AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


KÜTLƏVĠ ĠNFORMASĠYA VASĠTƏLƏRĠ DĠLĠNĠN BƏZĠ PROBLEMLƏRĠ HAQQINDA



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə45/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

 
KÜTLƏVĠ ĠNFORMASĠYA VASĠTƏLƏRĠ DĠLĠNĠN BƏZĠ PROBLEMLƏRĠ HAQQINDA 
Mustafayeva J.Ə. 
Azərbaycan Dillər Universiteti 
 
Azərbaycan  dili  son  dərəcə  zəngin,  rəngarəng,  eyni  zamanda  mürəkkəb  bir  sistemə  malikdir. 
Azərbaycan dilinin funksional baxımdan  inkişafı  problemlərinə  kütləvi  kommunikasiya  məsələləri insan 
və  dilin  qarşılıqlı  əlaqəsi,  dil-nitq,  dil-cəmiyyət  münasibətlərindən  doğan  nitq  mədəniyyəti  –  ədəbi  dilin 
üslubu,  normaları  məsələləri  və  s.  daxildir.  Bütün  bu  məsələlərin KİV  materialları əsasında  öyrənilməsinə 
zəruri ehtiyac var. 
Kütləvi  informasiya  vasitələrinin  qarşısına  qoyulan  məqsədin  həyata  keçirilməsində  təkcə  məzmun 
dolğunluğu kifayət deyil. KİV-də özünə yer alan materialların inandırıcı, maraqlı bir şəkildə oxucuya təqdim 
olunması da əsas şərtlərdəndir. Oxunaqlı bir dildə yazılmış hər bir yazı oxucu diqqətini cəlb edir. Əksinə, 
zəif,  sönük,  quru  bir  dildə  hazırlanan  material  isə  diqqətdən  kənarda  qalır.  Ona  görə  də  KİV-in  dil-üslub 
xüsusiyyətlərinin tədqiqi məsələsi indi ən zəruri problem  kimi qarşıda dayanır və bu, çox mühüm nəzəri-
təcrübi əhəmiyyətə malikdir.  
―...Qəzetinizin  əsas  məziyyətlərindən  biri  ifadənin  gözəlliyi,  ibarələrin  zəifliyi  və  aydınlığı, 
orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün 
olmayan  ifadələrdən  təmizləməyə  çalışmalı,  bu  dildə  yazan  bütün  adamlar  üçün  nümunə  olmalıdır. 
Orfoqrafiyaya  gəlincə,  sizin  gələcəkdə  təyin  edəcəyiniz  mühərrir  mənim  Azərbaycan  dilində  olan 
komediyalarımın orfoqrafiyasına riayət etməlidir.‖ (M.F.Axundov.Əsərləri 3-cü cild, səh.387). Azərbaycan 
oxucularının  ixtiyarına  buraxılacaq  qəzetin  dil-üslubu  qarşısına  qeyd  etdiyimiz  tələbləri  qoyan  bu  məktub 
ünvanına yetişəndə hələ 1875-ci ilin 21 apreli idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundov həmin tələbləri 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
246 
 
 
milli  mətbuatımızın  qaranquşu  sayılan  ―Əkinçi‖  qəzetinin  nəşrə  başlaması  ərəfəsində,  milli  mətbuatımızın 
banisi  Həsən  bəy  Zərdabiyə  ünvanlayırdı.  M.F.Axundovun  mətbuat  dilinin  xüsusi  rolu,  onun  ədəbi  dil 
sistemində tutduğu özünəməxsus yer, mətbuatın dilin təmizliyi uğrunda mübarizədə fəal iştirakı, qəzetin bu 
dildə  yazanların  hamısına  nümunə  göstərməsi,  qəzet  dilinin  vəzifələri  haqqında  fikirləri  bu  qısa  məktubda 
əks  olunur.  Axundovdan  başqa,  digər  maarifpərvər  ziyalılarımız  da  qəzet  dilinin  təmizliyi,  saflığı  uğrunda 
ardıcıl  mübarizə  aparır,  mətnləri  əcnəbi  sözlər  və  tərkiblərlə  dolduran  müəllifləri  və  mətbuatı  tənqid 
edirdilər.  Bu  cəhətdən  Həsən  bəy  Zərdabinin,  Cəlil  Məmmədquluzadənin,  Üzeyir  Hacıbəyovun  və  digər 
ziyalılarımızın qətiyyəti, əzmkarlığı xüsusi qeyd olunmalıdır.  
Dil jurnalist üçün böyük  məsuliyyətdir, çünki  ədəbi dilin orfoqrafik, qrammatik, leksik normalarının 
inkişafı bir çox hallarda mətbuatdan asılı olur. Əgər bu gün yeni bir anlayış yaranırsa, o, sabah qəzetdə öz dil 
ifadəsini tapır. Hərtərəfli götür-qoy etməyə, mütəxəssislərlə, yəni dilçilərlə məsləhətləşməyə macal tapmadan 
bəzi  qəzetçilər  geniş  oxucu  auditoriyasına  özlərinin  ―yeni  dil  məhsullarını‖  təqdim  edirlər  ki,  bu  da  dil 
normalarının  pozulması  ilə  nəticələnir.  Mətbuatda  dil  normalarının  pozulması  isə  savad  və  təhsil 
fəaliyyətinə, eyni zamanda nitq mədəniyyətinin yüksəlişinə mənfi təsir göstərir.                    
Dilçilikdə üslub ―...ədəbi dilin funksional ixtisaslaşması nəticəsində tarixən yaranmış, cəmiyyət üzvləri 
tərəfindən  dərk  edilmiş,  ekspressivliyi  və  rəngi  ilə  fərqlənən  mürəkkəb  struktur  tərz  sistemi―  kimi  qəbul 
edilir. Dilçi-alim Ə.Dəmirçizadənin fikrincə, ədəbi dildən müxtəlif məqsədlərlə istifadə zamanı, məqsəddən 
asılı olaraq, ifadəlilik vasitələrinin müxtəlif sistemindən çeşidli formalar, ayrı-ayrı təzahür şəkilləri meydana 
çıxır. Bu təzahür şəkilləri isə danışanın və ya yazanın məqsədindən, danışılan və yaxud yazılan fikirlərin nə 
məqsədlə  yazılmasından,  danışanın  və  ya  yazanın  ona  münasibətindən  asılı  olaraq,  istifadə  edilən  spesifik 
vasitə və üsullarla bağlı olur. Beləliklə, ədəbi dilin müxtəlif qolları yaranır ki, belə qollara üslub deyilir.  
Publisistik  üslub,  mətbuat  üslubu,  qəzet  dili  anlayışları  ilə  yanaşı,  jurnalist  leksikonunda  ―qəzetin 
üslubu‖ deyilən bir ifadə də var. Yaradıcılıq prosesində hər bir jurnalist-publisist fərdi üslubla çıxış etdiyi 
kimi,  ayrı-ayrı  qəzetlər  də  özünəməxsus  üsluba  malikdir.  İstənilən  qəzet  mətbuat  dünyasına  yeni  üslubla 
qədəm  qoyur,  öz  fikirlərini  bu  üslubla cəmiyyətə  ünvanlayır  və  oxucu  auditoriyası da  həmin  qəzeti  ən  çox 
üslubuna görə digər çoxsaylı mətbuat orqanlarından fərqləndirir. Qəzetin üslubunu bir növ ayrı-ayrı mətbuat 
orqanlarında  üzə  çıxan  əsas  əlamətlərin  məcmusu  kimi  də  qəbul  etsək,  yanılmarıq.  Bu  əlamətlər  qəzetin 
üslubunu, qəzetin üslubu isə həmin əlamətləri formalaşdırır. Qəzetin üslubunu həmin qəzetdə çalışan qələm 
sahiblərinə  məxsus  ayrı-ayrı  fərdi  üslubların  bir  üsluba  tabe  etdirilməsi  kimi  başa  düşmək  yanlış  fikirdir. 
Lakin, təəssüf ki, bəzən  üsluba  bu istiqamətdən yanaşanlar da olur.  
Mətbuatdakı  aparıcı jurnalist-publisistlərdən  birinin  və  ya  qəzetdə  gedən  materiallar  üzərində  düzəliş 
aparan  redaktorun  fərdi  üslubu  qəzetin  ümumi  üslubuna  çevrilir,  ayrı-ayrı  müəlliflərin  həmin  üsluba  meyil 
etmələri və yaxud  redaktorun bütün materialları öz qələmindən keçirməsi fərdi üslubları eyni qəlibdə əridir. 
Nəticədə, mətbuatdakı üslub təkrarçılığı aşkar nəzərə çarpır, bu da müəyyən yeknəsəqlik yaradır və qəzetdə 
gedən materialların dəyərdən düşməsinə, ümumilikdə isə ona oxucu marağının zəifləməsinə gətirib çıxarır. 
Müasir  dövrdə  mövcudluğu  qəzet  bazarından  asılı  olan  və  fəaliyyətini  bu  bazar  əsasında 
istiqamətləndirən müstəqil qəzetlər yeni cümlə tiplərinə, informasiyaların başqa qəzet materiallarının oynaq, 
şirin,  anlaşıqlı  bir  dildə  oxucuya  çatdırılmasına,  bu  informasiyalara  fərqli  jurnalist  münasbətinin 
bəslənilməsinə  daha  çox  meyillidir.  Həmin  keyfiyyət  Azərbaycanın  mətbuat  aləmindəki  durumunu  bir  şox 
xarici  ölkələrdəki  vəziyyətə  oxşar  edir.  Bir  sıra  ölkələrdə  qəzetlərin  iki  kateqoriyası  mövcuddur:  əhalinin 
savadlı təbəqələri üçün elitar nəşrlər və ―xalq üçün mətbuat‖. Onları çox zaman keyfiyyətli və kütləvi nəşrlər 
də adlandırırlar. 
Mətbuatın  dil-üslub  xüsusiyyətləri  elitar,  yaxud  kütləvi  nəşrlər  sırasına  aid  edilməsindən  asılı  olaraq 
formalaşır. Birincilər, adətən, çox yüksək, ikincilər isə aşağı, xalqın anlayacağı üslubda olur. Sonuncularda 
dilin  sadəliyinə  üstünlük  verilir  və  o  qədər  də  dərin  savada  malik  olmayan  oxucu  kütləsi  nəzərə  alınır.  Bu 
gün  kütləvi  informasiya  vasitələrində  üzə  çıxan  xarakterik  dil-üslub  xətalarına  korrektura  səhvləri,  söz 
sırasının  pozulması,  qrammatik  əlaqələrin  pozulması,  məntiqsizlik,  terminlərdən  yerli-yersiz  istifadə,  söz, 
ifadə  yanlışlığı,  təkrarlar,  dəqiqlik  normasının  pozulması,  sözçülük,  alınma  sözlərdən  yerli-yersiz  istifadə, 
ixtisar tələblərinin pozulması və s. aid etmək olar. 
Deyilənləri ümumiləşdirərək, aşağıdakı nəticələrə gəlmək olar: 
1.
 
Üslubun  yaranması  dil  materialı  seçimi  ilə  bağlıdır.  Onu  daim  dil  müəyyənləşdirir,    varlığa,  həyat 
həqiqətlərinə münasibət və bu münasibətin fəallıq dərəcəsi məhz üslubda üzə çıxır. 
2.
 
Mətbuat janrlarının hər biri özünəməxsus dil-üslub keyfiyyətlərinə malikdir. Janrlar bir-birindən həm də 
dil-üslub özəlliyilə fərqlənir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
247 
 
 
3.
 
Publisistik üslub ictimai-siyasi, elmi, iqtisadi, mənəvi-əxlaqi və s. aktual problemlərin elmi-məntiqi dəlil 
və  sübutlar,  obrazlı,  ehtiraslı  mühakimələr,  lirik  düşüncələr,  konkret  xarakterlər  vasitəsilə  ifadə 
formasıdır.  Publisistikanın  inkişafı  publisistik  üslubun  polemik,  təşviqat-natiqlik,  analitik-tənqidi, 
pozitiv-təbliği, satirik və s. növlərini formalaşlırıb. 
4.
 
Ədəbi  dilin  formalaşması,  nəsillərdən-nəsillərə  ötürülməsində  kütləvi  informasiya  vasitələrinin  böyük 
rolu vardır.     
 
Kütləvi  informasiya  vasitələrində  dil-üslub  məsələləri  jurnalist  peşəkarlığının  son  dərəcə  önəmli, 
aparıcı amili olsa da, təəssüf ki, bu mövzu elmi ədəbiyyatımızda tam tədqiq olunmamışdır.  
 
 
DĠLĠN FONETĠK SƏVĠYYƏSĠNDƏ ĠNTENSĠVLĠYĠN TƏZAHÜRÜ 
Mürsəliyeva X.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Fоnеtik intеnsivlik sözün səs tərkibindəki mövqеyi ilə əlаqədаr mеydаnа çıхır. Sözün səs tərkibindəki 
mövqеyi оnun güclü və zəif hеsаb еdilən yеrdə işlənməsi ilə təyin еdilir.  
Güclü mövqedə olan səslər daha sabit, zəif mövqedə olan səslər isə variantlıq üzrə dəyişilməyə meyilli 
olan vahidər kimi xarakterizə edilmişdir. Hətta güclü mövqedə olan səslər fizioloji-akustik xarakterinə görə 
intensiv, zəif mövqedəki səslər isə intensiv olmayan səslər kimi nəzərə alınmışdır. 
Nitq  səsləri  üçün  güclü  mövqе,  bir  qаydа  оlаrаq,  sözün  əvvəlinci  hеcаsı  hеsаb  еdilir.  Sözün  həmin 
mövqеyindəki  səslər  güclü  аrtikulyаsiyаyа  mаlikdir.  Оdur  ki,  həmin  mövqеdə  vаriаntlаrın  bаş  vеrməsi 
еhtimаlı оlmur. Məsələn: аy, аyı, аnа, аrı, аdа, аd, аlt, аr, аt, аl, ахır, аrха və s. kimi sözlərdə а sаiti güclü 
mövqеyə düşdüyü üçün оnun fiziki tərkibində dəyişmə müşаhidə еdilmir. Оnа görə də həmin səslər öz fiziki 
müstəqilliyini qоruyub sахlаyır. 
Zəif mövqе isə sözün sоn hissələri sаyılır ki, mövqеdə аrtikulyаsiyа öz təsirini zəiflədir. Nəticədə səs 
kеyfiyyətcə dəyişib yumşаq vаriаntlа əvəzlənir. Bеlə mövqеdə səsin öz fiziki müstəqilliyini itirməsi еhtimаlı 
аrtmış оlur. Məsələn: аtаyа, аnаyа, bаbаyа, sахlаyır, gözləyir, izləyir kimi sözlər öz struktur хаrаktеrinə görə 
nоrmаtiv  kök-şəkilçi  аrdıcıllığınа  mаlikdir.  Lаkin  nitqdə  sözün  sоnunа  dоğru  аrtikulyаsiyа  intеnsivliyi 
zəiflətdiyi  üçün  sаit  səslərdə  kеyfiyyət  dəyişməsi  bаş  vеrir:  аtаyа-  аtıyа,  аnаyа-  аnıyа,  bаbаyа-  bаbıyа, 
sахlаyır- sахlıyır, gözləyir- gözlüyür, izləyir- izliyir və s. 
 Sаmit  səslərə  gəlincə,  sözün  hеcа  tərkibi  аrtdıqcа  vаriаnt  еhtimаlı  dаhа  dа  intеnsivləşir.  Məsələn: 
struktur cəhətdən nоrmаtiv sаyılаn yаrpаq, tоrpаq, qırаq, çırаq, inək, kəpək, çiçək kimi sözlər tələffüzdə sоn 
sаmitə görə müхtəlif vаriаntlа üzləşir. 
 Bəzi  bədii  örnəklərdə  еmоsiоnаllığı  qüvvətləndirmək  üçün  səslərin  аnlаyış  хüsusiyyətlərindən 
məhаrətlə istifаdə еdilməsinə də rаst gəlmək оlur. Məsələn: d sаmiti üçün səciyyəvi оlаn аnlаyışlаrdаn biri 
tоpluluğun  (çохluq)  əlаmətidir.  Mətndə  bu  sаmitin  аrdıcıl  (təkrаr)  işlədilməsi  kəmiyyətin  çохluğunu  ifаdə 
еdir. Həmin əlаməti аşаğıdаkı misrаlаrdа müşаhidə еtmək mümkündür: 
Dəhənin dərdimə dərmаn dеdilər, cаnаnın, 
Bildilər dərdimi, yохdur, dеdilər dərmаn. 
Bağrıma çox vurdu yara kipriyin, 
Yaxındır kim, yara, yara kipriyin. 
Birinci  bеytdə  d  sаmitinin  təkrаrı  ilə  dərdin,  ikinci  bеytdə  isə  y  samiti  ilə  yаranın  çохluğu  аnlаyışı 
bildirilir. 
T.İ.Hacıyev samit qoşalaşmasının səbəblərinin intensivliklə (emosionallıqla) bağlı olduğunu aşağıdakı 
kimi misalların nümunəsində izah edir: qarrı(qoca), ıssı(isti), kattı(bərk), ikki(iki), yeddi, səkkiz, doqquz. 
 Bəzən  nitqin  intеnsivliyi  ilə  sözün  strukturundа  trаnsfоrmаsiyа  (çеvrilmə)  bаş  vеrməsi  müşаhidə 
оlunur. Bеlə ki, nitq аsаn ifаdə üçün şəхs şəkilçisinin n еlеmеntinin fоnеm təbiətini nеytrаllаşdırır. Оnа görə 
də  n  sаmiti  iхtisаr  оlunur. Yеni  yаrаnаn fоrmаdа  söz,  məsələn,  аlırız  (аlırsınız  əvəzinə)  vəziyyətinə  düşür. 
Lоkаl(yerli) şərаitdə həmin fоrmаnın həttа аlırsıyız, аlırsığız (аlırsınız) vаriаntlаrı dа müşаhidə оlunur. 
 Аlırsınız vаriаntındа iki sаit аğırlıq еtdiyi üçün оnlаrdаn biri fоnеm mövqеyini itirir və düşür. Söz isə 
аlırsız  vаriаntındа  qаlır.  Nitq  öz  intеnsivliyi  ilə  həmin  vаriаntı  özü  üçün  nоrmаyа  çеvirmişdir.  Lаkin  yаzı 
nоrmаsındа sаbitlik mühüm şərt оlduğu üçün nitq vаriаntı yаzı nоrmаsı ilə еyniləşdirilmir. 
 Sаitlərin təkаmülünə gəlincə, оnlаrın içərisində аçıq, gеniş və intеnsiv tələffüz еdilənlərin ilkin hеsаb 
оlunmаsınа dаir mülаhizələr üstünlük təşkil еdir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
248 
 
 
 А.Ахundоv sintаqmаtik fоnеtikаdаn bəhs еdərkən ―intеnsivlik‖ hаqqındа О.S.Ахmаnоvаnın lüğətinə 
istinаd  еdərək  bеlə  bir  məlumаtı  çаtdırır:  ―Vurğudаn  bəhs  еdərkən  göstərdiyimiz  kimi,  intеnsivlik  dаnışıq 
səslərinin,  хüsusən,  sаitlərin  yаrаnmаsı  zаmаnı  tələffüzün  qüvvəsinə,  yахud  zəifliyinə  əsаslаnır  və 
nəfəsvеrmənin аrtım və аzаlmа dərəcəsini nəzərdə tutur‖. 
Fikrimizi təsdiq etmək üçün verilən nümunəni nəzərdən keçirək:  
Rusiyanın buğda unu, nüs mədəni, 
Top-tüfəngi, bol-bol xəzi, bir çox varı [S.Vurğun]. 
Fоnеtik  intеnsivlik  nümunələrindən  bədii  əsərlərdə  diаlоq  şərаitində  yüksək  psiхоlоji  gərginlik 
yаrаtmаq  üçün  istifаdə  оlunur.  Məsələn:  -Vаааy...günüm  vаааyy!..Gülüm  vаааyy...cаnım  vаааyy. 
Vахsssеееy... öldüm, vааyy!..
Apardığımız  araşdırma  nəticəsində  məlum  olur  ki,  dilin  bütün  səviyyələrində  olduğu  kimi,  fonetik 
səviyyəsində də intensivlik hadisəsi baş verir.  
 
 
SEMĠOTĠKA VƏ ONUN NƏZƏRĠ-ESTETĠK PRĠNSĠPLƏRĠ 
Rafiq Yusifoğlu 
Sumqayıt Dövlət Universiteti 
 
Semiotika müasir nəzəri fikirdə ən çox işlənən terminlərdən biridir. Məsələnin mahiyyətini bilən də, 
bilməyən  də  semiotik  təhlildən  söhbət  açır,  bəzən  apaydın  bir  poetik  parça  semiotika  prizmasından  elə 
araşdırılmaya cəlb olunur ki, gün kimi aydın bir mətn semiotika buludunun, dumanının arxasında itib-batır, 
görünməz  olur.  «Postmodernizmin  yolu  semiotikadan  keçir»  fikri  bu  və  ya  digər  şəkildə  təkrarlanır  və 
buradan belə qənaət hasil olur ki, semiotik düşüncə posmodern təfəkkürə yaxınlaşmaq vasitəsidir.  
Bəs  nədir  semiotika,  onun  özəllikləri  və  nəzəri-estetik  prinsipləri  nədən  ibarətdir?  Semiotika  yunan 
mənşəli  söz  olub,  mənası  işarə,  əlamət  anlamına  gəlir.    Semiotika  məhz  təbiət  və  cəmiyytdəki  işarələr, 
işarələr sistemi, simvollar haqqında elm olsa da, bu simvollar əslində insani münasibətləri öyrənməyə yönəl-
mişdir.  Elə  buna  görə  də  çox  zaman  bu  elmə  metodoloji  prinsip  kimi  yanaşılmış,  hətta  semiotikanı 
«nəzəriyyənin beynəlxalq dili», «metodlar metodu»  adlandıranlar da olmuşdur.  
Yalnız  «interpretasiya  edilə  bilən,  mənası  olan  strukturlarla  maraqlanan»  semiotika  strukturalizmlə 
eyniyyət təşkil etmir: «Semiotik strukturlar formal strukturlardan onunla fərqlənirlər ki, onlar ikilidir, sanki 
iki  strukturun  supervəziyyətidir:  bir  tərəfdən,  ifadə  strukturları  (səslər,  xətlər,  rənglər),  digər  tərəfdən 
məzmun  strukturları  (məna).  Ifadə  və  məzmun  strukturu  arasındakı  əlaqə  semiotik  əlaqə  adlanır.  Bu 
səbəbdən  semiotika  təkcə  təbii  deyil,  həm  də  digər  dilləri  tədqiq  edən  elmdir»  (Umberto  Eko  və  post-
modernizm fəlsəfəsi. Bakı, Qanun, 2012, s.128). 
Elmi  mənbələrdə  semiotikanın  bir  elm  kimi  XIX  əsrin  sonlarında  təşəkkülü,    XX  əsrin  əvvəllərində 
formalaşması haqqında  məlumat  verilir.  O  da  diqqətə  çatdırılır  ki,  hələ XVII  əsrdə  Con  Lok  semiotikanın 
mənasını  anlamış,  məhiyyəti  işarələr  vasitəsi  ilə  digərlərinə  ötürmə  mexanizmini  hazırlamağa  cəhd 
göstərmişdir.  Semiotika  elminin  banisi  isə  amerikan  filosofu  Çarlz  Senders  Pirs  (Charles  Sanders  Peirce
1839—1914) və isveç linqvisti Ferdinand de Sösür (Ferdinand de Saussure, 1857—1913) hesab olunur.  Pirs 
bu məsələ ilə bağlı ayr-ayrı məqalələr yazsa da, nəzərdə tutduğu fundamental bir tədqiqat əsərini tamamlayıb 
başa çatdıra bilməmiş, yalnız 1930-cu ildə alimin arxivi çap olunandan sonra onun işarələr sistemi haqqında 
fikir  və  mülahizələri  geniş  rezonans  doğurmuşdur.    Sösür  isə  bu  məsələ  ilə  bağlı  heç  nə  yazmamış,  yalnız 
tələbələrinə mühazirələr oxumuş, onun mühazirə mətnləri çap olunandan sonra bu görkəmli alimin semiotika 
haqqında fikir və mülahizələri ictimaiyyətə bəlli olmuşdur.  
Ç.S.Pirsin fikrincə, intuisiya mühüm əhəmiyyət kəsb etsə belə, hər şeyə qadir deyil, o yalnız özündən 
əvvəlki  biliklərə  istinadən  hər  hansı  bir  mülahizəyə,  qənaətə  gəlməyə  imkan  verir.  Əşyaların  zahiri 
görkəmində  onun  mahiyyətinin  müəyyən  işartıları,  cizgiləri,  əlamətləri  görünməkdədir.  Biz  bu  cizgilərin, 
işarələrin köməyi olmadan düşünə və fikirlərimizi şərh edə, əsaslandıra  bilmərik. 
1923-cü  ildə  alman  filosofu  E.Kassirerin  fəlsəfənin  simvolik  formaları  haqqında  üçcildlik  əsəri  çap 
olunmuşdur. XX əsrdə semiotika çox fərqli istiqamətlərdə inkişaf etmişdir. Sovetlər birliyi vaxtında ölkədə 
iki  böyük  semiotik  mərkəz  fəaliyyət  göstərmişdir.  Moskvada  V.V.Ivanov,  V.N.Toparov,  V.A.Uspenski, 
Tartuda  isə  Y.M.Lotman,  B.M.Qasparov  və  başqaları  bu  elm  sahəsi  ilə  müntəzəm  məşğul  olmuş,  semio-
tikanın mahiyyəti, onun nəzəri-estetik prinsipləri haqqında mühazirələr oxumuşlar.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
249 
 
 
Əvvəlcə  Tartu  universitetində  tələbə  olan,  sonra  uzun  müddət  həmin  universitetdə  semiotikadan 
mühazirələr oxuyan E.Qornının «Semiotika nədir?» sulına cavabı maraqlıdır. Alim etiraf edir ki, uzun illər 
bu sualın cavabını axtaranda gördüm ki, ona cavab vermək o qədər də asan iş deyilmiş. Anladım ki, heç kəs 
dəqiqliklə  semiotikanın  nə  olduğunu,  nə  ilə  məşğul  olduğunu  deyə  bilməz.  Semiotika  nəsə  filologiya  ilə 
fəlsəfə arasında qərar tutan bir elm sahəsidir. Semiotika işarələr və ya işarələr sistemi haqqında elmdir. Onun 
özünün konkret, spesifik tədqiqat obyekti olmasa belə, semiotikanın  işarələr və işarələr sistemi vasitəsi ilə 
bütün  əşyalara,  predmetlərə,  hadisələrə  nəzər  salıb  onları  dəyərləndirmək  mümkündür.  Ancaq  əşyalar  və 
onları  simvollaşdıran  işarələrinin,  rəmzlərinin  hüdudlarını  müəyyənləşdirmək  o  qədər  də  asan  məsələ 
deyildir. 
A.A.Vetrovun  «Semiotika  və  onun  əsas  problemləri»,  Y.S.Stepanovun  redaktəsi  altında  çap  olunan 
«Semiotika: antologiya»sında (2001), S.B.Qrinevin «Semiotikanın əsasları» (2000), Q.Ferqenin «Məntiq və 
məntiqi  semantika»  (1968),  Y.M.Lotmanın  «Semiosfera»(2000),  «Insanlar  və  işarələr»  (2010)  əsərində 
məsələnin geniş elmi şərhi verilmişdir. Bu problemlə daha dərindən maraqlananlar həmin əsərləri oxusalar, 
çox şey öyrənə bilərlər.  
Semiotika  nəzəriyyəsi  ilə  daha  ardıcıl,  sistemli  məşğul  olan  filosoflardan  biri  də  U.Eko  olmuşdur. 
Onun  «Olmayan  struktur»  (1968),  «Məmnunluq  formaları»  (1971),  «Semiotika  nəzəriyyəsi»  (1975) 
əsərlərində semioteka nəzəriyyəsi dərindən əsaslandırılmış, bir sistem halına gətirilmişdir. Alimin Boloniya 
universitetində  semiotika  kafedrası  açdırması,  Semiotik  Tədqiqatlar  Beynəlxalq  Assosiasiyasının  ilk 
prezidenti  olması,  bu  görkəmli  mütəfəkkirin  təşəbbüsü  ilə  Milanda  dünyanın  ilk  semiotika  konfransının 
keçirilməsi,  ilk  semiologiya  jurnalının  («Versus»,  1971)  əsasının  qoyması  göstərir  ki,  U.Eko  bu  məsələyə 
olduqca  böyük  önəm  vermişdir.  «Eko  üçün  semiotikanın  obyekti  kommunikasiya  prosesi  kimi  anlaşılan 
bütün  insan  mədəniyyətidir.  Mədəniyyətin  bütün  təzahürlərinə  yeganə  giriş  açarı  hər  cür  ünsiyyətin  kod 
xarakterli olmasıdır» (Umberto Eko və postmodernizm fəlsəfəsi. Bakı, Qanun, 2012, s.127).  
Alimin fikrincə, məna yükü olmayan işarə, rəmz yoxdur. Elə buna görə də bütün işarələrin, rəmzlərin, 
kodların  alt  qatında  ideologiya  gizlənir.  «Işarə  qanunları  mədəniyyət  qanunlarıdır»  deyən  U.Eko  öz 
fikirlərini  əsaslandırmağı  bacarır.    Kütləvi  mədəniyyəti  semiotika  vasitəsilə  şərh  etməyə  çalışan  U.Ekonun 
hazırladığı oxucu-mətn-müəllif konsepsiyası müəllifi postmodernizmin astanasına gətirib çıxarır. 
Əşyalar  və  onların  mənasını  ifadə  edən  işarələr,  sözlər  arasında  mütləq  eyniyyət  tapmaq  çətindir. 
Sözlər, işarələr əşyanın mahiyyətini tam şəkildə ifadə etmək gücündə deyildir.  Sözlər əşyanın mahiyyətinin 
yalnız  müəyyən  cəhətlərini,  cizgilərini  əks  etdirə  bilir.  Bu  mənada  mahiyyətin  mütləq  təzahüründən, 
dünyanın  mütləq  dərkindən  söhbət  belə  gedə  bilməz.  Insan  zəkasının  hüdudları  Allahın  ərazisinə  daxil 
olmaq, sirlərin, ecazların mahiyyətinə nüfuz etmək gücündə deyil. Semiotika məhz bu tipli məsələlərin, adi 
gözlə görünməyənlərin, adi qulaqla eşidilməyənlərin dərkinə və şərhinə can atır. Semiotika işarələrdən və ya 
işarələr sistemindən kənarda baş verənlərin mahiyyətini bütünlükdə şərh etmək gücündə deyildir. 
Semiotik  düşüncənin  kəsəri  insanın  həyat  təcrübəsi,  biliyi,  istedadı,  psixoloji  durumu,  hadisələrdən 
nəticə çıxarmaq qabiliyyəti, yaradıcı insanın analitik təfəkkürü  ilə sıx surətdə əlaqəlidir. Əslində «sözlərlə 
onların  bildirdiyi  maddi  şeylər  arasında  bağlılıq  yoxdur.  Sözlər  maddi  şeylərin  işarəsidir»  (Rəhim  Əliyev. 
Ədəbiyyat  nəzəriyyəsi.  Bakı,  2008,  s.77).    Yazıçı  dünyanı  özü  dərk  etdiyi  kimi,  özü  gördüyü  kimi  təsvir 
etməyə  çalışır,  elə  buna  görə  də  onun  təsvirləri  çox  vaxt  obyektiv  səciyyəli  olmur,  subyektiv  düşüncənin 
məhsulu kimi meydana gəlir. Ona görə ki, bədii söz dünyanın, hadisələrin mahiyyətini tam açmaq gücündə 
deyildir.  Məna  təkcə  mətndə  yox,  həm  də  onu  oxuyan  şəxsin  yaddaşında  gizlənir.  Ancaq  bütün  bunlara 
baxmayaraq, yazıçı dünyanın dərki üçün oxucuya kömək edir, onu təsvir etdiyi məkana aparır, ancaq gidlik-
ekskursavodluq  missiyasını  axaradək  yerinə  yetirə  bilmir.  Çünki  məlumatlı  oxucu  öz  yaddaşındakı 
informasiyaya  istinadən  hazır  təqdimatdan  imtina  edir,  məsələnin  mahiyyətini  bir  az  fərqli  şəkildə 
təsəvvüründə  canlandırır,  yazıçının  hər  hansı  bir  obyekt,  hadisə  haqqında  cizgilərini  öz  təxəyyülü  ilə 
tamamlayır. 
Semiotikanın  əsas  prinsiplərindən  biri  də  linqvistik  terminlərin  əhəmiyyətinin  daha  da 
genişləndirilməsi  ilə  əlaqəlidir  və  hər  hansı  bir  predmetin,  hadisənin  mahiyyətini  açmaq  onlara  metoforik 
yanaşma tələb edir. Ona görə ki, «hər bir yaddaş bənzətmə, epitet prinsipi ilə işləyir. Xatırlama və tanıma 
prosesi indiki zamanda görülən (seyr edilən) şeyin əvvəl görülmüş şeyə oxşadılmasıdır» (Yenə orda, s.77). 
Əsas məsələlərdən biri də ondan ibarətdir ki, semiotikanın işarələr və ya işarələr sistemi haqqında elm 
olması  qənaəti  təkcə  dinləyiciləri  deyil,  bu  tərifi  verənlərin  özünü  də  tam  təmin  etmir.  Semiotiklər  elmi 
təhlillər zamanı özlərindən əvvəl yaradılmış işarələrdən, kodlardan, bu mövzu ilə bağlı digər alimlərin fikir 
və  mülahizələrindən    və  s.  Istifadə  edirlər.  «Semiotika  odur  ki,  özlərini  semiotik  adlandıran  insanların 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
250 
 
 
özlərini  də  semiotika  adlandırırlar».  Semiotika  mətnə  daha  geniş  mənada,  bir  neçə  pirizmadan  baxıb  onu 
dəyərləndirməyi  tələb  edir.  Hər  hansı  bir  işarə,  rəmz  intellektul  bazası  zəngin  olan  insanı  düşüncələr 
məcrasına sala bilir. Beynindəki informasiyanı sistemləşdirməyi bacarmayanlar üçün isə işarələr, rəmzlər o 
qədər  də  əhəmiyyət  kəsb  etmir.  Bu  mənada  işarələr,  rəmzlər  sehrli  bir  açar  rolunu  oynayır.  Ağıllı  adam 
onunla xəzinənin qapısını açmağı bacarır, düşüncəsiz adam üçün isə həmin açar  adi bir əşyadan başqa heç 
nə  deyildir.  Semiotika  müəyyən  mənada  ağılın,  düşüncənin  dərəcəsini,  onun  hüdudların  göstərən  elm 
sahəsidir və insan psixologiyası, insan təxəyyülü  ilə sıx surətdə əlaqəlidir. Düşüncə olduqca vacibdir, lakin 
o, insanın həyatına, məişətinə təsir göstərmək gücündə deyilsə, o qədər də əhəmiyyət kəsb etmir.  
Semiotikada vahid mətn ideyası ön plandadır və belə hesab olunur ki, bütün dünyadakı hadisələr bir-
biri ilə əlaqəli olduğu kimi, bədii mətnlər də bir-birindən törəmədir. Ona görə də semiotik təhlil zamanı təkcə 
mətnin  yox,  onun  doğurduğu  təəssüratı  da  nəzərə  almaq  vacibdir.  Çətinlik  burasındadır  ki, eyni  mətn    onu 
oxuyan bütün adamlarda eyni təəssürat doğurmur. 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin