuşdur. 
Sеyid Əzimin ―Qarının pişiyi‖ təmsilində təşbеhlərə daha çох təsadüf оlunur.  
   
Hər bir sövlətdə nеcə nərrəşir, 
   
Bığlarının hər birisi bir nəfir. 
   
Pəncələri zurdə aslan kimi, 
   
Hər biri bir əjdəri-qəzban kimi. 
Bu təmsildə qarının pişiyi çöl pişiklərini tərifləyərək оnları Aslana, qəzəbli əjdahaya, bəbirə, pələngə 
bənzətmişdir. 
Bədii  dildə  çох  istifadə  оlunan  ifadə  vasitələrində  biri  də  mübaliğədir.  Mübaliğə  şişirtmək,  üstünlük 
vеrmək, böyütmək mənasını vеrir. 
Şairin ―Siçan və balası‖ təmsilində mübaliğədən ustalıqla istifadə еdilmişdir: 
   
Gah qanadlarını döyürdü yеrə, 
   
Хişm еdəndə dönürdü şiri-nərə, 
   
Vardı başında şölеyi-atəş, 
   
Ürəyim оndan еyləyirdi gəşş. 
Təmsildə ömründə heç xoruz görməmiş balaca siçan balası qorxaraq оnu еrkək şirə, başındakı pipiyi 
isə оd şöləsinə bənzədir. 
Seyid Əzim Şirvaninin bədii təsvir və  ifadə vasitələri ilə zəngin olan bu təmsilləri şairin yüksək sənət 
qüdrətindən xəbər verir, onun sənətkarlıq qabiliyyətini bir daha üzə çıxarır.  
 
ATALAR SÖZLƏRĠ VƏ  TAPMACALAR 
Kazımov A. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Atalar sözləri ilə tapmacaların sərhəddi nəzəri cəhətdən öz  elmi həlli indiyədək tapmamışdır. Bəziləri 
tapmacanı atalar sözləri, atalar sözünü də tapmaca hesab edirlər. 
Onu da qeyd etmək lazımdır ki, nəinki Azərbaycan filologiyasında, o cümlədən rus folklorşünaslığında 
atalar sözləri ilə tapmacaların əlaqə və münasibəti məsələsi mübahisəli olaraq qalmaqdadır. 
Rus folklorşünaslığından məlumdur ki, məşhur lüğətçi V.İ.Dal Rusiyada ilk dəfə olaraq geniş həcmdə 
―Пословицы русского народа» kitabını hazırlayıb 1959-cu ildə Moskva şəhərində çap etdirmişdir. Həmin 
vəsaitdə tərtibçi rus dilinə məxsus tapmacaları da bu kitaba daxil etmişdir. 
Məhz  o  dövrdə  rus  mətbuatında,  elmi  dairələrdə  V.İ.Dalın  adı  çəkilən  kitabı  birmənalı 
qarşılanmamışdır.  Rus  tapmacalarının  ən  böyük  tədqiqatçısı  D.N.Sadovnikov  1876-cı  ildə  Sankt-Peterburq 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
233 
 
 
şəhərində  nəşr  etdiyi  ―Загадки  русского  народа»  kitabında  tapmacaların  xarakterik  xüsusiyyətlərini  şərh 
etmişdir  ki,  başqa  şifahi  xalq  yaradıcılıq  janrlarından  fərqli  olaraq,  tapmacalarda  kəndlinin  həyatı  və 
dünyagörüşü tamamilə başqa səciyyəvi  şəkildə təzahür edir. Forma və mənşəcə daha qədim olan tapmacada 
xalqın yaradıcılıq fantaziyası üçün tam bir genişlik  açılır, atalar sözündə isə onun sağlam mənası və tənqidi 
üçün şərait vardır‖
1

Məşhur  rus  folklorşünası  V.P.Anikin    D.N.Sadovnikovun  baxışına  tərəfdar  çıxaraq  göstərir  ki,  bu 
cümlələri  ilə  müəllif  atalar  sözü  və  tapmacaları  çox  düzgün  səciyyələndirmişdir  və  tapmacaları  da  atalar 
sözlərinə aid kitaba daxil etməkdə V.Dal haqlı deyildir. 
Rus  mütəxəssislərinin  də  şərhindən  aydın  olur  ki,  atalar  sözləri  və  tapmacaları  forma  və  məzmun 
baxımından eyniləşdirmək düzgün deyil. 
Azərbaycan  filologiyasında  bu  məsələlərə  dair  epizodik  xarakterli  məlumatlar  mövcuddur. 
Ədəbiyyatşünas  H.Zeynallı  1928-ci  ildə  nəşr  etdirdiyi  ―Azərbaycan  tapmacaları‖  kitabının  giriş  hissəsində 
tapmacaların atalar sözləri ilə əlaqəsinə dair qeyd xarakterli belə bir məlumat vermişdir‖. ―Şəkildən qısalığı, 
ifadədəki  yığcamlığı  etibarı  ilə  tapmacalar,  atalar  sözünə  yaxınlaşırsa,  mənzum  və  hətta  dördlü  olduğu 
zamanlarda (bağlama) manilər kimi olur‖
2
. Görünür, müəllif şəkil və ifadə yığcamlığına görə hər iki folklor 
janrının bir-birinə yaxın olmasına işarə etməklə fikrini yekunlaşdırmışdır.  
Uzun müddət tapmacalarımızı toplayıb və onu tərtib edərək nəşr  etdirən folklorşünas, filologiya üzrə 
fəlsəfə  doktoru  Nurəddin  Seyidov  bu  barədə  yazır:  ―Elm  tərəfindən  çoxdan  sübut  edilmişdir  ki,  tapmaca 
sadəcə xalq ifadələrindən, atalar sözlərindən, zərbi-məsəllərdən, nəğmələrdən, bayatılardan, bağlamalardan, 
hətta  bəzi  şairlərin  şeirlərinin  ayrı-ayrı  misralarından  əmələ  gələn  bir  janrdır‖
3
.  Sonra  müəllif  rus 
folklorşünaslığında  atalar  sözü  və  zərbi-məsəllərin  əlaqəsinə  dair  tədqiqat  aparmış  Y.M.Kolesnitskayadan 
sitat verir. 
Y.M.Kolesnitskaya  yazır:  ―Bu  iki  janrın  belə  bir  yaxınlığı  əsasında  çox  vaxt  tapmacalar  atalar 
sözlərinə keçir və, əksinə, ayrı-ayrı atalar sözləri və zərbi-məsəllər də tapmaca ola bilir‖. 
Daha sonra Nurəddin Seyidov fikrini əsaslandırmaq üçün həm atalar sözü, həm də zərbi-məsəllər kimi 
işlənən tapmacalara dair nümunələr vermişdir. 
         Aləmi bəzər, özü lüt gəzər. 
                                        (İynə)  
Əkdim palıd, çıxdı şabalıd. 
                               (Qatır
Ətindən kabab olmaz 
Qanından kasa dolmaz. 
                             (Nar
N.Seyidovun arqumentlərindən məlum olur ki, müəllif atalar sözləri ilə tapmacaları fərqləndirməmiş, 
tərəflər arasına sadəcə olaraq bir eyniyyət işarəsi qoymağa cəhd göstərmişdir. Verilən nümunələr maraqlı və 
zəruridir.  Fikrimizcə,  bəzən  tək  bir  söz  artırıb-əskiltmək  yolu  ilə  atalar  sözünü  tapmacaya,  yaxud  əksinə 
çevirmək  mümkündür.  Məsələn:  ―‖Aləmi  bəzər,  özü  lüt  gəzər‖  tapmacasını  (cavabı:    iynə)  məşhur 
Azərbaycan şairi M.Şəhriyar atalar sözü kimi belə işlədir: 
Kəndli gəlin kimi dünyanı bəzər, 
Öz övrəti yamaq-yamağa düzər, 
İynə bəzər xalqı, özü lüt gəzər...
5
 
Burada  çox  maraqlı  nüansla  rastlaşırıq.  Belə  ki,  tapmacanın  cavabı  olan  söz  (subyekt)  həmin 
tapmacanın mübtədası kimi işləndikdə tapmaca atalar sözünə çevrilmiş olur. 
―Aləmi bəzər, özü lüt gəzər‖ tapmacadır. Bunun cavabı tapılmalıdır. Adətən tapmacalarda cümlələrin  
subyekti, yəni iş görəni (mübtədası) məlum olmur. ―İynə aləmi bəzər özü lüt gəzər‖ – artıq tapmaca deyildir. 
Rus  dilində  1961-ci  ildən  başlayaraq  üzü  bəri  tez-tez  təkrar  nəşr  olunan  ―Пословицы  и  поговорки 
Востока‖  kitabında tədqiqatçılar ―İynə  aləmi  bəzər, özü  lüt  gəzər‖  ifadəsini  Şərq  ölkələrində  məşhur  olan 
qədim tacik atalar sözlərindən biri kimi göstərirlər. 
Folklorşünaslığımızda  istər  tapmacalarımız,  istərsə  də  atalar  sözlərimizə  dair  yanlış  baxışlar  da 
mövcuddur.  Məsələn, İ.İbrahimov ―Atalar sözü və məsəllər‖ adlı tədqiqat işində yazmışdır: ―Demək olar ki, 
tapmacaların  böyük  əksəriyyəti  eyni  zamanda  həm  də  atalar  sözüdür.  Qəribə  burasıdır  ki,  atalar    sözü  və 
məsəl  kimi  işlənən  tapmacalar  heç  bir  dəyişikliyə  uğramır.  Tapmacaların  dərindən  tədqiqi  az  qala  onların 
hamısını  atalar  sözü  kimi  işlətməyin  mümkün  olduğu  qənaətini  doğurur.  Atalar  sözləri  ilə  tapmacaların 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
234 
 
 
arasında  olan  bu  yaxınlığın  başlıca  səbəbi,  şübhəsiz  ki,  onların  hər  ikisinin  oxşar  məqsədə  xidmət 
etmələridir.  
Göründüyü kimi, müəllif hər iki folklor janrını tam eyniləşdirmişdir. Əgər eyni janrdırsa, sual oluna 
bilər:  ―Bəs  xalqımız  nə  üçün  birinə  ―tapmaca‖,  digərinə  isə  ―atalar  sözləri‖  adı  vermişdir?    Minillik  tarixi 
olan janrların müxtəlif adla qorunub-saxlanmasına onda nə ehtiyac varmış?  
Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  atalar  sözü ilə  tapmacalar  arasında  heç  bir  əlaqənin  olmadığını 
söyləmək düzgün deyildir. Çünki atalar sözlərini  zənginləşdirən mənbələrdən biri, zənnimizcə, tapmacalar 
hesab edilməlidir. 
Tapmacaları müəyyən dəyişikliyə məruz qoyub atalar sözünə çevirmək olur. Faktlara bir daha diqqət 
yetirək: ―Narın ətindən (dənlərindən) kabab olmaz, qanından (şirəsindən) kasa dolmaz‖, ―Yorğan-döşək gecə 
əzilir, gündüz düzülür‖ və s.  
İ.İbrahimovun  ―tapmacalar heç bir dəyişikliyə uğramır‖ qənaəti düzgün  hesab edilməməlidir. Çünki 
istər  məzmununa,  istərsə  də  dil  xüsusiyyətlərinə  görə  atalar  sözləri  və  tapmacalar  ayrı-ayrı  xalq  deyimləri 
olmaqla yanaşı, məqsədləri də fərqlidir. 
Deyilənləri yekunlaşdıraraq atalar sözü ilə tapmacanı belə fərqləndirmək olar: 
1. Tapmaca zehni inkişafa xidmət edən bir janrdır, amma atalar sözü isə dərin və dolğun mühakiməyə 
əsaslanan xalq müdrikliyi nümunələridir. 
2. Tapmacalarda fikrin əsas obyekti gizli, müəmmalı tərzdə verilir, amma atalar sözlərində fikir bütöv 
şəkildə ifadə edilir. 
Tapmaca bədii yaradıcılıq nümunəsi folklor faktı hesab edilir, amma atalar sözü sabit birləşmə və dil 
faktıdır və s. Təbii ki, bu mövzu bir məqalə çərçivəsində analiz edilə bilməz, geniş tədqiqata ehtiyac var. 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin