Azərbaycan Respulikasi Təhsil Nazirliyi



Yüklə 497,39 Kb.
səhifə9/12
tarix05.01.2022
ölçüsü497,39 Kb.
#51009
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 1918 (1)

Fevralın 24-də Nadir şahın qoşunu düşərgədən hərəkət edib Kərnala doğru irəlilədi.Nadir şah öz qvardiya süvarilərini ön xəttdə düzmüşdü, onlara özü rəhbərlik edirdi.Döyüşün bütün ağırlığı da, heç şübhəsiz,bu xəttin üzərinə düşməli idi.

Döyüş ilk günü Səadət xanın rəhbərliyi altında olan moğol qüvvələrinin məğlub edilməsi ilə başa çatdıqdan sonra artıq mühasirəyə alınmış hind qüvvələrinin Dehli ilə əlaqələri kəsilmişdi.

Hind qoşunları geri çəkildikdən sonra Məhəmməd şah düşərgəsini möhkəmləndirməyə başlamaqla yanaşı,ən yaxın adamlarını və əyanlarını toplayaraq nə etmək barədə məsləhətləşməyə başlamışdı.O,əyanların məsləhəti ilə sülh danışıqlarına başlamaq haqqında qərar verməyə məcbur oldu.Məhəmməd şah tərəfindən sülh danışıqlarının aparılması vəzir Nizamülmülkə tapşırıldı.

Nadir şahın yanına gedən Nizamülmülkün qarşısına aşağıdakı şərtlər qoyuldu:



  • hind padşahı sülh anlaşmasını imzalamaq üçün gərək bir gün sonra Nadir şahın düşərgəsinə gəlsin;

  • sülh anlaşması imzalandıqdan sonra hind ordusu tərksilah olunsun ;

  • bütün silahlar,silah anbarları,döyüş ləvazimatı və nəqliyat vasitələri Nadir şahın ordusuna təhvil verilsin;

  • Nadir şahın qoşunları uzun səfər yorğunluğuna məruz qaldığı və ərzaq ehtiyatlarının təkmilləşdirilməsinə ehtiyac olduğu üçün qoşunlar Dehliyə daxil olsun və bir neçə gün orada qalsın;

  • sülh anlaşması imzalandıqdan sonra Dehlidə böyük sülh müzakirələri başlansın.1

Nizamülmülk Nadir şahın bütün bu tələblərini Məhəmməd şaha çatdırdı.L.Lokkarta görə, fevralın 25-də Nizamülmülk, səhəri gün isə Məhəmməd şah Nadir şahın düşərgəsinə gəlmiş və şahlıq taxtından əl çəkdiyini bildirmişdi.2 Nadir şahın Məhəmməd şahı böyük ehtiramla qarşılaması haqqında isə, demək olar ki, bütün mənbələrdə məlumat verilib.


Yüklə 497,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin