Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Eşitmə orqanının quruluşu və funksiyaları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix04.12.2023
ölçüsü0,63 Mb.
#172418
1   2   3   4   5   6   7
Nuranə Mahmudova . TSP 2303B. Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri (1)

Eşitmə orqanının quruluşu və funksiyaları.
İnsan və məməli heyvanlarda eşitmə üzvü üç şöbədən ibarətdir:xarici qulaq,
orta qulaq və daxili qulaq.
Xarici qulaq-qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir.
Qulaq keçəcəyi gicgah sümüyünün içərilərinə qədər gedir. Qulaq seyvanı havanın 
səs dalğalarını tutur və bunları xarici qulaq keçəcəyinə verir ki, bunun da axırında 
təbil pərdəsi yerləşir. Təbil pərdəsi tarım çəkilmiş vəziyyətdədir, səs dalğaları 
pərdəni rəqsi hərəkətə gətirir. Pərdənin rəqsi hərəkətinin amplitudası səs 


dalğalarının gücündən asılı olaraq mütənasib surətdə artıb-azala bilir. Xarici 
qulaqda səs keçəcəyinin uzunluğu 2, 5 sm, həcmi isə 1 sm

-ə bərabər olur. Qeyd 
etmək lazımdır ki, səs dalğaları keçəcəkdə dəyişmədən və asanlıqla orta qulağa 
keçən təbil pərdəsinə ötürülür.
Orta qulaq- təbil pərdəsinin arxasında yerləşmiş kiçik kameradan ibarətdir və 
içərisində hava var. Xarici və orta qulaqda atmosfer təzyiqinin bərabərliyini 
tənzimləyən Yevstaxi borusu başlanğıcını orta qulaqdan götürərək burun-boğaz 
boşluğuna açılır. Orta qulaq kamerasında bir-birilə çox mütəhərrik şəkildə 
birləşmiş üç kiçik eşitmə sümükləri – çəkic, zindan, və üzəngi ayırd edilir. Çəkic 
təbil pərdəsinə söykənmiş, üzəngi isə daxili qulağın sərhəddində yerləşmiş oval 
pəncərənin membranı ilə birləşmişdir. Hər hansı səs dalğaları çəkic sümüyünü 
dalğalandırırhərəkətə gətirir, çəkic həmin dalğanı zindana, zindan isə üzəngi 
sümüyünə ötürməklə qıcıq daxili qulağın oval pəncərəsinə ötürülür. Orta qulaq 3, 5 
sm uzunluğunda olan eşitmə borusuyla (buna Yevistaxi kanalı deyirlər) burun-
udlaqla əlaqədar olur. Qeyd etmək lazımdır ki, bunun mühüm fizioloji əhəmiyyəti 
var. İnsan yüksək dağa çıxdıqda, təyyarə ilə səmaya qalxdıqda və yaxud yaxınlıqda 
güclü partlayış olduqda orta qulaqla xarici mühit arasındakı təzyiqlər fərqi məhz bu 
boru vasitəsilə tənzim olunur. Yaxınlıqda güclü partlayış zamanı adam ağzını 
açmalıdır ki, təzyiqlər fərqi bərabər olsun. Əgər ağız açıq olmazsa, təbil pərdəsinə 
olan yüksək təzyiq nəticəsində o partlayır, bu isə karlıqla nəticələnir.
Daxili qulaq kəllə boşluğuna girən gicgah sümüyünün içərisində yerləşir. O,
boşluqlar və (qıvrılmış) kanallar sistemindən ibarətdir. Bu sümük labirintdir. 
Labirintin içərisində isə birləşdiricii toxumadan ibarət pərdəli labirint olur. Sümük 
və pərdəli labirintlər arasında perilimfa mayesi, pərdəli labirintin özünün içərisində 
isə endolimfa olur. Daxili qulağı orta qulaqdan ayıran oval pəncərədir. Sümük 
labirint üç hissədən ibarətdir. Mərkəzi hissəsi qapı önü, ön tərəfi ilbiz, arxa tərəfi 
isə yarımdairəvi kanallar adlanır. Bu mürəkkəb labirintdə ancaq spiral şəklində 
burulmuş ilbiz eşitmə funksiyası ilə əlaqədardır. Onun o biri hissələri bədənimizin 
müvazinətini saxlmaqda mühüm rol oynayır.


İlbiz iki yarım dəfə spiral şəklində burulmuş sümük kanaldan ibarətdir. 
Sümük kanalın diametri əsasında 0, 04mm, zirvəsində isə 0, 5mm-dir. Sümük 
spiralın əsas oxundan lövhə keçərək onu iki hissəyə bölür. Orta kanalın-ilbizin 
spiralı boyunca səsi qəbul edən aparatı yerləşir. Buna spirallar və yaxud 
Kortiyev(kəşf edən alimin adı) orqanı adı verilib. Korti üzvündə beş sıra kirpikli 
hüceyrə var. Kirpikli hüceyrələrin üzərində vektorial membran adlı başqa bir 
membran yerləşmişdir.
Pərdənin rəqsi hərəkətləri oval pəncərə vasitəsilə daxili qulağın içərisindəki 
mayeyə verilir, maye isə öz növbəsində eyni tezlikli rəqsi hərəkətlər etməyə 
başlayır. Maye dalğalanaraq ilbizdəki reseptorları qıcıqlandırır. İlbiz kanalı 
boyunca arakəsmə keçir və bu, ilbizi iki “mərtəbəyə” bölür. Bu arakəsmənin hər 
bir hissəsi müxtəlif uzunluqda nazik liflərdən əmələ gəlmişdir ki, bunların sayı 
24 000-ə qədərdir. İlbizin əsasında gödək liflər, zirvə hissəsində isə ən uzun liflər 
olur. Xüsusi neyronların dendritlərlə kirpikli hüceyrələr arasında sinapslar 
vasitəsilə rabitə yaranmış olur. Eşitmə sinirinin lifləri bu neyronların aksonlarından 
(uzun çıxıntılarından) təşkil olunmuşdur. Məhz eşitmə siniri də vestibulyar 


(müvazinət) sinirilə ilbizin sinir liflərindən təşkil olunmuşdur. Bu sinirin tərkibində 
təxminən 30 minə yaxın sinir lifi olur.
Bu sinir liflərinin hər biri ayrılıqda iki kirpili hüceyrə sinir impulsunu qəbul 
edir. Qəbul edilmiş bu impulslar həmin lifin özünə uyğun olan səs dalğalarıdır ki, 
bu dalğaları aralıq və uzunsov beyindəki neyron dəstəsinə ötürür, bu sinir 
impulsları beyin qabığının mərkəzi eşitmə sahəsinə(gicgah payı) verilir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin