Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri
Orqanizmin xarici mühitlə əlaqəsində duyğu üzvləri əvəzedilməz rol oynayır.
Xarici mühitin təsirilə əmələ gələn qıcıqlar, görmə, eşitmə, dad,
qoxu və dəri
hissiyyatı resep-torları oyanaraq sinir sisteminə ötürülür. Duyğu üzvləri tərəfindən
qəbul edilmiş qıcıqlar beyin yarımkürələri qabığının müvafiq nahiyələrində ayırd
edilir. Məsələn, görmə üzvü tərəfindən qəbul edilmiş qıcıqlar cisimlərin rəngi,
şəkili, ölçüləri, işıqlanma dərəcəsi və s. görmə nahiyəsində aşkarlanır.
Eşitmə
üzvü tərəfindən qəbul edilmiş səs qıcıqları eşitmə nahiyyəsində analiz edilərək
onların gücü, ucalığı və xarakteri ayırd edilir. Həmçinin,
dəridəki reseptorlardan
gələn oyanmalar dəri hissiyyatı nahiyəsinə çataraq əlimizi vurduğumuz cisimlərin
forması, səthinin hamar və ya kələ-kötür olması, temperaturlar və s. müəyyən
edilir. Digər duyğu üzvlərinin dad, qoxu üzvləri reseptorlarının
qəbul etdiyi
qıcıqlar da yarımkürələr qabığının müvafiq nahiyələrində ayırd edilir.
Hər hansı bir reseptor üçün xarakterik qıcıqlandırıcı adekvat qıcıqlandırıcı
adlanır. Bu, həmin reseptorun tarixi inkişafı prosesində qazanılmış uyğunlaşmışdır.
Məs; görmə reseptorları üçün işıq şüaları adekvat qıcıqlandırıcıdır. Səs dalğaları,
mexaniki təzyiq eşitmə reseptorları üçün adekvat olduğu halda, görmə reseptorları
üçün qeyri-adekvatdır.
Çox vaxt eyni qıcıqlandırıcı bir sıra resptorlara eyni vaxtda təsir edir. Belə
hallarda qıcıqlndırıcı haqqında əsaslı məlumat həmin reseptorların mərkəzləri
tərəfindən birgə fəaliyyət nəticəsində verilir. Məs;görmə və eşitmə reseptorlarına
təsir edən hər hansı partlayış həm səslə(eşitmə), həm də görmə ilə(tüstü, dağıntı və
s) müşayiət edilir. Bu zaman həmin hadisə haqqında bizdə tam təsəvvür yaranır.
Analizatorların(duyğu üzvlərinin) reseptorlarının bir sıra xüsusiyyətləri var.
Onlardan biri reseptorların oyanıcıqlıq qabiliyyətidir. Reseptorların əsas
xassələrindən biri də onların labillik xüsusiyyətidir. Bu o deməkdir ki, reseptorlara
qıcığın təsiri başa çat-dıqdan sonra müəyyən zaman keçir və həmin reseptor
yenidən qıcıq qəbul etmək qabi-liyyətini bərpa edir.
Bunlardan başqa,
reseptorların adaptasiyası adlanan xüsusiyyəti də var. Yəni, reseptor eyni qüvvəyə
malik qıcıqlandırıcı uzun müddət təsir etdikdə, onda həmin qıcığa qarşı
uyğunlaşma baş verir. Belə hallarda qıcığa qarşı olan həssaslıq ya zəifləyir və ya
tamamilə itir. Məsələn;biz hər hansı bir qoxu olan
otağa daxil olduqda müəyyən
müddət həmin iyi hiss edirik, sonradan bu iy hiss olunmur, artıq
qoxu resepto-
runda uyğunlşma baş verir və qıcığa qarşı olan həssaslıq zəifləyir. Reseptorların
əsas xüsusiyyətlərindən biri də onların tarixi inkişafda qazandıqları ixtisaslaşmadır,
yəni, hər bir reseptor müəyyən hissin yaranmasını həyata keçirir. Bəzən də elə olur
ki, müxtəlif təbiətli qıcıqlar reseptorlarda oxşar effektlər əmələ gətirir. Məsələn,
göz almasına işıq şüaları və hər hansı bir mexaniki təzyiq etdikdə gözdə işıq
qığılcımları hissi yaranır.
İ. M. Seçenov göstərmişdir ki, bizi əhatə edən xarici aləm haqqında şüuru-
muzda düzgun təsəvvür yaranmasının əsas bünövrəsini hisslərimiz təşkil edir.
Qəbul edilmiş
fizioloji təsnifata əsasən, orqanizmdə mövcud olan sensor
sistemlərə görmə, eşitmə, müvazinət, dadbilmə, qoxu, dəri hissiyyatı,
hərəki və
daxili analizatorlar aiddir.
Havanın səs dalğaları bizim eşitmə üzvümüzə təsir edir və biz daim müxtəlif
səslərin olduğu aləmdə fəaliyyət göstəririk. Eşitmə orqanı heyvanlarda olduğu kimi
insanlarda da xarici mühitdə baş verən müxtəlif hadisələri bildirən səsləri qəbul
edir. Bundan başqa, insanlar arasında ünsiyyət vasitəsi səslər məcmusu olan nitqin
bizə çatdırılmasında əsas orqan sayılır. Fizikadan məlum olduğu kimi, səslər hava
molekullarının tezlikləri müxtəlif olan dalğaların hərəkəti nəticəsində əmələ gəlir.
Bu dalğaları insanın eşitmə aparatı qəbul edir. İnsanın eşitmə orqanı saniyədə 17-
2000 dəfəyədək dəyişən(17-2000 hers) səs dalğalarını qəbul etmək imkanına
malikdir. Bu diapazondan kənar dalğaları qəbul edə bilmir. 16 hersdən kiçik olan
səs dalğaları infrasəs dalğalarına aiddir. Kiçikyaşlı uşaqlar, hətta 22000
hers səs
dalğalarını qəbul edə bilir. İnsanda ikinci siqnal sisteminin inkişafı ilə əlaqədar o,
nitq səslərinə daha çox (1000-4000 hers) həssasdır. Bir sıra heyvanlar insanın
qəbul edə bilmədiyi diapazonları qəbul edə bilir. Məs; itlər 38000, pişiklər 70000
hers, yarasalar 100 000 hers tezlikli səs dalğalarını ayırd edə bilirlər.