II Vaçe Çora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi. O, Qafqazın 11 hökmdarı ilə ittifaqa girdi. İlk dövrdə Sasani şahı Firuz qohumu II Vaçeni xoşluqla yola gətirmək istəyir, lakin Vaçenin dönüklüyündən sonra Firuz Haylandur (Onoqur) hunlarını alban hökmdarına qarşı müharibəyə qaldırdı. Onlar 462-ci ildə Albaniyaya soxuldular və 463-cü ildə II Vaçenin hakimiyyətdən əl çəkməsi ilə bitdi. Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk, min evdən ibarət təsərrüfat şah Firuz tərəfindən onun sərəncamına verildi. Vaçedən Mömin Vaçaqana kimi 30 il Albaniya hökmdarsız qaldı. Sasani hakimiyyətinə tabeliyində idi. III Vaçaqan xristian dinin təbliğinə başladı. III Mömin Vaçaqan 488-ci ildə Aquen kilsə məclisini çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. O, vergilərin miqdarını müəyyənləşdirdi.