1743-cü ilin I və IV rüblərində Şirvanda özünü Səfəvi şahzadəsi kimi qələmə verilən 2 Sam Mirzə meydana çıxmışdı. Ancaq onlar uğur qazana bilməmişdilər. Daha sonra Şirvan üsyançıları başqa bir yalançı şahzadənin, Osmanlı imperiyasının əlaltısı olan Səfi Mirzənin ətrafında birləşməyə çalışdılarsa da, bu cəhd baş tutmadı. 1743-44-cü illərdə - Şəkidə böyük nüfuza malik olan Hacı Çələbi Nadir şaha qarşı çıxış etdi və hətta Şəki xanlığı adlı böyük bir dövlətin əsasını qoymağa müvəffəq oldu. Nəticədə 1744-cü ilin payızında Nadir şah Azərbaycana IV yürüşünü həyata keçirməyə məcbur oldu, ancaq nə onda, nə də sonra Gələsən-görəsən qalası üzərinə olan hücumları uğursuz oldu, yalnız 1746-cı ildə Hacı Çələbi Nadir şahın hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.
Nadir şaha qarşı digər ərazilərdə də çıxışlar, ixtişaşlar baş vermişdi.Onlardan aşağıdakılar isə kütləviliyi ilə seçilirdilər: