Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə17/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   173
Ar2019-47-1

Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr üçün Azərbaycanda Kür-Araz mədəniyyəti səciyəvidir. Çünki həmin mərhələyə aid olan abidələr ilk dəfə Kür-Araz ovalığında öyrənilmişdir. Bu dövrdə Azərbaycanda əhalinin sayı artmışdır. Düzən ərazidə yaşayan əhali Erkən Tunc dövründə dağətəyi və dağlıq zonalarda da məskənlər salmışlar. Yaşayış məskənlərində bir neçə qəbilənin birləşdiyi tayfalar yaşayırdı. Yaşayış məskənlərinin sahəsi bəzən 3-5 hektara çatırdı. Yaşayış məskənləri həmişə suya yaxın yerlərdə, çox zaman çay kənarlarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı. Bəzən yaşayış məskənlərinin ətrafına müdafiə divarı çəkilirdi. Belə abidələr Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Erkən Tunc dövrü yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan, divarları çiy kərpicdən tikilirdi. Bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalarda və yarımqazma evlərdə də yaşamışlar.
Dini ayinlərin icrası üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonundakı Sərkərtərə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Bina səliqə ilə suvanaraq, əhənglə ağardılmışdır. Divarın qarşısında ibadət mehrabı qurulmuşdur. Belə ibadət evləri Qazax rayonunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlərində də vardır.
Xış əkinçiliyi. Tunc dövrünün ilk mərhələsindən başlayaraq əkinçilik və maldarlıq, habelə sənətkarlıq sahələrində xeyli inkişaf olmuşdur. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz edilmişdir. Əkin sahələri daha da genişlənmiş, süni suvarma yaranmışdır. Torpağın xışla şumlanması məhsuldarlığı artırmışdır. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilirdi. Taxılın biçilməsi, döyülməsi və üyüdülməsində daha mükəmməl alətlər tətbiq olunurdu. Taxılın biçilməsində daş lövhələrdən quraşdırılmış oraqlarla yanaşı, tuncdan hazırlanmış bütöv oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin