Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 2. Azərbaycanda milli təfəkkürün formalaşması



Yüklə 3,15 Mb.
səhifə119/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   173
Ar2019-47-1

§ 2. Azərbaycanda milli təfəkkürün formalaşması


XX əsrin əvvəllərində bir-birinin ardınca baş verən iqtisadi böhranlar (19001903, 1906-1908) nəticəsində işsizlik artmaqda idi və işçilərin iqtisadi vəziyyəyi ağırlaşmışdı, kəndlilərin narazılıqları güclənmişdi. Rusiyanin digər milli ucqarlarında olduğu kimi Azərbaycabda da ictimai-siyasi hərəkat canlanmışdı. Çarizm bu hərəkatın milli-azadlıq hərəkatına çevrilməsinin qarşısini almaq üçün 1902-ci il yanvar ayında fövqəladə vəziyyət elan etdi. Bu arada inqilabçı təşkilatlar Azərbaycan işçıləri arasında təbliğatı genişləndirməyə səy göstərirdilər.
Azərbaycanda genişlənməkdə olan milli müstəmləkə hərəkatında iki müxtəlif istiqamət gözə çarpırdı: 1) türk və islampərəst milli burjua hərəkatı; 2) bu hərəkatdan öz məqsədləri üçün istsfadə etməyə çalışan bolşevik erməni-rus ittifaqının təsiri altına düşən sosialist hərəkatı.
Bu dövrdə Rusiyada sosial-inqilabi hərəkatı genişlənmişdi.Bu hərəkatın ən nüfuzlu partiyası olan Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) Azərbaycanın siyasi həyatına da nəzarəti ələ almaq məqsədilə 1901-ci ildə partiyanın Bakı komitəsini yaratdı. Lakin Bakıda yaradılan bu komitənin tərkibində bir nəfər də olsun azərbaycanlı yox idi. Hər vasitə ilə güclü sənaye mərkəzi olan Bakıda sosial hərəkata nəzarəti ələ keçirməyə çalışan bu təşkilat özünün mətbuat orqanı “İskra” qəzetini və digər inqilabi ədəbiyyat çap etmək üçün burada “Nina” gizli mətbəəsini təşkil etdi.
Dekabr ümumi tətili. İlk kollektiv müqavilə. 1900-1904-cü illərdə Bakida sosial gərginlik artmaqda idi. 1901-1902-ci illərdə Bakı fəhlələri 1mayı kütləvi nümayişlərlə qeyd etdi, 1903-cü il iyulun 1-də ümumi tətil keçirildi. Nəhayət getgedə artan gərginlik 1904-cü ilin dekabrın 13-də başlayan böyük siyasi tətillə partladı. İlk olaraq tətilə başlayan “Xəzər-Qara dəniz cəmiyyəti” zavodunun fəhlə lərinə daha sonra Nobel qardaşları, Rotşild, Mantaşev şirkətlərinin fəhlələri, bütün Balaxanı-Sabunçu, Bibiheybət neftçiləri, Qara şəhər və Ağ şəhərin müəssisələri və s.-nin işçiləri də qoşuldular.Dekabr tətilində RSDFP Bakı komitəsi ilə bərabər Lev, İlya, Qleb Şendrikov qardaşlarının təşkil etdiyi “Müstəqil işçi hərəkatı” və ya “Balaxanı və Bibiheybət işçi İttifaqı” və milli sosial-demokrat “Hümmət” təşkilatları da siyasi fəaliyyət göstərirdilər. 1903-cü ildən bəri bolşevik və menşevik qruplarına parçalanmış RSDFP üçün ciddi rəqib olan şendrikovçular əsas diqqəti iqtisadi xarakter daşıyan məsələlərə yönəltmişdilər. Azərbaycabda siyasi həyatin canlandıği belə bir vaxtda müsəlman işçiləri arsında təbliğat aparan milli sosialdemokrat təşkilatı “Hümmət”in sıralarında S.M.Əfəndiyev, M.Məmmədyarov, Ə.Axundov, B.Sərdarov, M.Əzizbəyov, N.Nərimanov fəaliyyət göstərmişlər.
1904-cü il dekabr tətili Bakı fəhlələrinin ən böyük tətili oldu və Rusiyanın inqilabi mübarizə tarixində ilk dəfə olaraq fəhlələrin qələbəsi ilə başa çatdı. Dekabrın 30-da tətilçilərlə neft sənayeçiləri arasında danışıqlar müvəffəqiyyətlə başa çatdırıldı və fəhlələrin “Mazut konstitusiyası” adlandırdıqları ilk müştərək müqavilə imzalandı. Nəhayət .dekabrın 13-də başlayan Bakı fəhlələrinin ümumi tətili qalibiyyətlə başa çatdırıldı.
Dekabr günlərində keçirilən Bakı tətili 1905-ci ilin yanvarında başlayan Ümumrusiya inqilabı üçün bir başlanğıc oldu. Belə ki, dekabr tətilindən cəmi bir neçə gün sonra Rusiyanin çarlıq rejimini kökündən sarsıdan 1905-1907-ci illər I rus inqilabı baş verdi. Rus despotizmi bu illərdə aldığı zərbələrdən bir daha özünə gələ bilmədi.
1905-ci il yanvarın 9-da Peterburqda nümayiş içtirakçılarının gülləbaran edilməsi tarixə “Qanlı bazar” hadisəsi kimi daxil oldu və imperiyanın hər yerində, o cümlədən Azərbaycabda da etiraz çıxışları və tətillərin başlamasına səbəb oldu. “Qanlı bazar” hadisəsi Bakıda çox böyük əks-səda doğurdu. Bakı müəssisələrində başlanan tətilə Azərbaycanın bir çox bolgələrinin işçiləri, o cümlədən Gəncə, Gədəbəy fəhlələri də qoşuldular.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin