Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə15/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   173
Ar2019-47-1

Mezolit dövrü. Ox və kamanın kəşfi. Mezolit - Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə. 8-ci minilliyə qədər bir dövrü əhatə edir.
Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halında birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir. Yeni əmək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar.
Mezolit dövründə ox və kaman ixtira edilmişdir. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Onlar qida ehtiyatını artırmağa nail olmuş və tədricən heyvanları əhilləşdirməyə başlamışlar. İlk vaxtlar heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, İbtidai maldarlığın əsası qoyulurdu. Lakin heyvanların əhilləşdirilməsi çox uzun dövr ərzində mümkün olmuşdur.
Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Ət ehtiyatının artması insanların ərzağa olan tələbatını qismən ödədiyinə görə, toplanmış yabanı bitki toxumlarının da bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu isə İbtidai əkinçiliyin meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər.
Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması bir qədər gec – Yeni Daş dövründə başa çatmışdır.
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri («Öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, balıqçılıq və yığıcılıqla, zaman keçdikcə isə maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Qədim Qobustanlılar mikrolif (kiçik ölçülü) lövhələrdən iti uclu, gəzli, bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxusu həndəsi formalıdır (üçbucaqlı, dördbucaqlı və s.). Sümükdən biz, ox ucu, balıq torunun toxunulmasında istifadə olunan alətlər hazırlamışlar.
Mezolit dövründə İbtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları üzərində həkk olunmuş qayaüstü rəsmlər İbtidai insanların dini görüşlərini, ətraf aləmə münasibətlərini əks etdirir. O dövrün bitki və heyvanat aləmi haqqında məlumat verir. Bu rəsmlər əsasında mezolit dövrü insanlarının ovsun-totem (heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür.
Mezolit dövründə insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına əmək alətləri, bəzək əşyaları qoymuşlar. Qobustanda «Firuz» düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin