XII Mövzu: Azərbaycan II Dünya müharibəsi dövründə
(1939-1945-ci illər)
Plan:
1.II Dünya müharibəsinin başlanması və müharibə edən
dövlətlərin Azərbaycana dair planları.
2.Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və
partizan hərəkatında.
3.Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin
həlledici rolu.
4.Cənubi Azərbaycan II Dünya müharibəsi illərində.
1. II Dünya müharibəsinin başlanması və müharibə edən dövlətlərin Azərbaycana dair planları. 1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum etdi. Bir gün sonra İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. II Dünya müharibəsi başlandı. “Barbarossa” planına əsasən 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi. Rozenberqin “Qafqazın idarə olunması planı”na görə ilk vaxtlar Azərbaycanda komissarlıq adlanan idarə forması yaradılmalı və iqamətgahı Tiflisdə yerləşən Qafqaz Reyxskomissarlığına tabe edilməli, digər plana görə türk xalqları yaşayan ərazilərdən ibarət “Böyük Türküstan” dövləti yaratmaq idi.
Hitler hələ 1941-ci ilin martında Bakı zəbt edildikdən sonra neftin hasil edilməsi, emalı və daşınmasını Almaniyanın “Kontinental Neft Cəmiyyəti”nə tapşırmaq göstərişini vermişdi. Hitlerin “Edelveys” planına görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi.
ABŞ və Böyük Britaniya da Qafqaza, xüsusilə də Azərbaycana sahib olmaq istəyirdilər. “Vilvet” planında Sovet ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, burada ABŞ və Böyük Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. Onlar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı SSRİ-dən ayırmaq istəyirdilər. SSRİ rəhbərliyinin planına görə isə Azərbaycan əhalisi Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin M.C.Bağırov gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşıdıra bildi.
Dostları ilə paylaş: |