Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 8. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ



Yüklə 3,15 Mb.
səhifə147/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   173
Ar2019-47-1

§ 8. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ


1970-80-ci illər Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatında mühüm irəliləmələr dövrü olmuşdur. Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, tədrisin səviyyəli xeyli yüksəlmişdi.
Bu illərdə respublikada 101 min nəfərin məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verilmişdi.
Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı. Bu məktəblərdə müəllimlərin sayı 132 min nəfərə qədər artmışdı.
Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəaliyyət göstərirdi. Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini təmin etmək məqsədilə
H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəbi təşkil olundu.
80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri, o cümlədən 91 pioner və məktəblilər sarayı, 1593 pioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.
Peşə təhsili sistemi inkişaf edirdi. 70-80-ci illərdə respublikada 100 yeni texniki-peşə məktəbi təşkil edilmişdi. 1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagird təhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər.
Təsərrüfat, maarif, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70 min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Plan İqtisad, Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedaqoji məktəbinin Mingəçevir və Naxçıvan politexnikumlarının, Səki pedaqoji məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərkən istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.
1970-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə rus dili və ədəbiyyatı (Slavyan universiteti) və Pedaqoji Xarici Dillər İnstitutları yarandı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə Xankəndi Pedaqoji institutları, 1976-cı ildə İnşaat mühəndisləri institutu, 1981-ci ildə Gəncə texnologiya institutu təşkil edildi.
1980-ci illərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor, akademik, 3021 nəfəri dosent dərs deyirdi. Ali məktəblərdə hər il 100 min nəfər tələbə təhsil alırdı. Təkcə Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.
Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. «Azərbaycan tarixi»nin tədrisi artırıldı. 1988-ci ildən bütün ali və orta ixtisas məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illlərin sonlarında hər 1000 nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta təhsilli idi.
İnsanların biliyinin, mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub və mədəniyyət evi, 3 kinoteatr istifadəyə verilmişdi.
Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və curnalların sayı 45,3 milyon nüsxəyə çatdırılmışdı. Hər 1000 nəfərə 6,4 min nüsxə kitab və jurnal düşürdü.
Respublikada 87 yeni muzey – 1972-ci ildə «Azərbaycan xalçası və tətbiqi sənət muzeyi», Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə Ü.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə Bakıda C.Cabbarlının, Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil olundu.
Həmin dövrdə Gəncədə «Nizami» təsviri sənət qalereyası, «Nizami dövrü və yaradıcılığı muzeyi» açıldı.
70-80-ci illərdə respublikada 8 yeni dövlət teatrı açıldı və onların sayı 20-yə qədər olmuşdu.
Kütləvi informasiya vasitələri şəbəkəsi artmaqda idi. 1990-ci ildə 259 qəzet, jurnal və məcmuə çap olunurdu. Dövri nəsrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.
1976-87-ci illərdə 10 cildlik «Azərbaycan Sovet Ensiklopediyası» çapdan çıxdı. Bu dövrdə 20 cildlik «Azərbaycan ədəbityyatı kitabxanası» 50 cildlik
«Dünya Uşaq ədəbiyyatı Kitabxanası», 100 cildlik «Dünya Ədəbiyyatı kitabxanası», Molla Nəsrəddin 12 cildlik toplusu nəşr edildi. (1-ci cild).
70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdu. Elmi müəssisələrin sayı 151-ə, o cümlədən elmi-tədqiqat institutlarının sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3 nəfərədək artmışdı.
1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə başladı. 1975-ci ildən «Xəzər» elmi mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyətə başladı.
1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə, 3300 elmi işçi fəaliyyət göstərirdi.
Bakı həmin dövrdə «Neft Akademiyası» adlanırdı. Bu sahədə görkəmli alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehtiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqaları görkəmli araşdırmalar aparırdılar. O dövrdə Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirin neft və qaz yataqdarı kəşf olunmuşdu.
Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdu. Z.Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Mahmud İsmayılov, Oqtay Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər ulu elmin inkişafında mühüm rol oynamışdılar. Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu. M.Dilbazi, Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışdılar.
Bədii nəşrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Babayevanın əsərləri çox maraqla oxunulurdu.
Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrazimovun «Pərvanə», «Cənub hekayələri» maraqla qarşılanırdı.
Respublikada musiqi, ifaçılıq, teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi.
Fikrət Əmirovun «1001 gecə», Aqşin Əlizadənin «Babək» baletləri musiqi sənətinin ən mühüm nailiyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə
Axundova «Gəlin qayası» operasını yazdı.
Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. «Azərbaycanfilm kinostudiyasında «Şərikli çörək», «Yeddi oğul istərəm», «Ulduzlar sönmür», «Babək», «Tütək səsi», «İstintaq», «Axırıncı aşırım», «Dədə Qorqud» və başqa filmlər çəkildi.
Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr oldu. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elm, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri, kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin, tarixinin, dilinin öyrənilməsi və təbliği genişləndi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin