fərqi tutmaq bacarığı səsləri fərqləndirmə qabiliyyəti kimi xarakterizə edilir.
Eşitmə həssaslığının mütləq qapısı deyilən anlayış mövcuddur. Bu, səs qıcığı
təqdim edilən halların 50%-ində səsin minimal
qüvvəsini hiss etmək
qabiliyyətidir. Eşitmə həssaslığının minimal və maksimal həddi səsin
tezliyindən (dalğa uzunluğundan), eşitmə reseptorları və eşitmə yollarının
morfofunksional vəziyyətlərindən, yaşdan və digər faktorlardan asılıdır. İnsanın
maksimal eşitmə həssaslığı səslərin 500Hs-dən 4000Hs-ə
qədər olan
diapazonundadır. İnsanda nitq sahələri və onların qavranılması bu diapazonda
baş verir. 500Hs-dən aşağı tezliyi olan səslərə qarşı həssaslıq insanda azalır. Bu
insanı daim alçaq səsləri və küyləri hiss etmək hallarından qismən qoruyur.