Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə34/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   30   31   32   33   34   35   36   37   ...   153
C fakepathmuhazire tarix (3)

Salarilər dövləti. Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd 941/942-ci ildə axırıncı Saci hökmdarı Deysəmə qalib gəldi. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941/942-981) sülaləsindən idi. Dövlətin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər dövləti şimaldan Dərbənd keçidindən başla­yaraq, cənubda Dəclə və Fərat çaylarının yaxınlarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edirdi. Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Lakin, Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda gedən ara müha­ribələri, feodal hərc-mərcliyi, Xəzəryanı Azərbaycan vilayətlərinin tez-tez slavyanların basqınlarına məruz qalması, xüsusilə 943/944-cü ildə Bərdənin qarət olunması, şəhər əhalisinə dəhşətli divan tutulması 981-ci ildə Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin