Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan Nadir şahın hakimiyyəti dövründə. Kirmanşah və Rəşt müqavilələri



Yüklə 393,13 Kb.
səhifə66/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   62   63   64   65   66   67   68   69   ...   153
C fakepathmuhazire tarix (3)

3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə. Kirmanşah və Rəşt müqavilələri. Salyanda, Bakıda və b. yerlərdə rus hakimiyyətinə qarşı, 1726-cı ildə Zəngəzurda, Qafanda, Cənubi Qafqazda, xüsusilə Şirvanda, 1729-cu ildə Qarabağda, Şamaxı, Təbriz və b. şəhərlərdə, Azərbaycanın Xaçqala, Marağa, Hərmrud, Ərdəbil və Xalxal bölgələrində də Osmanlılara qarşı üsyanlar baş vermişdi. Bu üsyanlar yalnız Kiçik Asiyadan çoxlu hərbi qüvvə gətirdikdən sonra, 1731-ci ildə yatırıldı. Şah II Təhmasib və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Düşmənlərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək lazım idi. Bu məsul vəzifəni Əfşar tayfasından Nadir xan öz üzərinə götürmüşdü. Əfqan tayfalarını İsfahandan qovan Nadir xan Əfşar 1730-cu ildə osmanlılara qarşı hərbi əməliyyata başlayaraq Marağa, Ərdəbil və Təbrizi azad etdi. 1730-cu ildə Nadirin Osmanlı üzərində qələbəsindən sonra Rusiya ehtiyatlı siyasət yeridərək Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ilin yanvarında Rəşt şəhərində Səfəvilərlə müqavilə imzaladı: Rusiya Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvi dövlətinə qaytardı, Səfəvilər isə osmanlıları bu yerlərə buraxmamağı və rus tacirləri üçün güzəştlər etməyi öhdəsinə götürdü. Səfəvi şahı II Təhmasib osmanlılara qarşı əməliyyatlara başlayaraq Eçmiədzin yaxınlığında qələbə qazandı. Lakin İrəvan yaxınlığında onu məğlub edən ocmanlılar Urmiya, Təbriz və Ərdəbili ələ keçirdilər. 1732-ci il yanvarda II Təhmasib Kirmanşahda osmanlılarla sülh bağladı: İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgələri Osmanlıda qaldı. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz isə Səfəvilərə qaytarıldı. Araz çayı 2 dövlət arasında sərhəd olmalı idi. Xorasandan qayıdan Nadir xan 1732-ci ilin avqustunda II Təhmasibi taxtdan salaraq onun oğlu Abbas Mirzəni III Abbas adı ilə şah elan etdi. Faktiki olaraq III Abbasın qəyyumu olan Nadir xan ilk növbədə Kirmanşah müqaviləsini ləğv edib, 1723-cü ildən sonra osmanlıların tutduğu əraziləri boşaltmağı tələb etdi. Onların rədd cavabı müharibəyə səbəb oldu. 1733-cü ilin yanvarında osmanlıları ağır məğlubiyyətə uğradan Nadir xanın bağladığı Bağdad müqaviləsinə görə, osmanlılar son 10 ildə tutduqları Səfəvi ərazilərini tərk etməli idilər. 1734-cu ildə Şirvan azad edildi. 1735-ci ilin əvvəllərində Nadir xan Gəncəni də osmanlılardan aldı və ruslardan Xəzəryanı bəlgələrdən çıxmalarını tələb etdi. 1735-ci ilin martın 21-də Novruz bayramı günü imzalanan Gəncə müqaviləsinə görə, ruslar Xəzəryanı vilayətləri tamamilə tərk etməli idi. 1735-ci ilin iyununda Eçmiədzinin şimal-şərqində Osmanlı qoşununu tam məğlub edən Nadir xan onları ilin sonuna kimi bütün Cənubi Qafqazdan çıxardı. 1736-cı ilin martında Suqovuşanda toplanan qurultayda Nadir xan özünü şah elan etdi. Bununla da Səfəvilər sulaləsinin hakimiyyətinə son qoyuldu. Nadirin şah elan olunmasına qarşı çıxan Ziyadoğlular adı ilə məşhur olan Gəncə xanları cəzalandırıldı, Qarabağın 32-lər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edildilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyiliyinə, Qazax və Borçalı mahalları Kartli hakimliyinə tabe edildi. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiliklərini birləşdirərək Azərbaycan adı altında vanid inzibati bölgü yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim xan oldu. Nadir şah hakimiyyətinin ilk dövründə vergi toplanması işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı. Əsasən əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi. Şahın əmri ilə rəiyyətin hərbi xidmətə çağırılması əhalinin vəziyyətini ağırlaşdırdı. 1737-ci ildə Astarada 6 min kəndli zorla səfərbərliyə alındı.

Ümumiyyətlə, Nadir şahın ölkədə həyata keçirdiyi siyasət XVIII əsrin 30-40-cı ill. Azərbaycana fəlakət gətirmiş, təsərrüfat həyatı tənəzzülə uğramışdı. Dözülməz həyat şəraiti, səfalət xalqı cana doydurmuşdu. Ona görə də mövcud hakimiyyətə qarşı hiddət və nifrət gündən-günə artmaqda idi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin