Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1. XX əsrin əvvəllərində Azərbaycanda sosial-iqtisadi vəziyyət. § 2



Yüklə 3,15 Mb.
səhifə116/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   173
Ar2019-47-1

§ 1. XX əsrin əvvəllərində Azərbaycanda sosial-iqtisadi vəziyyət. § 2. Azərbaycanda milli təfəkkürün formalaşması.
§ 3. Azərbaycan I Dünya müharibəsi illərində.(1914-1918).
§ 4. Cənubi Azərbaycan 1905-1911-ci illərdə Məşrutə inqilabı dövründə. Səttarxan.
§ 5. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti.

§ 1. XX əsrin əvvəllərində Azərbaycanda sosial-iqtisadi vəziyyət


1900-1903-cü illər iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsiri. Neft və digər sənayesi sahələri. XX əsrin əvvəllərində Rusiya inhisarçı kapitalizm mərhələsinə qədəm qoymuşdu. Müstəmləkəçilik sisteminə uyğun olaraq milli ucqarlar iqtisadi cəhətdən Rusiyanın təsərrüfat sisteminə uyğunlaşdırıldığı üçün XX əsrin əvvəllərində Rusiyanin müstəmləkəsi olan Azərbaycanda da kapitalist istehsalı sürətlə inkişaf edirdi. Çarizmin müstəmləkə siyasəti inhisarların meydana gəlməsinə şərait yaradırdı. Rusiyaya güclü xarici kapital axını nəticəsində Rusiya kapitalizmi Qərbi Avropadan asılı vəziyyətə düşmüşdü. Rusiyaya axışan xarici kapital əsasən imperiyanın milli ucqarlarına, o cümlədən yüksək gəlir gətirən Azərbaycan neft sənayesinə yönəldilmişdir.
Lakin 1900-1903-cü illərdə bütün dünyanı bürüyən iqtisadi böhran Rusiyanın iqtisadi-siyasi həyatda daha ağır fəsadlara yol açdı. Başqa kapitalist ölkələrə nisbətən Rusiyada böhranın təsiri daha dərin iz buraxdı. 1900-1903-cü illər ərzində ölkədə 3 minədək iri və xırda müəssisələr bağlanmışdı, imperiyanın iqtisadi həyatı iflic halına düşmüşdü.
Böhran Rusiyanın kapitalist sənayesini əhatə etdiyi kimi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdi, xüsusilə də neft sənayesində özünü daha güclü surətdə biruzə verdi. İstehsalla tələbat arasındakı kəskin uyğunsuzluq iqtisadi böhranı daha da dərinləşdirirdi. Qiymətlərin kəskin şəkildə aşağı düşməsi Bakı neft birjalarının fəaliyyətinin dondurulmasına səbəb olmuşdu..
Lakin neft məhsullarına olan tələbatın azalmasına baxmayaraq Bakı mədənlərində neft hasilatı artmaqda davam edirdi. Bazarda tələbat olmadığına görə təkcə 1901-ci il martın 1-nə qədər 163 milyon pud neft ehtiyatı yığılıb qalmışdı. Belə vəziyyət bazar qiymətlərinin aşağı düşməsinə və neft sənayesində qeyri-sabitliyə səbəb olurdu. 1901-ci ildə neft məhsullarının qiyməti əvvəlki ilə nisbətən 43% aşağı düşdü.
Böhran neft istehsalı və emalı ilə məşğul olan şirkətlərin də vəziyyətinə ciddi təsir göstərmişdi. 167 şirkətdən 1902-ci ildə ancaq 136-sı neft çıxarılmasını davam etdirirdi. 1903-cü ilin sonlarına yaxın isə 170 şirkətdən ancaq 153 fəaliyyət göstərirdi. Xırda və ota müəssisələrin rəqabətə davam gətirə bilməməsi nəticəsində, təkcə 1901-ci il ərzində Bakıda 13 zavod ya satılmış, ya da başqa neft cəmiyyətləri tərəfindən icarəyə götürülmüşdü.
Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların iflasına səbəb olmuş, neft istehsalınının iri inhisarların əlində cəmləşməsinə şərait yaratmışdı. 1901-ci ildə Bakıdakı 146 şirkətdən beş ən iri şirkət (Nobel qardaşları birliyi, Rotşild, Mantaşev və K*, Xəzər-Qara dəniz birliyi, Bakı neft cəmiyyəti) bütün neft istehsalının 42,5%-ni öz əlində cəmləşdirmişdi. Bu neft kompaniyaları içərisində isə başlıca rolu Nobel qardaşları, Rotşild və Mantaşovun şirkətləri oynayırdı.
Bu dövrdə neft daşınması və ixrac sahəsində neft sənayeçiləri arasında kəskin mübarizə gedirdi. Nobel qardaşları, Rotşild və digər iri neft sahibkarları neft ixracını öz inhisarları altına almağa çalışırdılar. Artıq London neft sindikatı “Konsolideyted petrolium” ingilis bazarında ağ neft ticarəti üzrə nəzarəti ələ keçirmiş, Amerika tresti “Standart oyl” ilə razılaşmasına görə 40%-dən artıq Rusiya neft məhsullarını bu bazara buraxmamağı öz öhdəsinə götürmüşdü.
Beləliklə, neft ixracı sahəsində iri inhisarçılar arasında kəskin rəqabət başlamışdı. 1902-ci il iyulun əvvəllərində Bakı neft sahibkarlarının özlərinin xüsusi ixrac sindikatını təşkil etmək cəhdi “Nobel qardaşları birliyi”, “Xəzər-Qara dəniz cəmiyyəti” kimi iri inhisarların kəskin müqavimətinə rast gəldi və uğursuzluqla nəticələndi. İxrac uğrunda mübarizədə dünya bazarında xüsusi mövqeyə sahib olan iri, xarici şirkətlər qalib gəldi.
Qeyd etmək lazımdır ki, qiymətlərin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycan neft sənayesi bütövlükdə yenə də iri inhisarlar üçün böyük gəlir gətirən bir sahə idi. Məsələn, 1902-1904-cü ilərdə “Nobel qardaşları şirkəti” neftdən 9,3 milyon manat, “Bakı neft cəmiyyəti” isə 1,5 milyondan artıq nəqd gəlir əldə etmişdilər.
Bakı nefti uğrunda mübarizədə Britaniya şirkətləri daha çox fəallıq göstərirdilər. 1898-1903-cü illər ərzində ingilis kompaniyaları Bakı neft müəssisələrinə 47 milyon manat pul qoymuşdular. 1902-ci ildə Bakıda 39,4 milyon manat kapitalı olan 11 ingilis müəssisəsi fəaliyyət göstərirdi. 1904-cü ildə Rusiyadakı Britaniya neft cəmiyyətləri ingilis kompaniyası olan “S.M.Şibayev və K*”rəhbərliyi altında birləşdirildi. 1905-ci ilin martında isə Nobel qardaşları şirkəti və “Mazut” cəmiyyəti “S.M.Şibayev və K*”, “Oleum” şirkətləri ilə birləşərək Bakı neft sənayeçiləri sindikatının əsasını qoymuş oldular. Amerikanın “Standart oyl” tresti də Bakı neftinə böyük maraq göstərirdi. 1904-cü ildə Bakı sənayeçiləri ilə bu trest arasında bağlanan qeyri-bərabər müqavilə nəticəsində Rusiyanın neft məhsulları tədricən dünya bazarlarından sıxışdırılıb çıxarılmağa başlamışdı.
Lakin Azərbaycan neft sənayesində inhisarlaşma prosesinin dərinləşməsi eyni zamanda texniki tərəqqinin ləngiməsinə, neft istehsalının azalmasına səbəb olduğu üçün Rusiya tədricən dünya neft hasilatındakı birinciliyi itirirdi.Belə ki, Rusiyada istehsal olunan neftin 83%-i Bakıda çıxarılsa da neft sənayeçiləri müasir texnologiyalara vəsait qoymaqdan çəkindiyi üçün Bakı neft istehsal texnikası XIX əsrin 80-90-cı illəri səviyyəsində qalmışdı.
Neft sənayesindəki durğunluq iri kapital axınının da azalmasına səbəb olmuşdu. Bundan başqa Rusiyanın rus-yapon müharibəsindəki müvəffəqiyyətsizliyi və 1905-1907-ci illər inqilabı xarici inhisarların çar hökumətinə inamını azaltmış və bu ölkəyə kapital qoymaqdan çəkindirmişdi. Neft sənayesindəki bu durğunluq I Dünya müharibəsi ərəfəsinədək davam etdi.
Böhran əlaməti neft sənayesi ilə bərabər metallurgiya, ipəkçilik, balıqçılıq, duz istehsalı sənayesində də özünü göstərməkdə idi. Beləki,1900-1903-cü dünya iqtisadi böhranı illərində 1900-cü il 1903-cü il
mis filizi istehsalı 3,9 milyon puddan 3,2 milyon puda mis əridilməsi 199499 puddan 149462 puda duz istehsalı 439 min puddan 345,2 puda balıq sənayesi isə 73,7mln.ədəddən 57,7 mln. ədədə düşmüşdü
Bu dövrdə sənaye böhranı iri şəhərlərin ticarət dövriyyəsinə mənfi təsir göstərməsinə baxmayaraq , bütövlükdə götürdükdə Azərbaycabda ticarətin həcmi artmaqda idı. Bakıda hər il baharda təşkil olunan ticarət yarmarkasına 1903-cü ildə gətirilən malların məbləği 1902-ci ilə nisbətən 146,4 min manat, satılan malların məbləği isə 98,7 min manat yüksəlmişdı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin