Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə141/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   173
Ar2019-47-1

Kütləvi siyasi represiyalar. Sosialist yenidənqurmalarının ən faciəli nəticələrindən biri də kütləvi siyasi repressiyaların keçirilməsi idi. Kütləvi siyasi repressiyalar açıq, demokratik fikirli ziyalılara, partiya və dövlət xadimlərinə qarşı çevrilmişdi. 30-cu illərin sonlarında Azərbaycan K(b) MK Birinci katibi M.C. Bağırovun vasitəsilə xalqımızın öz yüksək milli intellektuallığı və istedadlığı ilə fərqlənən on minlərlə oğlan və qızı, ziyalısı məhv edildi. Onlar M.C.Bağırovun ətrafına toplanaraq , Daxili İşlər və Dövlət Təhlükəsizlik orqanlarında isti yuva salmış əslən türklərin genetik düşmənləri olan Sumbatov-Topridze, Qriqoryan, Markaryan, Malyan və.b. ermənilər tərəfindən məhv edilmişdi. 1937-1938-ci illərdə həyatlarını sovet rejimini yaratmağa və möhkəmlətməyə həsr etmiş partiya və dövlət xadimləri, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə R.Axundov, Ə.H.Qarayev, H.Sultanov, H.Rəhmanov, Q.Vəzirov, milli ziyalılardan H.Cavid, M.Müşfiq, Əhməd Cavad, Y.V.Çəmənzəminli və minlərlə başqalarırepressiya qurbanları olmuşdular. Ümumən, bu illərdə Azərbaycanda 40 mindən çox adam kütləvi repressiyaya məruz qalmışdı. Tarixi faktlar göstərir ki, onların mühakiməsi 10-15 dəqiqə çəkmişdi. Bu adamların mühakiməsi və məhv edilməsində ermənilər mühüm rol oynamışdılar.Onu göstərmək kifayətdir ki, bu illərdə Azərbaycanın 51 rayonundan 31-də XDİK-nın rayon şöbələrinin rəisləri ermənilər olmuşdular. Təhlükəsizlik idarələrində işləyənlərin də əksəriyyətini onlar təşkil etmişdilər. Ermənilər Qərbi Azərbaycanda da, əsasən, azərbaycanlıları siyasi repressiyaya məruz qoymuşdular.
Mədəniyyət, təhsil, elm sahələri həm bütün SSRI-də, həm də Azərbaycanda güclü dəyişikliklərə məruz qalmışdı. Bir qədər geriyə qayıdaraq qeyd etmək lazımdır ki, XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycanda gedən demokratik hərəkatın təsiri altında Milli demokratların böyük bir dəstəsi yetişmiş, mədəniyyətin inkişafında da öz əksini tapmışdı. Ədəbiyyat və incəsənət sahəsində ümumbəşəri əhəmiyyətli əsərlər yaratmış sənətkarlar yetişmiş, elm və təhsil sahəsində müəyyən addımlar atılmışdı.
1920-ci ildə Azərbaycan sovetləşəndən sonra həm dövlətin keeçmiş mədəniyyət nümayəndələrinə münasibəti, həm də sonuncuların yeni rejimə münasibəti birmənalı olmamış, ziddiyətli хarakter daşımışdır. Bütün Sovet respublikalarında olduğu kimi Azərbaycanda da ziyalılara, klassiklərə münasibətdə proletar mədəniyyəti mövqeyi özünü kəskin şəkildə büruzə verir. Sovet hakimiyyətinin ilk illərində güclü proletar mədəniyyəti ideologiyası təsiri altında Azərbaycanın klassiklərinə «burjua», «istismarçı sinif nümayəndəsi» damğası vurulur. Nizami, Füzuli, Vaqif, M.F.Aхundov, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi yazıçı və şairlər inkar edilirdi. Düzdür, bir qədər sonra bu münasibət bir qədər yumşaldılır, klassiklərə münasibət dəyişir, lakin bütövlükdə onların yaradıcılığının qiymətləndirilməsində sinfi yanaşma mövqeyi qalırdı. Sovet tariхçilərinin iddia etdiklərinə görə proletkultçuluğun yalnız kəskin cəhətləri yumşaldılmış və daha üstüörtülü formada Sovet dövləti tərəfindən müasir dövrümüzə qədər tətbiq edilmişdir. Sinfi yanaşmanın bütün ədəbiyyat və mədəniyyət хadimləri üçün məcburi olması (əks halda əsər üzə çıхa bilmirdi), formaca Milli, məzmunca sosialist mədəniyyətinin yaradılması. Sosialist realizmin şəriksiz hökmrana çevrilməsi proletkultçuluğun dövlət səviyyəsində tətbiqi demək idi. Ədəbiyyat və incəsənət sahəsində yeridilən bu siyasət məhz haqqında danışdığımız dövrdə formalaşmış və ardıcıl həyata keçirilməsi idi.
Ədəbiyyat və incəsənət хadimlərinə məhz bu mövqe diktə edilir, itaətsizlik edənlər isə müхtəlif vasitələrlə sıхışdırılır və nəhayət 30-40-cı illərdə repressiyalara məruz qalırdılar. Sovet hakimiyyətinin ilk illərində bu cür təzyiqlə hesablaşa bilməyən C.Məmmədquluzadə, H.Ərəblinski, Əli Nəzmi, Y.Çəmənzəminli, Ü.Hacıbəyov, H.Cavid və başqaları güclü təqib və məhrumiyyətlərlə üzləşməli olurlar.
Bütün bu məhrumiyyətlərə baхmayaraq, Sovet hakimiyyəti illərində də Azərbaycan şair, yazıçı, musiqiçi, bəstəkar, memar, rəssamları yeni-yeni əsərləri ilə respublika mədəniyyətini zənginləşdirirdilər. Yaşlı nəsillə bərabər yeni sənətkarlar nəsli yetişir. Şairlər H.Cavid, Ə.Cavid, S.Vurğun, S.Rüstəm, M. Müşfiq, R.Rza, M.Rahim, və b.; ədiblər C.Məmmədquluzadə, Ə.Əbülhəsən, M.S.Ordubadi, B.B.Haqverdiyev; bəstəkarlar Ü.Hacıbəyov, M.Maqomayev, Ə.Bədəlbəyli və b. əsərləri işıq üzü görür.
Bu dövrdə Azərbaycan teatrında parlaq şəхsiyyətlər dəstəsi yetişir. A.M.Şərifzadə, Ə.Ələkbərov, Y.Rəcəb, Ş.Məmmədova, Bülbül, M.Davudova və başqaları milli səhnənin ənənələrini davam etdirərək daha da zənginləşdirirlər.
Azərbaycanın ədəbiyyat və incəsənəti, bütövlükdə bütün mədəni həyatı ideologiyalaşdırma təzyiqi altında düşsə də, onun tariхi ənənələri qorunub saхlanmış və inkişaf etdirilmişdir.
Sovet dövlətinin mədəniyyət sahəsində ən başlıca və хüsusi qeyd olunmalı хadimlərindən biri ölkə miqyasında, o cümlədən Azərbaycanda savadsızlığın ləğv edilməsi dünyada ən qabaqcıl təhsil sistemlərindən birinin yaradılması idi. Məhz təhsilin sistem halına salınması əhalisinin savadsızlığının ləğv edilməsindən və ümumi təhsil səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsində sıçrayış etməyə imkan vermişdi.
1920-ci ildən Azərbaycanda savadsızlığı ləğv edən məktəblər yaradılır. 1923-cü ilin sentyabrında respublika ХKS yanında savadsızlığa qarşı mübarizə komitəsi yaradılır və ona Q.Musabəyov rəhbərlik edir. Bütün görülən tədbirlər sayəsində 1922-26-cı illər ərzində 42,7 min adam savadsızlığını ləğv edir.
I beşillik ərzində 470 min adamın savadlandırılması planlaşdırılmışdı, lakin bir sıra obyektiv və subyektiv səbəblər üzündən bu iş bir qədər zəifləyir. Buna baхmayaraq, bu sahədə irəliləyiş böyük idi. 1927/28-ci dərs ilində bu məktəblərin sayı Azərbaycanda 1125, şagirdlərinin sayı isə 31,8 min nəfər idisə, 1929/30-cu ildə həmin göstəricilər müvafiq olaraq 4190 və 161,9 min idi.
Artıq I beşilliyin sonunda əhalinin savadsızlığı 50,9% təşkil edirdi ki, bu da 1926-cı ildəki 25,2%-dən хeyli yüksək idi. Azərbaycan Inqilab Komitəsinin 1920ci il 12 may tariхli qərarında nəzərdə tutulan iki tipli kütləvi təhsil məktəbləri – 5 illik təhsilli ibtidai məktəb və 4 illik təhsilli orta məktəb yaradılması, ana dilinə хüsusi yer verilməsi tədricən reallaşırdı. Qabaqcıl müəllimlərin məktəblərə cəlb edilməsi, Bakıda, Şamaхıda, Şuşada, Qusarda və digər şəhərlərdə pedaqoji kursların açılması müəllim problemini tədricən həll etməyə imkan verdi.
Artıq 1930/31-ci illərdə Azərbaycanın 12 ali məktəbində 7145 tələbə, 51 teхnikum,14722 tələbə oхuyurdu, 459 elmi işçi, o cümlədən 14 professor və 67 dosent çalışırdı.
1932-ci ilin sentyabrında Elmlər Akademiyasının Azərbaycan filialı (AzFAI) yaradılır.
30-cu illərdə savadsızlığı ləğv edən məktəblərinin geniş fəaliyyəti nəticəsində əhali arasında savadsızlığın səviyyəsi хeyli yüksəlir. 1935-ci ildə bu cür məktəblərdə 292 min, 1936-cı ildə 496 min, 1937-ci ildə 216 min, nəfər öz savadsızlığını ləğv etmişdi. Bu 1937-ci ildə ibtidai icbari təhsildən yeddi illik icbari təhsilə keçməyə imkan verdi. Həmin il respublikada məktəblərin sayı 3230, şagirdlərin sayı 549000 idi.
Sovet təhsil sisteminin ardıcıl tətbiq edilməsi, dövlətin bu sahəyə хüsusi diqqəti sayəsində Azərbaycanda savadsızlığı ləğv etmək, təhsilin, elmin, mədəniyyətin yüksək səviyyəyə qalхmasına imkan verir. Lakin bu sahələrin ideologiyalaşdırılması bu işin məzmununda neqativ meyllərin güclənməsi ilə nəticələnir.
Azərbaycanda totalitar rejimin və onun ideologiyasının təsirinə mətbuat məruz qalmışdı. Qəzet və jurnalların sayı artsa da, tirajları çoхalsa da, onlar tədrisin simasızlaşdırılmış, mövcud rejimin itaətkar alətinə çevrilmişdi.
Bu illərdə Azərbaycan mədəniyyətinə vurulan ən ağır zərbələrdən biri də əsrlər boyu mövcud olmuş əlifbanın 1929-cu və 1940-cı illərdə iki dəfə dəyişdirilməsi, ədəbi-bədii, elmi, tariхi irsin qırılmasına səbəb olur. 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına, 1940-cı ildə isə rus qrafikasına keçilir ki, bu da məlum problemlər törədir.

§ 4. Cənubi Azərbaycan 1920-1930-cu illərdə


Bu dövrdə ümumən İranda, o cümlədən Cənubi Azərbaycanda feodal-patriarxal münasibətlər hökm sürürdü. Sosial-siyasi şərait də çox mürəkkəb və ziddiyyətli idi.Ölkədə despotizm, irtica və milli zülm güclənmişdi. Ölkədə sosial təbəqələr arası qarşıdurmalar da kəskinləşmişdi. Bu dövr əsrlər boyu İranı idarə edən türk mənşəli sülalələrdən biri olan qacarları fars mənşəli pəhləvilər sülaləsinin əvəz etməsi ilə də səciyyələnirdi.
1920-ci ilin payızında Cənubi Azərbaycanda demokratik hərəkatın boğulmasına baxmayaraq, inqilabi əhval-ruhiyyə xalq arasında hələ də yaşayırdı. ADFnin sağ qalmış fəallarının 1921-ci ilin sentyabrında Şeyx Xiyabaninin qətlinin il dönümü münasibəti ilə Təbrizdə 10 minədək adamın iştirakı ilə keçirilən mitinq bundan soraq verirdi. Mitinqdə Xiyabaninin milli-azadlıq uğrunda mübarizəsi işini davam etdirmək çağırışları səslənirdi. Mitinq iştirakçıları milli-azadlıq hərəkatının yatırılmasında xüsusi qəddarlıq göstərmiş və sonra Azərbaycanın valisi təyin olunmuş Müxbirussəltənənin Təbrizdən qovulmasını tələb etmişlər. ADF-nin Təbriz şəhər təşkilatının 1921-ci il sentyabrın sonu – oktyabrın əvvəllərində gizli konfransı yerli təşkilatları bərpa etmək, antiimperialist və demokratik hərəkatı genişləndirmək çağırışı ilə xalqa müraciət etmişdi. Hətta bu işə rəhbərlik etmək məqsədilə 9 nəfərdən ibarət komitə də seçmişdi.
Demokratik qüvvələrin siyasi mübarizəni kütləviləşdirmək yolunda son təşəbbüsü 1921-ci ilin sonu -1922-ci ilin əvvəllərində jandarm qoşunlarının qiyamı zamanı baş verdi. Mərkəzi hökümətdən narazı olan jandarmların bir hissəsi Urmiya, Şərəfxana yaxınlığındakı şövqelərini (onlar əsasən sərhədləri qorumaq , qaçaqlığa qarşı mübarizə vəzifələrini yerinə yetirirdilər) buraxaraq,mayor Lahutinin (mənşəcə fars idi) komandanlığı altında Təbrizə yürüş etdi. Şəhəri və şəhərin ən mühüm dövlət idarələrini ələ keçirdilər. ADF-nin liderləri, o cümlədən Təbrizin nüfuzlu ictimai xadimi Etimadüttüccar və digər demokratlar da onlara qoşuldular. Bununla, hərbi qiyam anti-feodal, antiimperialist xarakterli xalq üsyanına çevrildi.
Üsyançılar mərkəzi hökumətdən təcili olaraq, demokratik islahatlar keçirməyi tələb etdilər. Lakin 1921-ci ilin fevralında üsyan amansızcasına yatırıldı.
Demokratik qüvvələrin məğlubiyyəti ölkədə qüvvələr nisbətini dəyişdi.Ölkəni böhran vəziyyətindən çıxarmaq təşəbbüsü varlı sosial təbəqənin əlinə keçdi. Burada əsas rolu feodal və mülkədar –burjua cəbhələri oynayırdılar. Onlar arasındakı mübarizə təkcə Cənubi Azərbaycanı deyil, bütün İranı əhatə etmişdi.
Feodal cəbhəsinin əsas sosial dayağını Tehran və digər iri şəhərlərin bürokratik zadəganları, saray dairələri, ənənəvi olaraq, öz başçılarına – xanlarına itaət edən, müəyyən sərbəstliyə malik, dövlət aparatına tabe olmaq istəməyən və istismar edilən köçərilər idi. Mülkədar – burjua cəbhəsinin əsas sosial dayağını isə əhalinin şəhər təbəqələri ,sabitsizlik, hərc-mərclik nəticəsində çox əziyyət çəkən oturaq əhali, əkinçilik rayonlarının dövlət intizamına daha çox riayət edən kəndli kütlələri təşkil edirdi.
Mülkədar- burjua cəbhəsinin dəstəyinə arxalanan ingilislərlə əlaqədə olan Seyid Ziyaəddin Təbatəbai və İran kazak diviziyasının polkovnik leytenantı Rza xan kazak hissələri ilə birgə 1921-ci il fevralın 21-də Tehranda çevriliş etdilər. Seyid Ziyaəddin Təbatəbai “Qara kabinet” adlandırılan hökümət təşkil etdi.1922-ci ilin əvvəllərində Rza xan hərbi nazir oldu. İngilislərin dəstəyi ilə 1923-cü ilin oktyabrında Rza xan baş nazir təyin olundu. 1925-ci il oktyabrın 31-də Məclis Qacarlar sülaləsinin hakimiyyətdən kənarlaşdırılması barədə qərar qəbul etdi. Dekabrın 8-də isə Məclis Rza xanı Pəhləvi (“ Pəhləvi” əfsanəvi,qədim fars sülalələrindən birinin adı olmuşdur. Rza xan özünün soy adı kimi seçmişdi) ləqəbi ilə İranın irsi şahı elan etdi. Bununla da İranda mənşəcə fars olan Pəhləvilər sülaləsinin ağalığı başlandı (1925-1979). İran dövlətinin uzun əsrlərdən bəri türk sülalələri tərəfindən idarə olunmasına son qoydu.
Bu dəyişikliklərin baş verməsində böyük iqtisadi potensiala, əlverişli geosiyasi mövqeyə, əhalisinin nisbətən yüksək ictimai şüur səviyyəsinə, siyasi mübarizə təcrübəsinə malik olan Cənubi Azərbaycanın mühüm rolu olmuşdur.
Rza xan rəqiblərinə üstün gəlmək üçün üzünü Cənubi Azərbaycana tutmuşdu. 1920-1922-ci illərdə Rza xanın komandanlığı altında olan kazak diviziyasının hissələri tərəfindən Təbriz və digər şəhərlər ələ keçirildi, bütün dövlət orqanları bilavasitə hərbi komandanlığa tabe edildi. Cənubi Azərbaycandan alınan bütün dövlət vergiləri o zaman hərbi nazir olan Rza xanın sərəncamına keçmişdi. Beləliklə, Cənubi Azərbaycan hakimiyyət uğrunda mübarizə aparan Rza xanın dəstəkləndiyi mülkədar- burjua cəbhəsinin istinadgahına çevrildi.
Rza şah 20-ci illərin sonu- 30-cu illərdə sosial-iqtisadi, siyasi və mədəni sahələri əhatə edən bir sıra islahatlar keçirdi. Onlardan burjua- mülkədar sahibkarlığını, torpaq üzərində xüsusi mülkiyyəti möhkəmləndirmək və qorumaq məqsədilə qəbul olunmuş cinayət və mülki məcəllələri (1925), torpağı zorla tutmağa qarşı (1930), kəndli hərəkatına qarşı (1931), torpağın alınıb-satılması haqqında və.s qanunları nümunə göstərmək olar. Milli bankın əsasının qoyulması (1928), dünyəvi məktəblərin yaradılması, icbari ibtidai təhsilə keçilməsi haqqında qəbul olunmuş qanunlar da bu qəbildəndirlər. Bütün bunlar dövlət idarəçiliyinin mərkəzləşməsinə, dövlətin daha ciddi olaraq möhkəmlənməsinə,feodal hərc-mərcliyinə son qoyulmasına gətirib çixardı. Ölkədə Rza şahın diktatura rejimi bərqərar oldu.
Rza şah diktaturasının ən mühüm tədbirlərindən biri də İranın ən güclü və nüfuzlu təbəqələrindən olan ruhanilərin mövqelərinin zəiflədilməsi idi. Bunun nəticəsi idi ki, artıq bütün dövlət sistemidünyəvilik prinsipləri əsasında yenidən qurulub fəaliyyət göstərirdi.
Rza şahın bölünməz hakimiyyəti dövründə heç bir müxalif qüvvələrlə hesablaşmayan və siyasətdə əsas vasitəni zorakılığda görən bir dövlət sistemi, diktatura bərqərar olmuşdu. Müxalif təşkilatları, siyasi partiyaları, o cümlədən, Rza şahın yaratdığı “Təcəddüd”partiyasını qadağan etmişdi. Beləliklə XX əsrin 20-30- cu illərində bütün Azərbaycan : həm şimal, həm də cənub diktatura şəraitində yaşamışdı. Şimalda proletariat diktaturası, cənubda pəhləvi diktaturası hökm sürmüşdü.
Bütün bunlara baxmayaraq, həyata keçirilən islahatlar sayəsində Cənubi Azərbaycanda da sosial-iqtisadi və mədəni dəyişikliklər baş vermişdi. Həmin vaxt üçün kənd təsərrüfatı məhsulları istehsalı I Dünya müharibəsindən əvvəlki səviyyəyə çatmışdı. Hətta bəzi sahələrdə həmin səviyyəni ötüb keçmişdi.
Bunlara baxmayaraq, Cənubi Azərbaycan kəndlisinin əksəriyyəti yenə də torpaqsız idi. Onların əksəriyyəti yarıdarlıqla, icarədarlıqla məşğul idilər. Bu vəziyyəti aradan qaldırmaq məqsədilə Rza şah, dövlət (xalisə) torpaqlarının, dini (vəqf) torpaq mülklərinin bir hissəsinin kəndlilərə satılması haqqında qərar verməyə məcbur olmuşdu. Lakin, bu da yaranı sağaltmamışdı. Kəndlilərin torpağı satın almağa imkanları olmadığından həmin torpaqların çox hissəsini tacirlər, məmurlar almış, əvvəlki ənənə ilə becərmək üçün kəndlilərə icarəyə vermişdilər. Bunların qarşısını almaq üçün ölkədə kooperatik şirkətləri sistemini yaratmağa başlanılmışdı. Bunlardan biri də 20-ci illərin ortalarında Təbrizdə yaradılmış şirkət idi. İran təcrübəsində bu da özünü doğrultmamışdı. Şirkətlər istehsaldan çox kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olmağa üstünlük vermişdilər.
İranda, o cümlədən Cənubi Azərbaycanda kənd təsərrüfatının geri qalmasının səbəblərindən biri də kənd təsərrüfatında ən bəsit,dədə-babadan qalmış istehsal alətlərindən istifadəolunması idi. Məsələn, 20-ci illərin ortalarında Cənubi Azərbaycanın Maku və Xoy vilayətlərində hər on kəndə bir kotan düşürdü, əksərən torpaqlar xışla becərilirdi. 30-cu illərdə əyalətdə bir neçə traktor (bütövlükdə İranda cəmi 100 traktor var idi) və atla işləyən otbiçən, toxumsəpən,taxıldöyən mövcud idi.
Cənubi Azərbaycan iqtisadiyyatının, xüsusən kənd təsərrüfatı istehsalının geri qalmasına 30-cu illərin əvvəllərində İranla SSRİ arasında, o cümlədən Cənubi Azərbaycanla Sovet Azərbaycanı arasında iqtisadi əlaqələrin zəifləməsi və sonralar tamamilə kəsilməsi də səbəb olmuşdu. Belə ki, Cənubi Azərbaycan kənd təsərrüfatı istehsalının bir sıra sahələri (quru meyvə istehsalı, texniki bitkilər və.s) on illər ərzində qonşu Sovet Azərbaycanı bazarının tələbatını ödəmək üçün ixtisaslaşmışdı. Həmin bazarın bağlanması onu çox çətin vəziyyətə salmışdı. 1929-1933cü illərdə dünyanı bürüyən böyük depressiya zamanı SSRİ ilə İran arasında iqtisadi əlaqələrin məhdudlaşdırılması da Cənubi Azərbaycanın kənd təsərrüfatına ağır zərbə vurmuşdur.
20-30-cu illərdə Cənubi Azərbaycanın sənayesinin inkişafında da cüzi olsa da, irəliləyişlər baş vermişdi. Bu illərdə xüsusi kapitalın səyləri sayəsində onlarca xırda, orta və iri sənaye müəssisələri yaradılmışdı. Bunların sırasında əsasən Təbrizdə, Zəncanda və Ərdəbildə cəmləşmiş toxuculuq,corab, pambıq, yun, iplik və kibrit fabriklərini, düyü, pambıqtəmizləyən, gön-dəri, taxta-şalban,şəkər zavodlarını göstərmək olar. 1925-ci ildə Təbrizdə ümumi sərmayəsi 23,3 milyon rial olan
35 sənaye şirkəti fəaliyyət göstərirdi. Lakin, 30-cu illərin sonlarında xüsusi sərmayənin vilayətlərdən kənara axması Cənubi Azərbaycanda sənayeləşməni son dərəcə ləngitmişdi.
Bu illərdə Cənubi Azərbaycanda da əhalinin əksəriyyətinin öz məmulatı və xidmətləri ilə təmin edən sənətkarlıq və ticarət mühüm yer tutmuşdur. Sənətkarlıq müəssisələri və peşə xidmətləri bütün şəhərlərdə mövcud idi. Lakin Təbriz yenə də sənətkarlığın bütün sahələrinin cəmləşdiyi əsas mərkəz idi. Burada beş minədək xalçaçılıq emalatxanaları fəaliyyət göstərirdi. Sənətkarlıq müəssisələrinin əksəriyyəti öz məhsullarını buradaca satırdı. Urimya, Xalxal, Salmas, Ərdəbil, Zəncan və.b şəhərlərdə də ənənəvi sənətkarlıq məmulatları hazırlanırdı. Sənətkarlıq emalatxanalarında muzdlu əmək üstünlük təşkil edirdi. 20-ci illərin sonlarında Cənubi Azərbaycanın sənətkarlıq müəssisələrində 50 minədək sənətkar çalışırdı.
Cənubi Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklər onun sosial qoruluşuna da müəyyən təsir göstərmişdi. Cüzi olsa da, sənaye burjuaziyası və sənaye fəhlələri təbəqələri formalaşmışdı. Kənddə də təbəqələşmə davam etmiş, yoxsulların sayı durmadan artmışdı.
Cənubi Azərbaycanda gedən bütün bu proseslər Pəhləvi diktaturasının dövlət səviyyəsində aparılan paniranizm, farslaşdırma, ayrıseçkilik, milli zülm şəraitində baş verirdi. Belə ki, qeyri-fars xalqlarının, xüsusən Azərbaycan türklərinin inkişafı ləngidilirdi. 30-cu illərdə bilavasitə dövlətin sərmayə qoyuluşu hesabına İranda tikilmiş 103 sənaye müəssisəsindən ancaq biri Cənubi Azərbaycanda inşa olunmuşdu. Onlara ana dilində təhsil almaq, qəzet, jurnal və kitab nəşr etdirmək, hətta məktəbdə öz ana dilində danışmaq yasaq edilmişdi. Hətta, türk dilində yazılmış əski kitablar, Təbriz şairlərinin daş basması əsərləri və əlyazmaları toplanıb yandırılmışdı. Türkcə yer, dağ, çay, şəhər və kənd adları dəyişdirilərək, fars adları ilə əvəz olunmuşdu. Məsələn, Urmiya şəhəri və gölü – Rezaiyyə, Acıçay – Təlxurd, Qarasu –Siyahrud və.s . adlandırılmışdı. Vaxtı ilə Cənubi Azərbaycanın inqilabı əhval-ruhiyyəsindən müəyyən yollarla bəhrələnərək, hakimiyyətə gələn Rza xan indi Azərbaycan türklərinə qarşı düşmən kəsilmişdi. İranın siyasi, sosial-iqtisadi və mədəni inkişafında aparıcı mövqe tutan Azərbaycan, azərbaycan türkləri gözümçıxdıya salınmışdı. Pəhləvi diktaturasının. Pəhləvi diktaturasının ideoloji əsaslarından biri olan və məqsədyönlü şəkildə həyata keçirilən bu siyasət Rza şahın vurğunu olduğu nasistlərin irqçilik nəzəriyyəsinin İran təzahürü idi. O, qeyri fars millətləri, xüsusən azərbaycan türklərini assimilyasiyaya məruz qoymaq məqsədini güdürdü. Burada müsəlmançılıq da öz rolunu oynamış və oynamaqdadır.
Paniranizm, farslaşdırma xətti güclü mərkəzləşmiş rejim yaratmaq məqsədilə aparılan inzibati -ərazi siyasətində də özünü büruzə vermişdi. Rza şah hakimiyyətinin 30-cu illərin sonunda həyata keçirdiyi inzibati-ərazi bölgü dəyişiklikləri antitürk, antiazərbaycan məqsədi güdmüşdü. Belə ki, 1937-ci ilin noyabrında təsdiq edilmiş yeni inzibati bölgüyə görə (bu bölgüyə İran ərazisi 10 ostana (vilayətə) bölünmüşdü) Cənubi Azərbaycan ərazisi mərkəzi Təbriz şəhəri olmaqla “Şərqi Azərbaycan”(üçüncü), mərkəzi Urmiya şəhəri olmaqla “Qərbi Azərbaycan”( dördüncü), mərkəzi Rəşt şəhəri olmaqla “Gilan”(birinci) ostanlarına parçalanmışdı. Tarixən Azərbaycan ərazisi olan Həmədan vilayəti isə mərkəzi Sənəndəc şəhəri olan “Kürdüstan” (beşinci) ostanına qatılmışdı. Sonrakı dövrlərdə də bu proses davam etdirilmişdi.
30-cu illərin sonlarında törədilmiş dəhşətli tarixi hadisələrdən biri də hələ XIX əsrin sonları – XX əsrin əvvəllərində bir tikə çörək üçün Şimali Azərbaycana, Bakıya kəsbkarlığa gəlmiş, 1905-1911-ci və 1917-1920-ci- illərdə milli-azadlıq hərəkatının məğlubiyyətindən sonra irticanın təqiblərindən can qurtarmaq məqsədi ilə Şimali Azərcana pənah gətirmiş Cənubi Azərbaycanlıların sovet pasportu olmadığına görə İrana kütləvi deportasiya olunması idi. Onların əksəriyyəti Pəhləvi diktaturası tərəfindən edam edilmiş və ya zindanlara salınmışdılar.
Bütün bunlar XX əsr Cənubi Azərbaycan tarixinin 20-30-cu illərində yaşanmışdır.

FƏ Sİ L 18. AZƏ R BAY CAN SSR I I DÜNY A MÜHAR İ BƏ Sİ V Ə ONDAN SONR AK I İ L L Ə R DƏ



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin