Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Eşitmə aktının fizioloji mexanizmi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix04.12.2023
ölçüsü0,63 Mb.
#172418
1   2   3   4   5   6   7
Nuranə Mahmudova . TSP 2303B. Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri (1)

Eşitmə aktının fizioloji mexanizmi.
Səs dalğaları xarici qulağın səs keçəcəyindən keçərək təbil pərdəsinə çatıb, 
rəqsi hərəkətlər yaradaraq, onları çəkic, zindan və üzəngi sümüklərinə ötürür. Bu 
sümüklərdən keçərək oval pəncərənin membranına çatır ki, bu membranın rəqsi 
hərəkətlərinin yaranmasına səbəb olur. Oval pəncərənin membranında rəqsi 
hərəkətlər 60-70 dəfə kiçilir. Ancaq bu rəqslərin tezliyi və qüvvəsi 60-70 dəfə 
artır. Rəqsi hərəkətlər bu membrandan ilbizə daxil olaraq onun üst və alt 
kanallarındakı perilimfaya ötürülür. Dalğalar bazilyar membranın müvafiq 
sahəsində birləşmiş kirpikli hüceyrələri hərəkətə gətirir və onların membranında 
oyanma baş verir. Axırıncı olaraq bu oyanmalar sinir impulslarına çevrilərək 
müvazinət-eşitmə siniri vasitəsilə eşitmə mərkəzi sahəsinə çatdırılır.
Vestibulyar (müvazinət)analizatoru.


Bədənimizin hansı vəziyyətdə olduğunu və onun yerdəyişməsini hiss edir və 
qavrayırıq. Biz hər hansı bir yıxılma anında vəziyyəti başa düşənə qədər, 
bədənimizin bir sıra əzələləri yığılaraq onu normal vəziyyətə qaytarır.
Müvazinət orqanı-vestibulyar aparat tərəfindən bədənimizin vəziyyətinə 
nəzarət edilir. Məs;idmanla məşğul olanlar onun köməkliyi ilə mürəkkəb 
hərəkətlər edir. Vestibulyar aparat bir müstəvidə yerləşən və bir-birilə 
perpendikulyar olan üç yarım dairəvi kanal, dairəvi və oval kisəcikdən ibarətdir. 
Fəzada bədənimizin vəziyyətini, xətti və bucaq təcilini daxili qulaqdakı 
kisəciklərin və yarımdairəvi kanalların reseptorları qavrayır. Onların boşluğunda 
maye, divarında isə çoxlu reseptor hüceyrələr vardır. Başın və bədənin hər hansı 
hərəkəti zamanı maye yerini dəyişib yarım dairəvi kanallardan birinə dolub 
tükcüklərə təzyiq edərək, reseptorları oyadır. Oyanma yəni bədənin vəziyyətinin 
dəyişməsi haqqındakı məlumat baş beyinə daxil olur. Kisəciklərin divarında da 
uclarında hissedici tükcükləri olan reseptor hüceyrələr vardır. Həmin reseptor 
hüceyrələrin hissedici hüceyrələrinin tükcuklərinə xüsusi əhəng kristalları 
(otolitlər) təsir edir. Ona görə də dairəvi və oval kisəciklərə otolit üzvü də deyilir.


Başın və bədənin hər hansı hərəkəti zamanı bədənimizin vəziyyətinin 
dəyişməsi mayenin və əhəng kristallarının yerini dəyişməsinə səbəb olur. Və 
nəticədə kisəciklərin və yarımdairəvi kanalların reseptorları oyanır. Bu vaxt əmələ 
gələn sinir impulsları vestibulyar sinir ilə baş beyinə ötürülür. Nəticədə 
bədənimizin əzələlərinin yığılması və açılması sayəsində müvazinət tənzim 
olunur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin