Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə125/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   173
Ar2019-47-1

Kənd təsərrüfatı. Müharibə illərində kənd təsərrüfatında da gerilik müşahidə olunurdu. İstər əkinçilik, istərsə də maldarlıq xeyli ixtisara düşdü, pambıq əkin sahələri əsaslı surətdə azaldı, bağçılıq və üzümçülük tənəzzülə uğradı. Müharibə dövründə Azərbaycan kəndinin xeyli dərəcədə işçi qüvvəsindən, qoşqu heyvanlarından, əmək alətlərindən, toxumdan, ərzaqdan məhrum edilməsi, Rusiya və xarici bazarlarla əlaqələrinin kısilməsi –Azərbaycan kəndində ciddi təsərrüfat böhranına səbəb oldu. Taxıl əkinləri təkcə 1 il ərzində (1914-1915) 42% azalmışdı, dənli bitki sahələri Yelizavetpol quberniyasında 1913-cü ilə nisbətən 1916-cı ildə 70%, Şuşa qəzasında isə 80% azaldı.
Heyvandarlıq da ağır vəziyyətə düşmüşdü. Əgər 1913-cü ildə Zaqafqaziya-
da iri buynuzlu mal-qaranın 43%-i, xırda buynuzlu mal-qaranin 45%-i, atların
51%-i Azərbaycanın payına düşürdüsə, 1916-cı iıdə bu göstəricilər müvafiq surətdə aşağıdakı kimi idi: 29%, 30%, 44%.
Ərzaq məhsullarının qiyməti də sürətlə bahalaşmaqda idi. 1914-cü illə müqayisədə 1916-cı ildə çörəyin qiyməti 226%, 1917-ci ildə isə 300% armışdi. 1916cı ildə taxılın qiyməti müharibə ərəfəsindəki dövrlə müqayisədə 7-8 dəfə artmışdı.
Qafqaz cəbhəsi. I Dünya müharibəsi illərində Avropada yaradılmış əsas cəbhələrlə bərabər Şərq və Qafqaz cəbhəsi də açılmışdı. Qafqaz cəbhəsi Batumdan Cənubi Azərbaycabdakı Urmiya gölünədək uzanırdı. Türkiyə Qafqaz cəbhəsinə böyük əhəmiyyət verirdi. Türk qoşunlarının Qagqaz cəbhəsindəki əməliyyatlarına Ənvər paşa rəhbərlik edirdi. Ənvər paşa Osmanlı Türkiyəsinin sarsılmış qüvvəsinin İ Dünya müharibəsi nəticəsində yenidən qüdrətli bir dövlət halına gələcəyinə inanırdı. Onun ən müqəddəs arzusu Qafqaz və Orta Asiya türklərinin Rusiya əsarətindən xilas edilməsi idi. Onun əsas idealı “turançılıqla” bərabər dünya müsəlmanlarının birliyi, onların arasındakı əlaqələrin möhkəmləndirilməsi idi. Ənvər paşa Qafqaz cəbhəsini yalnız Azərbaycan türkləri üçün deyil, bütün Qafqaz müsəlmanları üçün qurtuluş mənbəyi kimi görürdü. Onun əsas məqsədi Qafqazda İslam dövləti qurmaq və Türkiyə ilə Rusiya arasında bir bufer dövlət yaratmaqla Qafqaz türklərini himayə etmək idi.
Beləliklə, 1914-cü il oktyabrın 31-də Qafqaz cəbhəsində hərbi əməliyyatlar başlandı və türk qoşunları Kars və Batum tərəfdən Qafqaza girərək müvəffəqiyyət qazandı.Rus ordusina qarşı noyabrın 17-nədək davam edən döyüşlərdə qazandığı qələbədən ruhlanan Ənvər paşa Sarıqamış istiqamətində də rus ordusunu darmadağın edərək Karsı ələ keçirməyi qərara aldı.
Lakin ağır qış şərtləri, əsgərlərin təchizat çatışmamazlığı, döyüşə hazırlıq mərhələsinin çox qısa olması və s. səbəblər üzündən Sarıqamış əmliyyatında türklər məğlub oldular və 1915-ci il yanvarın 2-də Ənvər paşa Ərzuruma qayitmalı oldu. Beləliklə, Qafqaz cəbhəsində Ənvər paşanın turançılıq hərəkatının ilk mərhələsi uğursuzluqla nəticələndi.
1916-cı ilin oktyabr ayından etibarən Rusiyadakı ölkədaxili problemlər: sabitliyin pozulması, ərzaq qıtlığı, bahalıq, möhtəkirliyin artması nəticəsində paytaxt Petroqradda və digər şəhərlərdə hökumət əleyhinə çıxışlar başlanmışdı. Belə böhran vəziyyəti Rüsiyanin müharibə vəziyyətinə , həmçinin Qafqaz cəbhəsinə də təsir etdı. 1917-ci ilin qışında Rusiya ordusu xəstəlik və aclıqdan 100.000 əsgər itirmişdi. Belə anarxiyadan istifadə edən bolşeviklər Rusiyada hökumət çevrilişı etdilər. Bundan sonra Rus ordusundakı anarxiyanin qarşısını almaq mümkün olmadı. 1917-ci ilin dekabrında Qafqaz cəbhəsindəki rus əsgərlərinin 200-ü fərarilik etdi. Cəbhədə cəmi 40.000 əsgər qaldı. İnqilabın təsiri ilə rus qüvvələrinin cəbhədən geri çəkildiyi vaxt türk qoşunları hücuma keçərək torpaqlarını bir-birinin ardınca işğaldan azad etməyə başladı. Şərqi Anadolu ilə Qara dəniz bölgəsini tamamilə düşməndən azad edən türk ordusunun müvəffəüiyyətləri Ənvər paşanı 1914cü ildə yarımçıq qalan Qafqaz səfərini başa catdırmağa sövq etdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin