Azərbacanda kəndli hərəkatı. Qaçaqçılıq. Rusiya imperiyasının təhkimçilikdən azad etdikləri minlərlə rus kəndlisinin münbit Azərbaycan torpaqlarında yerləşdirməsi, onsuz da yetişdirdiyi məhsulun çox hissəsi əlindən alınan Azərbaycan kəndlilərinin vəziyyətini daha da ağırlaşdırmışdı. Ağır vergilərdən cana doyan, ərazilərinin bir qismi əlindən alınıb ruslara və ermənilərə verilən, ticarət işləri ermənilərə həvalə edilən Azərbaycan xalqı bu haqsızlıqlardan doyaraq rus müstəmləkəçiliyinə qarşı qaçaq hərəkatına başladı. Rus idarəsinin ağır vergilərini ödəməkdən boyun qaçıran Nəbi adlı Azərbaycan kəndlisi ilə başlayan “Qaçaq Nəbi” hərəkatı qısa bir zamanda bütün Azərbaycana yayılaraq milli-azadlıq hərəkatına çevrildi. 1905-1907-ci illərdə qaçaqçılıq hərəkatı bütün Azərbaycanı bürümüşdü.
1907-ci ildə Cavanşir qəzasının bir neçə kəndində kəndli çıxışları baş verdi. Bunun ardınca Azərbaycanın müxtəlif yerlərində kəndli həyəcanları bürüdü. Qaçaqçılıq hərəkatı Yelizavetpol qəzasında daha güclü idi.1909-cu ildə Yelizavetpol qəzasının Goranboy-Əhmədli kəndində Qatir Məmməd adi ilə məşhur olan Məmməd Əli oğlu Məmmədovun(1893-1919) başçılığı altında kəndli silahlı dəstəsi, 1910-cu ildə Kərbalayi Əsgərin üsyançı dəstəsi, Qaçaq Məşədi Yolçunun dəstəsi, və b. hökumət və torpaq sahibləri üçün zəhmli bir qüvvəyə çevrilmişdi.
Göründüyü kimi, çar hökumətinin kəndlilərin torpaq mülkiyyətinə dair verdiyi qanunlar (1900-cü il 1may və 1903-cü il 21 aprel qanunları ) problemi həll etmək əvəzinə daha da mürəkkəbləşdirdi. Bu problem 1912-1913-cü illərdə həyata keçirilən aqrar qanunların verilməsinə qədər həll edilməmiş qaldı. 1912-ci il dekabrın 20-də Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satılması haqqında qanun verildi. Lakin bu qanun Zaqatala dairəsinə yalnız 1913-cü ildə şamil edildi. 1912-1913-cü il qanunları Azərbaycan kəndlilərinin böyük əksəriyyətini təşkil edən xəzinə-dövlət kəndlilərinə aid edilmədi.
Ticarət. XX əsrin əvvəllərində Azərbaycabda ticarət kapitalının təmərküzləşməsi prosesi sürətlənmişdi. İnhisar və kredit ticarəti inkişaf edirdi, iri kapitalist ticarət müəssisələri ilə yanaşı kiçik və orta ticarət müəssisələrinin də sayı artmışdı, iri şirkət və kompaniyaların satışı genişlənmişdi. Bu dövrdə daxili ticarətin təşkili sistemi təkmilləşir, onun formaları genişlənirdi. 1904-cü ildə Bakı quberniyasında
104 min manat illik dövriyyəsi , 11,4 mln. manat illik mənfəəti olan 5154 ticarət müəssisəsi fəaliyyət göstərirdi.Yelizavetpol quberniyasında da ticarət müəssisələrinin sayı çoxalır, illik dövriyyəsi artırdı.1909-cu ildə 17 milyon, 1910-cu ildə isə 16,7 milyon manatlıq ticarət dövriyyəsi olmuşdu. Ticarət kapitalının təmər-küzləşməsi prosesi sürətlə gedirdi. Təkcə Bakı şəhərində 1904-cü ildə 56, 1910-cu ildə 98, 1913-cü ildə
200 ticarət evi var idi. 1910-cu ildə Gəncə, Şuşa, Şəki və Naxçıvanda 7 ticarət evi fəaliyyət göstərirdi.