Azərbaycan Respulikasi Təhsil Nazirliyi



Yüklə 497,39 Kb.
səhifə6/12
tarix05.01.2022
ölçüsü497,39 Kb.
#51009
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 1918 (1)

1743-cü ilin əvvələrində və sonlarında yalançı Sam Mirzənin təhriki ilə Şirvanda baş verən ixtişaşlar;

  • 1743-cü ildə ölkədən qaçqın düşənlərin köməyi və Osmanlı dövlətinin dəstəyi ilə baş qaldıran Səfi Mirzə ixtişaşı;

  • 1744-cü ildə Fars bəylərbəyi Tağı xanın rəhbərliyi ilə baş qaldıran ixtişaş;

  • 1744-cü ildə Astarabadda Məhəmməd Həsən xanın rəhbərliyi ilə qacarların başladığı ixtişaş;

  • 1744-cü ildə Xoy və Səlmasda köçəri kürd tayfalarının yaratdığı ixtişaş;

  • 1744-cü ildə Bəhreyn və Məsqətdə köçəri ərəb qəbilələrinin Şeyx əhməd Mədəninin rəhbərliyi altında baş verən ixtişaşları;

  • 1743-46-cı illərdə Xorasan Kerman və Luristan vilayətində baş verən ixtişaşlar;

  • 1747-ci ildə Sistan əhalisinin üsyanı.

    Nadir şaha qarşı bir neçə sui-qəsd də təşkil olunmuşdu.Nadir şah onun hakimiyyətinə qarşı baş vermiş bu ixtişaşlarla hec cürə barışa bilmirdi və onları yatırmaq üçün ən qətiyyətli tədbirlərə əl atırdı.Xüsusilə, onun yaxınlarının, etibar etdiyi şəxslərin belə ixtişaşlarda və qiyamlarda iştirak etməsi onun mövqeyini daha da sərtləşdirirdi.

    Bu üsyanların baş vermə səbəbləri kimi Nadir şahın həyata keçirdiyi ağır vergi və köçürmə siyasətlərini və onların xalqda doğurduğu narazılıqları və eləcə də, Nadir şahın mütəmadi olaraq həyata keçirdiyi hərbi yürüşləri, onların təsərrüfat və digər cəhətdən mənfi xüsusiyyətlərini və s. göstərmək olar.Nadir şah hərbi yürüşlərin müvəffəqiyyətlə başa çatdırılması üçün qrxada möhkəm təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində maraqlı idi.Bu üsyanlar Nadir şahın yaratmış olduğu dövləti zəiflətməklə yanaşı, xarici siyasətin həyata keçirilməsində də bir sıra maneələrə səbəb olurdu.nadirin şahın daxili siyasəti xarici siyasət sahəsində nəzərdə tutulmuş məqsədlərə yönəldiyindən o, daxildə sabitliyin yaranmasında maraqlı idi və hər bir çıxışı tez bir zamanda yatırmağa çalışırdı.Daxildə çıxışların,üsyanların baş verməməsi üçün o,daxildə müəyyən dəyişikliklər aparır,lazım gəldikdə bir sıra vilayətlərin inkişafı üçün dövlət xəzinəsindən külli miqdarda vəsait ayırırdı.O, güclü bir imperiya yaratmaq istədiyindən dövləti zəiflədən qüvvələrin müqavimətinin qırılmasını birinci dərəcəli vəzifə qəbul etmişdi.O, buna müəyyən mənada nail olsa da,bir müddət keçdikdən sonra yenə üsyanlar baş verirdi.

    Nadir şahın sərkərdəlik və dövlət xadimi kimi fəaliyyətinin yadda qalan uğurlarının əldə edilməsini başlıca səbəblərindən birisi də onun güclü ordu yaratmağa müvəffəq olmasıdır.Hərbi qüvvələrin yaradılması və daim inkişafda olan prosesə çevrilməsini Nadir şahın təşkilatçılıq bacarığının yeni bir təzahürü kimi qəbul etmək olar.

    Nadir şahın malik olduğu qoşun heş bir bazaya malik olmadan formalaşdırılmışdır.Nadir şahın gəncliyində ətrafına topladığı dəstə vaxt öydükcə hə sayca genişlənmiş, həm də ixtisaslaşmışdır.

    Nadir şah, şübhəsiz ki, qoşunların formalaşdırılmasında Səfəvi dövlətinə aid olan bir sıra xüsusiyyətləri qoruyub saxlamışdı.Hərbi texniki inkişaf səviyyəsinə, qarşıya qoyulan vəzifələrin xarakterinə uyğun olaraq Nadir şah qoşunların quruluşuna və bütövlükdə, qoşunların formalaşdırılması prosesinə bir sıra ciddi yeniliklər gətirmişdir.Səfəvilər dövründə olmayan hərbi-dəniz qüvvələrinin yaradılması Nadir şahın bu sahədə əldə etdiyi ən mühüm uğurlardan hesab edilməlidir.Nadir şah, həm də yüngül artilleriyanın (zənburəklərin) yeni strukturlarını yaratmışdır.Bundan başqa, briqada (tip) və ləşgərlərin strukturlarına da bir sıra yeniliklər gətirmişdi.

    Nadir şahın qoşunlarında dəstələr daimi və müvəqqəti əsasda üzvi şəkildə birləşdirilmişdi.Nadir şahın dövləti, əsasən, hərbi dayaqlar üzərində bərqərar olduğundan Nadir şahın ətrafında daimi əsasda yaradılmış qoşun strukturları var idi.Nadir şah daimi və qeyri-daimi qoşun dəstələrinin döyüş fəaliyyətini də müvəffəqiyyətlə uzlaşdıra bilmişdi.Nadir şaha qoşuna səfərbərliyin həyata keçirilməsində həm könüllülük, həm də məcburiyyət prinsiplərindən istifadə etmişdir.

    Nadir şah qoşunların struktur vahidlərinin formalaşdırılması və onların idarə edilməsində onluq sistemindən istifadə etmişdir.Bu sistem Səfəvi qoşunlarında da vardı.Belə ki, Nadir şah bu sistemin saxlanmasını məqsədə uyğun hesab etmişdi.Bu sistemə əsasən, qoşunlarda ən kiçik struktur vahidi 10 nəfərdən ibarət olan cuxə idi.

    Nadir şahın ordusunun xarakterik xüsusiyyətlərindən biri də qoşun növləri, xüsusilə, piyada və süvarilər arasında olan zahiri fərqlərin silinmək üzrə olması idi.Belə ki, süvarilik Nadir şahın qoşunlarında aradan qalxırdı.

    Nadir şahın ordu quruculuğunda diqqəti çəkən cəhətlərdən biri də orduda əvvəllər ona qarşı olan qüvvələri birləşdirməsidir.Bunun üçün Nadir şah onlara hərbi yürüşlərdən əldə etdiyi qənimətlərin bir hissəsini də verirdi.Bunda məqsəd o idi ki,həmin tayfalar ona qarşı çıxmasınlar və Nadir şah öz hakimiyyətini qoruyub saxlaya bilsin.Ancaq bununla belə orduda əsas üstünlük əfşar tayfalarına məxsus olmuşdur.Nadir şah, əsasən, əfşar tayfasının və öz sülaləsinin nümayəndələrini ölkənin idarə olunmasında yüksək vəzifələrə təyin etmişdi.Ən böyük vilayətlərin bəylərbəyi vəzifəsinini də yalniz əfşar tayfasının mümayəndələrinə həvalə etmişdir.Bu tədbirlərdə heş bir qeyri-adilik yoxdur.Belə siyasətə bir çox hökümdarlarda rast gəlmək mümkündür.Bütün dövlətlərdə hakimiyyətə gələn şəxslər özlərinə müəyyən dayaq yaratmaq məqsədilə yüksək vəzifələrə etibar etdikləri şəxsləri təyin etmişlər ki, bu Nadir şah üçün də səciyyəvidir.

    Həmin dövrün hərbi dəniz qüvvələrinə toxunan tədqiqtçıların, demək olar ki, ha \mısı xüsusi vurğulayırlar ki, Nadir şah ərəb işğalından sonra Şərqdə hərbi dəniz qüvvələrinin təşkilinə nail olmuş ilk şah idi.Nadir şahın dövləti həm şimaldan, həm də cənubdan dəniz sularına çıxışı olan əraziləri əhatə etdiyindən strateji maraqlar cəhətdən dənizdən təhlükəsizliyi təmin etmək lazım idi.yaratmış olduğu dövlətin sərhədlərini etibarlı bir şəkildə qorumaq istəyən Nadir şah üçün bu məsələ, xüsusilə, aktuallıq kəsb etmişdir.

    Donanma yaratmağın vacibliyinə isə Nadir şah Dağıstanda olarkən bir daha əmin olmuşdur.Belə ki, buradakı qoşunun təchizatını ödəmək üçün Xəzər dənizindən istifadə edilə biləcəyini anlayan Nadir şah mütləq Xəzərdə donanma yaratmaq qərarına gəlmiş, bunun üçün Rusiyadan borc olaraq 10 gəmi istəsə də, Nadir şahın niyyətini başa düşən ruslar gəmi verməmiş, bu işə hər vasitə ilə mane olmağa çalışmışlar.

    Ümumiyyətlə, Nadir şah öz dövlətini güclü hərbi-dəniz dövlətinə çevirməyə çalışmışdır.Bunun üçün həm təcrübə, həm hərbi gəmi, həm də hərbi gəmiləri hərəkətə gətirəcək mütəxəssislərin yetişdirilməsinə ehtiyac olmasına baxmayaraq, Nadir şah bu niyyətini həyata keçirmək üçün qətiyyətli addımlar atmış və onun səmərəli nəticəsini görmüşdür.Belə ki, 1735-ci ilin ilk aylarında Nadir hərbi-dəniz bazasının yaradılmasına nail olmuşdur.Ancaq, təəssüf ki, Nadir şahın ölümündən sonra hərbi-dəniz qüvvələrinin formalaşdırılması prosesi, demək olar ki, dayandırılmışdı.

    Donanmanın yaradılmasında, xüsusilə, gəmi hazırlanmasında ingilis Con Eltonun (onu “Camal bəy” adlandırıblar) xüsusi xidmətlərinin olmasını və Nadirin böyük hərbi-dəniz donanması yaratmaq və Oman ərazisini tutmaq arzusunun baş tutmadığını M.Quddusi də öz əsərində qeyd etmişdir.1

    Rəhimə Dadaşova Nadirin donanma yaratmaq istəyi ilə bağlı L.Lokkartın fikirlərinə yer vermişdir.Lokkart bunu Nadir şahın avropalılardan və ərəblərdən bu sahədə asılı olması ilə əlaqələndirmişdir.Lokkart bunu Nadirin ambisiyası ilə də əlaqələndirir.2

    Nadirin daxili həyatda keçirdiyi bu tədbirlərin dövlətin beynəlxalq vəziyyətindən, xarici siyasətindən doğan tələblərin nəticəsi olduğunu deyə bilərik.Bunun belə, onu həyata keçirdiyi bir sıra yeniliklər dövrünə görə mühüm əhəmiyyət kəsb etmişdir.


    Yüklə 497,39 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin