Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Ekspeditorun məsuliyyətinin sığortası



Yüklə 230,72 Kb.
səhifə54/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Ekspeditorun məsuliyyətinin sığortası

Nəqliyyat sahəsində təklif olunan xidmətlərdən biri də yüklərin hərəkəti üzrə işlərin geniş spektrini əhatə edən nəqliyyat-ekspe­disiya fəaliyyətidir. Bu işin aparılması üçün, nəqliyyat ekspedisiyası müqaviləsinə görə daşıma həyata keçirilən ölkədə istənilən növ nəqliyyatda qüvvədə olan vəbeynəlxalq xidmət bazarında ekspeditor kompaniyasının maliyyə stabilliyinin qarantı olan ekspeditorların mülki məsuliyyətinin sı­ğortalanması lazımdır.Bu sığorta növü daim inkişaf edir, çünki, xarici müştərilərin yüklərin ekspedi­siyasını təşkil etməsi zaman sığorta müdafiəsini tələb etməsi­, onun inkişafını stimullaşdırır.

Ekspeditorun, daşıyıcının və yükün sığortalanması şərtləri arasında uyğunsuzluq, həmçinin də bu növ sığortalar üzrə məsuliyyətin limitinin ölçüləri arasındakı fərq bu növ sığortalanmaya gəlirli avtomobil sığorta növləri arasında lider mövqe tutmağa imkan vermir.

Bu sığorta növündə sığorta obyekti nəqliyyat-ekspe­disiya müqaviləsində şərtləşdirilmiş öhdəliklərin sığortalının yerinə yetirməməsindən yaranan məsuliyyəti ilə bağlı əmlak maraqlarıdır. Bununla belə sığortaçı sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığortalının bağladığı bütün nəqliyyat ekspedisiya müqavilələrinə görə məsuliyyət daşıyır.



Müştəri – ekspeditorla nəqliyyat ekspedisiya müqaviləsi bağlayan hüquqi (fiziki) şəxsdir.

Yükün sığortalının sərəncamında olduğu vaxt sığortalı tərəfindən aşağıdakı zərər vurulma faktları sığorta müdafiəsi ilə təmin edilir:



  • yükün səlahiyyəti olmayan alıcıya təhvil verilməsi zamanı itirilməsi istisna ol­maqla, yükün tam (qismən) itirilməsi, zədələnməsi;

  • yükün səlahiyyəti olmayan alıcıya təhvil verilməsi nəticəsində itirilməsi;

  • nəqliyyat ekspedisiyası müqaviləsində qeyd olunmuş öhdəliklərin sığortalı və ya onun işçiləri tərəfindən yerinə yetirilməməsi (lazımi qaydada yerinə yetirilməməsi) səbəbindən yükün çatdırılmasının gecikdirilməsi, müştəriyə maliyyə zərərinin vurulması.

Bu hadisələr yalnız, yük sığortalının tabeliyində olduğu zaman baş verdikdə sığorta hadisəsi kimi təsnif edilir.

Əgər sığortalı yük sahibinə (yük göndərənə, ona yükün daşın­masını tapşıran digər şəxsə) nəqliyyat ekspedisiya müqaviləsini təsdiq edən ekspeditor sənədi (yükün daşınması üçün ekspeditor sertifikatı (FIATA-FCT), yükün qəbul olunması sertifikatı, konosament (FIATA-FBL) və ya CMR-qaimə) verərsə, yük sərəncama götürülmüş hesab olunur.Əks halda yükün sığortalının sərəncamında olması faktını sifa­rişçi və ekspeditor arasında bağlanmış nəqliyyat ekspedisiya xidməti haqqında müqavilənin təsdiq etdiyini qəbul etmək olar. Bu halda ekspeditorla yükdaşıyıcı arasında müqavilə münasibətləri sənədlər əsasında rəsmiləşdirilməlidir, çünki o, yükün daşınmasını həyata keçirmək üçün, onun qəbul edilməsini təsdiqləyən sənəddir.

Aşağıdakı səbəblərdən vurulmuş zərər ödənilmir:


  • sığortalının (onun səlahiyyətli şəxsi və nümayəndəsinin) nəqliyyat ekspedisiya müqaviləsində razılaşdırılan məsələlərdən kənara çıxan fəaliyyəti, həmçinin alkoqollu, narkotik, toksikomanik sərxoş və s. vəziyyətdə törətdiyi;yükləmə-boşaltma və nəqletmə zamanı qanunvericilik və normativ sənədlərdə (təlimatlarda, qaydalarda və s.) yol verilmiş pozuntular;

  • pulun, qiymətli kağızların, qiymətli metalların və daşların, incəsənət əşyalarının (ayrı-ayrı əşyaların həqiqi dəyəri 2000 ABŞ dollarından çox olduqda), ev əmlakının, canlı heyvanların, avtomobillərin, alkoqolluiçkilərin və tütün məmulatlarının, əgər əlavə müqavilədə şərtlər göstərilməyibsə;

  • yükləmə-boşaltma, boşaldılıb-yükləmə işləri aparmağa səlahiyyəti olmayan şəxslərin və ya bu işləri lazımi təlimat olmadan aparan şəxslərin hərəkəti, qüvvədə olan mövcud qanunvericilik, sahə və istehsalat qaydaları, təlimat və digər normativ sənədlərin tələbləri pozulduqda;

  • mühafizə olunan duracaqda olan nəqliyyat vasitəsində olan yüklərin oğurlanması; yedəkçi avtomobildən ayrı olan yüklü qoşqunun (yarımqoşqunun) oğurlanması; yükü gömrük orqanına təqdim edənə qədər alıcının sərəncamına verilməsi; nəqliyyat vasitəsini gömrük nəzarəti məntəqəsinə yerləşdirənə qədər sürücünün Carnet-TIR-i alıcının nümayəndəsinə və ya gömrük orqanı işçilərinə verməsi; gömrük plombu itirildikdə və ya zədələndikdə və ya yük yeri zədələndikdə və s. sürücünün yaxın orqana (gömrük aktı tərtib etmək üçün) müraciət etməməsi.

Sığorta müdafiəsi sığortalının, qulluqçuların (agentləri və s.) və ya sığortalı nəqliyyat ekspedisiya müqavilənin icrası üçün xidmətlərindən istifadə etdiyi hər hansı digər şəxslərin, əgər onlar xidməti vəzifələri daxilində fəaliyyət göstərərsəhərəkət və səhvlərinə görə məsuliyyətini əhatə edir. O həmçinin sığorta halı baş vermə səbəbləri və onun ağırlığının təyin olunması üzrə xərcləri əhatə edir, məsələn, vəkillər, ekspertlər, surveyerlər, adcasterlərin (sığortalının zərərin ödənilməsi üzrə iddialarını tənzimləyən şəxs) xidmətləri, iddiaları baxılması ilə bağlı məhkəmə xərcləri və s.

Sığorta haqqının ölçüsü sığorta tarifindən və ekspeditorun gəlirindən asılıdır. Müqavilənin bağlanması zamanı bir sığorta halı üçün şərtsiz franşiza müəyyənləşdirilə bilər.

Sığorta halı baş verdikdə bu faktı təsdiq etmək üçün sığortalı sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir: sığorta hadisəsi haqqında ərizəni; sığortalıya verilən iddianı; nəqliyyat ekspedisiya müqaviləsinin surətini; zərərin miqdarının hesabını (kalkulyasiysı); sığortalının və ya onun səlahiyyətli şəxslərinin izahını; əmtəə-nəqliyyat qaiməsinin surətini; invoysun surətini, zədələnmiş yük üçün hesab-fakturanı; yaranan xərclər üzrə orijinal hesabları; yol-nəqliyyat qəzası baş verdikdə protokol və ya yol polisi arayışını və s.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin