Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə87/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   83   84   85   86   87   88   89   90   ...   153
C fakepathmuhazire tarix (3)

Dekabrın 21-də İran qoşunları Muğanda darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan iranlılar Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivandan Lənkərana tərəf irəlilədi. Dekabrın 31-də Kotlyarevski qoşunu 3 hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı və 1813-cü il yanvarın 1-də səhərə yaxın hücuma başladı və qala alındı. Aslandüz və Lənkəran qələbələrindən aydın oldu ki, heç bir şey rus qoşunlarının İranın içərilərinə doğru irəliləməsinə mane ola bilməz. İrandakı ingilis səfiri Ouzli Rusiya və İran arasındakı müharibənin dayandırılması haqqında Londondan göstəriş aldı. 1813-cü ilin əvvəllərində Rtişşev və şah sarayı arasında yazışma başlandı. Rtişşev qeyd edirdi ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində saxlamaq şərtilə sülh bağlamağa hazırdır, bu isə şah sarayını razı salmırdı. Buna baxmayaraq, danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqavilə­sinin imzalanması ilə başa çatdı.

Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıq­larının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusi­yanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə Rusiyanın Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı. Rus tacirləri üçün 5%-lik kömrük tarifi qoyuldu. İranın daxilində isə rus tacirləri daxili gömrük rusumlarını ödəməkdən azad olunurdu. Gülüstan müqa­viləsinin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin