4.Alban çarlığı. Kaspilər adı altında alban tayfaları da nəzərdə tutulurdu. Əhəmənilərin dövründə alban tayfaları vahid bir ad aitında birləşmişlər. Albanlar 26 dildə danışan tayfalardan ibarət idi. Xəzərin qədim adlarından biri də Alban dənizidir. Bir qrup tarixçilər alban tayfalarını Qafqazdilli hesab edirlər. Onlardan müasir dövrdə yaşayan Qəbələ rayonunun Nic kəndində udiləri, Quba rayonundakı Xınalıq kəndində xınalıqları, Buduq kəndindəki buduqluları və b. göstərmək olar. O zaman Albaniyada türkdilli və İrandilli tayfalar da yaşamışlar. E.ə. 330-cu ildə Əhəmənilər imperiyası dağıldı. E.ə. IV əsrin axırı-III əsrin əvvəlində Müstəqil Albaniya dövləti yarandı. Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Albaniya dövləti şimalda Qafqaz dağları, cənubda Atropatena, cənub-qərbdə isə Ön Asiya ilə həmsərhəd idi. Albaniya dövlətinin ərazisinə indiki Azərbaycan Respublikası ərazisi, Dağıstanın cənub rayonları və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil olmuşdur. E.ə. II əsrdə Aralıq dənizi hövzəsində güclü dövlətə çevrilmiş Roma sərkərdəsi Pompey Albaniya və İberiyanı tutmaq qərarına gəldi. E.ə. 66-cı ilin dekabrında Kürün sahilində qanlı döyüşdə Roma ordusu qalib gəldi. Albanlar romalırarı izləyərək onlar üçün təhlükə yaratdılar. Buna görə də Pompey e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı. Pompey yürüşün təhlükəli olduğunu görərək Xəzərin sahilinə qədər getmək niyyətindən əl çəkdi və albanlarla sülh sazişi bağladı. E.ə. 36-cı ildə romalılar yenidən şərqə yürüş təşkil etdilər. Bu yürüşdən sonra İberiya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. 68-ci ildə Roma imperatoru Neron Albaniyaya böyük yürüş hazırladı. Lakin Roma üsyanı zamanı Neron öldürüldü. Bir müddət sonra Roma hərbi dəstəsi Xəzər sahillərinə, indiki Abşeron yarımadasına gəlib çatmışdı. Albaniyanın Roma ilə əlaqələri III əsrin ortalarına qədər davam etmişdir . Lakin Roma Albaniyanı heç vaxt tam işğal edə bilməmişdir. Alan tayfalarının ən böyük yürüşlərindən biri 72-74-cü illərdə olmuşdu.
Ədəbiyyat:
1. Azərbaycan tarixi. 7 cilddə, I c., Bakı, 1998, s.54-414.
2. Azərbaycan tarixi. Z.Bünyadovun red.,Bakı, 1994, s. 19-169.
3. Azərbaycan tarixi. İ.Əliyevin red., Bakı, 1993, s. 9-102.
4. Azərbaycan tarixi. S.Əliyarlının red., Bakı, 1996, s. 8-109.
5. Azərbaycan tarixi. M.Abdullayevin red. ilə, Bakı, 2014, s. 5-29.
6. Azərbaycan tarixi. İ.Məmmədov. Bakı, 2005, s. 4-32.
7. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 10-35.
Dostları ilə paylaş: |