Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Petroqradda fevral burjua-demokratik inqilabı



Yüklə 3,15 Mb.
səhifə126/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   173
Ar2019-47-1

Petroqradda fevral burjua-demokratik inqilabı. Carizmın devrilməsi. Ağır müharibə şərtləri Rüsiyada çarizmin devrilməsinə gətirib çıxardı. 1917-ci il fevralın 28-də Petroqradda başlanan inqilab Dövlət Dumasının çar hökumətinə qarşı çıxaraq Müvəqqəti hökumət qurması və çarın taxtdan devrilməsi ilə nəticələndi. Beləliklə də 304 illik Romanovlar sülaləsinin , eyni zamanda rus monarxiyasının sonu çatdı. Hakimiyyət demokratik seçki üsulu ilə Müəssislər Məclisi qurulanadək Müvəqqəti hökumətə keçdi.
Yeni rejimin ilk işi bütün Rusiya vətəndaşlarının dini və milli məhdudiyyətlərinin aradan qaldırılması oldu. Daha sonra əhalisi qeyri-rus etnik bölgələrdə yerli xalqın nümayəndələrinə daha çox söz haqqı verən idarə sistemi yaradılması qərara alındı. Martın 9-da Qafqaz vilayətlərinin idarə edilməsi üçün Zaqafqaziya Xüsusi Komitəsi yaradıldı.Bu komitə bölgənin milli qruplarını təmsil edən vəkillərdən təşkil ediləcəkdi. Azərbaycanı Y.M.Cəfərov təmsil etməli idi. Lakin Komitə fəaliyyətinin ilk dövründən etibarən xalqın etimadını qazana bilmədi və siyasi təşkilatlar tərəfindən ləğv edildi.
Fevral inqilabından sonra Şərqi Zaqafqaziyada siyasi təşkilatlar 2 əsas qrupda cəmləşmişdi: I qrupa rusların çoxluq təşkil etdiyi solçu sosial-demokrat və sosial-inqilabçıların hakim olduğu Sovetlər aid idi. Sovetlər arasında daha cox diqqət mərkəzində olan Bakı Sovetinə 52 üzvünün cəmi 9-nun bolşevik olmasına baxmayaraq bolşevik Şaumyan rəhbər seçilə bilmişdi.
II qrup siyasi təşkilatlara isə əsasən Azərbaycanın milli birlikləri aid idi. Bütün bu təşkilatlar da öz növbəsində Müsəlman Əhalisi Cəmiyyətləri Birliyində cəmlənmişdi. Birliyin sədri Topçubaşov, idarə komitəsinin sədri isə M.N.Hacınski idi.
Rusiyada monarxiya rejiminin devrilməsindən bir neçə gün sonra Gəncədə “ Türk Adəm-i Mərkəziyyət Firqəsi ” yaradıldı. Bu partiya Rusiyada millətlərin müstəqilliyinə əsaslanan Federal dövlət quruluşu ideyasını təbliğ edirdi. Buna görə də federalistlər adlanan bu təşkilatın qurucusu türkçülük ideologiyasının liderlərindən olan Qasprinskinin kürəkəni N.Yusifbəyov idi. Rüstəmbəyov, D.Ağazadə, Xasməmmədov qardaşları təkilatın liderlərindən idilər.
Bu dövrdə fəaliyyət göstərən milli partiyalardan biri də 10 il əvvəl olduğundan daha marksist xarakterdə yenidən siyasi meydana atılan “Hümmət” təşkilatı idi. Lakin bu dövrdə “Müsavat” daha nüfuzlu təşkilata çevrildiyi üçün “Hümmət” xalq kütlələri içərisində özünə möhkəm dayaq yarada bilməmişdi. Həm də RSDFP-nın təsiri altına düşərək 1917-ci ildə sosial-demokratların menşevik və bolşevik qanadlarına bölünməsindən təsirlənən “Hümmət” təşkilatı da belə paralel parçalanmaya məruz qaldı; Nərimanov tərəfdarları Bakıda bolşevik qrupunu,
Ə.Əbilov, S.Ağamalıoğlu, A.Qarayev və b. isə Tiflisdə menşevik qrupunu yaratdılar. Lakin hümmətçilər belə parçalansalar da 1917-ci il dekabr ayında keçirilən Qafqaz Müsəlmanlrı qurultayında vahid partiya kimi təmsil olunmuşdular.
Fevral inqilabının yaratdığı yeni şəraitdə Bakıda aprelin 15-indən 20-dək davam edən Qafqaz Müsəlmanları Qurultayı toplandı. Qurultayda Rusiyada federal respublika yaradılması ideyası təklif edildi. Lakin bu məsələdə fikir ayriliğı mövcud idi; Solçu sosialistlər Rusiya ilə birləşməkdə israr edirdilər, sağçılar isə bu məsələni islampərəst ideyalar mövqeyindən dəyərləndirərək müsəlman birliyi tərəfdarı kimi çıxış edirdilər.
Beləliklə, 1905-ci il rus inqilabı dövründə Rusiyanin müsəlman liderləri arasındakı fikir ayrılıqları 1917-ci ilin yazında daha kəskin şəkildə ortaya cıxmışdı. Bu ixtilaflar 1917-ci il mayın 1-də Moskvada keçirilən növbəti Ümumrusiya Müsəlmanları Qurultayında daha da dərinləşdi. Qurultayda etnik və bölgə cəhətdən coğrafi ayrılma tərəfdarlarının lideri M.Rəsulzadə çıxış yolunu din baxımından deyil, eyni kök baxımından birləşməkdə, yəni türk xalqlarının birliyində görərək “ Öncə türk, sonra müsəlman!” prinsipi ilə hərəkət etməyi tövsiyyə edirdi. Nəticədə qurultay müstəqillik tərəfdarlarının qələbəsilə başa çatdı və 271 səsə qarşı 446 səs çoxluğu ilə Rusiyanin “coğrafi-federal əsasa dayanan demokratik bir cumhuriyyətə dönməsi” tələbini qəbul etdi. Qurultayda həmçinin azlıqlarla bağlı 2 qərar da qəbul edildi: 1. Rusiya bölgələrində yaşayan müsəlmanlara mədəni muxtariyyət verilməsi; 2. Ümumrusiya müsəlmanlarının dini və mədəni həyatını təmin etmək üçün səlahiyyətli müsəlman idarəsi yaratmaq.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin