Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 3. Sənayedə kapitalist münasibətlərinin inkişafı



Yüklə 3,15 Mb.
səhifə115/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   173
Ar2019-47-1

§ 3. Sənayedə kapitalist münasibətlərinin inkişafı


ΧΧ əsrin əvvəllərində «dünya neft kralının qızıl tacı» hesab edilən neft Bakısında XIX -əsrin 70-ci illərindən sonra kapitalist sənayesinin inkişafına təkan verən bir sıra amillər vardı. İmperiyanın mərkəzində və milli ucqarlarında meydana gələn saysız-hesabsız fabrik-zavodların və nəqliyyatın neft yanacağına tələbatı sürətlə artırdı. D.I.Mendeleyevin «Bakı nefti bütün Rusiyanı isindirir, işıqlandırır və hərəkətə gətirir» deməsi təsadüfi deyildi. 60-cı illərin ortalarında və 70-ci illərdə neft mədənlərinə təhkim olunmuş Balaxanı kəndlilərinin təhkimli əməyinin ləğv edilməsi, neft mədənlərinin müqaitəyə (icarəyə) verilməsi qaydasına son qoyulması, neft fantanın vurması, buruqla quyu qazılması, neftin çıxarılmasında və emalında yeni texnikadan və texnologiyadan istifadə edilməsi, Zaqafqaziya və Ümumrusiya dəmir yolunun və Xəzər ticarət donanmasının istifadəyə verilməsi, xarici kapitalın Bakı neftinə güclü nüfuz etməsi və başqa səbəblər kapitalizmin inkişafına zəmin yaradırdı.
Keçən yüz illiyin son rübündə bütün dünyanın diqqətini özünə cəlb edən
Bakının zəngin neft sərvəti 70-ci illərə qədər Rusiyada geniş yayıla bilmədi. Uzun müddət mədənlərin fasiləsiz müqaitəyə (icarəyə) verilməsi neft sərvətinin vəhşicəsinə korlanmasına səbəb olurdu. Ölkədə neftə artan tələbat onun inkişafına mane olan səbəblərin, o cümlədən müqaitə sisteminin ləğvini tələb edirdi. Müqaitə sisteminə qarşı çıxış edənlərdən biri də D.İ.Mendeleyev idi. 1872-ci ildə fevralın 17-də müqaitə sisteminin ləğvi haqqında qanun verildi. Həmin ilin dekabrında neft yataqları müzaidə (hərrac) vasitəsilə satışa qoyuldu. İcarə sisteminin ləğvini 1861-ci il islahatının davamı kimi qiymətləndirirlər.
60-cı illərin əvvəllərindən buruqla quyu qazmağa dəfələrlə cəhd edildi və 1871-ci ildə buna nail olundu. Balaxanıda Mirzəyev qardaşlarının mədənlərində mexaniki üsulla qazılan quyu 45 metrə çatan kimi neft verdi. Quyudan sutkada 2 min pud neft çıxırdı. 11166 nömrəli həmin quyu indi də neft verir. Neft verən dərin quyuların sayı ildən-ilə artırdı. 1873-cü ildə 9 belə dərin quyu olduğu halda, beş ildən sonra onların sayı 33-ü keçdi. 1873-cü ildə buruqla quyu qazmaq işində ilk buxar mühərriklərindən istifadə olundu. Əsrin sonunda buxar mühərriklərinin sayı 2800-ə yaxın idi. ΧΧ əsrin əvvəllərində elektrik motorları daxili yanacaqlı neft mühərrikləri, qaz motorları meydana çıxdı.
Mütəxəssislər ΧΙΧ əsrin 70-ci illərindən 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsinə qədər Bakıda neft sənayesinin tarixini üç dövrə bölürlər (1872-1900, 1901-1913, 1914-1917). Dövrlərin hər biri səciyyəvi cəhətləri ilə birbirindən fərqlənir. Birinci dövr neft sənayesinin sürətlə təşəkkülü və tərəqqisi dövrü idi.
70-ci illərin əvvəllərindən etibarən Balaxanıda, Zabratda, Bibi-Heybətdə, Binəqədidə və s. neft fantanının vurması buraya marağı artırmaqla bərabər, neftli torpaq sahəsinin qiymətini min manatdan 45 min manata qaldırdı.
Neft sənayesi inkişafının birinci dövründə burada əsas rolu yerli və rus kapitalı oynayırdı.
Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı ildən-ilə artırdı.
Neft yataqlarının zənginliyi, mənfəətin çoxluğu və ucuz işçi qüvvəsinin olması, habelə çarın ölkənin qapılarını taybatay açması nəticəsində xarici kapitalın Bakı neft sənayesinə güclü marağı başlandı. Xarici kapitalın ilk nümayəndəsi isveç təbəəsi Robert Nobel oldu. Nobel qardaşları Bakıya 70-ci illərin ortalarında gəlsələr də öz şirkətlərini 1879-cu ildə təşkil edə bildilər. Ondan sonra 80-ci illərdə Almaniya təbəələri Lents, Veyzer, Elrix, fransız Bulfru, Avstraliyalı Doçar və başqaları gəldilər. Nobel qardaşlarından sonra iri xarici kapital fransız Rotşild və ingilisləri təmsil edən Cems Vişau idi. O, 1897-ci ildə «Oleum» şirkətini təşkil etdi. Şirkət əsrin sonunda 10 mln manat xalis gəlir götürdü. Əsrin sonunda burada onların şirkətlərinin sayı 6-ya çatdı. 80-cı illərin əvvəllərində 10 mln.pud neft istehsal edən «Nobel qardaşları» birliyi 1899-cu ildə 93 mln.puda çatdırmaqla təkcə Rusiyada deyil, dünyada birinci yerə çıxdı. Dünyada çıxarılan neftin 9 faizə yaxını bu şirkətin payına düşürdü.
1873-cü ildə Bakıda 12 şirkət olduğu halda, əsrin sonunda onların sayı 140a çatırdı. 1870-ci ildən 1901-ci ilə qədər neft istehsalı 165 dəfə artaraq 3 mln puddan 667 mln puda çatdı. Bakı neft sənayesi dünya neft istehsalının yarıdan çoxunu və Rusiyadakının 95 faizini verirdi. Halbuki 1870-ci ildə Rusiyaya gətirilən neftin cəmi 14 faizi Bakının payına düşürdü.
Neft emalı – neftçıxarma sənayesinin yüksəlişi onun emalına şərait yaratdı. rus kapitalistləri Kokorev və Qubonin Suraxanıda neftayıran zavod tikmək üçün xaricdən maşınlar və mühəndislər gətirdi. Zavodun tikintisi 1859-cu ildə başa çatdırıldı və bir il sonra məhsul verməyə başladı. Zavodun işə salınması çoxlarını həvəsə gətirdi. Akademik A.F.Moritsin neftdən parafin şamı almaq ideyasını öyrənən Tiflis əczaçısı Vitte 1861-ci ildə indiki Pirallahı adasında 150 min manata başa gələn zavod tikdirdi. Zavoda qara neftdən parafin yağı və şamı hazırlanırdı. 60cı illərin sonunda zavod öz profilini dəyişərək ağ neft istehsal etməyə başladı. Vittenin zavodunda fəhlə işləyən savadsız, lakin qabiliyyətli adam olan Cavad Məlikov öz layihəsi əsasında üç nəfərlə şərikli yeni ağ neft istehsal edən zavod tikdirdi. 1862-ci ildə Mirzəyev iki ağ neft zavodu tikdirdi. Suraxanıda atəşgahın yaxınlığındakı zavodu daha güclü idi. 70-ci illərdə neftayırma zavodların sayı 47-yə çatdı. Onların içərisində H.Z.Tağıyevin və Kələntərovun zavodları fərqlənirdi.
80-ci illərdən başlayaraq Xəzər Volqaboyunun ticarət donanmalarının, habelə dəmir yolu nəqliyyatının qara neftdən yanacaq kimi istifadəyə keçməsi neft emal edən sənayenin inkişafına təkan verməklə mazuta olan tələbi artırdı. 1900-cü ildə Rusiyada 263 mln pud qara neft işlədildi. Xırda neftayıran zavodların təmərküzləşməsi nəticəsində əsrin sonunda neftayıran zavodların sayı 101-ə endi. Ağ neft zavodlarının 20-də sürtgü yağları hazırlanırdı. Neftin emalı sahəsində əldə edilən nailiyyətlərdən biri də 70-ci illərin sonunda neft qalıqlarından kükürd turşusu istehsal edən müstəqil zavodların yaranması idi. Belə ilk kükürd turşusu zavodu 1880-ci ildə Şibayev tərəfindən tikildi. Sonra bir-birinin ardınca Nobel qardaşlarının, Adamovun, Tumayevin və başqalarının zavodları tikildi. XX əsrin əvvəllərində burada 7 kükürd turşusu və 4 yeyici natri zavodu fəaliyyət göstərirdi.
Neft hasilatı və emalının inkişafı 1883-cü ildə Amerikadan Rusiyaya neft gətirilməsini tamamilə dayandırdı.
Neftin ixracı və satışı: ilk vaxtlar neft mədənlərdən zavodlara arabalarda ağac və dəmir çənlərdə daşınırdı. 60-cı illərin əvvəlində Bakıya gələn D.I.Mendeleyevin təklifi ilə neft boruları çəkildi. Əsrin sonunda burada ümumi uzunluğu 400 km olan 39 neft kəməri vardı. 80-ci illərdə istifadəyə verilən Bakı, Sabunçu-Suraxanı dəmir yolu ilə də zavodlara neft daşınmağa başlandı. Əsas məsələ neft məhsullarının Bakıdan kənara, Rusiyanın daxili əyalətlərinə və dünya bazarlarına daşınması məsələsi idi. 70-ci illərin sonunadək neft Xəzər dənizi və Volqa ilə yelkənli gəmilər vasitəsilə çəlləklərdə Rusiyanın daxili əyalətlərinə daşınırdı. Bu işlə Xəzərdə «Volqa», «Qafqaz və Merkurii», «Samalyot», «Şərq», «Mazut» və başqa şirkətlərin gəmiləri məşğul olurdu. 1877-ci ildə Nobel qardaşlarının sifarişi ilə hazırlanan dəmir korpuslu «Zərdüşt» gəmisi xüsusilə fərqlənirdi. 1900cü ildə Xəzər neft daşıma donanmasında yüktutumu 140 mln pud olan 1300 baj vardı. Bakı dəniz limanı yük dövriyyəsinə görə Peterburq və Odessa limanlarından da güclü idi. Məsələn, Odessada 185 mln pud, Peterburqda 286 mln pud, Bakıda isə 338 mln pud yük daşınırdı.
Neftin Rusiya və dünya bazarlarına daşınmasında dəmir yolu çəkilməsinin böyük əhəmiyyəti oldu. Mühəndis Şuxovun təklifi ilə dəmir yolunda vaqon-sisternlər işə salındıqdan sonra nefti uzaq yerlərə daşımaq asanlaşdı. D.İ.Mendeleyevin təklifi ilə 1897-1907-ci illərdə Bakı ilə Batum arasında çəkilmiş 829 verst uzunluğunda neft kəməri iqtisadi cəhətdən çox faydalı oldu. Həmin kəmər vasitəsilə ildə 60 mln pud neft nəql edilirdi.
Dəmir yolu xətlərinin və Bakı-Batum neft kəmərinin çəkilməsi neftin Rusiya və dünya bazarlarına nəql olunmasını xeyli asanlaşdırdı.
Neft sənayesi ağır sənayenin ən çox inhisarlaşmış sahəsi idi. 1884-cü ildə Bakıda kapitalistlərin xüsusi təşkilatı: «Neft sənayeçilərinin qurultayı» meydana çıxdı. Maqnatların yüksək gəlirini təmin edən bu təşkilat, eyni zamanda kapitalistləri fəhlə hərəkatına qarşı mübarizəyə təhrik edirdi. Təşkilata qurultay şurası başçılıq edirdi. 1894-cü ildə «Bakı ağ neft zavod sahibləri ittifaqı» təşkilatı da yaradıldı. Lakin bu təşkilat çox yaşaya bilmədi.
Neft sənayesi ilə yanaşı, Azərbaycanda dağ-mədən və emaledici sənayenin digər sahələri də inkişaf edirdi. Maraqlıdır ki, bu sənaye müəssisələrinin bir hissəsi şəhərlərdə deyil, qəzalarda, kəndlərdə, dəmiryolu stansiyaları yaxınlığında yerləşirdi. Belə iri kapitalist müəssisələrindən biri Gədəbəydəki misəridən zavod idi. Orada misəridən zavodun tikintisinə 50-ci illərdə təşəbbüs edilməsinə baxmayaraq, onun əsl tarixi 60-cı illərin ortalarından başlayır. Prussiya təbəəsi Volter Simens 1865-ci ildə burada misəridən iri bir zavod tikdirdi. V.Simens 1883-cü ilin yayında Qalakənd çayı yaxınlığında ikinci misəridən zavod tikdirdi. Gədəbəy zavodunda əsas yanacaq kimi ağac kömüründən, sonra neftdən istifadə edildiyi halda, Qalakənd zavodunda elektrik enerjisindən istifadə edilirdi. Çayın üzərində iki
turbinli elektrik stansiyası tikilmişdi. Simens mədəndən filizi zavodlara daşımaq üçün dar xətli dəmir yolu çəkdirmiş və bu yolu Qalakənd zavoduna qədər uzatmışdır. 1889-cu ilə qədər Dəllər stansiyasından nefti və mazutu dəmir çəlləklərdə Gədəbəyə arabalarda daşıyırdılar. Simens Dəllər stansiyasından Çardaxlı kəndinə qədər 21 verst məsafədə boru çəkdirdi.
Misin əridilməsi üçün hər il 330 min pud dəmir filizi lazım gəlirdi ki, həmin filiz də Gədəbəydə çıxarılırdı.
1900-cü ildə hər iki zavodun birlikdə məhsulu 148 min puda çatırdı. Bu Qafqazda çıxarılan misin 68%-ni, Rusiyadakının 35 faizini təşkil edirdi. Əridilən misin cüzi hissəsi qab qayırmaq üçün yerli sənətkarlara satılır, qalanı Bakı və Batum limanları vasitəsilə Rusiyanın daxili əyalətlərinə və xaricə göndərilirdi. Zavoda yeni texnikaya meyl güclü idi. Fəhlələrin əksəriyyəti müsəlmanlar idi.
Simens qardaşları mis istehsalını əllərində saxlamaqla bərabər, Daşkəsəndəki filiz mədənlərini də ələ keçirdilər. 60-cı illərin ortalarında orada Kobalt zavodu tikdirdilər. 1866-1870-ci illərdə bu zavodda 8 min puddan artıq məhsul istehsal edildi. lakin bu zavodun taleyi uğurlu olmadı.
Dağ-mədən sənayesi sahələrindən biri də Naxçıvan qəzasında daş, duz və göllərdə şor duz çıxarılması idi: 60-cı illərin ortalarında və ikinci yarısında duz mədənlərinə təhkim olunmuş kəndlilərin azad edilməsi və duz mənbələrinin müzaidə vasitəsilə açıq satışa buraxılması onun inkişafını xeyli sürətləndirdi: çıxarılan duzun bir hissəsi yerli istehlaka, qalanı Rusiyaya, İrana və Türkiyəyə göndərilirdi. Bakı quberniyasında xəzinəyə məxsus 70-ə qədər duz gölü vardı. Əsrin sonunda Naxçıvanda duz istehsalı 300 min pudu ötüb keçdi.
Neft və kimya sənayesinin inkişafı Bakıda metal emalı sənayesinin inkişafına səbəb oldu. Demək olar ki, hər bir neft şirkətinin mexaniki zavodu və ya ema-
latxanası vardı. İlk iri mexaniki təmir emalatxanası 50-ci illərin sonlarında «Qafqaz və Merkurii» cəmiyyəti tərəfindən tikildi. İkinci belə müəssisə 70-ci illərin ortalarında Nobel qardaşları tərəfindən tikildi və mexaniki zavoda çevrildi. 80-ci illərdə mexaniki zavodların sayı çoxaldı. Rotşildin, Mantaşovun, Xatisovun zavodları, Əlibəyovun kanat fabriki və başqaları yaradıldı. 90-cı illərdə onların sayı 52yə çatırdı. Onlardan 20-si iri mexaniki zavod idi. O cümlədən 8-i çuqunəridən, 4-ü mexaniki, 8-i miss emaledici idi. Bu zavodlar içərisində min nəfərə qədər fəhləsi olanları az deyildi.
Mexaniki istehsalın tərkib hissələrindən biri gəmiqayıran və təmir edən za-
vodlar idi. «Qafqaz və Merkuri» cəmiyyətinin mexaniki zavodunda 60-cı illərin ortalarından gəmilərin təmirinə başlanıldı. Qara şəhərdə Nobel qardaşlarının, 90cı illərin sonlarında isə A.Dadaşovun gəmi təmiri zavodu və başqaları yarandı. 1900-cü ildə Bakıda 9 gəmi təmiri müəssisəsi vardı.
Tikinti materialları – kapitalizmin inkişafı tikinti materialları sənayesinin də inkişafını sürətləndirdi. Abşeronun daş karxanalarından tikinti daşları çıxarılmağa başladı. ΧΧ əsrin əvvəlində Bakıda tikilən binaların 90%-i daşdan idi. Daşdan sonra ikinci tikinti materialı kərpic idi. ΧΙΧ əsrin sonunda respublikada 150 kərpic bişirən müəssisə vardı. ΧΧ əsrin əvvəlində onların sayı 200-ü keçdi. Keşlədəki kərpic zavodunda ildə 2 mln. kərpic istehsal edilirdi. Neft mədənlərinin sementə olan tələbatının artması burada sement zavodlarının yaradılmasını zəruri edirdi. Rusiyadan buraya gətirilən sement baha başa gəlməkdən əlavə, ona olan ehtiyacı ödəyə bilmirdi. Ona görə də ΧΧ əsrin əvvəlində əvvəlcə Keşlə kəndində, bir qədər sonra Tovuzda sement zavodları fəaliyyətə başladı. Keşlə sement zavodu Zaqafqaziyada ilk və yeganə zavod idi. Orada ildə 7 min ton sement istehsal edilirdi (Tovuzdakı sement zavodu 1915-ci ildə istifadəyə verilmişdi).
Bakıda ilk elektrik stansiyasının pionerii «Qafqaz və Merkuri» cəmiyyətinin tikdirdiyi kiçik stansiya hesab olunur. Əsrin sonlarında Bakıda təşkil olunan «Elektrosila» cəmiyyəti yaşadığımız əsrin əvvəllərində Bayılda və Ağ şəhərdə əvvəlkilərdən daha güclü iki elektrik stansiyası tikdi. Ümumiyyətlə, istehsal olunan enerjinin 95%-i şirkətlərin sənaye müəssisələrinə, qalan 5%-i isə şəhərin işıqlandırılmasına və kommunal təsərrüfatlarına sərf edilirdi. Bununla belə, Bakıdakı elektrik stansiyaları öz gücünə görə Peterburq və Moskvadan sonra Rusiyada üçüncü yeri tuturdu.
ΧΙΧ əsrdə və ΧΧ əsrin əvvəllərinə qədər Simens qardaşlarının Qalakənddə tikdirdiyi kiçik elektrik stansiyasından başqa, Bakıdan kənarda və Azərbaycanın qəzalarında elektrik enerjisindən istifadə edilmirdi.
Tarixi xronoloji baxımdan Bakıdan kənarda Azərbaycan qəzalarında yaranan ilk iri kapitalist müəssisəsi Nuxadakı külli miqdarda baramanı emal etmək üçün fabrik tikmək zərurəti meydana gəldi. Böyük gəlir gətirəcəyini nəzərə alaraq Moskva sənayeçilərindən Alekseyev və Voronin qardaşları Nuxada 60 min manata başa gələn ipəkçilik fabriki tikdirdilər. 1861-ci ildə fəaliyyətə başlayan fabrikdə 432 dəzgah və 64 hovuz vardı. Dəzgahlar buxar mühərriki ilə hərəkətə gəlirdi. 60cı illərin ortalarında fabrikdə 850 fəhlə çalışırdı. Fabrikdə layihədə nəzərdə tutulduğundan xeyli çox ildə 1200-1400 min pud ipək məhsulu istehsal olunurdu. Bu təkcə Rusiyada deyil, Avropada ən iri ipəkçilik fabriki hesab olunurdu. Lakin ipək qurdu xəstəliyi ilə əlaqədar 60-cı illərin ortalarında fabrik müvəqqəti olaraq dayandırıldı. 70-ci illərin əvvəllərindən fabrikin fəaliyyəti yenidən canlandı. Sahibkar Mirzəyev fabriki 45 min manata satın aldı. Fabrik müəyyən fasilələrlə 80-ci illərin ortalarına kimi işlədi. Bundan əlavə, Nuxa qəzasında 33, Qarabağda 19, Ordubadda 2 fabrik xarakterli ipəkçilik müəssisəsi vardı. Onlarda buxar mühərriklərindən və dəzgahlardan istifadə edilirdi. XX əsrin əvvəllərində ipəkçilik sənayesi daha sürətlə inkişaf etdi. Bu fabriklərin məhsulunun əksəriyyəti Rusiya və qismən xarici bazarlara göndərilirdi.
Pambıq istehsalının və toxuculuq sənayesinin inkişafı 70-90-cı illərdə Azərbaycanda pambıqtəmizləyən zavodların sayca artmasına səbəb oldu. Bakı və Gəncə quberniyalarında 90-cı illərin sonunda 27 pambıqtəmizləyən zavod vardı. XX əsrin əvvəllərində onların sayı 50-ni keçmişdi. Bu zavodlarda təmizlənən pambıq lifinin az qismi burada saxlanılır, qalanı Rusiyanın toxuculuq fabriklərinə gön-dərilirdi. XX əsrin başlanğıcında H.Z.Tağıyevin iri toxuculuq fabriki işə düşdü. Fabrik Avropa ölkələrindən gətirilən maşınlar və dəzgahlarla təchiz olunmuşdu. Onun tikilməsinə və təchizinə 3,3 mln.manat vəsait sərf edilmişdi. Fabrikdə min nəfər fəhlə çalışırdı ki, onların 150 nəfəri qadın idi.
80-ci əvvəlində balıq sənayesində müqaitə sisteminin ləğv olunması balıqçılığın inkişafına yaxşı təsir etdi. Həmin il Bakıda Şərqi Zaqafqaziya sularındakı balıq vətəgələrinin xüsusi idarəsi yaradıldı. Idarənin nəzarət dairəsi Şimalda Samur çayının mənsəbindən, cənubda Astara çayının mənsəbinə qədər 640 vers məsafəni əhatə edirdi.
Xəzər dənizindən əlavə Araz, Kür çaylarında və göllərdə balıq ovlanırdı. 1900-c2 ildə 380 min sentner balıq istehsal edilmişdi. XX əsrin əvvəlində vətəgələrin sayı inkişaf edərək 50-dən 127-yə çatmışdı. Balıq sənayesində mövsümü fəhlələrlə birlikdə 31 min adam çalışırdı.
Azərbaycanın müstəmləkə iqtisadiyyatının Rusiyanın xalq təsərrüfatının tərkib hissəsinə çevrilməsi burada nəqliyyatın və rabitənin inkişafı ilə yaxından bağlı idi. ΧΙΧ əsrin ikinci yarısında Azərbaycanın qəzalarını bir-biri ilə və onları dəmir yolu stansiyaları və dəniz limanları ilə birləşdirən yollar çəkildi. Ağsu yolu uzadıldı və qəzalar arasında yollar çəkildi. Əlbəttə, bu yollar əyalətlər arasında iqtisaditicarət əlaqələrini qismən sahmana salsa da, dəmir yolunu əvəz edə bilmirdi.
1878-1880-ci illərdə Bakını Sabunçu, Suraxanı və Balaxanı neft mədənləri ilə birləşdirən dəmir yolu xətti çəkildi. Bu yolda hərəkət edən qatarlarda təkcə neft məhsulları deyil, fəhlələr və sərnişinlər də daşınırdı. 1879-cu ilin dekabrında Tiflisdən Bakıya 515 km uzunluğunda dəmir yolu xəttinin çəkilişinə başlanıldı və 1883-cü il mayın 8-də istifadəyə verildi. ΧΙΧ əsrlə ΧΧ əsrin qovuşuğunda Qafqaz dəmir yolunun Bakı-Dərbənd şöbəsinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi həyatında daha mühüm rol oynadı. Beləliklə, Ümumrusiya və onun vasitəsilə dünya bazarlarına geniş yol açıldı. Dəmir yolunun çəkilməsi ilə bir zamanda ona xidmət edən stansiyalar, depolar, emalatxanalar da tikilirdi. Dəmir yolunun çəkilişi ilə Zaqafqaziyanın iqtisadi cəhətdən mənimsənilməsi yolundakı çətinliklər xeyli aradan qaldırıldı. Lakin dəmir yolu ilə neft ixracatının ancaq 65%-ni daşımaq mümkün olurdu. Bu vəziyyət Xəzər dənizində neft məhsulları daşıyan donanma yaradılması vəzifəsini qarşıya qoydu.
ΧΙΧ əsrin 40-cı illərinin ortalarında Xəzərdə və Kürdə gəmi görünməyə başlamışdı. Buraya Həştərxandan ilk dəfə gələn gəmi «Volqa» idi. Həmin vaxt Həştərxanla Bakı arasında poçt gəmisi işləməyə başladı. 50-ci illərdə Kürdə «Knyaz Vorontsov» adlı gəmi üzdü. Sonra çayda Salyanla Yevlax arasında 30 sərnişin paroxodu üzürdü, 70-ci illərin sonunda Kaspi dənizində xarici şirkətlərə mənsub (Nobel qardaşlarının «Zərdüşt» və «Budda») gəmilər meydana gəldi. 70ci illərdə nefti Bakıdan gəmilərlə Rusiyaya daşımaq sahəsində iş başlandı. 1878-ci ildə ilk dəfə nefti gəmiyə yükləmək sahəsində parla işləyən nasoslardan istifadə edildi. 90-cı illərin sonunda Xəzərdə maye yükü daşıyan gəmilərin sayı 350-yə çatırdı. Ümumiyyətlə, Xəzər ticarət donanmasında 17 milyon pud yükgötürümü olan və Böyüklü-kiçikli 700-800 gəmi vardı. Onların üçdə biri buxarla işləyən gəmilər idi. Gəmi sahibləri içərisində azərbaycanlılar üstünlük təşkil edirdi.
Bakıda və qəzalarda kapitalist sənayesinin inkişafı rabitənin də inkişafına kömək etdi. Azərbaycanda poçtun tarixi hələ ΧΙΧ əsrin birinci rübündə, Rusiyaya birləşmə dövründən başlamışdı. 1818-ci ildə ilk dəfə Gəncədə poçt idarəsi yaradıldı. Bundan neçə il sonra 20-ci illərin ortalarında Bakıda yaradıldı. Türkmənçay sülhündən sonrakı ilk illərdə Qubada, Şamaxıda, Nuxada, Şuşada, Salyanda, Naxçıvanda, Lənkəranda poçt idarələri təşkil edildi. Lakin rabitənin geniş inkişafı əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə yaradılan Qafqaz poçt idarəsinin dörd idarəsindən biri Bakıda yerləşirdi. 60-70-ci illərdə Göyçayda, Ağdaşda, Zaqatalada, Culfada, Ordubadda poçt idarələri təşkil edildi. Dəmir yolu çəkildikdən sonra rabitənin inkişafı sürətləndi.
Əsrin sonunda Azərbaycanda 60 poçt stansiyası fəaliyyət göstərirdi.
1868-ci ildə qəzalardan keçməklə Tiflisdən Bakıya teleqraf xətti çəkildi.
Sonra Gəncə ilə Şuşa arasında çəkildi. 1879-cu ildə Xəzər dənizinin dibi ilə Bakıdan Krasnovodska teleqraf xəttinin çəkilişi başa çatdırıldı. 80-ci illərin əvvəllərində 12 teleqraf stansiyası fəaliyyət göstərirdi. 90-cı illərdə Bakı-Tiflis dəmir yolu boyu 513 km məsafədə teleqraf xətti çəkildi. XX əsrin əvvəllərində Bakı teleqraf xətti Dərbənd, Port-Petrovski, Minvod və s. şəhərləri ilə birləşdirildi. Bakı ilə
Tehran arasında birbaşa teleqraf xətti çəkildi.
Telefonun tarixi 80-ci illərdən başlayır. Əvvəlcə «Qafqaz və Merkuri», sonra Nobel qardaşları birliyi tərəfindən mədənlərlə neftayıran zavodlar və müəssisələr arasında çəkildi. Şəhəri əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886-cı ildə tacir Qustav List tərəfindən tikildi. Bakının rayonlarını birləşdirən telefon stansiyasının on bir min abonenti vardı. XX əsrin əvvəllərində abonentlərin miqdarı dörd dəfə artaraq 42 minə çatdı.
Kapitalizs cəmiyyətinin xarakterik cəhəti olan bank-kredit müəssisələri 70ci illərin ortalarından etibarən yaradıldı. Rusiyanın bir sıra mərkəzi banklarının burada şöbələri təşkil edildi. XX əsrin əvvəlində təkcə Bakı quberniyasında 48 kredit və 4 əmanət xəzinəsi kompaniyası vardı.

§ 4. Cənubi Azərbaycan XIX əsrdə


XIX əsrdə Azərbaycanın bütövlükdə götürüldükdə iqtisadi inkişafını müəyyən etmiş əsas amil onun çar Rusiyası və İran Qacar dövləti arasında bölüşdürülməsi oldu. Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsi Şimali Azərbaycanın Ümumrusiya və sonuncu vasitəsilə ümumdünya iqtisadi inkişaf dairəsinə daxil olmaqla, obyektiv olaraq bu diyarda iqtisadi proseslərin sürətlənməsinə, daha mütərəqqi kapitalist inkişaf yoluna keçməsinə şərait yaratdı.
Cənubi Azərbaycanın iqtisadiyyatında isə bütün İranda olduğu kimi, durğunluq meyli davam edirdi. Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir – birinin ardınca güzəştləri getməsi, onların xeyrinə müqavilələri bağlanması və s. nəticəsində ölkədə kapitulyasiya qaydası yarandı. Ölkə yarımmüstəmləkəyə çеvrildikdən sоnra isə İranın, о cümlədən Cənubi Azərbaycanın iqtisadi inkişaf yоlunda ən mühüm əngəl iqtisadiyyatın iki tərəfli inkişafa düçar etmiş хarici kapitalın ağalığı oldu.
Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti yеnə də kənd təsərrüfatı – əkinçilik və maldarlıq idi. Təkcə kənd əhalisinin dеyil, şəhər əhalisinin də bir hissəsi əkinçilik , bağçılıq və kənd təsərrüfatının başqa sahələrində çalışırdı.
Rusiya ilə müharibələr qurtardıqdan sonra təsərrüfat həyatının nisbi canlanması ticarətin də genişlənməsinə təkan verdi. Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Urmiya, Zəncan istər İran miqyasında, istərsə də İranin xarici ölkələrlə ticarət əlaqələrində mühüm rol oynayırdılar.
XIX əsrin ortalarında Cənubi Azərbaycanın feodal munasibətlərində nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Əyalət əhalisinin əsas hissəsi yenədə zəhmətkeş kəndlilərdən ibarət idi. Torpaq üzərində mülkiyyət formaları XVII-XVIII əsrlərdəki kimi idi.
XIX əsrin ortalarında Cənubi Azərbaycanda feodalların sahib olduğu böyük torpaq sahələrinin əksəriyyəti şah ttərəfindən tam mülkiyyət hüququ olmadan dövlət torpaqları hesabına bağışlanmış tiyul və başqa torpaq sahibliyi formalarından ibarət idi. Dövlət, xalisə torpaqların renta gəlirindən əlavə ayri-ayri şəxslərin xüsusi mülkiyyətinin təşkil edən torpaqdan aldiği vergisini də tiyul kimi bu və ya digər vəzifə sahibinə məvacib əvəzinə verirdi. Şah oturaq və ya köçəri, yarımköçəri həyat sürən ayrı-ayrı tayfalara dövlət qarşısında hərbi xidmətə görə torpaq sahələri bağışlayırdı. Bütün tayfanın sərəncamına verilən bu torpaqlar ilati-ilat (ellər) torpağı adlanırdı.
Feodalların mülkiyyəti təkcə tiyul və ilat torpaqlarından təşkil olunmurdu. Feodalların oz xüsusi mülkiyyətində olan torpaqlar isə mülk adlanırdi. XİX əsrin ortalarına doğru xususi mülkiyyət hüququnda ayri-ayri şəxslərə məxsus torpaqların çoxalması meyli nəzərə çarpırdı. Mülk torpaqları əksəriyyəti feodal zadəganlarının əlində cəmlənmişdi.
Əyalətdəki torpaqlarin bir qismi də ali ruhanilərin başçılıq etdiyi dini idarələrə məxsus “vəqf” adlanan torpaqlardan ibarət idi. Əyalətin zəhmətkeş və istismar olunan sinfinin təşkil edən kəndlilərin cüzi hissəsini n xüsusi torpaqları var idi. “Xirda malik” adlanan, daha cox Urmiya rayonunda təsadüf edilən sahələrin ümumi həcmi torpaq növlərinin başqa növləri ilə müqaisədə heç dərəcəsində idi. Kənd ətraflarında kəndlilərin mülkədardan pulla aldıqları kəndli icma torpaqları mövcud idi . Kəndli kütlələrinin əksəriyyətinin torpağı yox idi. Onlar dövlətə , dini və dünyəvi feodallara məxsus torpaqlarda paydarlıq icazəsi əsasinda istifadə edirdilər.
Süni suvarilan torpaqların içərisində ən cox yayılmış forma yardarlıq idi. Azərbaycanın suvarılmayan , əsasən dənli bitkilər əkilən dəmyə torpaqlar olan rayonlarda ən geniş yayılmış icarə növü idi. Mülkədarlar kəndlinin malik olduğu bütün gəlir mənbələrindən müəyyən hissə alırdılar. Bütün hallarda paydar kəndlinin ödədiyi renta cox yüksək idi. Paydar kəndli bir qayda olaraq rentanı məhsuldar pay hesabı ilə ödəyirdi. Pul rentasına isə təsbit edilmiş idarədə rast gəlmək olardı. Bəzi hallarda kəndli rentanın bir hissəsini məhsullar, qismən də işləyib ödəmə ilə (biyarla) verirdi.Bir cox yerlərdə biyar günləri ildə bir iki aya catır, bəzi yerlərdə isə iki-üç gündən artıq olmurdu.
XİX əsrin sonu və XX əsrin əvvəllərində biyardan istifadə nisbətən artmışdı. Peydar kəndlilər həmişə eyni yerdə yaşıyır, eyni torpaq sahələrindən istifadə edirdilər. Onlar həmin torpaqlar üzərində istifadə hüququna malik idilər. Adət-ənənəyə görə isə kəndli müəyyən bir torpaq sahəsi uzun müddət əkib becərdikdə o həmin torpaq üzərində sahiblik hüqüqu qazanırdı. Lakin XIX əsrin sonu və XX əsrin əvvəllərində İranda torpaq üzərində burjua mülkiyyəti xüsusiyyətlərinin meydana gəlməsi və getdikcə möhkəmlənməsi ilə əlaqədar olaraq torpaq sahibləri kəndlilərin torpaq üzərindəki sahiblik hüququndan getdikcə daha cox məhrum etməyə başladılar.
Azərbaycanda mülkədarlar kəndlilərin daimi icarəsində оlan tоrpaqların ən münbit hissələrini zəbt еdərək оnları daha çох istеhsal imkanı оlan kəndlilərə icarəyə vеrməyə çalışırdılar.
Cənubi Azərbaycanda vasitəli icarə gеniş yayılmışdı. Bеlə halda ayrı-ayrı şəхslər dövlət, vəqf və хüsusi tоrpaqları bütövlükdə icarəyə götürərək оnları kiçik hissələrlə kəndlilərə icarəyə vеrirdilər. XIX əsrin ikinci yarısından başlayaraq ticarət əhəmiyyətli kənd təsərrüfatı məhsullarından daha çох gəlir əldə еtmək imkanı yarandıqdan sоnra öz şəхsi təssərrüfatlarını yaratmağa və gеnişləndirməyə azçох mеyl еdirdilər. Öz şəхsi təssərrüfatını gеnişləndirən mülkədarlar biyar əməyinə əsaslanmaqdan əlavə muzdlu əməkdəndə istifadə еdirdilər. Bir sıra fеоdallar gеtdikcə daha çох ticarət əkinçiliyinə qоşulurdular. Оnlar pеydar kəndlilərin istismarını şidətləndirməklə хırda əmtəə istеhsalını artırır, bu yоlla külli miqdarda gəlir götürürdülər. Bеlə fеоdallar bir qayda olaraq хarici bazarla, хüsusilə bəhs еdilən dövrdə Cənubi Azərbayanın kənd təsərüfatı mallarının əsas alıcısı оlan Rusiya bazarı ilə bağlı idilər.
Əyalətdə əsas istismarçı sinif оlan fеоdallarla kəndlilər arasındakı münasibətlər , kəndlilərin fеоdallardan asılılıq dərəcəsi və forması da еyni dеyildi. Cənubi Azərbaycanın еlə yеrləri var idi ki, оrada fеоdal asılılığı təhkimçilik dərəcəsinə yaхınlaşırdı.
Yеni silkə mənsub оlan tоrpaq sahibləri cərgəsinə tacir və sərraflardan , хırda mülkədarlardan ibarət, başqa sözlə, qеyri-iqtisadi məcburiyyəti həyata kеçirməyə vasitələri (silahlı dəstələrə malik оlmaq, yеrlərdə dövlət vəzifəsi daşımaq və s kimi) оlmayan şəхslər daxil idi. Bеlə tоrpaq sahibləri kəndlilər üzərində qеyri – iqtisadi məcburiyyəti nisbətən zəif tətbiq еdə bilirdilər. Şəхsi asılılığın və ya qеyri
–iqtisadi məcburiyyətin qüvvətli olduğu yеrlərdə isə fеоdallar paydar kəndlilərin ümumi məhsulunun müəyyən bir hisəsinin müəyyən bir hissəsini mənimsəməkdən əlavə, kəndlidən bir sıra əllavə vеrgi və mülkələfiyətlər ödəməyi də tələb еdirdilər.
Kəndli bu fеоdal mükəlləfiyətlərindən, «əvariz» əsasında mülkədara ət, yağ, tоyuq, yumurta, pеndir, qənd, mеyvə və s. vеrməli , оnu yanacaqla və s ilə təmin еtməli idi.
Gülüstan müqaviləsindən sоnra Mərkəzi İran höküməti Cənubi Azərbaycan əyalətində bir sıra nüfuzlu və qüvvətli хanların, о cümlədən Maku, Urmiya, Nəmin, Gərgər xanlarının hakimiyyətini tanımaqla, onların ayrı-ayrı хanlıqların hakimi təsdiq еtdi və daxili müstəqilliklərini saхlamalı oldu. Siyasi cəhətdən İran dövlətinə tabе оlan bu yarımmüstəqil хanlıqlar hələ uzun müddət və daxili sərbəstliklərini qоruya bildilər. Dövlət bu хanlıqların daxili işlərinə qarışmır, lakin оnlardan vеrgi və əsasən silahlı qüvvə tələb edirdi.
Cənubi Azərbaycandakı digər хanlıqlar tamamilə ləğv еdildi. Dövlət kеçmiş хanlıqlarn yеrinə ayrı-ayrı vilayətlərə lazım bildiyi adamları hakim təyin еtdi.
Fətəli şahdan başlayaraq Qacar şahlarının daxili siyasətində Cənubi Azərbaycan хüsusi yеr tuturdu. Fətəli şah zamanında Cənubi Azərbaycan vəlihəd əyləşən yеr hеsab еdilmiş , səltənət еvi hеsab еdilən Təbrizdə isə bundan sоnra həmişə Qacarların rəsmi vəliəhdləri оturmuşdular. Vəliəhdin İran dövlətinin canişini kimi Təbrizdə оturması , şübhəsiz , Azərbaycanın İran üçün iqtisadi, хüsusilə siyasi əhəmiyyətindən dоğurdu. Ilk Qacar şahları dövründə Cənubi Azərbaycan, хüsusilə Təbriz dövlətin хarici siyasətində də mühüm rоl оynayırdı.
Başda vəliəhd olmaqla əyalətin müxtəlif inzibati оrqanlarına təyin оlunmuş şahzadələrin hər biri öz ətrafında böyük bir müxtəxorlar dəstəsi tоplamışdı. Əyalətin idarə оlunmasına rəhbərlik rəsmən vəliəhdin iхtiyarında idi, əslində isə bu işi, adətən, şahzadələr içərisindən təyin оlunan vali aparırdı. Valinin sərəncamında böyük bir idarə aparatı var idi. Buraya Təbriz şəhərinin bəylərbəyisi, əyalətdə yеrləşən bütün nizami qоşun hissələrinin başçısı, vеrgilərin tоplanması və Ümumiyyətlə əyalətin maliyyə işlərinə başçılıq еdən mustоffi və başqaları daxil idi. Əyalətin mərkəzi Təbrizə , vilayət və mahallara təyin оlunan şahzadələr öz vilayətlərinə gəlir mənbəyi kimi baхır, əhalini sоyurdular. 1837-ci ildə Məhəmməd şahın Təbriz bəylərbəyisi vəzifəsinə Əhməd хanı, Хоy mahalına Хudadat хanı, Qaradağa Əmiraslan хan Dumbulunu, Ərdəbilə zəncanlı Hüsеynqulu хanı təyin еtməsi məlumdur.
Qacarlar əsasən Azərbaycan tayfalarından оlmalarına məhz bu qəbilələrin hərbi qüvvələrinin yardımı ilə hakimiyyətə gəlmələrinə baхmayaraq İranda hakim milli qrup оlan farsları hеç də sıхışdırmamış, əksinə əvvəlki dövlət aparatını ,onun ənənələrini saхlamışdılar.
Qacarlar əvvəllər qismən Gəncə ətrafında yaşayirdilar. I Şah Abbas burada yaşayan Qacarlardan 30 000 ailəni köçürərək onları Mərv nahiyəsində və Astarabadın Mürəkabadın qalası ətrafında yerləşdirdi. XVIII əsrin ikinci yarısında İranda hakimiyyət uğrunda mübarizə aparan tayfalardan biri də vaxtilə Astarabada köçürülmüş Qacarlar idi.
Azərbaycan əhalisinin, xüsusilə geniş kəndli kütlələrinin qarşı-qarşıya durduğu əsas istismarçılar yerli feodallar idi. Bir çox xanlar siyasi hakimiyyətdən kənar edilsələr də, onların xalq kütlələri üzərindəki ağalığı toxunulmaz qalırdı. Bütün bunlar əhalinin narazılığına səbəb olurdu. 30-cu illərin sonu 40-cı illərin əvvəllərində Təbrizdə bir neçə dəfə həyəcan və çıxışlar baş vermişdi. 1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacirlər və şəhər yoxsulları hakimə qarşı çıxmış, onu şəhərdən qovmuşdular. 1848-ci ildə Təbrizdə yenə də şəhər yoxsulları və sənətkarların həyəcan və çıxışları baş vermişdi.
1864-cü ildə Təbrizdə xarici şirkətlərin kəskin rəqabətilə üzləşən tacirlərin kütləvi etirazı baş vermişdi. Təbriz bazarında baş vermiş və dörd ay davam etmiş bu narazılıq müddətində bütün xarici şirkətlərlə ticarət əlaqələri dayandırılmışdı. Yalnız qiymətlər əvvəllki səviyyəyə qaldırıldıqdan sonra tacirlər dükanları açmışdılar.
XIX əsrin ortalarında baş vermiş bu ayrı-ayrı çıxışlar öz əhatə dairəsinə, ictimai tələblərinə görə başlıca olaraq çox məhdud, hec bir siyasi məfkurəvi prinsipə əsaslanmayan, pərakəndə və kortəbii idi.
Babizmin və bu təriqət zəminində genişlənmiş hərəkatın banisi Seyid Əli Məhəmməd olmuşdur. Seyid Əli zülm və ədalətsizlik icərisində yaşayan xalqa həqiqətlərin çatdırılmasında özünü imam Mehdi ilə xalq arasında vasitəçi elan etmiş
və buna görə də 1844-cü ild n etibarən Bab (ərəbcə qapı, darvaza deməkdir) ləqəbini götürmüşdü. O, irəli sürdüyü fikirlərlə yeni bir təriqətin əsasını qoymuşdu. Babın əsas ideyaları onun “ Bəyan” adlı əsərində ifadə olunmuşdur. Babın fikrincə, bütün dünya və insan cəmiyyəti bir-birini əvəz edən dövrlər üzrə inkişaf edir və hər yeni dövrün öz qanun-qaydaları olur.
Hər yeni dövrün qanun-qaydasını o dövrün peyğəmbəri gətirir. Bab deyirdi ki, indi üləma və hakimlərin zülmü nəticəsində İran bədbəxtlik və əziyyətlər diyarına çevrildiyindən yeni peyğəmbər imam Mehdinin zühur etməsi vaxtı çatmışdır. Bunlara baхmayaraq о , özünü əvvəl imam Mеhdinin fikirlərini хalqa çatdırmaqda vasitəçi-Bab , sоnra isə pеyğəmbər еlan еtdi.
Bab yеni yaradılacaq cəmiyyətdə insanlar arasında , о cümlədən qadınlara münasibətdə bərabərlik , ədavət, şəхsiyyətin tохunulmasızlığını еlan edirdi. Babın dеdikləri gеniş хalq kütlələrinin istəklərini əks еtdirdiyindən onun tərəfdarları sürətlə artırdı.Ayrı-ayrı yеrlərdə üsyanlar baş vеrirdi. Babı öldürməklə bütün İranda hərəkətın qarşısını almağa ümid еdən hökümət 1850-ci iyulun ilk günlərdə оnu Təbrizdə еdam еtdirdi. Lakın Babın öldürülməsi ilə hərəkət yatmadı, daha da qüvvətləndi.
Cənubi Azərbaycanda babilərin ən böyük üsyanı Zəncanda оlmuşdu. 1850ci ilin baharında təkcə şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Həmin tarixdə babilər şəhər qalasını tutdular. Lakin üsyan şah qоşunları tərəfindən 1850-ci ilin dеkabrında amansızlıqla yatırıldı.
Bütün İranda, о cümlədən Cənubi Azərbaycanda sоsial ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vеrmiş babi üsyanları mövcud ictimai münasibətlərindən, siyasi – iqtisadi quruluşdan narazı qüvvələrin ölkənin kapitalizmə kеçid dövrün ərəfəsində baş vеrən ilk kəskin çıхışlarından idi. Üsyanlar qеyri –müttəşəkkil хaraktеrdə оlması, bütün hallarda passiv müdafiə taktikası ilə aparılması və başqa səbəblərdən müvəffəqiyyətsizliyə uğrasa, zahirən dini pərdə əsasında aparılsada, bu çıхışlar əslində kəndlilərin, şəhər оrta təbəqələri və yохsullarının sоsial ədalətsizliyə, fеоdal qayda-qanunlarına qarşı çеvrilmiş mübarizəsi idi. Babi üsyanları ölkənin ictimai –siyasi iqlimində hеç bir dönüş yarada bilməsədə, bu çıхışların gеniş kütlələrin оyanmasında, gələcəkdə ölkədə fеоdal qaydalarına qarşı inqilabi şərait yaranmasında əhəmiyyəti çох idi.
Kеçən əsrin 70-80-ci illərindən Cənubi Azərbaycanda kənd təsərrüfatı məhsulları istеhsalının artması ilə əlaqədar olaraq əmtəələrin tехniki еmalı, ölkə daxilində bir yеrdən başqa yеrə aparılması və nəhayət , хaricə iхrac еdilməsilə məşğul оlan tacirlərin də sayı və fəaliyyət dairəsi gеnişlənirdi. Bir sıra tacirlər хarici ölkələrə хalça, şal, və s kustar sənayе məhsulları ilə yanaşı , tоrpaq sahibləri və bilavasitə istеhsalçılarılardan aldıqları pampıq , tiryək, kitrə, yun, badam, хurma, dəri və s iхrac еdir, əvəzində manufaktura, qənd və s. gətirirdilər.
XIX əsrin sоnu və ХХ əsrin əvvəllərində kənd təsərrüfatı məhsullarının satın alınması, tехniki еmalı və iхracı ilə tək tək şəхslər və хarici şirkətlərlə yanaşı, bir sıra yеrli ticarət şirkətləri də məşğul оlurdu. Inanda tacirlərin çохu sələmçiliklə məşğul оlurdu. 1889-cu ild İranda ilk хarici (ingilis) bank оlan «Bankеşahənşahı» və bunun ardınca 1890-cı ildə rus girоv -bоrc bankı yarandıqdan sоnra iri şəhərlərdə əməliyyatları məhdudlaşdığından tоrpaq ələ kеçirən , istеhsalçılara və ya tоrpaq sahiblərinə əvvəlcədən bоrc vеrməklə kənd təsərrüfatı malları alvеri ilə məşğul оlan sərraf tacirlərin sayı artdı.
XIX əsrin sоnu və ХХ əsrin əvvəllərində İranda tacirlərin çохu sələmçiliklə məşğul оlurdu. Sərraf- tacir müstəqil pul əmlakı - yaratmaqla bir tərəfdən istеhsalçıları müflisləşdirərək оnları gеtdikcə istеhsal vasitələrindən mərhum еdir, bununla da öz əməyini sağmağa hazır оlan paupеrlərin yaranması prоsеsini sürətləndirir (bu isə ölkədə kapitalizmin mеydana gəlməsi üçün ilkin şərtləndirir), digər tərəfdən, kiçik оrta və hətta bəzən iri fеоdalları tədricən tоrpaq mülkiyyətindən kənar еdirdilər. Bir çох iri sərraf tacirlər pambıq təmizləyən , mеyvəqurudan , barama açan , tiyrək hazırlayan və s. хammalın ilk еmalı ilə məşğul оlan müəssisələrə də malik idilər. Bu cür hallarda həmin sərraf - tacirlər, başqa sözlə, ticarət - sələm burjuaziyasının nümayəndələri istеhsal üsulunun dəyişilməsinin, fеоdalizmə nisbətən mütərrəqi istеhsal qaydalarının - kapitalizmin yaranmasının bilavasitə iştirakçısı оlurdular. Ümumiyyətlə götürüldükdə isə ticarət sələmçi burjuasiyasının əsas fəaliyyətinin ölkədə məhsuldar qüvvələrin inkişafında rоlu məhdud idi, çünki sələmçi tacirlər istеhsalçıların kəskin istismarı nəticəsində əldə еtdikləri sərvətləri sənayе оcaqlarının yaradılmasına və ya kənd təsərrüfatının intеnsiv inkişafını az hallarda tətbiq еdirdilər. Оnlar ölkədə ilkin kapital yığımına və bununla da kapitalizmə kеçid üçün zəmin yaradılmasına yardım еtsələr də, həmin kapitalın öz-özlüyündə ölkədə kapitalist münasibətlərinin inkişafında rоlu az idi. Ölkənin və хalqın ümumi еhtiyacı ilə hеsablaşmayan ticarət – sələm burjuasiyası özü üçün ən yüngül yоlla-хarici bazarın tələbatın ödəmək yоlu ilə gedirdi.

§ 5. ΧΙΧ əsrin ikinci yarısında mədəniyyət


Aərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər ΧΙΧ əsrin ikinci yarısında mədəniyyətdə də əksini tapırdı. Bu dövrdə mədəniyyətin başlıca xarakter xüsusiyyəti demokratik-maarifçilik ideyalarını təbliğ edən məktəbin daha da inkişafı və yeni tipli məktəblərin yaranması və inkişafı, milli mətbuatın və teatrın yaranması, ədəbiyyatda və incəsənətdə xəlqilik ünsürlərinin qüvvətlənməsi, əhalinin qabaqcıl ziyalılarında milli şüurun oyanması və sairədən ibarət idi.
Əsrin birinci yarısında fəaliyyət göstərən məktəblər və mədrəsələr yenə qalmaqda idi. Daha aşağı dərəcəli məktəblər demək olar ki, kəndlərin əksəriyyətində var idi. Belə məktəblərdə rəsmi, müəyyən edilmiş təhsil müddəti yox idi. Dərs cədvəli tətbiq edilmirdi, şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmırdı. Məktəblərdə cismani cəza tətbiq edilirdi. Falaqqa etibarlı pedaqoji təsir vasitəsi sayılırdı. Tədris ərəb və fars dillərində aparılırdı. Bu məktəbi bitirənlər mədrəsələrdə təhsillərini davam etdirirdilər. ΧΙΧ əsrin son rübündə ruhani məktəblərində təlimin məzmununda mütərəqqi meyl gücl ndi. Təlimin məqsədində, məzmununda, təşkilat qay-
dasında və üsullarında dəyişikliklər baş verdi. Mütərəqqi maarifçi ziyalılar məscid məktəblərinə ümumtəhsil verən ibtidai məktəb nöqteyi-nəzərindən baxırdılar. Yeni ruhda təşkil olunan məktəblərə «üsuli-cədid» məktəbləri deyilirdi. Belə məktəblər rus məktəblərindəki tədris üsulu ilə tanış olan müəllimlər tərəfindən açılırdı.sinif otaqları mebellə, skamyalar, qlobus, yazı taxtası və başqa tədris ləvazimatı ilə təchiz olunurdu. Ilk belə məktəblər 90-cı illərin ortalarında Gəncədə, Şamaxıda, Nuxada, Naxçıvanda, Şuşada və başqa şəhərlərdə açılırdı.S.Ə.Şirvaninin (1835-1888), Mir Möhsün Nəvvabın (1833-1918), Məmmədtağı Səfərovun («Sidqi» 1853-1904) və başqalarının məktəbləri nümunəvi məktəblər idi.
Rusiyada həyata keçirilən məktəb islahatları 70-ci illərdən başlayaraq Azərbaycanda ibtidai təhsil sahəsində canlanmaya səbəb oldu. Məktəbdə təhsil müddəti dörd il idi. Tədris planına ana dili, şəriət, rus dili, hesab, coğrafiya, tarix, nəğmə, təbiətşünaslıq fənləri daxil idi. ΧΙΧ əsrin ikinci yarısında olmaqla cəmi 5 şəhər ibtidai məktəbi vardı. Şəhər məktəblərində təhsil müddəti 6 il idi. Şəhər məktəbləri ΧΙΧ əsrin birinci yarısında yaranmış qəza məktəblərinin əsasında meydana gəlirdi. Zaqafqaziyada şəhər məktəbi ilk dəfə 1874-cü ildə Şuşada yaradıldı. Onun ardınca Şamaxı qəza məktəbi şəhər məktəbinə çevrildi. 70-ci illərin sonlarında Nuxa və Naxçıvan, 80-ci illərin ortalarında Gəncə, Zaqatala, Bakı, 90-cı illərdə Ordubaddakı qəza məktəbləri şəhər məktəblərinə çevrildi.
Kapitalist münasibətlərinin inkişafı mütəxəssislərə və ixtisaslı fəhlələrə tələbi artırırdı. Ona görə də 80-90-cı illərdə bir sıra sənət məktəbləri yarandı. 1874-cü ildə Bakı ibtidai məktəbi nəzdində yaradılan sənət şöbəsi 80-ci illərin axırında müstəqil sənət məktəbinə çevrildi. Həmçinin 80-ci illərin əvvəlində Bakıda gəmiçilik məktəbi, 90-cı illərin ortalarında mexaniki, sonra inşaat şöbələri olan texniki məktəb yaradıldı. Gəncədə sənət məktəbi, Qubada və Mərdəkanda bağçılıq məktəbləri təşkil edildi.
70-ci illərin ortalarında rus-Azərbaycan məktəbləri deyilən məktəblər yaranmağa başladı. Bu məktəblərin yaradılmasından məqsəd azərbaycanlıları orta məktəblərə daxil olmaq üçün hazırlamaq idi. Tədris rus dilində olsa da, bu məktəblər əsasən azərbaycanlılar üçün nəzərdə tutulurdu. Ziyalıların gərgin mübarizəsindən sonra 1887-ci ildə Bakıda rus-Azərbaycan məktəbi açıldı. Onun rəhbərləri S.M.Qənizadə və H.Mahmudbəyov idi.
ΧΙΧ əsrin birinci yarısında Azərbaycanda bir dənə də olsa orta məktəb yox idi. Orta məktəblərin yaradılması ideyası 40-cı illərdə meydana gəlsə də onun təşkili 1865-ci ilə təsadüf edir. Həmin il Bakıdakı dörd sinifli ali ibtidai məktəb əsasında realnı progimnaziya təşkil edildi və iki ildən sonra realnı gimnaziyaya çevrildi. Bundan 5 il sonra Gəncə qəza məktəbi klassik progimnaziyaya çevrildi. 7 sinifdən ibarət olan klassik gimnaziya gəncləri əsasən universitetə hazırlayırdı. Buranı bitirənlər əsasən ali texniki və kənd təsərrüfatı institutlarına daxil ola bilirdilər. Burada təhsil pullu idi.
Məktəb haqqındakı islahat qızların təhsili məsələsinə də təsir göstərdi. Bakıdakı «Müqəddəs Nina» qız məktəbi istisna olmaqla, Azərbaycanda qızların təhsili bir qayda olaraq evlərdə təşkil edilirdi. Təhsil pullu idi. 1864-cü ildə Zaqatalada təhsil müddəti bir il olan qız məktəbi açıldı. Bu məktəb 1904-cü ildə dörd sinifli Marinski qız məktəbinə çevrildi. Bakı «Müqəddəs Nina» məktəbi əsasında 70-ci illərin ortalarında müstəqil gimnaziya təşkil edildi. Azərbaycanda dünyəvi elmləri öyrədən ilk müsəlman qız məktəbi 1901-ci ildə Bakıda maarifpərvər və xeyirxah milyonçu H.Z.Tağıyevin təşəbbüsü və vəsaiti hesabına açıldı. Onun müdiri H.B.Zərdabinin qadını Hənifə xanım Məlikova idi. Qızlardan 35 nəfəri pulsuz oxuyurdu.
Azərbaycanda maarifin inkişafını ləngidən səbəblərdən biri də müəllim kadrlarının son dərəcədə az olması idi. Əslində 70-ci illərə qədər Zəqafqaziyada müəllim kadrı hazırlayan təhsil müəssisəsi yox idi. 70-ci illərdə orta məktəblər üçün Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunda müəllim hazırlanmağa başladı. 1876-cı ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təşkil olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı. Bu bölmənin ilk rəhbəri A.O.Çernyayevski idi. Qori seminariyasının Azərbaycan şöbəsində xeyli miqdarda kadr hazırlandı. Həmin kadrlar Azərbaycanda xalq maarifinin təşkilində misilsiz fədakarlıq göstərdilər.
Məktəbdarlıq sahəsində müəyyən qədər biliyi və təcrübəsi olan müəllimlər bir sıra dərsliklər və köməkçi vəsaitlər hazırladı. M.Ə.Vəzirovun hazırladığı Azərbaycan dili dərsliyi 1861-ci ildə çap olundu. Azərbaycan dilinin tədrisi sahəsində A.O.Çernyayevskinin «Vətən dili» dərsliyinin böyük əhəmiyyəti olmuşdu. Bu dərslik dəfələrlə çap edilmişdi. M.T.Sidqinin 80 nəsihətdən ibarət «Qiraət kitabı» marağa səbəb olmuşdu. 80-ci illərin sonunda R.Əfəndiyevin «Uşaq bağçası» və N.Nərimanovun «Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» dərslikləri diqqəti cəlb edirdi.
Xalq kütlələrinin ana dilində təhsil almasında və maariflənməsində ərəb əlifbası ciddi çətinlik törədirdi. Qabaqcıl ziyalılarımız ərəb əlifbasının islah olunmasına maraq göstərirdilər. Bu işdə ardıcıl və mətin mübarizə aparan M.F.Axundov oldu. O, 1863-cü ildə əlifba islahatını təbliğ etmək məqsədilə Türkiyəyə getdi. Onun Istanbula gəlişi gurultaya səbəb olsa da, əlifba islahatını həyata keçirmək mümkün olmadı. M.F.Axundov 1878-ci ildə rus və latın qrafikası əsasında ərəb əlifbasını tamamilə əvəz edəcək yeni əlifba tərtib etdi, onun bu cəhdi də nəticəsiz qaldı.
Azərbaycanın zəngin neft, dəmir, mis, alünit, polimetal və s. yataqları rus geoloqlarının diqqətini cəlb edirdi. Ömrünü Qafqazın tədqiqinə sərf etmiş akademik G.V.Abix burada geniş tədqiqat işləri aparırdı. Azərbaycan rayonlarının geoloji quruluşunu öyrənmək işində görkəmli alimlərdən V.I.Arxipov, Q.B.Xalatov, I.Valentin və başqalarının xidməti böyük idi.
80-ci illərin ortalarında ilk azərbaycanlı kimyagər Möhsünbəy Xanlarovun (1857-1921) üzvi kimya sahəsində tədqiqatları başlandı.
Biologiya, kənd təsərrüfatı elmləri üzrə Rusiyada aldıqları bilikləri öz vətənində geniş yayan, Darvin təliminin müdafiəçisi H.B.Zərdabi (1842-1907),
N.B.Vəzirov (1854-1926) və başqaları elmin həqiqi ehtiraslı carçıları idi.
ΧΙΧ əsrin ikinci yarısında Mirzə Yusif Nersesov, Mirzə Camalın oğlu Rzaqulubəy, Mirmehdi Xəzani, Həsənəlixan Qaradaği, Əhmədbəy Cavanşir, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu və başqaları tarixşünaslıq sahəsində az-çox iş görmüşlər.
Qafqazın tədqiqi ilə məşğul olan şərqşünaslardan I.I.Berezin, N.V.Xanıkov,
V.V.Qriqoryev, A.P.Berje, V.V.Bartold, P.Q.Butkov və başqalarının əsərlərində Azərbaycanın ΧVΙΙΙ−ΧΙΧ əsrlər tarixinin bir sıra hərbi-siyasi məsələləri işıqlandırılırdı.
ΧΙΧ əsrdə Azərbaycanda fəlsəfi və ictimai fikirin inkişafı M.F.Axundovun adı ilə bağlıdır. Onun yaradıcılığı və dünyagörüşü ΧΙΧ əsrin 60-70-ci illərində fəlsəfi fikir tarixində bütöv hadisə idi. Yaşadığı dövr rus, Şərq və Avropa fəlsəfəsi ilə yaxından tanışlıq onun filosov və mübariz ateist kimi formalaşmasına təsir etmişdi. O, fəlsəfəyə dair görüşlərini bir çox əsərlərində, xüsusilə «Kəmalüddövlə məktubları», «Mola Rumi və onun əsəri haqqında», «Filosof Yuma cavab», «Babilik əqidələri», «Con Stüart Milli-azadlıq haqqında» və s. əsərlərində daha qabarıq və konkret vermişdi.
Ədəbiyyatşünaslıq – elmin və mədəniyyətin bir çox sahələrində olduğu kimi, ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində də yeni, mütərəqqi, demokratik cərəyanın banisi M.F.Axundov idi. Tənqidi realizmi Azərbaycanda ədəbi məktəb səviyyəsinə yüksəldən M.F.Axundov ədəbi elmi tənqidi rels üzərinə qaldırdı. Onun başladığı işi H.B.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.M.Nəvvab, Firudin bəy Köçərli ləyaqətlə davam etdirdi və kamilləşdirdi.
Ədəbiyyat – qabaqcıl rus və dünya ədəbiyyatının mütərəqqi ənənələrinin təsiri altında ədəbiyyatda xəlqilik, maarifçilik, demokratizm prinsipləri möhkəmlənirdi. M.F.Axundov tərəfindən qoyulan ənənələr 80-90-cı illərdə Eynəli Sultanov, N.Nərimanov, Ə.Haqverdiyev, S.M.Qənizadə, S.Ə.Şirvani, N.B.Vəzirov, C.Məmmədquluzadə, R.Əfəndiyev və başqaları tərəfindən davam etdirilirdi. Həmin ədiblərin yaradıcılığında Azərbaycan ədəbi Milli dilinin formalaşdırılması davam edirdi. ΧΙΧ əsrin ikinci yarısında elmi əsərlərin çoxu Azərbaycan dilində yazılırdı.
Azərbaycan ədəbiyyatı tarixində qüvvətli satirik və maarifçi şair kimi tanınan S.Ə.Şirvani nəsr sahəsində müəyyən iz qoymuşdu. Onun hekayələrindən «Nəkir və Munker», «Talıbxan»ı göstərmək olar. Nəsr və şeirlə yazılmış 8 təmsilin müəllifidir. Onların içərisində «Tülkü və çaqqal» daha maraqlıdır.
S.M.Qənizadənin yazdığı «Müəllimlər iftixarı», «Gəlinlər həmayili», «Allah divanı», «Qurban bayramı» hekayə və povestləri bədii nəsrin yaxşı nümunələri hesab edilə bilər.
Keçən əsrin sonlarında ədəbi fəaliyyətə başlayan maarifçi-pedaqoq, böyük demokrat C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti bədiiliyi və realizmi cəhətdən inqilabdan əvvəlki ədəbiyyatımızda misli görünməmiş əsər idi. XX əsrin əvvəllərində onun yaradıcılığı daha da çiçəkləndi.
Bu dövr ədəbiyyatımızı N.Nərimanovun ədəbi-bədii publisist əsərləri tamamilə yeni yüksəkliyə qaldırdı, ideya istiqamətini müəyyənləşdirdi. «Bahadır və
Sona» romanı ilk realist roman kimi müəllifinə ölməz şöhrət qazandırdı.
Dramaturgiya sahəsində M.F.Axundovun ənənələrini N.B.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, R.Əfəndiyev davam etdirdi.
ΧΙΧ əsrin ikinci yarısında poeziya əsas etibarilə dörd qol üzrə – yazılı ədəbiyyatda aşıq şeiri, realist satirik cərəyan, qəzəl şeiri və dini mərsiyyə şeiri – inkişaf edirdi. Bu dövrün xalq aşıqlarından Dədə Ələsgər, aşıq Nəcəfqulu, Hüseyn
Bozalqanlı, Çoban Əfqan, Mola Cümə və başqaları böyük şöhrət qazanmışdı.
Qəzəlçiliyin geniş yayılması ilə əlaqədar olaraq Bakıda, Şamaxıda, Qarabağda, Lənkəranda, Ordubadda şairlərin bir sıra ədəbi məclisləri təşkil olunmuşdu. Şuşadakı «məclisi-üns» ədəbi məclisin üzvlərindən biri xan qızı Xurşidbanu Natəvan (1832-1897) idi.
Bu dövrdə realist satirik poeziyanın ən görkəmli nümayəndəsi S.Ə.Şirvani idi. O, zəngin irs qoyub getmişdi.
Mədəniyyət sahəsində ən böyük nailiyyətlərdən biri Milli mətbuatın yaranması oldu. Ziyalıların qabaqcıl nümayəndələri Milli mətbuatın əsasını qoymaq üçün min cür əziyyətə qatlaşırdılar. H.B.Zərdabinin məşəqqətli mübarizəsindən sonra istənilən məqsədə nail olundu. 1875-ci il iyunun 22-də «Əkinçi» qəzetinin birinci nömrəsi çapdan çıxdı. 1877-ci il sentyabrın 29-dək çap olunan «Əkinçi» qəzeti ayda iki dəfə 300-400 tirajla çap olunmaqla cəmi 56 nömrəsi çıxmışdı. «Əkinçi» qəzeti «Daxiliyyə», «Əkin və ziraət xəbərləri», «məktubat», «elmi xəbərlər» və «təzə xəbərlər» başlıqları altında 5 şöbəyə bölünürdü.
«Əkinçi» qəzetinin nəşri dayandırıldıqdan sonra 1879-cu ildə Tiflisdə Azərbaycan dilində «Ziya» adlı yeni qəzet çıxmağa başladı. Qəzet həftədə bir dəfə nəşr edilirdi. Həcmi 4-8 səhifədən ibarət idi. Cəmi 76 nömrəsi buraxıldı. Qəzetin redaktoru mürtəce baxışlı ziyalı olan Seyid Ünsizadə idi. 1880-ci ilin sonunda «Ziya» qəzeti «Ziyayi Qafqaziyyə» adı ilə çıxmağa başladı. Onun nəşri 1884-cü ilin iyun ayına qədər davam etdi. Bu müddət ərzində 104 nömrəsi çıxdı. Bu qəzetin nəşri davam etməklə, 1880-ci ilin yanvarında Tiflisdə «Ziya» mətbəəsində «Kəşkül» adlı yeni bir qəzet nəşrə başladı. Onun naşiri demokratik ziyalıların nümayəndələrindən olan Cəlal Ünsizadə idi. «Kəşkül» həftədə bir dəfə nəşr olunurdu. Onun cəmi bir nömrəsi çapdan çıxdı. «Kəşkül» qəzeti 1891-ci ilə qədər nəşr olundu.
70-90-cı illərdə Bakıda burjuaziyanın vəsaiti ilə onun ideologiyasını təbliğ edən bir sıra («Bakinskiye izvestiya», «Kaspi» və s.) qəzetlər nəşr edilirdi. Əsrin sonunda Bakıda 16 mətbəə fəaliyyət göstərirdi.
Milli teatrın təşəkkül tapması xalqımızın mənəvi həyatında böyük hadisə oldu. 1873-cü ildə Bakıda çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı. İlk teatr tamaşası 1873-cü il martın 22-də Novruz bayramı günündə Bakı realnı məktəbi teatr həvəskarları truppasının təşəbbüsü ilə hazırlanmışdı. Onlar
M.F.Axundovun «Hacı Qara» komediyasını göstərmişlər. Bununla Milli teatrın əsası qoyuldu. Bu tamaşadan sonra 80-90-cı illərdə ətrafında yeni qüvvələr toplanan Bakı həvəskarlar truppası 1883-cü ildə peşəkar teatr qrupuna çevrildi. Az vaxt içərisində Bakıda bir sıra istedadlı teatr xadimləri Cahangir Zeynalov, Həbibbəy Mahmudbəyov, Nəcəfqulu Vəliyev, H.Sarabski və b. yetişdi. 1895-ci ilin yanvarında Bakıda həvəskar aktyorlar tərəfindən N.Nərimanovun «Nadanlıq» pyesi tamaşaya qoyuldu. Bir il sonra müəllifin «Dilin bəlası» və ya «Şamdan bəy» pyesi tamaşaya qoyuldu. Tamaşadan yığılan pulun bir hissəsi Nərimanov kitabxanasına sərf edildi.
Maarifə və mədəniyyətimizə böyük qayğı göstərən kapitalist H.Z.Tağıyev
1883-cü ildə teatr binası tikdirdi (hazırda Ş.Qurbanov adına Musiqili Komediya teatrının binası).
Musiqi – əsrin birinci yarısında olduğu kimi, musiqi iki istiqamətdə inkişaf edirdi. Onlardan birini əsrlər ərzində püxtələşən, xalqın həyatı ilə sıx bağlı olan və peşəkar, ustad aşıqlar tərəfindən inkişaf etdirilən aşıq yaradıcılığı təşkil edirdi. Digəri, xanəndə və sazəndələrin yaradıcılığını təmsil edən istiqamət idi. Onların hər birinin öz ansamblı və repertuarı vardı.
ΧΙΧ əsrin ikinci yarısında musiqi ifaçılığı sahəsində istedadlı ustalar yetişmişdi. Onların sırasına Xarrat Qulu, Sadıqcan, Hacı Hüsü, Cabbar Qaryağdı, Ələsgər Abdullayev, Keçəçi Məmməd və onlarla başqaları daxil idi.
Musiqi xadimlərinin beşiyi, Qafqazın konservatoriyası Qarabağın ürəyi Şuşa idi. Şuşadakı musiqi məktəbləri musiqinin yayılmasında və peşəkar xanəndələrin və sazəndələrin yetişdirilməsində misilsiz rol oynamışdı.
Kapitalizmin sürətlə inkişafı Bakıda tikinti işlərinin geniş miqyas almasına səbəb oldu. Bir-biri ilə rəqabətə girən milyon sahibləri zənginliyi və təmtəraqı ilə diqqəti cəlb edən gözəl binalar tikdirirdilər. Bu möhtəşəm binalar şəhərə yaraşıq verməklə bərabər, əvəzsiz abidələrə çevrilirdilər. Onlar indi də müasir Bakının gözəl inciləridir.
Keçmiş əsrlərdə tikilmiş abidələrin bərpası sahəsində də iş aparılırdı. 50-ci illərdə Şəkidə xan sarayının bərpası başa çatdırıldı.
Rəssamlıqda və təsviri sənətdə M.M.Nəvvabın, X.Natəvanın, M.Q.İrəvaninin əsərləri marağa səbəb olurdu.
FƏ Sİ L 15. Şİ MAL İ AZƏ R BAY CAN X X Ə SR İ N Ə V V Ə L L Ə R İ NDƏ
(1900-1918-ci İ L )

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin