Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə22/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   18   19   20   21   22   23   24   25   ...   153
C fakepathmuhazire tarix (3)

Dini zəmində Sasani hakimiyyətinə qarşı narazılıqlardan birinə Vardan Mamikopyan başçılıq edirdi. 450-ci ildə Xalxal (Qazax bölgəsində) yanında döyüşdə Sasani dəstələri məğlub oldu. Qaf­qaz dağlarından Bürk başda olmaqla lpinlər albanlara köməyə gəldi. Ermənilər, gürcülər, xristian albanlar Qafqaz dağlarındakı “Hun ke­çidinə” gəlib çatdılar. Albaniya Sasanilərə qarşı mübarizəyə qoşul­madı, yalnız Arsax vilayətinin xristianları Vardan Mamikopyana qoşuldu. II Yezdəgerd Ön Qafqaza Mihr-Nerseyin başçılığı altında ordu göndərdi. Xristianlığa qarşı təqibi dayandırdı. Albaniyanın Aran hissəsində köhnə dinlərə, atəşpərəstliyə ibadət bərpa edildi. 451-ci ilin may ayının 26-da Maku yaxınlığındakı Avarayr çölündə Mamikopyanın dəstəsilə Sasani ordusu arasında döyüşdə Vardan Mamikopyan öldürüldü, xristianlar Aranı tərk edib, Arsax meşələrinə və dağlara qaçdılar.

Sasani şahı II Şapur xristian dininə qarşı təqibi gücləndirdi. IV əsrin əvvəlində Albaniyanın dağlıq hissəsində yaşayan feodal əyanları arasında xristianlıq yayılmağa başladı. Sasani şahı I Yezdəgerd xristianlığa imkan verir, II Yezdəgerd (438-457) xristianlığa qarşı mübarizəni güclən­dirir. Alban hökmdarı II Vaçe (440-463) dayısının təz­yiqi ilə xristianlıqdan imtina edir, atəşpərəstliyi qəbul edir. 457-ci ildə II Yezdəgerdin vəfatından sonra II Vaçe atəşpə­rəstlik dinindən imtina edib, xristianlığı qəbul etdi. O, Albaniyada xristianlığı yaymaqla Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq istədi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin