AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


SEMANTĠK QRADASĠYANI  MÜƏYYƏNLƏġDĠRƏN BƏZĠ AMĠLLƏR



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə40/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

SEMANTĠK QRADASĠYANI  MÜƏYYƏNLƏġDĠRƏN BƏZĠ AMĠLLƏR 
(italyan dilinin materialları əsasında) 
Bayramova G.M. 
Azərbaycan Dillər Universiteti 
 
İstənilən xarici dilin mənimsənilməsi zamanı onun leksik bazasında labüd şəkildə yer alan sinonimik 
cərgə  halları  ilə  qarşılaşma  qaçılmazdır.  Belə  ki,  müasir  dünyada  mövcud  olan  və  inkişaf  səviyyəsi  bəlli 
sərhəddən  yuxarı  olan  istənilən  dildə  eyni  bir  denotatın  fərqli  siqnifikatlarda  təzahür  tapması  halları 
mövcuddur.  Xarici  dil  mənimsənilməsi  prosesində,    həmin  dildə  yer  alan  sinonimik  cərgənin 
komponentlərinin  semantik  qradasiyasını  müəyyən  etmək  üçün  özəl  ―dil  intuisiyası‖nın  formalaşması 
vacibdir. ―Dil intuiasiyası‖ dedikdə ―insanın dilin qarşılıqlı əlaqədə olan iyerarxik strukturunu anlaya bilməsi 
və    indiyə  qədər  fərdə  məlum  olmayan  dil  hadisələrinin  (məs:  neologizmlər  və  s.)  intuitiv  hiss  edib  duya 
bilməsi‖  nəzərdə  tutulur.  (http://ru.wikipedia.org/wiki/  Языковая_интуиция).  Başqa  sözlə  desək,  istənilən 
fərd bu və ya digər dilə elə bir səviyyədə bələd olmalıdır ki, həmin dillə bağlı ―dil  intuisiyası‖nı əldə edə bil-
sin.  Məlumdur  ki,  ―dilə,  ünsiyyət  vasitəsi  kimi,    intuitivlik  səviyyəsində  bələd  olma  insanın  koqnitiv  – 
kommunikativ fəaliyyətinin bütün komponentlərini ehtiva edir‖.  Başqa sözlə, fərdin ―dil intuisiyası‖nı əldə 
etməsi  həmin  dilə  aid  koqnitiv    qavrayışın  da  yüksək  səviyyədə  mənimsənilməsini  labüd  edir.  Məhz  bu 
məqam,  yəni  mənimsənilən xarici dilin, sadəcə özünün deyil, bu dildə danışanların dünyagörüşü və həyata 
baxışlarının  da  mənimsənilməsi  həmin  xarici  dildə  ünsiyyətin  sərbəstliyini  təmin  edən  ―dil  intuisiyası‖na 
malik  olmanı  təmin  edir.  Deməli,  ―dil  intuisiyası‖  əldə  edilməsinin  yollarından  biri  –  (digər  faktorlarla 
yanaşı) mənimsənilən xarici dilin linqvokulturoloji məlumat bazasının mənimsənilməsindən keçir. Konkret 
olaraq  mənimsənilən  xarici  dilin  semantik  söz  qruplarının  qavranılması  məsələsinə  gəlincə,  qeyd  edək  ki, 
yalnız linqvokulturoloji məlumatlara malik şəxs sinonimik cərgənin semantik qradasiya ardıcıllığını intutiv 
şəkildə müəyyənləşdirə bilər. Məhz, həmin məqama keçmədən öncə onu qeyd edək ki, eyni denotatın fərqli 
dil işarələrilə adlandırılmasında linqvokulturoloji amil heç də, sonuncu rol oynamır. Daha dəqiq desək, hər 
hansı  bir  əşya,  varlıq  və  ya  hadisənin  onlarla  sinonimik  işarəyə  malik  olması  həmin  dil  daşıyıcılarının 
etnokulturoloji  dəyərlər  sistemi  ilə  sıx  bağlıdır.  Bu  mənada,  dahi  alman  dilçisi  V.fon  Humboldtun  sanskrit 
dilində  ―fil‖  sözünün  çox  sayda  sinoniminin  olması  ilə  bağlı  səsləndirdiyi  fikri  xatırlatmaq  yerinə  düşərdi: 
―əgər sanskritdə fil -  ―iki  dəfə içən‖ və  ya ―iki dişli‖ ... adlandırılırsa, bu halda fərqli anlayışların ifadəsi 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
217 
 
 
işarələnir.  Halbuki  söhbət  eyni  bir  predmetdən  gedir.  Müqayisə  üçün  onu  da  əlavə  edək  ki,  ərəb  dilində 
―dəvə‖sözünün onlarla sinoniminin (ən fərqli kontekstlərə uyğun şəkildə istifadə oluna biləcək: yaşlı dəvə, 
cavan dəvə, dişi dəvə, heç vaxt bala verməmiş dişi dəvə və s.) olması da, məhz, etnokulturoloji amilin diqtəsi 
ilə gerçəkləşmiş dil hadisəsidir. Oxşar vəziyyəti eskimos dilindəki ―qar‖ sözünün sinonimlik cərgəsində də 
müşahidə  etmək  olar.  Belə  ki,  daha  isti  iqlim  qurşağında  yaşayan  xalqlar  ―qar‖ın  müxtəlif  statik  və  ya 
dinamik  vəziyyətlərinin  fərqli  şəkildə  adlandırılmasına  lüzum  görmədikləri  halda,  ilin  təxminən  altı  ayı 
ərzində qar yağmasını müşahidə edən eskimoslar fərqli davranıblar. Onların dilində ―əriyən qar‖ın, ―yağan 
qar‖ın, ―yerə düşmüş (lakin hələ əriməmiş) qar‖ın fərqli şəkildə adlandırılması tamamilə  məntiqi görünür. 
Belə ki, ―aşıq gördüyünü çağırar‖ məşhur atalar məsəlinin perifrazına yol verərərək onu deyə bilərik ki, insan 
(və  ya  insan  cəmiyyəti,  xalq)  daha  intensiv  şəkildə,  yəni  tez-tez  gördüyünü  çağırar.  Bu  mənada  ərəbin 
dəvəni, qədim hindlinin fili, eskimosun isə qarı vəsf etməsi tamamilə təbii və anlaşılan görünür. Əslində, bu 
sözlər  həmin  dil  daşıyıcıları üçün  çox-çox  nisbi  anlamda  sinonim  hesab edilir. Belə  ki,  məişəti fillə iç-içə 
olan qədim sanskrit üçün onun dişi və ya erkək, yaşlı və ya cavan  olması böyük əhəmiyyət kəsb edə bilərdi 
və  bu  fərqlilik  onun  üçün  yaxın  mənalı  sözün  müəyyən  parametrə  görə  nisbi  sinonimi  kimi  qavranılmaya 
bilərdi.  
Təxminən oxşar vəziyyəti italyan dilinə aid ən müxtəlif məna qruplarını əhatə edən leksikanın təhlili 
zamanı  da  təsbit  etmiş  oluruq.  Belə  ki,  zəngin  italyan  mədəniyyətinin  çoxşaxəli  mahiyyət  kəsb  etməsi  bu 
dildə  ən  fərqli  istiqamətlər  üzrə  sinonimik  məna  genişlənmələrini  (yəni  fərqli  sinonimlər  sayəsində  eyni 
denotatın  müxtəlif  cəhətlərinin  ön  planda  tutulması  hallarını)  müşahidə  etmək  olar.  İtalyan  mətbəx 
mədəniyyətinin  zənginliyi  digər  xalqlarda  bir  və  ya  iki  sözlə  adlandırılan  əşya  və  məhsulların  onlarla 
siqnifikatda təzahür tapmasına yol açmışdır. Məs: ―penne‖, ―orecchietti‖, ―fusilli‖ və s. kimi nominasiyalar 
eyni  bir  denotatın,  yəni  ―maccheroni‖-  ―makaron‖un  adlandırılmasıdır.  Və  yaxud  eyni  bir  anlayışın,  yəni 
mafia‖  –  ―mafiya‖  anlayışının  italyan  mədəniyyəti  və  cəmiyyətində  mövcud  rolu  və  xüsusiyyətləri, 
insanların  gündəlik  yaşam  tərzinə  təsiri  və  cəmiyyətdə  yaratdığı  fəsadlar  bu  anlayışın  müxtəlif  təzahür 
formalarını  olan  ―ndrangheta‖,  ―camorra‖  kimi  fərqli  adlandırmalara  gətirib  çıxarmışdır.    Digər  tərəfdən 
musiqi  və təsviri sənətdə, heykəltəraşlıq və memarlıqda italyan mədəniyyətinin Avropanın digər xalqlarını 
geridə  qoyması  faktı  onların  bu  sahəyə  aid  leksikasının  ―semantik  dəqiqləşdirməsi‖ndə  öz  əksini  tapmaya 
bilməzdi. Bu mənada diqqətəlayiq haldır ki, təkcə müvafiq istiqamətli peşə-sənət leksikası və ya terminoloji 
inventar semantik qradasiyalı dəqiqləşdirməyə məruz qalmamışdır. Bu rəngarənglik həmin sahələrlə az və ya 
çox  dərəcədə  bağlı  olan  leksikaya  da  sirayət  etmişdir.  Məs:―parlaq‖  sözünün  italyancadakı  qarşılığı  olan 
abbagliante‖nin 
sinonimlərinin 
çoxsaylılığı 
bunun 
əyani 
sübutu 
kimi 
göstərilə 
bilər: 
accecante‖,―brillante‖, ―folgorante‖, 
―fulgido‖,―luccicante‖,―lucente‖,―luminoso‖,―rilucente‖,―risplendente‖,―scintillante‖,―sfavillante‖, ―sfol
gorante‖, ―splendente‖. 
  
UġAQ SÖZLƏRĠNĠN BƏZĠ XÜSUSĠYYƏTLƏRĠ 
Bayramova Y.A. 
Baklı Şəhər Təhsil İdarəsi 
 
Müəyyən  yaş  dövründə  kiçik  yaşlı  uşaqların  nitqində  işlənən  sözlər  dilçilikdə  uşaq  sözləri  adlanır. 
Uşaq  nitqi  psixologiya,  dilçilik  və  pedaqogikanın  elmi-  tədqiqat  predmeti  hesab  olunur.  Uşaq  nitqi  göz 
qabağında  olduğundan  müşahidə  üçün  daha  əlverişlidir.  Dilin  mənşəyi    problemlərini  öyrənmək 
baxımındanda uşaq nitqinin böyük önəmi vardır.Əqli qabiliyyəti hələ məhdud  olan uşaqlar  kəkələləsələr də, 
3-4  il  ərzində  öz  ana  dilinin  mürəkkəb  quruluşuna  yiyələnirlər,  5-6-7  yaşlarında  əlamət,  keyfiyyət  bildirən 
sözlərin mənalarını bilir, rəng çalarlarını və  sayları fərqləndirə bilirlər. 
İnsanları  hələ  qədimlərdə    dil  qabiliyyətinin  genetik  irsliyi  problemi  düşündürmüşdür.  ―Monqollar 
imperiyasının    ümumi  tarixi  ‖  əsərində    göstərilir  ki,  böyük  hökmdar  Əkbər  xan  hansı  dilin  daha  qədim 
olmasını  yoxlamaq  üçün  bir  eksperiment  aparmışdır.  O,  öz  eksperimentini  yoxlamaq  üçün  müxtəlif  
millətlərə  mənsub  olan  12  nəfər  südəmər    uşağı    saraya  gətizdirir.  Onların  tərbiyəsi  ilə  12  lal-kar  dayə 
məşğul  olur.  Çox  ciddi  olaraq  oraya  hər  kəsi  buraxmırlar.  Uşaqlar  12  yaşa  çatanda  xan  onları  hüzuruna 
gətizdirir. Ora yəhudi, ərəb, xaldey, sanskrit dillərini bilən ekspertlər dəvət olunur. Aydın olur ki, uşaqlar heç 
bir dili bilmirlər, dayələri kimi istək və  hisslərini ancaq  jestlərlə ifadə edirlər.  
Buradan  o  nəticə  çıxır  ki,  konkret  milli  dil    irsən  ötürülmür.  Amma  istənilən    milli  dilə  yiyələnmə 
qabiliyyəti anadangəlmə olur. Deməli, uşaq  dil mühitinə düşməlidir ki,  onun nitq qabiliyyəti inkişaf etsin. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
218 
 
 
Bu mühit katalizator rolunu oynayır.  Eksperimentlər  yolu ilə sübut edilmişdir ki, uşağın böyüdüyü mühitdə 
qəsdən bu və ya digər konstruksiyadan tez- tez, çox- çox istifadə etdikdə uşaq da belə konstruksiyalara daha 
tez sahib olur. Məsələn: uşağın yanında müqayisə  tərkiblərindən bol-bol istifadə olunduqda  uşaq  da daha 
tez  və  daha  çox  belə  tərkiblər  işlədəcəkdir  və  ya  əksinə,  deyək  ki,  uşağın  yanında  müəyyən  intonasiyadan 
istifadə edilməsin. Onda həmin intonasiyaya uşaq  çox- çox sonralar sahiblənəcək. Deməli, uşaqda fitri dil 
strukturları olmur, dilə fitri olaraq sahiblənmək qabiliyyəti olur (söhbət strukturdan yox, qabiliyyətdən gedir) 
Axı  insan  yeganə  canlıdır  ki,  dilə  sahiblənə  bilir,  deməli,  onda  fitri  şəkildə  dilə  sahiblənmək  qabiliyyəti 
vardır. Ümumiyyətlə, tədqiqatçılar uşaq nitqini eqosentrik (öz-özünçün) nitq  adlandırırlar. Uşaq böyüdükcə 
bu nitq sosiallaşmış nitqə çevrilir. 
Müxtəlif dillər  uşaq tərəfdən mənimsəmənin ilk mərhələlərində strukturca  bənzər olur. Bütün dillərdə 
uşaqlar dili öyrənmənin  ilk mərhələlərində  böyüklərin sözlərini birhecalı (samit+sait  tipli) strukturlar ilə 
―əvəz etməyə‖ nail olurlar. Məsələn: ―süd‖ əvəzinə ―tü‖ kimi.  
Bundan sonra bütün dillərdə  digər bir mərhələ başlanır ki, uşaq söz-cümlə (―söz- fraza‖) ilə ünsiyyət 
edir.  Məsələn:  ―da  -da  ‖-  Su  (və  ya  süd)  içmək  istəyirəm,  ―üfə‖  –  yemək  istəyirəm,  ―kuxu‖-  yatmaq 
istəyirəm, ―la -la‖- mənə layla çal və s. 
Deməli, uşaq üzvlənməmiş qlobal söyləmələrdən, formal cəhətdən predikativliyi olmayan ifadələrdən 
istifadə edir.  Güman olunur  ki, bu  prosesözü də bir universalidir. Çünki dilə  sahiblənmənin bu üsulu bütün 
dillərə xasdır.  Psixolinqvistik  baxımdan bu üsul belə şərh edilir ki,  situasiya yalnız temanın  işlədilməsi ilə 
çox  yığcam şəkildə ifadə olunur.  
Fonoloji sistemin mənimsənilməsi  prosesi üzrə inkişaf mərhələlərinin  ardıcıllığı da  müxtəlif dillərdə  
bənzər  şəkildə  özünü  göstərir.  Seqment  vahidlərə  nisbətən  prosodik  hadisələrin    (intonasiya,  vurğu,  ton)  
mənimsədilməsi  daha  əvvəl  baş  verir.  Adətən,  uşaq    nitqində    dodaq  samitləri  ilə  ―a‖  saitindən  ibarət  açıq  
hecalar ən  əvvəl  işlədilməyə  başlayır:  ba,  ma,  pa,  va.  Bu  faktda  dilə  sahiblənmə  işinin    fitri  olduğuna    bir 
dəlildir.  
Dilin  inkişafının istənilən anında   uşağın işlətdiyi dil  vasitələri  bir sistem  təşkil  edir.   Dilin  inkişaqf 
mərhələləri  o deməkdir ki,  əvvəllər üzvlənməyən vahidlər sonralar diferensiallaşır, hər dil səviyyəsi (fonem, 
morfem, leksem, sintaqm) və s. normaya düşür.  
Kiçikyaşlı    uşaqların  dilində    işlənən    sözləri  yaranma  və  məna  çalarlarına  görə  belə  qruplaşdırmaq 
olar. 
1.Təqlidi sözlər (yamsılamalar) 
Yamsılamalar, əsasən, uşağın özünün  ətraf aləmlə tanışlığı ilə əlaqədar olaraq  yaranır. Məsələn: Ququ 
(xoruz), məə (qoyun), mö (inək mal) mio (pişik), cu- (cücə), amı (it)  və s.  
Göründüyü  kimi,  yamsılamaların  çoxu  ev  quşları  və  ev  heyvanlarının  çıxardığı  səslərin  təqlididir.  
Texnikanın dilini də uşaq yamsılaya bilər. Məsələn: du-du(avtomobil), tı-tı (traktor) və s. 
           2.  Müəyyən  əşya  və  digər  anlayışları  ifadə  edən  sözlər:  Məsələn:  da-da  (süd,  su),  cu-  cu 
(milçək), bəbə (uşaq), na na (nənə)  və s.  
           3.  Əlamət,  keyfiyyət  və  hərəkət    ifadə  edən  sözlər:  Məsələn:  bəci  (pis,  murdar),  cici  (yaxşı, 
gözəl),  cızz(od,  yandırmaq),  ak-ak  (döymək,  vurmaq),  kıxı  (kəsmək),  pəpə  (çörək),  ufu  (ağrı),  çə-çə  (ət), 
çim-çim (çimmək), qakqa (qənd, konfet), əmə (əmmək) və s. Göründüyü  kimi, göstərilən uşaq sözlərində  
bir ritm, ahəngdarlıq, dodaq və damaq ahənginin  möhkəmliyi nəzərə çarpır. Qalın saitlər kar samitlərlə, incə 
saitlər cingiltili samitlərlə ahəngə görə uyuşur.  
 
 
TÜRKOLOGĠYA ELMĠNDƏ ĠNTĠBAH YARADAN ALĠM 
Cümənov D.A. 
Sumqayıt Dövlət Universiteti 
 
XX əsrdə zəngin inkişaf yolu keçmiş Azərbaycan ədəbiyyatşünaslığının yaradıcıları arasında professor 
Mirəli Seyidovun rolu və xidməti əvəzsizdir. Elmi-nəzəri qənaətlər göstərir ki, M.Seyidov özünəxas fərdi və 
orijinal baxışlar sistemi, təhlil və ümumiləşdirmə metodu, nəzəri-fəlsəfi məntiqi ilə seçilən filoloq-alimdir. 
Onun ədəbi əlaqələr, mifologiya, folklorşünaslıq, etimologiya, etnogenez məsələləri ilə bağlı tədqiqatları bu 
gün də türkologiya üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktual məsələlərdir. 
Alim milli bədii təfəkkürün çox müxtəlif sahələri ilə məşğul olmuş və tədqiq etdiyi problemlərin hamısında 
uğur  qazanmaqla,  filologiyada  yeni  elmi  istiqamətlərin  yaranmasına  nail  olmuşdur.  ―Sayat  Nova‖  (1954), 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
219 
 
 
―Qövsi  Təbrizi‖  (1963),  ―Azərbaycan-erməni  ədəbi  əlaqələri‖  (1976),  ―Azərbaycan  mifik  təfəkkürünün 
qaynaqları‖ (1983), ‖Qızıl döyüşçünün taleyi‖ (1986), ―Azərbaycan xalqının soykökünü düşünərkən‖ (1989), 
―Yaz bayramı‖ (1990), ―Qam-Şaman və onun qaynaqlarına ümumi baxış‖ (1994), ―Böri-qurt‖ (2006) kimi 
monoqrafiyaların  və  yüzlərlə  elmi  məqalənin  müəllifi,  Azərbaycan  mifşünaslıq  məktəbinin  yaradıcısı  olan 
Mirəli Seyidovun əsərləri türkologiya elmində hadisə kimi dəyərləndirilmişdir. 
 Mənsub olduğu  xalqa, millətə  xidmət işini özünə tale yolu seçən M.Seyidov həmişə elmi həqiqətləri 
ortaya qoymaqla tarixi təhrifləri aradan qaldırmağa, xalqın yaddaşını dəyişmək istəyən qüvvələrin səylərini  
zərərsizləşdirməyə, ədəbi-nəzəri düşüncəni siyasi buxovlardan azad etməyə çalışırdı. Yaradıcılığının birinci 
mərhələsində xalqlar dostluğu, qarşılıqlı ədəbi-mədəni əlaqələr istiqamətində olan araşdırmalarında, əslində, 
alimin məqsədi bu yolla, yəni qarşılıqlı münasibətləri tədqiq etməklə, ədəbi müqayisələrlə oxşar mətləblərin 
türk etnik-mədəni sistemində öyrənilməsinin əhəmiyyətini vurğulamaq idi. Digər bir tərəfdən, M.Seyidov bu 
kontekstdən  çıxış  edərək,  Azərbaycan  ədəbiyyatının  bədii  özəlliklərini  aydınlaşdırmış,  elmi-nəzəri 
düşüncəsini  və  tədqiqatçılıq  fəaliyyətini  Azərbaycan-türk  söz  sənətinin  özüəməxsusluğunun  elmi  şəkildə 
sübutu işinə yönəltmişdir. 
Alimin  ―Sayat  Nova‖,  ―Azərbaycan-erməni  ədəbi  əlaqələri‖  monoqrafiyaları  da  bu  baxımdan 
əhəmiyyətlidir. Tədqiqatlar göstərir ki, əsərlərini üç dildə yazan Sayat Nova yaradıcılığına müraciət etməsi 
alimə Azərbaycan türkcəsinin və poetik fikrinin Qafqazdakı hakim mövqeyini, ortaq ünsiyyət, həm də poetik 
özünüifadə  vasitəsi  olmasını,  nüfuz  dairəsini  əyaniləşdirmək  üçün  lazım  olmuşdur.    M.Seyidov  tərəfindən 
ermənilərin  bədii  təfəkkürünün,  həyat  və  düşüncə  tərzinin  formalaşmasında  türk  etnik  elementlərinin 
iştirakının müəyyənləşdirilməsi yalnız elmi uğur deyil, həm də ictimai-siyasi əhəmiyyətli nailiyyətdir. Digər 
bir tərəfdən, M.Seyidovun bu tipdə olan araşdırmaları milli ədəbiyyat tariximizin başqa dildə yazılmış elmi 
materiallar  əsasında  öyrənilməsi  əhəmiyyətinin  vacibliyini  göstərir.  Bir  sözlə,  alimin  bu  sahədəki 
xidmətlərini  milli  mənlik  şüuru,  milli  ədəbiyyatın  özünəməxsusluğunu  və  təsir  dairəsini  obyektiv 
qiymətləndirmək, alim-vətəndaş mövqeyi kimi dəyərləndirmək lazımdır. 
Yaradıcılığının  birinci  mərhələsində  (1940-70)  M.Seyidov  həm  də  XVII-XVIII  əsrlər  milli  bədii 
düşüncəsinə  məxsus  ədəbi-tarixi  prosesi  tədqiq  etmişdir  ki,  bunlar  da  öz  əksini  üçcildlik  ―Azərbaycan 
ədəbiyyatı tarixi‖nin birinci cildində çap olunmuş ―Şifahi xalq ədəbiyyatı təsiri ilə yaranan şeir‖, ‖Məsihi‖, 
―Qövsi  Təbrizi‖,  ―Vidadi‖  kimi  elmi  icmal  və  oçerklərdə  tapmışdır.  Bunlar  milli  filoloji  fikrimizin  ciddi 
uğurları hesab edilə biləcək əsərlər idi. Oçerklərinin təhlili onu orta dövr Azərbaycan ədəbiyyatının görkəmli 
tədqiqatçılarından biri kimi təsdiqlədi. Bu oçerklər həm də sonrakı tədqiqatlar üçün bünövrə daşı olmuşdur. 
M.Seyidovun elmi yaradıcılığında Azərbaycan-türk  mifologiyasının ən sanballı qaynaqlarından olan, 
eləcə  də  türkologiya  elmi  qarşısında  öyrənilməsi  ən  mühüm  vəzifə  sayılan  Oğuz,  onun  məna  tutumu, 
Azərbaycan  xalqının  etnik-fəlsəfi  düşüncə  tarixində  yeri,    mifik  dünyagörüşlə  bağları,  Oğuz  türklərinin 
tarixi,  əsatiri  baxışları,  onqonları,  ümumtürk  mifologiyasında  yeri,  mövqeyi,  Oğuz  obrazının  təsir  dairəsi 
(yunanlarda  Orion,  skandinavlarda  Odin,  isveçrəlilərdə  Del,  farslarda  Bəhramgur)  oxşar  əsatiri 
keyfiyyətlərin,  eləcə  də  ermənilərin  təpə-qəbirlərə  –  Oğuz  qəbirlərinə  tapınmalarının  səbəbləri  barədə 
deyilən fikirlər və  nəzəri qənaətlər  müasir azərbaycanşünaslığın nəzəri məsələlərinə, Azərbaycan xalqının 
soykökünün  müəyyənləşdirilməsi  məqsədinə  xidmət  edir.  Onun  bu  sahədə  apardığı  araşdırmalar,  üzə 
çıxardığı  danılmaz  faktlar  sübut  edir  ki,  Azərbaycan  türkləri  yaşadıqları  yerlərin  aborigenləri  –  ilkin 
sakinləridir  və  bu  gün  Ermənistan  adlandırılan  ərazi    Oğuz  türklərinin  tarixi  vətənlərinin  ayrılmaz  tərkib 
hissəsidir. 
Alimin  Yaz  bayramı  haqqında  tədqiqatları:  türk  xalqları,  eləcə  də  Azərbaycan  türkləri  içərisində 
yayılmış əsas adət-ənənələrin, mərasimlərin, inancların, deyimlərin, bir sözlə, bu tip məsələlərin ümumtürk 
mifologiyası  tarixində  yerini  müəyyənləşdirirsə  də,  digər  bir  tərəfdən  Yaz  bayramının  əski  köklərinin 
araşdırılması  zamanı  əldə  olunan  nəticələr  mahiyyətcə  Azərbaycan  xalqının  tarixi  qədimliyinin  sübutu  və 
elmi təsdiqi  işinə xidmət edir. Xüsusilə, Xıdır//Xızır mifik obrazlarının türklərin qədim dünyagörüşü, həyat-
yaşayış  tərzi  ilə  bağlı  təhlilləri,  bu  obrazların  ən  əski  variantının  Öləng  ilahəsi  ilə  bağlı  olması,  Öləngin 
müəyyən  dövrdə  Xızıra  çevrilməsi  barədə  M.Seyidovun  fikirləri  Yaz  bayramının    qədim  türk-etnik 
təsəvvürlərindən yarandığını sübut edir. 
M.Seyidovun  elmi  əsərlərində  Qam-şaman  mədəniyyətinin  izahı  mühüm  yer  tutur.  Qam-şamanizmin 
köklərini,  qam-şaman  təfəkkürünün  qaynaqlarını  müəyyənləşdirən  və  incələyən,  Alarvadı//Albastı  mif 
personajı, Umay//Humay ilahəsi, Yada daşı, ―Od‖ törəni, ―Oba‖ inam-oyunu, ―Yuğ‖ törəni və s. kimi Qam-
şaman mədəniyyəti ilə ilişgəli bir çox məsələlərə diqqəti cəlb edən alimin araşdırmalarından aydın olur ki, bu 
yöndə  olan  problemlərin  çözülməsi  ümumtürk  əlaqələri,  türk  xalqlarının  mifik  təfəkküründəki  ortaq 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
220 
 
 
məqamları  ortaya  çıxaran  başlıca  amildir  və  bütün  türk  xalqlarının  bir  mifoloji  ―bulaq‖dan  su  içdiyini, 
qaynaqlandığını sübut edir. 
Azərbaycanşünaslığın  ən  mühüm  problemi,  heç  şübhəsiz  ki,  Azərbaycan  xalqının  mənşəyi  – 
etnogenezi  problemidir.  M.Seyidovun  onomastik-etimoloji  tədqiqatları  da  azərbaycanşünaslığın  bu 
istiqamətdə 
olan 
aktual 
problemlərinin 
aydınlaşdırılmasına  istiqamətlənmişdir.  O,  əsərlərində 
azərbaycanlıların  vahid  bir  xalq  kimi  biçimlənməsində  önəmli  rolu  olan  Qayı,  Qasqay,  Saq,  Arsaq,  Şiraq, 
Hun,  Basil,  Bulğar,  Xəzər,  Qazax,  Ağqoyunlu,  Qaraqoyunlu,  Haylantürk,  Buntürk,  Xaxi,  Ayrım,  Xətay, 
Varsaq,  Qarabag,  Azərbaycan,  Albaniya,  Qafqaz  və  b.  soy,  qəbilə,  yer  adlarının  etimoloji  yozumlarını 
verməklə, əslində Azərbaycan xalqının formalaşmasında iştirak etmiş qədim qəbilə və qəbilə birləşmələrinin 
tarixini  və  coğrafiyasını  müəyyənləşdirir;  bu  yolla  bir  tərəfdən,  Azərbaycan  xalqının  soykökünü 
aşkarlamağa,  ikinci  tərəfdən,  həmin  qəbilə  və  qəbilə  birləşmələrinin  Qafqazda  ən  qədim  çağlardan 
məskunlaşdığı, bu yerlərin aborigenləri olması barədə inandırıcı fikir söyləməyə nail olur. Digər bir tərəfdən, 
Azərbaycan xalqının soykökü ilə bağlı Qazan, Baybecan, Qamğan, Əkərək, Səkərək, Bəkil, Əmran, Buğac, 
Aruz, Basat, Qorqud, Qağanqat, Öləng, Xızır, Alı, Koroğlu, Absaq, Vaçaqan, Doraqaç, Davtək, Uğur, Quar 
kimi  tarixi  və  mifik  adların,  bəzi  qədim  Azərbaycan-türk  sözlərinin  sözaçımı  ilə  bağlı  M.Seyidovun  elmi-
nəzəri  düşüncələri  türkologiyanın  ən  ümdə  nəzəri  problemlərininin  aydınlaşdırılmasına  istiqamətlənmişdir. 
Onun araşdırmaları bir sıra tədqiqatçıların ―azərbaycanlıların, türklərin Qafqaza gec gəldikləri və yerli əhali 
olmadıqları‖ tezislərinin absurdluğunu və qeyri-elmiliyini sübut etmək üçün əvəzsiz elmi mənbələrdir. 
Bütün qeyd olunan müddəalar təsdiq edir ki, M.Seyidovun tədqiqatları türkologiyanın ən vacib ədəbi-
nəzəri  problemlərinin  həllinə  yönəlmişdir.  Onun  yaradıcılığı  Azərbaycan  xalqının  mənəvi  mədəniyyət 
xəzinəsini zənginləşdirən qiymətli incilər sırasına daxil olub, öz nəzəri və praktik əhəmiyyəti baxımından bu 
gün də aktualdır. 
 
KÜTLƏVĠ ĠNFORMASĠYA VASĠTƏLƏRĠNĠN DĠLĠ 
Əhmədova Z.Q. 
Sumqayıt Dövlət Universiteti 
 
Azərbaycan  dilinin  formalaşmasinda  və  inkişafında  Azərbaycan  mətbuatının  rolu  və  təsiri  böyükdür. 
Azərbaycan  dili  hər  bir  kəsin  vətəndaşlıq  məsələsidir.  Dilin  qorumasında  cəmiyyətin  fikrini  formalaşdiran 
təbəqə  mühüm  rol  oynamalıdır.  Hər  bir  xalqın  mövcudluğunda  onun  milli  dili  əsas  götürülür.  Azərbaycan 
dili  rəsmi  olaraq  ölkəmizin  dili  və  milli    həmrəyliyimizin  dilidir.  Bu  dil  Azərbaycan  məfkurəsinin 
formalaşmasında  mühüm  rola  malikdir.  Eyni  zamanda  elm  və  texnikanın    sürətlə  inkişaf  etdiyi  hazırkı 
qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində 
aparılan işlərin yeni səviyəyə yüksəlməsini tələb edir. 
Azərbaycan dili milli həmrəyliyin göstəricisidir və dünyada  50 milyon azərbaycanlı  bu dildə danışır. 
Bu  dil,  folklorun  dilidir.  Azərbaycan  dili  bizim  dövlət  dilimizdir.  Azərbaycan  müstəqilliyini  əldə  etdikdən 
sonra  dil sahəsində  bir sıra işlər görülüb. ― Dövlət dili haqqında‖ qanun qəbul edilib, latın qrafikası əsasında 
ədəbiyyatın  nəşri  ilə  bağlı  işlər  görülüb.  əsas  məsələlərdən  biri  qloballaşan  dünyada  dilin  saflığını 
qorumaqdır. 
Azərbaycan  Respublikasının  ərazisində  kütləvi  informasiya  vasitələri  üçün  dil  məhdudiyyəti 
goyulmur.  Azərbaycan  Respublikasının  vətəndaşlarının  kütləvi  informasiya    alınmasında  və  yayılmasında 
dövlət  dilindən,  habelə  bu  və  ya  digər  dildən  istifadə  etmək  hüququ  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə müvafiq  surətdə təmin edir.  
Kütləvi informasiya vasitələri infomasiyanın insanlara  çatdırılması vasitəsi olub müasir sivilizasiyanın 
ən  xarakterik  cəhətlərindən  biridir.  KİV-nin  köməyi  ilə  insanlar  qısa  bir  zamanda  dünyada  baş  verən 
hadisələr  haqqında  məlumat  ala  bilərlər.  KİV-  özündə,  əsasən,  qəzetləri,  jurnalları,  radio  və  televiziyanı 
cəmləşdirir.  Ən  popyular  və  ən  geniş  yayılan  KİV-dən  televiziya  və  radiodur.  Televiziya  vasitəsi  ilə 
kürsüdən  ayrılmadan  dünyanın  müxtəlif  nöqtələrində  baş  verən  hadisələr  seyr  edilir.  Radionun  isə  geniş 
yayılma səbəbi onun yığcamlığıdır. Yəni radionu çox rahatlıqla özünlə daşıya bilərsən. Istər istirahət vaxtı, 
istər  sükan  arxasında  və  istərsə  də  küçədə  gəzərkən  radioya  qulaq  asmaq  olar.  Azərbaycan  mətbuatında, 
internet  media  məkanında  dil  xüsusiyyətlərinə,  həmçinin  müasir  televiziya  və  radiolarda  ana  dilinin 
işlənməsi məsələlərinə diqqət yetirilir 
Vətəndaşların  Azərbaycan  Respublikasında  təminat  verilən  söz  və  mətbuat  azadliğı  öz  fikir  və 
əqidələrini  hər  şəkildə,  o  cümlədən,  kütləvi  informasiya  vasitələrində,  ifadə  etmək,  məlumat  axtarmaq, 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
221 
 
 
almaq,  hazırlamaq  və  yaymaq  deməkdir.  Kütləvi  informasiya  dedikdə  açıq  yayıla  bilən  mətbu,  audio-
audiovizual  və  başqa  xəbərlər,  dövrü  mətbuat  orqanları:  daimi  adı,  cari  nömrəsi  olan  qəzet,  jurnal;  radio-
televideo  proqramlar,  kinoxronika  proqramları,  mətbu  nəşrin  ayrıca  götürülmüş  nömrəsinin  tirajı,  radio- 
teleproqramın, kinoxronika proqramının ayrıca buraxılışı, proqramın audio və ya vidioyazısının tirajı nəzərdə 
tutulur. 
2012-  ci  ilin  aprelin  9-da  ―Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanin  tələblərinə  uyğun 
istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair‖  Dövlət  Proqramının  qəbul  edilməsi  mühüm  hadisə  idi. 
Əvvəllər  televiziyada    Azərbaycan  dili  ilə  yanaşı,  digər  dillərdə  də  verilişlər  aparılırdı.  Sonra  teleradio 
efirində dövlət dilinin həcminin 75% həddində olması tələbi qoyuldu. 
Azərbaycanda  kütləvi  informasiya  vasitələrinin  dili  maarifləndirmə  üçün  hansı  səviyyədədir? 
Mütəxəssislər vurğulayırlar ki,mətbuatın dilinin inkişafı üçün işlək və normativ lüğətlərə ehtiyac duyulur. Bu 
sahədə  onlar  menecerlərin  məsuliyyətsizliyi  və  qeyri-peşəkarlığının  redaksiyaların  imkansızlığının  əsas 
amillərindən olduğunu və orta məktəblərdə təhsil səviyyəsinin aşağı düşməsi və internetin ortaya çıxmasının 
kütləvi informasiya vasitələrinin dilinə təsir etdiyini hesab edirlər. 
Azərbaycan  dilinin  formalaşmasında  və  inkişafında  Azərbaycan  mətbuatının  rolu  və  təsiri  böyükdür. 
Jurnalistlər mətbuat səhifələrindəki yazılarında vulqar sözlərdən və jarqonlardan istifadə etməməli, dilə xələl 
gətirə  biləcək  hərəkətlərdən  çəkinməlidirlər,  onlar  Azərbaycan  dilinin  zamanın  tələblərinə  uyğun  şəkildə 
sözləri yerində və düzgün işlətməlidirlər, 
İnternet  dili  beynəlxalq  dil  kimi  qəbul  edilib.  Lakin  milli  dilin  özünü  müdafiə  amili  də  nəzərə 
alınmalıdır. Ölkəmizdə  ziyalı təbəqə içərisində öz dilini bilməyənlər çoxdur. Bu insanları mütəxəssis kimi 
TV-yə  dəvət  etdikdə  öz  dilimizdə  danışa  bilmirlər.  Xarici  dilləri  bilmək    vacibdir,  lakin  ilk  növbədə  ana 
dilini  bilmək  daha  zəruridir.  TV-  də  aparıcılar  dil  normalarına  əməl  etməlidirlər.  Onlar  üçün  dil  mühüm 
faktordur.  Azərbaycan  dilinin  zənginləşdirilməsi  mühüm  məsələdir.  Bu  barədə  mütəxəssislərin  fikirlərini 
nəzərə alsaq, alınıma sözlərin  mənasını dəyişərək istifadə edilməsi və ya  təhrifi problemi yeni bir məsələ 
deyil.  Onlar  siyasi  vəziyyətin  dəyişməsi  və  elmi  inkişafın  neologizm  və  terminlərdən  istifadənin 
zəruriləşdiyini deyirlər. 
Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı, terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsi 
dilin inkişafına təsir göstərir. Son zamanlarda ölkəmizin ictimai-siyasi inkişafında, ictimai fikrində baş verən 
proseslər, yeniliklər dilin lüğət tərkibində köklü dəyişiklərə səbəb olmuşdur. TV-lər, radiolar və digər kütləvi 
informasiya  vasitələri  müəyyən  tələblərə  cavab  verməli  idi.  Ancaq  son  zamanlar  ölkəmizdə  xarici  KİV-in 
fəaliyyətinin  genişlənməsi  internetin  cəmiyyətin  bütün  həyatına  nüfuz  etməsi  insanların    müxtəlif  bilik 
sahələrinə  aid  məlumatları  xarici  dillərdən  bir  başa  qəbul  etməsinin  sürətlənməsi  nəticəsində  olkədə 
terminoloji mühüti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının qorunması, 
inkişaf  etdirilməsi,  onlayn  resurs  bazası    və  bütövükdə  yeni  terminlərin  yaradılması  mühüm  vəzifələrdən 
hesab edilir. 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin