Azərbaycan Respulikasi Təhsil Nazirliyi



Yüklə 497,39 Kb.
səhifə8/12
tarix05.01.2022
ölçüsü497,39 Kb.
#51009
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 1918 (1)

1738-ci ilin 11 iyununda Nadir şah Kabul hakiminə məktub göndərərək müqavimət göstərmədən təslim olmasını təklif etsə də, o razı olmadı.Kabul şəhəri Hindistan şahının tabeliyində idi və oranın hakimi şah tərəfindən təyin edilirdi.Şübhəsiz ki, onun müqavimət göstərməkdən başqa çarəsi yox idi.Ancaq o, kömək üçün Dehliyə müraciət etsə də, müsbət cavab almamışdı.

Bu dövrdə Kabul şəhəri çox yaxşı şəkildə müdafiə olunan qala kimi tanınsa da, Nadir şahın qüvvələri tərəfindən onun mühasirəsi uzun çəkmədi və qala 1738-ci ilin iyulunda tamamilə nəzarət altına alındı.

Bir müddət Kabul ətrafında qalan Nadir şah buradan Hindistanın şahı Məhəmməd şaha yeni bir məktub yazmış və bildirmişdi ki, Kabulu tutmaqda yeganə məqsədi Dekan qiyamçılarının oradakı ağalığına son qoymaq, onları azğın hərəkətlərinə görə cəzalandırmaqdır.Buradan görünür ki, Nadir şah Hindistanı işğal etmək planını gizlətməyə çalışır.Ancaq Nadirin məktubunu aparan 2 nəfər Kabul sakini Cəlalabada çatanda yerli hakim onların hərəkətini dayandırmış, Dehliyə getmələrinə icazə verməmiş,məktubun məzmunu ilə tanış olduqdan sonra onları qətlə yetirmişdi.Elçilərin öldürülməsi xəbərinin eşidən Nadir şah bundan qəzəblənərək Cəlalabada doğru hərəkət etmiş və 1738-ci ilin sentyabrında oranı ələ keçirmişdi.Nadir şah Cəlalabadın kənarında düşərgə salaraq burada bir sıra daxili məsələləri həll etdikdən sonra Dehliyə doğru yürüşü davam etdirmişdi.

Qarşıda xeybər keçidi kimi maneə dururdu ki, Nadir şah orada çoxlu qüvvələrin cəmləşməsi haqqında məlumat almışdı.Bundan sonra Nadir şah öz qüvvələrini Xeybər keçidinin arxasına keçirərək keçidin şərqində olan yolu bağladı.Nadirin bu gözlənilməz manevri Xeybər keçidindəki qüvvələrə rəhbərlik edən Kabul-Pişavər hakimini çətin vəziyyətə saldı.Bununla da, Nadir şah ciddi müqavəmətlə rastlaşmadan keçidi ələ keçirə bildi.

Bundan sonra Nadir şah Pişavərə doğru hərəkətinin davam etdirdi və oranı da tutdu.Nadir şah orada təxminən 1 ay qaldı.Həmin müddət ərzində isə qoşunların təchizatının təkmilləşdirilməsi üçün lazımi tədbirləri həyata keçirdi.Burada olarkən Nadir şah qardaşı İbrahim xanın öldürülməsi xəbərini aldı.Azərbaycan hakimi təyin edilmiş İbrahim xan Car və Tala ləzgilərinin qaldırdığı ixtişaşları yatırmaq üçün həmin məntəqələrdə apardığı döyüşlər zamanı həlak olmuşdu.Bu xəbəri eşitdikdən sonra Nadir şah Hindistana yürüşü davam etdirməkdə tərəddüd etdi.O, Osmanlı dövlətinin də Nadirin yürüşündən istifadə edib Hücum etməsimdən ehtiyat edirdi.Ancaq sonra yürüşü davam etdirmək qərarı aldı.

Zəruri olan hazırlıq işləri tamamlandıqdan sonra Nadir şah qoşunların Lahora tərəf hərəkətinin davam etdirdi.Lahor hakimi Zəkəriyyə xan Nadir şaha müqavimət göstərsə də, qoşunlar müdafiə xəttini ələ keçirərək Lahoru tutdular (1739-cu ilin yanvarı).

Mənbələrdə Nadir şahın qoşunları və hind qoşunlarının sayı haqqında müxtəlif məlumatlar verilir.Bəzi mənbələrdə hind qoşununun sayı 200-250 min,bəzı yerlərdə hətta 300 min göstərilirsə, Nadir şahın qoşunlarının sayı maksimum 160 min göstərilmişdir.Bu məlumatlar, əsasən Nadir şahı vəsf edən əsərlərdə göstərildiyindən onlara çox da etibar etmək olmaz.Çünki bu müəlliflərin əksəriyyəti Nadiri qüdrətli bir sərkərdə,hökumdar kimi göstərmək istədiklərindən Nadir şahın qoçunlarının sayını düşmən qüvvələrin sayından az göstərirlər.Bu zaman belə bir sual ortaya çıxır ki, uzun zamandan bəri bu yürüşə hazırlaşan, kəşfiyyat materialları toplayan Nadir şah düşməndən bu qədər az qüvvə ilə Hindistan üzərinə hücuma keçərdimi? Məncə,yox.Əgər qoşunun sayı az olubsa,bu Nadirin onlara daha yaxşı təlim keçməsi və ya Hindistan qüvvələri arasında birliyin olmadığını bilməsi ilə əlaqədar ola bilər.

Nadir şah 1739-cu ilin 6 fevralında Lahordan hərəkətə başlamışdı.Bundan 4 gün sonra o,Sədlic çayı sahilinə çatdı.Bu çay Moğol imperatorluğunun paytaxtına gedən yolda Nadir şahın qarşısında duran yeganə maneə idi.Bununla belə, Sədlic çayının dəf edilməsi bir neçə gün çəkdi və oradan Ənbaləyə doğru irəlilədilər.Ənbaləyə çatdıqdan sonra Kərnala doğru irəlilədilər.Bundan sonra yol üzərində kifayət qədər müdafiə imkanlarına malik olan Əzimabad qalası da ələ keçirildi.

Hind qoşunları ilə əsas qarşılaşmanın baş verməsi üçün həm irəliləmiək həm də münasib ərazi seçmək lazım idi.Fevralın 23-də Əzimabaddan hərəkət edən Nadir şah Feyz çayını keçib Məhəmməd şah qoşunlarının 2 fərsəngliyində olan açıq ərazidə düşərgə saldı.Burada mövqe tutmaqla Nadir şah, əslində, strateji mövqe əldə etmiş olurdu,çünki həmin ərazidən Dehliyə birbaşa yol gedirdi.Məhəmməd şah həmin ərazidə döyüşə girməsəydi,Nadir şah həmin ərazidən birbaşa Dehliyə doğru hərəkət edə bilərdi.Bununla da, Nadir şah Hindistana yürüşünün həlledici mərhələsinə qədəm qoymuş oldu.

Amma bu zaman onu da nəzərə almaq lazımdır ki,Nadir şahın yürüş etdiyi dövrdə Moğol imperatorluğu özünü tənəzzül dövrünü yaşayırdı.Hind sarayının səbatsızlığın,saray daxilindəki çəkişmələrin dövləti zəiflətməsi bütün qüvvələrin Nadir şahın qüvvələri ilə mübarizəyə səfərbər olmasına imkan vermirdi.Elə bunun nəticəsi idi ki,Nadir şah Hindistanın içərilərinə doğru irəliləyə bilmişdi.Məhəmməd şah isə ancaq Nadir şahın qoşunlarının sonra bir qədər fəallaşmış,dövlətin büyün potensialının düşmənə qarşı səfərbər edilməsinə cəhd etmişdi.

Əvvəlcə Məhəmməd şah, sonra da Nadir şah Kərnal yaxınlığında döyüşqabağı mövqeləri tutdular.Nadir şah bu döyüşdən əvvəl bir sıra məqamları nəzərə almışdı.Belə ki, o, hind qüvvələri arasında yekdilliyin olmadığını bilirdi. Və bunu qoşuna təsirini nəzərə alaraq bundan istifadə etmək istəyirdi.Hind qoşunlarının rəhbərliyinin çoxlu sayda döyüş fillərinin istifadəsinə böyük ümid bağladığını bilditindən həmin fillərin sırasını pozmaq üçün bir sıra tədbirlər görmıüşdü.Həm də Nadir şah bu döyüşdə də, gözlənilmədən sürətlə düşmənin müəyyən edilmiş zəif nüqtəsinə zərbə endirmək niyyətində idi.


Yüklə 497,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin