Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


VII-IX əsrlərdə Xilafətin Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi siyasəti



Yüklə 393,13 Kb.
səhifə19/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   15   16   17   18   19   20   21   22   ...   153
C fakepathmuhazire tarix (3)

VII-IX əsrlərdə Xilafətin Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. Ərəblər əsarətə aldığı əraziləri idarə etmək üçün əmirlik sis­temi yaratdılar. Əmirlik daha kiçik inzibati vahidlərə-mahalmən­təqələrə (hər mahal 12 məntəqə, hər məntəqə də 12 kəndə) bölü­nürdü. Əmirliyi xəlifə tərəfindən təyin edən əmir idarə edirdi. Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan şə­həri müəyyən edildi. Əhalini ərəbləşdirmək üçün Bəsirədən, Ku­fədən, Suriyadan və Ərəbistandan 10 minlərlə ərəb ailəsi köçürüldü.

Əməvilər süla­ləsinədək vergilər xeyli yüngül idi, həm də Sasanilərdən fərqli olaraq vergi tək-tək adamdan deyil, bütün ölkə­dən alınırdı. Azərbaycanda xristianlar 2 vergi-xərac (torpaq vergisi) və cizyə (can vergisi) verirdi, müsəlmanlar isə cizyədən azad idilər. Xilafətə kömək etdiyinə görə kilsə vergidən azad idi və dövlət tərə­findən himayə olunurdu. Xəlifə Əli vergi islahatı keçirdi. Əsas diqqət xərac yığmağa deyil, torpağı səmərəli əkib-becərməyə yönəldildi. Əməvilərin dövründə isə vergi sistemində dəyişiklər edil­di. 725-ci ildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Əvvəl ləğv edilmiş vergilər bərpa olundu. Ruhanilərdən cizyə alınırdı, vergilərin ümumi məbləği artırıldı. VIII əsrin ortalarında Abbasilərin dövründə vergi torpağın əkilib-əkilməməsindən asılı olmayaraq yığılırdı. Hətta meyvə ağaclarına da vergi qoyuldu. Xəlifə Harun ər-Rəşidin döv­ründə (786-809) vergi daha da artırıldı. 15 yaşa çatan kişilər vergi verirdi. Azərbaycanın cənub hissəsindən ildə 4 milyon, Muğandan isə 300 min dirhəm yığılırdı. Daşına bilən əmlakdan “xüms”, mal-qara, becərilən məhsullardan və meyvədən, qızıl və gümüş sənət­karlıq məmulatlarından “zəkat” (sədəqə) vergisi alınırdı. “Zəkat” ruhanilərin, yetimlərin, şikəstləri və əlacsızların ehtiyacına sərf olu­nurdu. Xilafətin Azərbaycandan aldığı vergi təxminən 8 milyon dir­həmə yaxın idi.

Feodal torpaq mülkiyyətinin əsas forması dövlət torpaqları-divan və ya sultan (xəlifə) torpaqları idi. “İqta” divan torpağından orduda göstədiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilirdi. İqtanın 2 forması vardı: bağışlanan “iqta” sahibinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən-nəslə keçirdi. II isə icarə edilən “iqta”-irsən keçə bilməz, hətta geri alına bilərdi. Mülkiyyət formalarından biri feodal mülkiyyətində olan torpaq idi-mülk, sahibi isə malik adlanırdı, istədikləri kimi istifadə edə bilərdilər. Daha sonra vəqf torpaqları var idi-müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mübarizlər və şəhidlər üçün verilirdi. Vəqf torpaqları müsəlman din idarələrinin ixtiyarında idi, almaq, satmaq və bağışlamaq olmazdı. İcma torpaqları-kəndlərdə əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbiristanlıqlar və s. ibarət idi. Vergi və mükəlləfiyyətlərin bütün ağırlığı bu torpaqların üzərinə düşürdü.

2.Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar. Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) Parfiya dövlətini süquta uğratdı və 226-cı ildə Sasanilər dövləti yarandı. Atropatena 227-ci ildə Sasanilər dövlətinin tərki­binə qatıldı. IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi. İran, Çin və Hindistana gedən ticarət yol­ları buradan keçirdi. Sasanilər Atropatenadan öz orduları üçün əsgər də toplayırdılar. Zərdüştilik onların hakimiyyəti dövründə hakim dinə çevrilmişdi. Ən mü­hüm Zərdüştilik məbədləri Atropatenada, baş məbəd isə Qazakada yerləşirdi.



IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağla­rından Araz çayınadək, qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı. Ölkənin vilayətləri: Çola, Lpina, Şəki, Kambisena, Həcəri, Uti, Arsax, Paytakaran və Syünik daxil idi. Tarixi Arsax vilayəti sağsahil Albaniyanın (indiki Qara­bağın dağlıq hissəsi və Mil düzü) vilayətlərindən ibarət idi. Əhalisi türksoylu albanlar, qarqarlar, hunlar və xəzərlərdən ibarət idi. Tarixi rəvayətə görə, təxminən e.ə. II əsrdə Albaniyanın hökm­darı Aran (türkcə “ərən, cəsur, qoçaq, mərd”) olmuşdur. Aran Araz çayından tutmuş İberiyanın sərhədlərinə kimi, Albaniyanın düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın müla­yim xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan (Albaniya) adlanmışdır. Eramızın I əsrində Albaniyanı yerli hökm­darlar idarə edirdilər. Eramızın I əsrində alban Arşaki (Par­fiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər sülaləsi mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. Arşakilər sülaləsi VI əsrin əvvələrinədək Albaniyanın müstəqil­liyini qoruyub saxlamışlar.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin