VII-VIII əsrlərdə İslam dini hakim ideologiyaya çevrildi. Ərəb xilafəti döründə Azərbaycana yadelli orduların hücumlarının qarşısı alındı. Ölkədə iqtisadi və siyasi sabitlik yarandı. Bu sabitlik təsərrüfatın canlanmasına və Azərbaycan mədəniyyətinin inkişafına təkan verdi. Ərəbləşdirmə siyasətinə baxmayaraq, vahid məkan daxilində türk tayfalarının birliyi möhkəmləndi, türk dilinin təşəkkülü başa çatdı. Dini mübarizə sona yetdi. İslam ideologiyası zəminində Azərbaycanın Xilafətə tabe olan ölkələrin xalqları ilə iqtisadi və mədəni əlaqələri genişləndi. Dini birliyin yaranması Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinə daha da dərinləşməsinə səbəb oldu.
Ədəbiyyat:
1.Azərbaycan tarixi. 7 cilddə, II c., Bakı, 1998, s .34-64, 84-108, 150-429
2.Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, s.170-272
3. Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə, Bakı, s. 105-135
4.Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə, Bakı, s. 110-135
5.Azərbaycan tarixi. M.Abdullayevin redaktorluğu ilə, 2014, s. 30- 61
6.Məmmədov İsmayıl. Azərbaycan tarixi. Bakı, 2005, s. 50-97
7. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 36-60.
Dostları ilə paylaş: |