Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı



Yüklə 393,13 Kb.
səhifə67/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   63   64   65   66   67   68   69   70   ...   153
C fakepathmuhazire tarix (3)

4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı. Ağır vergi siyasəti, yerli feodalların zülmü əhalinin həyat tərzinin daha da acınacaqlı vəziyyətə düşməsinə və onların kəndlərdən qaçmasına səbəb oldu. 1734-cü ildə Astarada kəndlilər ayağa qalxdılar. Az sonra Şəkinin Biləcik kəndi, sonra isə qonşu Cənik, Tala və Car kəndləri üsyan etdi. Üsyanı yatırmaq üçün 1735-ci ilin fevralında cəza dəstələri göndərildi. Yerli əhalinin qismən tabe olması ilə kifayətlənən Nadir şah 1737-ci ildə Hindistan və Mərkəzi Asiyaya yürüş etdi. Onun ölkədə olmamasından istifadə edən əhali 1738-ci ildə Azərbaycanın şimal-şərq bölgəsində yenidən üsyan etdi. Ən böyük üsyan Dağıstandan kömək alan Carda oldu. Üsyanı yatırmağa gələn Nadir şahın qardaşı İbrahim xan öldürüldü. 1739-cu ildə Azərbaycanın şimal və şimal-şərq bölgələrində Nadir şaha qarşı çıxışlar özünün ən yüksək mərhələsinə çatdı. Lakin qüvvələr nisbəti bərabər olmadığından yatırıldı. XVIII əsrin 40-cı ill. üsyanlarin genişlənməsi nəticəsində Cənubi Qafqazı itirməkdən qorxan Nadir şah 100 minlik qoşunla Car vilayətinə və Azərbaycanın şimal-şərq bölgələrinə özü yürüş etdi. 1743-cü ildə üsyanların genişləndiyi bir şəraitdə özlərini Səfəvi şahzadələri kimi qələmə verən yalançı şahzadələr-Sam Mirzələr meydana çıxdı. I Sam Mirzə Avarda peyda olmuş, sonra Şirvana gəlmiş və 20 min tərəfdarları və Qazıqumuxlu Surxay xanin dəstəsi ilə birlikdə Yeni Şamaxıya-Ağsuya hücum etdilər. 1743-cü ildə Nadir şah oğlu Nəsrullah Mirzəni I Şam Mirzəyə qarşı Şamaxıya yolladı. Bundan əlavə, Gəncə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20 min nəfər əsgər göndərmişdi. Şirvan düzənliyində baş vermiş döyüşdə I Şam Mirzənin qoşunu darmadağın edildi, özü isə edam edildi.

1743-cü ilin son rübündən etibarən xalq hərəkatına Ərdəbildən Şirvana gəlmiş II Sam Mirzə başçılıq edirdi. Hakim dairələr onun yalnız burnunu kəsib buraxdılar, o isə tezliklə Şirvanda Surxay xanın oğlu Məhəmməd xanin yardımı ilə Nadir şahın hakimiyyətini sarsıdan xalq hərəkatının başçısına çevrildi. Şirvan üsyanı geniş vüsət alaraq Xəzər dənizi sahillərindən Gəncəyədək olan bir ərazini əhatə edirdi. 1743-cü ilin noyabrın 9-da Nadir şah oğlu Nəsrullah Mirzəni böyük qoşunla Şirvana göndərdi, lakin məğlub oldular. Buna görə Nadir şah təcili olaraq Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələrlə Azərbaycandakı üsyanları yatırmağı qərara aldı. Nəsrullah Mirzənin qoşunu Ağsu yaxınlığındakı Şahdağ adlı yerdə üsyançıların birləşmiş dəstələri ilə üz-üzə gəldi. Ağsu qalası alındı. II Sam Mirzə Gürcüstana qaçdı. Lakin Kaxetiya çarı Teymuraz onu əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. 1743-cü il dekabrın 29-da Nəsrullah Mirzə onun bir gözünü çıxartdırıb, bir neçə osmanlı əsiri ilə Qarsa “qardaşı” Səfi Mirzə ilə görüşməyə göndərdi. Lakin yolda II Şam Mirzə öldü. Nadir şah xidmətlərinə görə Araqvi vilayətini Teymuraza hədiyyə etmişdi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin