Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 2. Azərbaycan döyüşçüləri, müharibə cəbhələri və müqavimət hərəkatında



Yüklə 3,15 Mb.
səhifə143/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   173
Ar2019-47-1

§ 2. Azərbaycan döyüşçüləri, müharibə cəbhələri və müqavimət hərəkatında


Müharibənin ilk günlərindən minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşdu. 1941-ci ildə Brest qalasının qəhrəman müdafiəçiləri arasında 44 nəfər azərbaycanlı var idi. 1941-ci ldə kiçik leytenant İsrafil Məmmədov Novqorod yaxınlığında Moskva yaxınlığındakı döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov, Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini məhv etdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad döyüşlərində düşmənin 6 təyyarəsini məhv etdi.
1942-ci ilin yay ayında faşistlər «Edelveys» planı üzrə Qafqaza hücuma hazırlaşırdılar.
1942-ci il sentyabr 9-da Azərbaycan SSR-də hərbi vəziyyət elan olundu. Bakı müdafiə rayonu yaradıldı. Düşmən 1942-ci ildə 71 dəfə, 1943-cü ildə isə 3 dəfə Bakının səmasına soxulmağa cəhd etdi. Faşistlərin Bakı üzərində 96 hərbi təyyarəsi məhv edildi.
Qafqazın Mozdok qayonundakı döyüşlərdə 402, 416 və 223-cü Azərbaycan diviziyaları işitrak edirdi. İsmayıl Əliyev idi. 1943-cü ildə isə 50 nəfər azərbaycanlı Məmməd Əliyevin başçılığı ilə faşist düşərgəsindən qaçaraq Krımda partizan dəstəsi yaratmışdı.
1942-ci ildə Belorusiyanın Borisov şəhərində «Dyadya Kolya» partizan birləşməsinin qərargah rəisi polkovnik Ələkbər Əliyev idi. O, 1944-cü ildə Suvarov adına partizan dəstəsinə komandir təyin edilmişdi.
Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqaviməti hərəkatında da iştirak edirlər. 1942-ci ilin yarında Polşadakı faşist əsir düşərgələrində azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılar. Təşkilata azərbaycanlı zabitlər Nadir Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər.
1942-ci ilin noyabrında Fransada faşistlərin ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan azərbaycanlı Əhmədiyyə Cəbrayılov – «Azmed Mişel» Xarqo adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmişdi. Ə.Cəbrayılov Fransa paradında əsgərə generaldan irəlidə getmək hüququ verən hərbi medalla təltif olunmuşdu.
1942-ci ilin avqustunda ağır yaralanaraq əsir düşən Mehdi Hüseynzadə Yuqoslaviya partizanlarına qoşulmuş və «Mixaylo» ləqəbi ilə fəaliyyət göstərmişdi. O, hitlerçilərə qarşı müharibədə əfsanəvi qəhrəmanlıqlan göstərmiş, 700 hərbi əsiri azad etmişdi. Yuqoslaviya xalq Azadlıq ordusunun kəşfiyyatçı-təxribat qurupuna rəhbərlik edən Mixaylo 1000 nəfərdən çox alman zabitini məhv etmişdi. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsinin özünə vurmuşdu. Ona ölümündən xeyli sonra – 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Əli Babayev İtalyadakı partizan hərəkatında iştirak etmiş, Harribaldi adına
batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtalyanın yüksək mükafatına layiq görülmüşdü.Sovet Ordusunun Şimali Qafqazı azad etmək əməliyyatlarında Azərbaycan diviziyalarında döyüşən əsgərlər qəhrəmanlıq göstərirdilər. Tuapşe uğrunda döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini öldürdü və öz həyatı bahasına komandirini xilas etdi. İdris Süleymanov, Baloğlan Abbasov, Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görüldülər.
1943-cü ilin yay hücumu zamanı H.Əcdərov Oryol şəhəri üzərinə qələbə bayrağını sancdı. Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqləndilər.
Tanqanroq şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə 416-cı diviziyaya «Taqanroq diviziyası» fəxri adı verildi. Hərbi əməliyyatlarda qəhrəmanlığına görə 271-ci diviziya «Qorlovva diviziyası» fəxri adını aldı. 416-cı və 77-ci diviziyalar «İkinci dərəcəli Suvorov ordeni» ilə təltif olundular.
1944-cü il iyunun 29 –30 -da H.Aslanovun komandanlıq etdiyi 35-ci qvardiya-tank briqadası Berizna çayını keçib Pleşeni şəhərini azad etdi. 1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qərəmanı adı ilə təltif olunmağa təqdim edildi. Bu fərman ölümündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi.
223-cü diviziya Yuqoslaviyanın azad edilməsində fəal iştirak etdiyinə görə fəxri «Belqrad diviziyası» adını aldı. Polşa və Çexoslovakiyanın azad edilməsi uğrunda döyüşlərdə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1945-ci ilin fevralında 416-cı diviziy Oder çayı sahilinə çıxaraq Berlin üzərinə yeridi və may ayının 2-də Brandenbuq darvazası üzərinə qələbə bayrağı sancdı. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Ağır döyüşlərdə əsr düşmüş və faşist düşərgələrinə salınmış azərbaycanlı əsrlərin çoxu faşist əsarətindən qurtulmaq üçün mübarizə aparır və düşərgələrdən qaçaraq partizanlara qoşulurdular. Onlardan biri də Smolenskidə fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi «şücaətinə görə» gümüş medali lə təltif olunmuşdu. Vilayət Hüseynov Mussolinini həbs edən partizanlar arasında olmuşdu. Əkbər Ağayev isə Buhenvald ölüm düşərgəsində yaradılan təşkilatın rəhbərlərindən biri olmuş, ələ keçdikdən sonra güllələnmişdi.
Müharibə illərində nəinki faşizmə, habelə sovetizmə qarşı da müqavimət hərəkatı fəaliyyət göstərmişdi. Belə meyllər daxildə qaçaqçılıq hərəkatında və xaricdə nasistlərin dəstəyi ilə sovet rejiminə silahlı mübarizə aparan legionların yaradılmasında təzahür etmişdi. Bu işdə xaricdəki siyasi mühacirlərin də mühüm rolu olmuşdu. Müharibənin ilk günlərində faşistlərə əsir düşən mayor Əbdürrəhman (Əbo) Fətəlibəyli Düdənginski tərəfindən antisovet milli hərbi legionların yaradılması təklifi verilmişdi. 1941-ci ilin payızında Almaniyaya dəvət olunmuş M.Ə. Rəsulzadə ilə də azad edilmiş azərbaycanlılardan xüsusi legionlar yaradılması müzakirə edilmişdi.
Hətta Hitler, 1941-ci il dekabrın 22-də Qafqaz müsəlmanlarından xüsusi hərbi hissələr yaradılması haqqında əmr vermişdi. 1942-ci ilin yayında azərbaycanlılardan təşkil edilmiş edilmiş 7mindən çox döyüşçüsü olan “Bozqurd”, “Aslan” , “Dönməz”, “Vətən”, “Qafqaz” və.b. hərbi dəstələr Qafqaz cəbhələrində döyüşlərdə iştirak etmişdilər. 1943-cü ilin yazında antisovet müqavimət hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı.
Almaniyanın vasitəsilə Azərbaycanın müstəqilliyinə nail olmaq niyyətində olan M.Ə.Rəsulzadə faşist başçıları ilə söhbət zamanı bunun mümkün olmadığını başa düşdükdən sonra Almaniyanı tərk etmişdi. Ə.F.Düdənginskinin başçılığı ilə 1943-cü ilin payızında yaradılmış Azərbaycan parlamenti və hökuməti fəaliyyət göstərmişdi. O, 1944-cü ilin qışında fəaliyyətini dayandırmışdı.
1945-ci il mayın 8-də Almaniya danışıqsız təslim oldu. 9 may tarixə qələbə
günü kimi daxil oldu. Lakin ikinci dünya müharibəsi davam edirdi. Sentyabrn 2də Yaponiyanın təslim olması ilə müharibə qurtardı.
1941-45-ci illərdə respublikanın 700 mindən çox oğlan və qızı cəbhəyə getdi. Onlardan 11 mini qadın idi.
Azərbaycan bütövlükdə strateji-coğrafi mövqeyinə, iqtisadi potensialına görə Dünya müharibəsinin iştirakçısı olan böyük dövlətlərin hər birinin maraq dairəsində idi. Faşist Almaniyası Şimali Azərbaycanı işğal etdikdən sonra Cənubi Azərbaycan da daxil olmaqla İranı zəbt edib, ona nail olmaq niyyətində idi. İngiltərə və ABŞ-ın Şərq siyasətində də İran dövlətinin tərkib hissəsi kimi Cənubi Azərbaycan əhəmiyyətli yer tuturdu.

§ 3. Cənubi Azərbaycan II Dünya müharibəsi dövründə


İkinci dünya müharibəsi İran, o cümlədən Cənubi Azərbaycanın ictimai-siyasi durumuna güclü təsir göstərdi. Müharibənin əvvəlində İran hökuməti öz bitərəfliyini elan etsə də, Rza Şah başda olmaqla hakim dairələr açıq faşistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatçılarının fəaliyyət meydanına çevrilmişdilər. SSRİ 1921-ci ildə bağlanmış Sovet-İran müqviləsinin 6-cı maddəsinə əsaslanaraq 1941-ci ilin avqustunda öz qoşunlarını İrana yeritdi.
SSRİ və Böyük Britaniyanın qoşunlarının İrana yerləşdirilməsi 1941-ci ildə İranda Rza şahın hərbi polis recimi iflasa uğratdı. Rza Şah oğlu Məhəmməd Rzanın xeyrinə hakimiyyətdən əl çəkməli oldu və bir gündən sonra ingilislər tərəfindən sürgün olundu.
1941-ci il oktyabrın 11-dən cənubi Azərbaycanda yerləşdirilmiş Sovet ordusu hissələrindəki azərbaycanlı zabit və əsgərlər üçün Təbrizdə Azərbaycan türkcəsində nəşr edilən «Vətən yolunda» və Urmiyadakı «Qızıl əsgər» qəzetləri burada ana dili probleminin həllində, ədəbi dilin formalaşmasında son dərəcə mühüm rol oynadı.
1941-ci ilin sentyabr-oktyabr aylarında Təbrizdə geniş xalq kütlələrinin mitinq, yığıncaq və nümayişləri keçirildi. Sentyabrın 29-da Tehranda İran Xalq Partiyası yaradıldı. 1941-ci ilin noyabrı 1942-ci ilin əvvəllərində İXP-nin Azərbaycandakı təşkilatlarının təşəbbüsü ilə müxtəlif ictimai-siyasi, mədəni-maarif klubları, birlik və cəmiyyətlər yaradıldı və onlar hərəkatın əsas qüvvəsinə çevrildi.
Cənubi Aəzrəbaycanda demokratik ruhlu qəzet və jurnallar nəşrə başlandı. «Azərbaycan cəmiyyəti» və onun mətbu orqanı olan «Azərbaycan» qəzeti demokratik və Milli qüvvələrin səfərbər edilməsində mühüm rol oynadı.
Demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən birinci mərhələsində bahalıq və möhtəkirliyə, rüşvətxorluğa qarşı mübarizə aparılırdı. Bu mərhələdə hərəkatın əsas xüsusiyyəti Milli dərketmənin, Milli şüurun misilsiz dərəcədə inkişafından ibarət idi.
1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın ikinci mərhələsi başlandı. Bu məhəllə Almaniyanın müharibədə məğlub edilməsindən sonra əsaslı surətdə dəyişilmiş beynəlxalq vəziyyətlə bağlı idi.
İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün milli demokratik hərəkatın düşmənləri ilə əlbir hərəkat edir, etnik toqquşmaları qısqırdır və vətəndaş müharibəsi törətməyə can atırdılar.
Milli-demokratik qüvvələr mürtəce İran hakimiyyətinə qarşı mübarizə aparmaq üçün 1945-ci il sentfyabrın 3-də Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Demokratik Partiyasının yaradılması haqqında bəyanatla xalqa müraciət etdilər.
Partiyanın proqramında İran Dövləti tərkibində Azərbaycana inzibati-təsərrüfat, mədəni müxtariyyət verilməsi, bütün İranın siyasi həyatının demokratikləşdirilməsi, iqtisadi-ictimai islahatların keçirilməsi vəzifələi irəli sürüldü.
SSRİ-nin Cənubi Azərbaycanda Milli-demokratik və azadlıq hərəkatının nəticəsində marağı var idi. İ.V.Stalin ADP-nin yaradılmasına və təşkilata S.C.Pişvərinin rəhbər seçilməsinə razılığını vermişdi. O, AK(b)P MK-nin I katibi M.C.Bağırova Cənubi Azərbaycandakı Milli-demokratik hrəkata Milli-mənəvi kömək haqqında tapşırıq vermişdi. Bu məsələlərlə bağlı 1945-ci ilin avqustunda Sovet Azərbaycanında M.C.Bağırovla S.C.Pişvərinin görüşü olmuşdu. S.C,Pişəvəri tarixin Azərbaycan xalqının taleyi üçün verdiyi bu nadir imkandan istifadə etməyə razı olmuşdur.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin