Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1.SSRİ-nin dağılması. Azərbaycan yeni siyasi sistemə keçid dövründə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası



Yüklə 3,15 Mb.
səhifə149/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   173
Ar2019-47-1

§ 1.SSRİ-nin dağılması. Azərbaycan yeni siyasi sistemə keçid dövründə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası.
§ 2. Ermənistanın Azərbaycana təcavüzü, onun nəticələri.
§ 3. Azərbaycanda siyasi sabitliyin bərpası. Sosial, iqtisadi, mədəni sahədə 1993cü ildən sonra aparılan işlər və onların nəticələri.
§ 4. Müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri.
§ 5. Azərbaycan Respublikası üçün minilliyin başlanğıcında: siyasi və iqtisadi inkişaf, mədəniyyət.
§ 1. SSRİ-nin dağılması. Azərbaycan yeni siyasi sistemə keçid dövründə .

Azərbaycanın Dövlət müstəqilliyinin bərpası


1980-cı illərin ortalarından başlayaraq SSRİ iqtisadi-siyasi böhran və tənəzzül mərhələsinə daxil oldu. 80-cı illərin ikinci yarısından ölkədə gedən ictima-siyasi proseslər, əmək intizamının zəifləməsi, istehsal səviyyəsinin aşağı düşməsi bu iqtisadi-siyasi böhranı daha da dərinləşdirmişdi. SSRİ-nin mövcud olduğu yetmiş ildən çox dövr ərzində imperiyada yaşayan xalqlara hər zaman istehsal vasitələrinin və istehsal edilən məhsulların ümumxalq malı olduğu fikri təlqin edilirdi. Əslində isə SSRİ-yə daxil edilmiş 15 respublikanın yeraltı və yerüstü sərvətlərindən gələn bütün gəlirlərin əsas hissəsinə Rusiya yiyələnirdi. Bu kapitalın böyük hissəsi hərbi sənayeyə qoyulurdu və yalnız hərbi güc göstərməklə SSRİ bütün dünya dövlətlərinə meydan oxuyu bilirdu. Xalqın maddi rifahının yaxşılaşdırılmasına isə kifayət qədsər vəsait ayrılmırdı və maddi rifah baxımından SSRİ əhalisi Avropa və Amerikadan xeyli geridə qalırdı.
Əməyi müqabilində kifayət qədər əmək haqqı almayan əhali maddi marağı olmadığı üçün həvəssiz və məsuliyyətsiz çalışırdı. Xüsusi mülkiyyətin qadağan edildiyi sovet quruluşunda əhali “birgə ictimai mülkiyyətdə”- ümumxalq mülkiyyəti sayılan xalq təsərrüfatında çalışırdı. Maddi maraq prinsipinin pozulduğu sovet təsərrüfatında nəinki məhsul bolluğu yaratmaq, hətta məhsul istehsalını sabit saxlamaq imkanı belə çətinləşirdi. Sovet hökuməti yarandığı ilk dövrdən etibarən vaxtaşırı “Hərbi kommunizm”, “Yeni iqtisadi siyasət”, “Sosializm quruculuğu proramı” vəs. bu kimi müxtəlif iqtisadi proqramlar qəbul etməklə və ya struktur
dəyişiklikləri yolu ilə mövcud siyasi sistemi qoruyub saxlamağa çalışırdı. Belə proqramlardan biri, həm də ən sonuncusu “1985-1986-cı illərdə Yenidənqurma proqramı” oldu. Lakin iqtisadi və siyasi böhranın son dağılma mərhələsini yaşayan SSRİ-ni bu islahatlar proqramı da qurtara bilmədi, əksinə bu prosesi daha da tezləşdirdi.
1990-cı il ərəfəsində SSRİ və onun sosialist bloku çox gərgin bir böhranla üzləşdi. İqtisadi, siyasi, sosial həyat həm SSRİ, həm də onun müttəfiqlərinin inkişaf potensialını tükətmiş və Qərb ölkələri ilə yarışmada tam məğlub vəziyyətə salmışdı. Dövlət idarəçiliyi, daxili siyasət, dövlət-vətəndaş münasibətləri iflasa uğrayırdı. Ölkə vətəndaşları, milli, dini, ictimai, siyasi təşkilatlar kütləvi hərəkata başlamışdılar.
ABŞ və onun Qərb müttəfiqləri isə SSRİ-nin zəifləməsindən istifadə edərək tədricən onun təsir dairəsində olan ölkələrə və bölgələrə daxil olmağa başladılar. Sosialist yönlü ölkələr bir-birinin ardınca Baltikyanı ölkələrdə, Şərqi Avropada SSRİ-yə - sosializm quruluşuna qarşı hərəkatlara başladılar. Tezliklkə sosialist ölkələri Qərbə döğu meylləndilər. Bunun ardınca ADR və AFR-in tarixi birləşməsi baş verdi və sovet qoşunlarının Avropadan çıxarılması prosesi başladı.
Nəhayət 1991-ci ildə Avropada sosializmin son nəhəngi SSRİ dağıldığını elan etdi. Beləliklə, 80-90-cı illərin əvvəllərində bütün sovet İttifaqını və sosialist blokunu bürüyən iqtisadi-siyasi tənəzzül, ağır sosial böhran sovet imperiyasının çökməsilə nəticələndi.
XX əsrin sonunda SSRİ-nin dağılması ilə müşayət olunan bir çox qlobal proseslər, xüsusən də Varşava müqaviləsi Təçkilatının ləğv edilməsi, “soyuq müharibə”nin başa çatması, dünya sosializm blokunun dağılması və dünyanın siyasi mühitinin dəyişməsinə, yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında bir-birinin ardınca yeni müstəqil dövlətlər meydana çıxmağa başladı.
SSRİ-nin dağılması ərəfəsində çox təəsüf ki, Azərbaycan hökuməti dünyada və SSRİ-də gedən ictimai-siyasi prosesləri nəzərə almadan bütün mümkün vasitələrlə Sovet hökumətini qoruyub saxlamağa çalışanlarla bir sırada dayanır və respublikanın bu qurumun tərkibindən ayrılmasına yol verməməyə səy göstərirdi. Bu məqsədlə hətta SSRİ-nin dağılmasına bir neçə ay qalmış Sovet İttifaqının saxlanması haqqında Moskvanın təşkıl etdiyi referendumu (mart,1991) Azərbaycanda da keçirərək səsvermədə iştiraqk edənlərin guya 93%-nin SSRİ-nin saxlanmasına tərəfdar olması haqqında mərkəzə saxta məlumat da vermişdi. Mərkəzi hakimiyyətin əksinə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi isə o zaman Naxçıvan ərazisində belə referendumun keçirilməsindən imtina edərək əhalinin müstəqillik əzmini nümayiş etdirmişdi.
Əslində xalqın təzyiqi və o zamankı ictimai-siyasi proseslərin təsiri ilə qəbul edilmiş 30 avqust 1991-ci il “Müstəqillik haqqında Bəyannamə” və 18 oktyabr
1991-ci il “Müstəqillik haqqında Konstitusiya Aktı” da SSRİ-nin tam dağılmasını təsdiqləyən 8 dekabr 1991-ci il tarixli Belovejsk sazişinə qədər hüquqi sənəd qüvvəsinə mindirilməmişdi. Bu sənədlərin hüquqi qüvvəyə minməsini təsdiqləyəcək
“Müstəqillik haqqında” referendum yalnız 1991-ci il dekabrın 29-da keçirildi. Bütün bunlar göstərir ki, Azərbaycan hökuməti o dövrdə nəinki müstəqil siyasət yeritmirdi, əksinə respublikanın o zamankı müstəqillik imkanlarına hər vasitə ilə mane olmağa çalışırdı.
SSRİ dağıldıqdan sonra və Azərbaycan müstəqilk dövlət statusu aıdıqdan sonra belə mövcud hökumət yalnız Rusiya ilə münasibətlərə üstünlük verirdi. Bu da sözsüz ki, həmin dövr üçün nə Azərbaycanın iqtisadi, siyasi maraqlarını əks etdirir, nə də onun müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün, suveren dövlət hüquqlarının qorunması və beynəlxalq təminatına cavab verirdi.
Azərbaycan Respublikası müstəqillik dövrünün ilk illərində keçmiş sovet rejimindən miras qalmış bir sıra problem və cətinliklərlə üz-üzə qalmışdı. 1990-cı illə müqayisədə istehsalın bütün sahələrində artım sürəti hər il azı 25%-30% aşağı düşürdü. Bu mərhələdə respublika iqtisadiyyatının inkişafına mənfi təair göstərən bir çox güclü amilər var idi:

  1. Respublika iqtisadiyyatına mənfi təsir göstərən ən güclü amil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi idi.

  2. Azərbaycan keçmiş SSRİ-nin müxtəlif bölgələrində etibarlı xammal bazalarını və məhsul satışı bazalarını tamamilə və ya qismən itirmişdi.Buna görə də sənaye müəssisələrinin əksəriyyəti dayanmış və xarici əlaqələr pozulmuşdu.

  3. 90-cı illərin əvvəllərində Respublikada mürəkkəb siyasi vəziyyət yaranmışdı. Azərbaycanda mövcud olan siyasi hökumət Azərbaycanın iqtisadi, siyasi maraqlarını əks etsirən, onun müstəqilliyinin, təklükəsizliyinin, ərazi bütövlüyünün, suveren dövlət hüquqlarının qorunması və beynəlxalq təminatına cavab verən siyasət yürütmürdü.

Nəticədə Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik baş verdi. Lakin 1992-ci ilin mart ayından 1993-cü ilin iyun ayına qədərki dövrdə fəaliyyət göstərən yeni hökumət dövlətimizin qarşısında duran strateji məqsədlərə nail olmaq baxımından əvvəlki hökumətdən uzağa gedə bilmədi. 1992-93-cü illərdə Azərbaycanda dövlət quruculuğu sahəsində hərc-mərclik , özbaşınalıq baş alıb gedirdi. Obyektiv və subyektiv səbəblər üzündən 90-cı illərin əvvəllərində Azərbaycan Respublikasının ictimai-iqtisadi həyatının bütün sferalarında ciddi böhran müşahidə olunurdu. Bu dövrdə Azərbaycan iqtisadiyyatının ən mühüm problemi istehsalın, investisiya qoyuluşunun aşağı düşməsi idi. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə təkcə 1992-1993-cü illər ərzində ümumi daxili məhsul və sənaye məhsulu istehsalı 2 dəfə, kənd təsərrüfatı məhsulu 35%, əsaslı vəsait qoyuluşu 64%, yük daşınması 66 %, mal dövriyyəsi 56% azlmışdı.
Azərbaycan müstəqilliyini ilk illərindən xarici valyutaların tam təsiri altında olduğundan ciddi iqtisadi, siyasi, maliyyə-kredit böhranı ilə də üzləşmişdi. Buna görə də hökumət yenicə dövriyyəyə buraxdığı manatın sabit kursunu təmin edə bilmədi. Bundan başqa qeyri-profesional kredit, investisiya və pul siyasəti ölkəni xarici kapitalın (rubl və dolların) təsiri altına salmışdı. Qısa müddətdə inflyasiya sürətlə artmışdı. İstehlak mallarının qiyməti 124 dəfə bahalaşmışdı.
1992-1993-cü illərdə Azərbaycan hökuməti xarici siyasət sahəsində də bir sıra səhvlərə yol vermişdi:

  • respublikanın ətrafında yaranmış regional və beynəlxalq münasibətlərin xarakterini, əsas tendensiyalarını müəyyən edə bilməmişdi;

  • ayrı-ayrı region dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz dairələrini qiymətləndirə bilmədi və müvafiq olaraq səhv addımlar atdı;

  • həmin dövr üçün Azərbaycanın geostrateji əhəmiyyətini və dünya dövlətlərinin mənafe müstəvisində yerini düzgün qiymətləndirməməsi və düşünülməmiş addımlar atması;

Bütün bunlar nəticədə Azərbaycan Respublikasını çox ağır vəziyyətə saldı. Bir tərəfdən region dövlətləri ilə münasibətlər kəskinləşdi, digər tərəfdən isə beynəlxalq himayəyə olan inam itdi və bu himayəni təmin edə biləcək dövlətlərlə münasibətlər sərinləşdi. Azərbaycan beynəlxalq aləmdə təkləndi.
Bütün bunlar Azərbaycanda dövlət quruculuğu sahəsində baş alıb gedən hərc-mərclik, özbaşınalıq, ayrı-ayrı dövlətlər və siyasi dairələr tərəfindən dəstəklənən etnik seperatizm, silahlı qüvvələrin hakimiyyət uğrunda mübarizəsi ilə müşayət olunurdu. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi qaçılmaz böhran və məhvolma təhlükəsi ilə qarşı-qarşıya qaldı. Beləliklə, müstəqilliyinin ilk illərində Azərbaycan hökuməti zamanın sınağından çıxa bilmədi.
Ermənistanın Azərbaycana təcavüzü. Tarixi kökləri. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirərərk “Böyük Ermənistan” yaratmaqdan ibarət idi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin