Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə122/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   173
Milli-azadlıq hərəkatı. XX əsrin əvvəllərində Azərbaycabda gedən milli – azadlıq hərəkatında mahiyyətcə bir-birinə zidd olan 2 istiqamət – burjua-liberal və inqilabi-demokratik istiqamətlər mövcud idi. Bu istiqamətlər də öz növbəsində bir neçə qollara ayrılırdı;Azərbaycanın gələcək dövlət quruluşu, habelə Rusiyanin siyasi quruluşu və başlanmış inqilabın ortaya çıxardığı kəskin problemlərlə bağlı müxtəlif mövqelər mövcud idi. Baçlıca olaraq “Müsəlman Konstitusiya Partiyası” ətrafında birləşən və “Ümumrusiya müsəlman ittifaqı” nin nümayəndələri olan sənaye-ticarət burjuaziyası və burjua ziyaliları kadet proqramına qoşulmuşdu. Bu cərəyani Ə.Topçubaşov , Ə.Ağayev, M.Vəkilov kimi ziyalılar təmsil edirdi.
Milli hərəkatın inqilabi-demokrat cinahını isə milli sosialist partiyası olan “Hümmət” təmsil edirdi. İnqilabi-demokratik istiqamətin liderləri isə B.Sərdarov, M.Ə.Rəsulzadə, M.Hacinski, A.Kazımzadə, N.Nərimanov və b. idilər. M.Mövsümov. S.Əfəndiyev, A.Axundov kimi RSDFP-nın azərbaycanlı üzvləri isə çar bürokratiyası, rus despotizminə qarşı çıxırdı. Ziyalılar inkişafın əsas yolunu yerli dildə təhsilin genişləndirilməsində, qadın hüquqlarının qorunmasında görürdülər.
Şimali Azərbaycabdakı milli hərəkata Türkiyə və İranda meydana gələn hərəkatların da təsiri olmuşdu. Azərbaycan ziyalıları XIX əsrdə parçalanmış Azərbaycanın İran nəzarətində qalan Cənubi Azərbaycan türklərinin də problemlərinə biganə qalmır, burada baş verən 1907-1908-ci illər milli-azadlıq hərəkatını( məşrutə inqilibı) həyəcanla izləyirdilər.
XX əsrin əvvəllərində Şimali Azərbaycabdakı milli hərəkat ən çox Türkiyədə genişlənən türkçülük ideologiyasından təsirlənmişdi. Məlumdur ki, islamın olduğu qədər türkçülüyün də mərkəzi Türkiyə idi. Çarlıq rejiminin təqibinə uğrayan bir çox azərbaycanlı türkpərəst ziyalılar İstanbula gələrək türkçülük hərəkatına qoşulmuşdular. Hətta Ə.Hüseynzadə ilə İ.Qasprinki (Qaspıralı) Türkiyədə təsis olunmuş “İttihad və Tərəqqi” partiyasının Mərkəzi Komitəsinə üzv seçilmişdilər. Ziya Gökalpın məşhur “ Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası Azərbaycan ziyalılarının təfəkküründə və Azərbaycan milli hərəkatında özünəməxsus yer tutmuşdu.
Müsavat” partiyasının yaranması. Azərbaycan türklərinin milli-azadlıq hərəkatında heç bir təşkilat “Müsavat” partiyası qədər təsirli rol oynamamışdır.
1905-1907-ci illər inqilabından sonra qabaqcıl Azərbaycan ziyalılarının bir hissəsi Türkiyədə öz fəaliyyətlərini davam etdirirkən , Bakıda qalan bir qrup ziyalı sonralar Azərbaycanın ən böyük milli-siyasi təşkilatına çevriləcək “ Müsavat “ partiyasının əsasını qoydular. Rus inqilabının süqutu ilə xəyalları puç olmuş bir qrup keçmiş hümmətci müsəlman xalqlarının millətçi ideyalarından təsirlənərək A.Kazımzadə, T.Nağıyev və M.Rəsulzadənin rəhbərliyi ilə 1911-ci ildə Müsavat adlı bir dərnək qurdular. Bu ad müsəlmanların ruslarla bərabər hüquqlara sahib olmasını, eyni zamanda bütün islam dünyasında müstəqilliyə qovuşmaq arzusunu özündə əks etdirirdi. Müsavatın proqramı aşağıdakı müddəalardan ibarət idi:

      1. Milliyət və təriqət fərqinə baxmayaraq bütün müsəlmanların birliyi;

      2. Müstəqilliyini itirmiş müsəlman ölkələrinin yenidən müstəqil olmasına çalışmaq;

      3. Müstəqilliklərini müdafiə etmək üçün mübarizə aparan bütün müsəlman ölkələrinə maddi və mənəvi yardım göstərmək;

      4. Müsəlman millətlərin və dövlətlərin müdafiə gücünü artırmaq üçün yardım etmək;

      5. Bu fikirlərin yayılmasına mane olan bütün maneələri dəf etmək;

      6. Müsəlmanların birləşməsinə və inkişafına çalışan bütün partiyalarla əlaqə

yaratmaq;

      1. İnsanlığın rifahı və inkişafı üçün çalışan xarici partiyalarla əlaqə yaradıb fikir mübadiləsi aparmaq;

      2. Müsəlmanların yaşayışı üçün zəruri olan ticarət, sənaye və iqtisadi həyatı gücləndirmək üçün hər cür vasitədən istifadə etmək;

Daha çox ziyalılar, tələbələr, tacirlər və iş adamları tərəfindən dəstəklənən “Müsavatın” proqramında Ə.Hüseynzadənin “Türkləşmək, Avropalaşmaq, İslamlaşmaq!” ideyası öz əksini tapmışdı. Hətta bu ideya sonralar Azərbaycan Cümhuriyyətinin bayrağında da təmsil olunmuşdu.
1913-cü ildən etibarən Müsavat partiyası M. Rəsulzadənin simasında təcrübəli siyasətçi və yetişmiş bir liderə sahib olaraq Azərbaycanın ən nüfuzlu partiyasına cevrilmişdi. Bu dövrdə Rəsulzadə çarın Romanovlar sülaləsinin 300 illiyi münasibətilə imzaladığı əfv fərmanından istifadə edərək Vətənə - Azərbaycana dönməyi Türkiyədə azərbaycanlı mühacirlər arsında yaşamaqdan üstün tutmuşdu. Türkiyədən dönən kimi Müsavat partiyasının sıralarına daxil olan M.Rəsulzadə çox az bir müddət içərisində partiyanin lideri səviyyəsinə yüksələrək hər zaman türk xalqlarının birliyi ideyasını təbliğ edirdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin