AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


TELEVĠZĠYA KANALLARINDA DĠL PROMLEMĠ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

 
TELEVĠZĠYA KANALLARINDA DĠL PROMLEMĠ 
Salahbanova Ç.A. 
Mingəçevir Dövlət Universiteti 
 
İnsan duyğu və düşüncəsini dil vasitəsilə ifadə edir. Dilin lüğət tərkibi ehtiyac və tələbata uyğun olaraq 
dəyişilməli, zənginləşməli, inkişaf etməlidir. Dil millətin gücüdür, ruhudur.  Dilini itirən hər bir  kəsin ruhu 
da ölür.  Dili ölən xalq milliliyini itirməklə yanaşı, millətlərin içərisində də yox olurlar.  
Dil normalarının mühüm təbliğatçısı kimi televiziyanın rolu yüksəkdir. Milli televiziyanı cəmiyyətin 
müasir tələbləri səviyyəsinə yüksəltmək ən vacib məsələlərdəndir. Ancaq təəssüf hissi ilə qeyd etmək olar ki, 
hal-hazırda televiziyada  bəzən normalara əməl olunmur. 
Kütləvi informasiya vasitələrinin dili, bir tərəfdən, ədəbi dili zənginləşdirir, digər tərəfdən isə ədəbi dil 
normalarından  kənara  çıxma  halları  ilə,  dili  jarqonizm  və  varvarizmlərlə  doldurmaqla  ona  mənfi  təsir 
göstərir. 
Hər  bir  telekanalın  qarşısında  maarifləndirmə,  məlumatlandırma,  əyləndirmə  durur.  Bu  funksiyanı 
yerinə  yetirən  isə  televiziya  aparıcılarıdır.  Aparıcılar  kütləyə  nümunə  olmalıdır.  Müasir  aparıcılar  özlərini 
sərbəst  aparır,  lakin  sərbəst  danışmaq  qabiliyyətinə  malik  deyillər.  Çünki  Azərbaycan  dilində  ədəbiyyat 
oxumurlar  və  dünyagörüşləri  yalnız  xarici  telekanallardan  alma  informasiyadır.  Çox  təəssüf  ki,  bu  gün 
Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribə məqamlar illərdir ki, davam etməkdədir. Xüsusilə də 
bu  məsələdə  bir  sıra  televiziya  aparıcılarının  günahı  çoxdur.  Hərdən  aparıcıların  dilindən  qopan  ifadələr 
ləhcə,  şivə  xarakterli  olur.  Bəzi  aparıcılar  elə  bir  səs  tonu  ilə  danışırlar  ki,  adamın  qulağı  batır.  Teleradio 
aparıcıları alınma sözlərin yerində işlənilməsini mütləq nəzərə almalıdırlar. Aparıcı o qədər sürətlə danışır ki, 
sözlər ya tamam anlaşılmır, ya da şəkilçilər unudulur. Aparıcıların nitqi nümunəvi olmalıdır. Bir çox hallarda 
peşəkarlıq  səviyyəsi,  nitqi  standartlara  uyğun  gəlmir.  Bəzi  proqramların  əyləncə  xarakterli  verilişlərin 
aparıcıları  efir  peşəkarlığı  aşağı  olan  şəxslərdir.  Əgər  o  aparıcının  gözəl  nitq  qabiliyyəti  yoxdursa,  efir 
görünüşü standartlara cavab vermirsə, onun efirə çıxarılması düzgün deyil. 
Azərbaycan  dilini  tam  bilməyən,  orfoepiya  normalarını  pozan,  səlis  nitqi  olmayan  aparıcıların  yol 
verdiyi  kobud  səhvlər  milli  şüura  təsir  edəcək  qədər  ciddi  və  təhlükəlidir.  Qüsurlu  nitqin  əsas  səbəbləri 
sırasında rus dilinin, Azərbaycan dialektlərinin və türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı 
olmasını və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar. 
Televiziya  və  radio  verilişlərinin  əksər  aparıcılarının  nitqində  dilimizin  orfoepik  (düzgün  tələffüz) 
qaydaları  demək  olar  ki,  iki-üç  cümlədən  bir  pozulur.  Mətndəki  sözlər,  ifadələr,  bütövlükdə  mətnin  oxu 
qaydaları, nitqin tembri, heca vurğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyəcanlı səs və s. nitq pro-
sesində  tez-tez  müxtəlif  qüsurlarla  səslənir.  Bu  da  təbii  ki,  materialın  ümumi  məzmununun  anlaşılmasına 
çətinlik törədir. Məsələn, bəzən isə aparıcıların bir-biri ilə, ya da dəvət etdikləri qonaqla yersiz söhbətləri, 
süni  və  şit  gülüşləri,  zarafatları  dinləyicini  yorur.  Aparıcıların  əksəriyyəti  doğma  dilimizdə  söz  tapa 
bilməyəndə tez alınma sözlərə müraciət edirlər. Məsələn, yes, super, superyek, mersi və s. 
Televiziyada  dil  nöqsanlarından  biri  söz  sırasının  pozulmasıdır.  Bu  sıra  pozulduqda  isə  fikir  qarşı 
tərəfə  təhrif  olunmuş  şəkildə  çatır.  Ən  ağrılı  problem  olan  bu  nöqsan  tez-tez  nəzərə  çarpır,  tamaşaçını  
qıcıqlandırır. «Vaxtımız daralır, təklif edirəm keçək idmana» Cümlə belə olmalı idi: Vaxtımız azalır, təklif 
edirəm ki, artıq idmana keçmək vaxtıdır»; «O sosial şəbəkə ki, hansı ki, Rusiyada çox populyardır» Cümlə 
belə olmalı idi: Rusiyada çox populyar olan sosial şəbəkə … 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
251 
 
 
Apardığımız  müşahidələr  zamanı  diqqətimizi  cəlb  edən  faktlardan  biri  budur  ki,  aparıcılar  nitqin 
təmizliyi  prinsipini  pozaraq,  varvarizmlərdən  istifadə  edirlər,  öz  dilimizdə  qarşılığı  olan  anlayışları  başqa 
dillərə  –  rus  və ingilis dillərinə aid  sözlərlə ifadə edirlər. Məsələn:  ... ordan  oçeredə  (növbəyə)  durmuşuq; 
Burdan, yeri gəlmişkən, Mark Sükerberqə artıq ANS adından açıqca, yəni atkrıtka (açıqca) göndərilib artıq.  
Televiziya  aparıcılarının  nitqində  hamı  tərəfindən  başa  düşülən  söz  və  cümlələrin  işlənməsi  əsas 
şərtdir. Kiminsə savadlı görünməsi xatirinə əcnəbi söz və ifadələrdən istifadə etməsi düzgün deyil. Məsələn, 
«Böyütmək  üçün  şəkillərə  klikləyin»;  «Tamaşaçılar  mobil  telefonlar  vasitəsi  ilə  fleş-mob  düzəltdilər»; 
«İstanbul derbisi Bakıda həyəcanla izlənib»; «Büdcənin 50 faizə qədərki neft fondundan transfer edilir».  
Aparıcıların fəaliyyətinə aid onu da qeyd etmək istəyirəm ki, mətndən kənar cümlələrdə kobud səhvlər 
edirlər.  Xüsusən,  veriliş  başa  çatanda.  Məsələn:  Buraxılış  sona  çatanda  diktor  deyir:  «Vəssalam!  Mənim 
deyəcəklərim  bu  qədər».  Əslində  deyilməli  idi:  «Verilişimiz  sona  çatdı».  Başqa  bir  misal:  «Bu  saata  olan 
xəbərləri dinlədininiz yox, «bu saata qədər olan» deyilməli idi.  
Televiziya  dilində  diqqəti  cəlb  edən  problemlərdən  biri  də  aparıcıların  nitqində  ekran  nitqinə  uyğun 
olmayan loru, vulqar söz və ifadələrin işlədilməsidir. Fikrimizcə, uşaqların da izlədiyi televiziya kanallarında 
belə sözlərin işlədilməsi düzgün deyil: Qələt elədim (səhv elədim); Zarina, yeməhnən zadnan aran nətərdi? 
(Yeməyə münasibətin necədir?); ... adamın lap əti tökülür  (loru ifadədir).  
Nitqin  təmizliyini  pozan  amillərdən  biri  də  dialektizmlərdən  istifadə  olunmasıdır.  Əksər  aparıcılar 
nitqlərində mənsub olduqları dialektin xüsusiyyətlərinə yer verirlər, bu isə ədəbi dilin leksik normasının  – 
nitqin təmizliyinin pozulmasına səbəb olur: Biz dünənnəri (dünən) bu utanmazlığa toxunduq; ... belənçinə 
(belə) məqamlar da var. 
Özəl  televiziya  jurnalistlərinin  və  aparıcılarının  bir  qismi  yaşadığımız  informasiya  əsrində  dilimizin 
ruhunu  sındıraraq  danışırlar.  Az  qala  özəl  televiziya  kanallarında  çalışan  jurnalistlərin  bir  qismi  dilimizin 
qayda  –  qanunlarını  pozmaq  iddiasında  olmaqla  və  öz  əməllərini  düzgün  saymaqla  ruhumuzun  ölümünə 
qənim kəsilirlər. Açığı qeyd edək ki, özəl televiziya kanallarındakı verilişlərin əksəriyyəti dilimizi sevdirmir, 
əksinə,  dilimizin  ruhuna  xələl  gətirir.  Özəl  televiziyada  dilimizin  qayda  – qanunlarını  o  qədər  pozurlar  ki, 
tələbkar  tamaşaçıda,  dinləyicidə    özlərinin  səriştəsizliyi,  elmsizliyi,  ana  dilinin  qədrini  bilməmələri  barədə 
təsəvvürü  daha  da  dərinləşdirirlər.  Əlbəttə,  bununla  ana  dilinə  xəyanət  edirlər,  onun  inkişafına  əngəl 
törədirlər. Görünür ki, belə jurnalistlərin ana dilinə olan məhəbbəti, sevgisi layiqincə deyildir. Onu da qeyd 
edək  ki,  özəl  televiziyada  çalışan  bir  qism  jurnalistlərin  dili  həm  də  ona  görə  dolaşıq  və  qüsurludur  ki, 
onların fikri və düşüncələri də son dərəcə dalğın, eyni zamanda dumanlıdır. 
Özəl televiziya kanalların dili Azərbaycan ədəbi dilinin imkanları üzərində öz işini qursa, həm ədəbi 
dilimizin  inkişafına  əngəl  olmaz,  həm  də  televiziyanın  özü  tələbkar  tamaşaçının  rəğbətini  qazanar.  Bu 
baxımdan  özəl  televiziya  kanallarına  yanaşsaq,  onda görürük  ki,  onların  proqramlarında,  verilişlərində  hər 
birinin  fərdi  üslubu  olmaqla  yanaşı,  həm  də  hər  birində  jurnalistlərin,  aparıcıların  böyük  əksəriyyəti 
Azərbaycan ədəbi dilinin qayda – qanunlarını gözləmirlər.  
Televiziyada  dillə  bağlı  nöqsanlar  yalnız  göstərdiklərimizdən  ibarət  deyil.  Bu,  diqqəti  çəkən 
nöqsanların  az  bir  hissəsidir.  Bunu  görə  də  kütləvi  informasiya  vasitələrinin  dil  problemi  mühüm  praktik 
əhəmiyyətə malikdir. 
Sonda  onu  da  qeyd  edim  ki,  yuxarıda  nəzərə  çatdırılan  norma  pozulmaları  ilə  yanaşı,  Azərbaycan 
televiziya  kanallarında  öz  işinin  peşəkarı  olan,  nitqləri  aydın  şəkildə  qurulan,  ədəbi  dilimizin  normalarına 
yaxşı  bələd  olan,  veriliş  zamanı  nitqlərində  çox  nadir  hallarda  normadan  kənaraçıxma  halları  müşahidə 
edilən aparıcılar da vardır. 
 
 
ÇAĞDAġ AZƏRBAYCAN BƏDĠĠ DĠLĠN ĠNKĠġAF ÖZƏLLĠKLƏRĠ VƏ PROBLEMLƏRĠ 
Şərifova S.Ş. 
AMEA, Nizami adına Ədəbiyyat İnstitutu 
 
Müasir  Azərbaycan  dilinin  inkişafı  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  həyata 
keçirdiyi siyasətlə əlaqəlidir. Bir sıra təhlükələrə məruz qalan Azərbaycan dili məhz dövlət tərəfindən həyata 
keçirilən  tədbirlər  nəticəsində  inkişafını  davam  etdirmişdir.  Lakin  Azərbaycan  dilinin  bir  əsr  çərçivəsində 
dörd dəfə əlifba dəyişməsı, ədəbi dildə dialektizmlərdən geniş istifadə olunması, Azərbaycan dili haqqında 
bir  sıra  qanunlarının  arxaizm  xarakter  daşıması,  müasir  ictimai  düşuncənin  dəyişməsi,  qloballaşma 
prosesləri,  internet  ədəbiyyatının  yayılması  nəticəsində  müxtəlif  nəsillər  arasında  irsi  fasiləliyin  yaranması, 
Azərbaycan dili daxilində subdillərin formalaşması, Azərbaycan bədii dilinin leksik özəlliklərinin dəyişməsi, 
Azərbaycan  bədii  dilinə  interferesiyanın  təsirinin  artması,  qrammatik  qanunların  kobud  inkarı  kimi 
proseslərin fəallaşması müşahidə olunur. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
252 
 
 
Azərbaycan  dili  rəsmi  dövlət  dili  kimi  XVI  əsrdə  Şah  İsmayıl  Xətai  tərəfindən  ilk  dəfə  istifadə 
edilmişdir.  XX  əsrin  əvvəlində  Azərbaycan  Demokratik  Respublikası,  Araz  Respublikası  və  Azadıstanda, 
XX  əsrin  ortasında  Azərbaycan  Milli  Hökümətində  dövlət  dili  elan  edilmişdir.  Azərbaycanın  müstəqilliyi 
bərpa edilməklə Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. 12 noyabr 1995-ci il tarixində isə müstəqil 
Respublikamızın  Konstitusiyasının  21-ci  maddəsi  ilə  Azərbaycan  dili  Azərbaycan  Respublikasının  Dövlət 
dili kimi təsbit olundu. Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən Azərbaycan dilinin qorunmasına və 
təkmilləşdirilməsinə  daim  diqqət  yetirilir.  Belə  ki,  2001-ci  ildə  Azərbaycan  əlifbası  rəsmi  olaraq  latın 
qrafikasına çevrildi. 2004-cü ildə latın qrafikası ilə bədii və elmi ədəbiyyatın kütləvi nəşri başlandı. 2007-ci 
ildə  ―Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin 
inkişafına  dair  Dövlət  Proqramına‖  təkan  verildi.  2012-ci  və  2013-cü  illərdə  Dövlət  Proqramı  ilə  bağlı 
tədbirlər  genişləndirilmişdir.  Dövlət  Proqramının  əsas  normativ-hüquqi  bazanın  təkmilləşdirilməsi,  dilin 
tədrisinin  və  tətbiqinin  genişləndirilməsi,  millətin  maddi  -  mənəvi  göstəricilərindən  biri  olan  Ana  dilinin 
geniş  təbliğinə,  xarici  ölkələrdə  Azərbaycan  dili  mərkəzlərinin açılmasına  yönəldilmişdir.  Bu  fonda  qonşu 
ölkələrdə Azərbaycan dilinin istifadə sahəsinin məhdudlaşdırılması istiqamətində addımlar atılır. İlk növbədə 
Ana dildə təhsilin alınması çətinləşdirilmiş, regional səviyyədə Azərbaycan dilinin rəsmi və kargüzarlıq dili 
kimi istifadəsi qadağan edilmişdir. 
XX əsrdə Azərbaycan dili bir sıra ciddi problemlərlə toqquşmuşdur. Ziddiyyətli axtarışlar nəticəsində 
Azərbaycan dilində latın qrafikası təsdiqini tapmışdır. Azərbaycan latın əlifbasının yaranması yolunda Mirzə 
Fətəli  Axundov,  Mirzə  Əliməhəmməd,  Firudin  bəy  Köçərli,  Mirzə  Cəlil  Məmmədquluzadə  və  digər  tarixi 
şəxsiyyətlərimiz  cəsarətli  addımlar  atmışdılar.  1991-ci  ildə  latın  əlifbasına  keçməsi  haqqında  atılan 
addımlara baxmayaraq, yeni əlifbaya keçid 2001-ci ildə Heydər Əliyevin iradəsi nəticəsində baş vermişdir. 
Əlifba dəyişdirilməsi nəsillər arasında fasiləsiz nəsillik problemini yaradır. ―Azərbaycan dilinin qloballaşma 
şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair‖  Dövlət  Proqramı  bu 
problemi  aradan  qaldırmış  olur.  Eyni  zamanda,  Azərbaycan  xalqı  tərəfindən  iki  əlifbanın  –  Azərbaycan 
Respublikasında  latın,  Cənubi  Azərbaycanda  isə  -  ərəb  əlifbasının  faktik  istifadəsi  Azərbaycan  dilində 
subdillərin formalaşmasına təkan verir. Belə ki, XVIII  əsrin əvvəllərindən XX əsrin  əvvəllərinədək Cənubi 
və  Şimali  Azərbaycanda  vahid  mədəni  mühit  müşahidə  olunur,  o  cümlədən  eyni  söz  fonduna  malik,  eyni 
fonetik,  orfoqrafik,  morfoloji,  sintaktik  dil  qanunları  istifadə  edilirdi.  Bu  gün  isə  Azərbaycan 
Respublikasında  və  Cənubi  Azərbaycanda  Azərbaycan  dilindən  istifadə  edildikdə  bir  sıra  ciddi  fərqli 
xüsusiyyətlər  diqqəti  çəkir.  Oxşar  prosesin  Gürcüstanda  da  başlandığını  iddia  etmək  olar.  Müasir  dövrdə 
Azərbaycan Respublikasında və Cənubi Azərbaycanda bir - birindən asılı olmayan ədəbiyyatın inkişafını da 
müşahidə  edirik.  Belə  ki,  Azərbaycan  Respublikasının  geniş  oxucularına  Səhər  xanım  Rəsizadə,  Ülkər 
Ucqar, Elyad Musəvi, Rəsul Yunan, Məhəmməd Rza Ləvayi, Rüqiyyə Kəbiri, Əlirza Zihəq və digər yazar və 
şairləri tanış deyil, Cənubi Azərbaycanda isə Qan Turalı, Mübariz Örən, Aqşin Yenisey, Vüsal Nuru, Emin 
Piri  və  digər  gənc  ədiblərimizin  əsərləri  yayımlanmamışdır.  Lakin  vaxt  var  idi,  ―Əkinçi‖  qəzeti,  ―Molla 
Nəsrəddin‖ və ―Füyuzat‖ jurnalları Arazın iki tərəfində də oxunurdu. 
Dialektizmlərin  Azərbaycan  bədii  dilinə  nüfuz  etmə  prosesi  subdillərin  yaranması  məsələsini  yeni 
amillərlə zənginləşdirir. K. Əfsəroğlunun ―Kuklalar güləndə‖ əsərində bakılılara xas danışıq tərzi müşahidə 
edilir: ―Qədeş! Bura bulvardı, camaat dincəlməyə gəlir, nöş pozursuz millətin kayfını?‖ Hekayə dialekt və 
şivələr əsasında qurulmuşdur. 
Azərbaycan  dilinin  bir  sıra  qanunlarının  arxaizm  xarakter  daşımasına  diqqət  yetirilir.  Akademik  İsa 
Həbibbəyli  ədəbi  dildə  müşahidə  edilən  dil  hadisələrinin  tənzimləməsini  həyata  keçirə  biləcək  qrammatik 
qanunvericiliyin  hazırlanmasının  tərəfdarı  olaraq  qeyd  edir:  ―... Müstəqillik  dövrü  Azərbaycan  dilinin 
orfoqrafiya  qaydalarına  bütövlükdə  yenidən  baxmaq,  keçmişdən  mövcud  olan  qaydalarda  yaxşı  olan  nə 
varsa,  hamısını  saxlamaq,  varisliyi  qorumaq,  lakin  dilimizin  müasir  inkişafı,  hazırda  və  dilçilik  elmində 
gedən  proseslərlə  bağlı  olan  yeniləşmələr  yeni  qaydalarda  öz  əksini  tapmalıdır.‖  Akademik  İsa 
Həbibbəylinin  irəli  sürdüyü  qoşa  y  samitinə  dair  təklifi  xüsusi  maraq  doğurur.  Akademik  İsa  Həbibbəyli 
müasir dövrdə qoşa eyni samitli (qoşa y samiti) sözlərin yazılışı və tələffüzünü eyniləşdirmək üçün iki ―y‖ 
samitindən  birinin  ixtisar  edilməsi  məqamının  yetişməsini  vurğulayaraq  qeyd  edir  ki,  ―tələffüzdə  qoşa  y 
samitlərindən  biri  qaldığı  üçün  yazıda  hər  ikisini  saxlamağa  ehtiyac  yoxdur.  Qoşa  yazılan  iki  y  səsindən 
birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır‖. Akademik İsa 
Həbibbəylinin təklifi Azərbaycan dilinin təkmilləşdirilməsi ilə bağlı atılan ciddi addımdır. 
İnternet ədəbiyyatının yayımı Azərbaycan ədəbiyyatının mövzu və janr sistemlərinə təsir göstərməklə 
yanaşı,  əcnəbi  dillərdə  xarakterik  olan  elementlərin  Azərbaycan  bədii  dilinə  nüfuz  etməsində  də  özünü 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
253 
 
 
göstərməkdədir.  Qloballaşma  proseslərinin  təsiri  Azərbaycan  dillinin  digər  dillərlə  interferensiyası 
prosesində  özünü  fəal  göstərir.  Bu  proses  özünü  son  dövrlərdə  Azərbaycan  dilinə  daxil  olmuş  texniki  və 
ictimai-siyasi həyatla bağlı olan alınma yeni söz və söz birləşmələrində əksini tapmışdır. İnterferensiya yeni 
fenomenləri  əhatə  edən  sözlərlə  kifayətlənmir.  Bəzi  hallarda  əcnəbi  dillərdə  uzun  dövr  istifadə  edilən 
sözlərin Azərbaycan dilinə nüfuz etməsi müşahidə edilir.  
Azərbaycan  ədəbiyyatında  Türkiyə  türkcəsindəki  söz  və  söz  birləşmələrinə  müraciət  diqqətdən 
yayınmır. Müəlliflərin şu, şöylə, əfəndi, talib, kalite, tatlıya bağlamaq, rəsmən, eline sağlık, haqqını halal et 
və  ya  haqqınızı  halal  edin,  keçmiş  olsun,  üzgünəm,  hakk  etmək,  hüzur,  zatən  və  s.  söz  və  söz 
birləşmələrindən istifadə etmələri müşahidə olunur. 
Azərbaycan  bədii  dilində  Türkiyə  türkcəsində  söz  və  söz  birləşmələrinə  müraciət  özünü  həmişə 
göstərmişdir. XX əsrin əvvəllərində H. Cavid, A. Şaiq, M. Hadi və digər ədiblərimizin yaradıcılıqlarında bu 
prosesi izləmək mümkündür. 
Təəssüf ki, Azərbaycan ədəbi dilində, həmçinin qələmə alınmış bədii nümunələrdə kobud və əxlaqsız 
sözlərin  artması  müşahidə  olunur.  Bu  baxımdan  kobud  və  əxlaqsız  sözlərin  işlənməsi  bədii  əsərin  estetik 
dəyərini  aşağı  salır.  Bu  cür  sözlər,  xüsusilə,  ―çirklirealizm‖  üslubunda  qələmə  alınmış  əsərlərdə  daha  çox 
qabardılır.Son dövrlərdə Azərbaycan ədəbiyyatında ―çirkli realizm‖ə meyl və maraq güclənməkdədir. Misal 
kimi  gənc  nəslə  aid  Səxavət  Sahilin  ―İsanın  qadını‖  və  Əli  Əkbərin―Artuş  və  Zaur‖,  Eyvaz  Zeynalovun 
―Bələdçi‖  romanlarına  müraciət  etmək  olar.  Romanlar  oxucu  və  ədəbiyyatşünaslar  tərəfindən  birmənalı 
qəbul edilməmiş, diskusiyalara səbəb olmuşdur. 
Kobud sözlərin yaranması Azərbaycan bədii dilinə xas yeganə mənfi təzahür deyil. Azərbaycan dilinin 
qrammatik  qanunlarının  inkar  edilməsinə  tez-tez  rast  gəlmək  olur.  Hər  bir  dil  cümlə  üzvlərinin 
etnokulturoloji, tarixi məntiqi kateqoriya olan normativ düzülüşü ilə səciyyələnir. 
Sonda  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  bədii  dilinin  inkişaf  özəllikləri  və  problemləri  ciddi  elmi 
araşdırmaların  aparılmasını  tələb  edir.  Bu  sahədə  müəyyən  tədqiqatlar  var.  Təəssüf  ki,  Azərbaycan  bədii 
dilində  subdillərin  yaranması,  Azərbaycan  bədii  dilinin  əcnəbi  dillər  ilə  qarşılıqlı  nüfuzun  artması, 
Azərbaycan  bədii  dilinın  estetik  dəyərinə  xələl  gətirən  təzahürləri  samballı  dissertasiya  işlərinin  obyektinə 
hələ də çevrilməmişdir. 
 
SÜLEYMAN VƏLĠYEVĠN SADƏ SĠNTAKSĠSĠ 
Şirinov F. 
Sumqayı Dövlət Universiteti 
 
Yazıçmm dili bədii düşüncə predmeti, əsərlərinin ideya və mövzusu ilə six bağlıdır. Sovet dönəmində 
yazıb-yaratmış Süleyman Vəliyevin yaradıcılığı daim aydın, dürüst, konkret ideya istiqaməti ilə seçilmişdir. 
"Şor  cüllütü"  və  "Bığlı  ağa"  povestlərində  əsrin  əvvəlləri  neft  Bakısmda  baş  verən  gərgin  hadisələr, 
"Mübahisəli  şəhər"  romanında  uzaq  Yuqoslaviyanın  Triyest  şəhərində  сэгэуап  edən  antifaşist  hərəkatı, 
"Düyünlər"  romanında  1960-cı  illərin  sosial-mənəvi  ziddiyyətləri  və  s.  bədii  düşüncənin  mərkəzinə  gəlir. 
Konkret  hadisə  və  süjetin  ifadə  etdiyi  mətləblər,  sadə  təhkiyə  tərzi,  təfərrüat  və  detal  təsviri  yazıçmın 
sintaksisini müəyyən edir. 
Süleyman Vəliyevin nəsr dili hərəkət üzərində qurulub, "hərəkət dili"dir. Hadisələrin çevik təsviri sadə 
cümlə sintaksisinə əsaslanır. Həm də bu zaman sadə cümlənin tərkibi ilə hadisələrin hərəkət tempi arasmda 
bir uyğunluq var. Ümumi hal-əhval, vəziyyət, təsvir verilərkən daha çox sadə geniş cümlədən, yaxud tabesiz 
mürəkkəb cümlələrdən istifadə olunur. Hadisələr sürətləndikcə yazıçı müxtəsər sadə cümləyə üstünlük verir. 
Sanki  hadisələr  mübtəda  və  xəbərdən  ibarət  sadə  cümlələr  üzərində  addımlayır,  tələsir.  Yazıçı  əsrin 
əvvəllərinin inqilab atmosferinin, yaxud müharibə ab-havasının hadisələrə təsirini bu cür "çevik dil‖lə ifadə 
edir. 
Süleyman Vəliyevin əsərlərinin kompozisiya bitkinliyi də sadə sintaktik quraluşa əsaslanır. Əlavələr, 
haşiyələr,  ara  söz  və  cümlələr  bu  sadə  konstruksiyaya  yaddır.  Yazıçının  əsərləri  bir  qayda  olaraq  konkret 
süjetdən, üzvi şəkildə süjetdə "əriyən" yaxud da onu tamamlayan çevik dialoqlardan və fabula dolğunluğuna 
xidmət  edən  bədii  təsvir  vasitələrindən  ibarətdir.  Hər  bir  kompozisiya  ünsürünün  ümumi  ideya-mətbbin 
ifadəsində aydın rolu və yeri var. 
Sadə,  birmənalı  ifadə  tərzi  S.Vəliyevin  bədii  təsvir  vasitələrindən  istifadəsində  də  özünü  göstərir. 
Yazıçı  mürəkkəb  təşbih  və  məcazlardansa,  эп  çox  bədii  təyin  və  epitetlərə  üstünlük  verir.  Bədii  detal 
çoxmənalılığından  çox,  təfərrüat  sırasma  əhəmiyyət  verir.  Hətta  rəmzlər  də  xüsusi  vurğu  kəsb  etməyib, 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
254 
 
 
təsvirlə ahəngdar surətdə verilir. Məsələn, "günəş"in bolluğu və ya azlığı təsvirdə eyni qədər müstəqim və 
məcazi  mənalar  daşıyır.  Yazıçı  peyzaja  tez-tez  yer  versə  də,  ona  ayrıca  fünksiya  vermir,  hadisələrin  təbii 
fonu və obrazların əhval-ruhiyyəsinin davamı kimi diqqət yetirir. 
Süleyman  Vəliyevin  nəsr  dili  ədəbi  dilin  gözəlliyinə  arxalanır,  dialekt  və  ləhcə  "pozuntularf'na  yer 
verməyib  ədəbi-bədii  dil  normalarını  qoruyur.  Azərbaycan  yazıçılarının  X  qurultayında  ulu  öndər  Heydər 
Əliyev  sovet  dönəmində  yazıçılarm  rolu  və  xidmətlərindən  birinin  də  məhz  Azərbaycan  dilini  qoruyub-
saxlamaqdan ibarət olduğunu söyləmişdir. Süleyman Vəliyevin nəsr dili bu baxımdan эп layiqli örnək hesab 
oluna bilər. 
 
THE LANGUAGE OF MASS MEDĠA 
Valiyeva S.V. 
Sumgait State University 
 
The mass media have penetrated so deeply in our Society that it is important to examine the types and 
nature of the influence the mass media exert on individuals in society. 
One  can  identify  many  forms  of  mass  media  such  as:  the  English  language,  books,  magazines, 
newspapers, comics, advertising, records, film, radio and television. Many of these forms are inter-related. 
For example, advertising permeates many forms of mass media. For the purposes of this essay television is 
seen as being of prime importance, firstly because of its widespread availability and influence and secondly, 
to give the topic under discussion a focal point. 
One school of thought, of which Marshall McLuhan is an exponent, claims that the ―new‖ mass media 
(film,  radio  and  television)  are  new  languages,  the  grammar  of  which  is  yet  unknown.  ―Radio,  film,  TV, 
pushed  written  expression  toward  the  spontaneous  shifts  and  freedom  of  the  language  and  bodily  gesture. 
Hence,  it  is  claimed,  a  rich  colorful  language  developed  conveying  moods  and  emotions,  happenings  and 
characters,  even  thoughts,  none  of  which  could  be  properly  packaged  in  words.  Conversely,  the  message 
communicated  through  print‖…  means  that  it  must  first  be  broken  down  into  parts  and  then  mediated 
eyedropper fashion one thing at a time, in an abstract, ,linear, fragmented, sequential way‖. 
The mass media is a diversified collection of media technologies that reach a large audience via mass 
communication. 
Broadcast media transmit information electronically, via such media as film, radio, recorded music, or 
television. 
Digital media comprises both Internet and mobile mas communication. 
Print media transmit information via physical objects, such as books, comics, magazines, newspapers, 
or pamphlets. 
Outdoor media transmit information via such as AR advertising; billboards; blimps; flying billboards; 
placards or kiosks placed inside and outside of buses, commercial buildings, shops, sports stadiums, subway 
cars, or trains; or skywriting. 
Newspapers contain a range of items: 
home/ domestic news 
international news 
Language features of newspapers are: 
 
the omission of words 
The words omitted are usually function words, that is grammatical words that do not carry instrinsic 
meaning:  determiners  (some,  this,  that,  a,  an,  etc),  pronouns  (relative  pronouns),    auxiliars  (be,  have,  do). 
Titles (Mrs, Sir, Lord) and punctuation may be also omitted. 
 
the use of short words 
e.g. row= argument 
raid=robbery 
Tabloids make a greater use of shorter words and more sensational words. 
e.g. Monster in the classroom 
 
the use of loaded words (words with strong connotations) 
Loaded  words  are  words that carry  particular strong connotations  that  is,  carry an  emotional loading 
beyond their literal meaning. 
e.g. wealthy: rich (negative connotation)  well off/ affluent (positive connotation)    

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
255 
 
 
 
the use of nominalization (the use noun phrases) 
Noun phrases can be nouns on their own, but often include other words such as determiners, numbers, 
adjectives, called modifiers. Many headlines are noun phrases. 
e.g. shoplifting arrests   
 
the use of gymnicks (puns, word play, metaphor, alliteration, rhyme) 
Gimmicks are strategies that can create ambiguity. They include: 
Puns, that is plays on words, which include: 
Homophones: words with the same sound but a different spelling and meaning. 
Homonyms: words with the same sound and spelling but different meaning. 
Intertextuality:  it  means  reference  to  familiar  phrases,  which  are  already  known  to  the  reader,  many 
coming from film and book titles or the words of songs. Metaphor: it describes one thing in terms of another
creating an implicit comparison. 
Alliteration  is the repetition of sounds, usually consonants. 
Rhyme: words which rhyme. 
Allan  Bell  has  been  both  making  and  studying  media  language  for  many  years.  He  has  worked  as  a 
journalist and editor in a daily new service, weekly newspaper and monthly magazines. He has researched 
media language in several countries, especially New Zealand and the United Kingdom. 
In these days the Russian press, radio and television are making very persistent attempts to popularize 
new terms and declaring that the mass media language keeps pace with the times, thus deeply affecting all 
language styles. Since the meanings of new words are grasped very quickly and don‘t need to be explained 
any  longer,  they  became  widespread  in  all  social  and  professional  groups-from  business  circles  to  young 
people. 
Modern mass media are overflowed with the new words that came into the language of advertisement 
and sports. Most words have been borrowed without any reason, it is just an obvious attempt to follow the 
fashion.  We  can  give  some  examples:  OK,  fifty-fifty,  no  problem,  conditsioner  volos  (from  hair-
conditioner), cruiz (from cruise), lunch. Sport commentators can not do without such words as pressing and 
forcing, outsiders and referee. 
 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin