Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1. Azərbaycan İkinci Dünya Müharibəsi illərində



Yüklə 3,15 Mb.
səhifə142/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   173
Ar2019-47-1

§ 1. Azərbaycan İkinci Dünya Müharibəsi illərində.
§ 2. Azərbaycan döyüşçüləri, müharibə cəbhələri və müqavimət hərəkatında.
§ 3. Cənubi Azərbaycan İkinci Dünya müharibəsi dövründə.
§ 4. Azərbaycan ikinci dünya müharibəsindən sonrakı illərdə (1945-1960).
§ 5. Müharibədən sonra Azərbaycan-Ermənistan münasibətləri. Azərbaycanlıların öz doğma yurdlarından – Qərbi Azərbaycandan deportasiyası.
§ 6. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı (1945-1946).S.C.Pişəvəri.
§ 7. 1970-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.
§ 8. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ. § 9. Cənubi Azərbaycan İran İslam inqilabı və ondan sonrakı dövrdə.

§ 1. Azərbaycan İkinci Dünya Müharibəsi illərində


XX əsrin 30-cu illərin sonu üçün dünyada siyasi vəziyyət çox mürəkkəb və ziddiyyətli hal almışdı. Beləki, dünyanın qabaqcıl ölkələrdən olan ABŞ, İngiltərə və Fransanın yarıdımı və köməkliyi nəticəsində Almaniya və İtaliya, Şərqdə isə militarist Yaponiya müharibə ocağı yaratdılar.
Birinci Dünya müharibəsində məğlub olan Almaniya Versal hərbi buxovlarını qıraraq təcavüzkarlıq fəaliyyətini genişləndirdi.
İkinci dünya müharibəsi ərəfəsində təklikdə kapitalist dünyasına qarşı duran
SSRİ faktoru bəşəriyyətin siyasi inkişafına əsaslı təsir göstərirdi.
Bolşevizm, kommunizm təhlükəsindən qorxan və ona hədsiz nifrət bəsləyən kapitalist dövlətləri SSRİ-nin hansı tərəfdən çıxış edəcəyinə böyük maraq göstərir, xüsusən faşist bolkunun «Antikominten» pərdəsindən istifadə edən ingilis-fransız hakim dairələri SSRİ-nin təkləmək, faşist Almaniyasını ona tərəf yönəltmək siyasəti yürüdürdülər.
Belə şəraitdə keçmiş SSRİ-nin başlıca yolu manevr etmək, necə olur-olsun, təcavüzü özündən uzaqlaşdırmaq siyasəti yürütməkdən ibarət idi.
Təklənməkdən ehtiyat edən sovet rəhbərliyi 1939-cu ilin əvvəllərindən İngiltərə və Fransa hökumətlərinin təkliflərinə cavab olaraq təcavüzkara qarşı birgə hərəkət etmək barədə danışıqlara başladı. Danışıqlar çox ləng, uğursuz və həvəssiz getdiyini görən faşist Almaniyası manevr edərək SSRİ-ilə müvəqqəti razılığa gəlməyi qət etdi.
Müharibə ərəfəsində dünyada yaranmış böhranlı vəziyyət, tamamilə təklənmək təhlükəsi SSRİ-nin faşist Almaniyasının təklifini qəbul etməyə məcbur etdi. 1939-cu il avqustun 23-də SSRİ ilə Almaniya arasında on il müddətinə bir-birinə hücum etməmək müqaviləsi imzalandı. Bu müqavilə SSRİ-yə faşist təcavüzünün vaxtını uzatmaq məqsədini güdürdü.
SSRİ tərəfindən hələ 1939-cu il aprelin 3-də Hitler tərəfindən təsdiq edilmiş «Vays» (və ya. Ağ plan) planına müvafiq olaraq sentyabrın 1-də Polşaya hücum etdi. 1939-cu il sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Bununla İkinci Dünya müharibəsi başlandı.
Dünya ağalığı niyətində olan faşist Almaniyası hələ təqribən iki il əvvəl 10 il müddətinə imzaladığı hücum etməmək, dostluq və əməkdaşlıq müqavilələrini pozaraq 1941-ci il iyunun 22-də xaincəsinə keçmiş SSRİ-yə basqın etdi.
Faşistlərin fikrincə SSRİ-nin aradan götürülməsi dünya ağalığına gedən yolun geniş açılması demək idi. Çoxdan niyyətində olduqları və «Barbarossa» planı adı altında hazırladıqları bu müharibədə nəyin bahasına olursa-olsun Sovet imperiyasının parçalanıb məhv edilməsi, Uraldan Şərqə kiçicik rus dövləti vəziyyətində saxlamaqdan ibarət idi.
Bu müharibədə faşist Almaniyasının məqsədini açıqlayan A.Hitler 1941-ci il maptın 30-dan müşavirədə demişdi: «Rusiyada bizim vəzifəmiz hərbi qüvvələri, dövləti məhv etməkdir. Elə hərəkət etməyin ki, kommunist təhlükəsi bir daha baş qaldırmasın». SSRİ sərhədləri keçirildikdən sonra faşist radiosu bildirmişdir ki, «Şərq səfəri dünya mədəniyyətini bolşevizm təhlükəsindən azad edəcəkdir».
Müharibənin ilk dövründə düşmən çox güclü olduğundan bir-birinin ardınca nailiyyətlər əldə edirdi. Almaniya SSRİ-yə nisbətən hərbi cəhətdən çox güclü idi. Müharibə başlanandan bir gün sonra ümumi səfərbərlik elan edildi. Arxada və ön cəbhədə bütün hakimiyyət 1941-ci il iyunun 30-da yaradılmış DMK-nin əlində cəmləşdirilmişdi. Ali baş komandanlıq Qərərgahı yaradılmışdı.
Partiya, Dövlət və təsərrüfat orqanlarının, ictimai təşkilatların işi müharibə dövrünün tələblərinə uyğun olaraq yenidən qurulmuşdu.
Düşmən hücumuna məruz qalan Qərb rayonlarından sənaye və digər obyektlərin, əhalinin Şərqə köçürülməsi tədbirləri həyata keçirilmişdi.
1941-ci ilin ikinci yarısında Şərq bölgələrinə 10 milyondan çox adam köçürülmüş, 1360 iri sənaye müəssisəsi köçürülüb işə salınmışdır. Ümumiyyətlə Şərq bölgəsində 2593 sənaye müəssisəsi tikilmiş və yenidən qurulmuşdu.
Müharibənin ilk günündən Azərbaycan xalqı da SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə alman faşist işğalına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P MK-si 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə iş formalarını, metodlarını müharibə tələblərinə uyğun yenidən qurmaq haqqında məktub göndərdi.
Müharibənin birinci üç günündə Azərbaycandan 18 min Gənc Qırmızı Ordu sıralarına könüllü yola düşdü.
Müharibənin ilk günlərində Azərbaycanın 40 mindən çox oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlığa ərizə verdi.
Qısa müddətdə 186.704 nəfər xalq qoşunu dəstələri yaradıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik HHM dəstələri yaradıldı. 1941-42-ci illərdə respublikada milyon nəfər hərbi təlim proqramını öyrənmişdi.
Azərbaycan döyüşçüləri alman-faşist işğalçılarına qarşı ilk vuruşmalardan əsgəri rəşadət göstərdilər. H.B,Əliyev, K.Qasımov və b. igidliyi cəbhəyə yayıldı. 1941-ci il dekabr ayının 11-də azərbaycanlılar arasında ilk olaraq İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adı aldı. Azərbaycan xalqının fəxri olan 1941-ci ildə 402-ci və 223-cü, 1942-ci ildə 416-cı və 271-ci Milli diviziyalar yaradıldı. Bu diviziyalardan 416, 223, 77-ci atıcı diviziyalar döyüş sınaqlarından şərəflə çıxdılar.
Azərbaycan K(b)P-sı xalq təsərrüfatının hərbi qaydada yenidən qurulması sahəsində böyük iş apardı. Yüngül, toxuculuq və yeyinti sənayesi tamamilə cəbhə üçün məhsul istehsalına keçdi.
Kənd təsərrüfatında hərbi əhəmiyyətli, yeni texniki bitkilər becərilməsinə başlandı. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni və xalq təsərrüfatını yanacaqla təmin edirdilər.
Azərbaycan SSR-də yüksək aktanlı benzin istehsalına başlanıldı. Azərbay-
can neftçiləri müharibə illərində ölkəyə 100 milyon ton neft və neft məhsulları verdilər. «dənizdə, quruda və havada düşmən üzərində sovet ordusunun üstünlük qazanmasında Bakı neftçilərinin az əməyi olmamışdır. Ən çətin şəraitdə onlar ordunu və ölkənin xalq təsərrüfatını yanacaqla fasiləsiz təchiz edir, o zaman bütün Sovet neftinin təqribən dörddə üç hissəsini verirdilər». «hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı ilə işləyən Azərbaycan neftçiləri DMK-nin keçici Qırmızı Bayrağına layiq görüldü. Bakı döyüşən ordunun cəbhəxanalırandan birinə çevrildi. 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat hazırlanırdı. «Katyuşa» raketi, «Şpagin» pulemyotu istehsal edilir, «YAK-3» qırıcı təyyarəsi yığılırdı. Gəncə şəhərində 3 sənaye müəssisəsi silah hazırlayırdı.
Azərbaycan kolxozçuları da müharibənin çətin şəraitində ölkəyə yüz min tonlarla taxıl, pambıq, on min tonlarla tütün, ət, yağ, yun, meyvə və s. kənd təsərrüfatı məhsulları verirdilər.
İqtisadiyyatın hərbi qaydada qurulması ehtiyatları ödəmək üçün xalqın təşəbbüsü əsasında müdafiə fondu təşkil edilmişdi.
1941-ci ilin noyabr ayı üçün sovet xalqı könüllü olaraq müdafiə fonduna bir milyon rubl pul, 1,3 milyard rubl istiqraz, 85 kq qızıl, 6700 kq gümüş və s. qiymətli şeylər vermişdi. Orduya kömək məqsədilə 2 milyon nəfər adamı təmsil edən 24 könüllü xalq qoşunu yaradılmışdı.
Azərbaycan xalqı vətənin şanlı müdafiəçiləri üçün heç nə əsirməmirdi. Azərbaycan zəhmətkeşləri müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 295 milyon mantlıq iqtidar Verdi, müharibə dövründə dövlətdən 1,5 milyard manatlıq istiqraz və lotareya aldı, tank və təyyarə dəstələri fonduna 220 milyon manat pul ayırdı. Müharibə illərində cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 135 vaqon isti paltar yollamışdı.
Azərbaycan xalqı faşist işğalçılarından azad edilən rayonların əhalisinə yardım işində yüksək vətənpərvərlik və beynəlmiləlçilik nümunəsi göstərirdi. 1943cü ilin payızında həmin rayonlara respublika yardım komitəsi və onun rayon komissiyaları yaradıldı. Leninqrad və Stalinqrada, Stavropol ölkəsinə, Ukrayna və Şimali Qafqaz neftçilərinə hərtərəfli kömək ümumxalq işinə çevrildi.
Azərbaycan SSR-in elm və mədəniyyət xadimləri öz fədakar əməyi ilə qələbə işinə böyük yardım göstərirdilər. Y.Məmmədəliyevin rəhbərliyi ilə aviasiya
benzin istehsalının yeni texnologiyası hazırlandı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin