Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə55/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Mühazirə 12.

Sərnişinlərin sığortası

Sərnişinlərin sığortalanmasının icbariliyini şərtləndirən sərni­şin nəqliyyatında baş verən hadisələrdir. İcbari sığorta hava, dəmir yolu, dəniz, daxili su və avtomobil nəqliyyatının sərnişinlərinə, tu­rizm-ekskursiya təşkilatlarının xətti ilə beynəlxalq ekskursiyalarda olan turistlərə və ekskursantlara yolda olduqları müddətdə tətbiq edilir. Sərnişinlər biletin qiymətinə daxil olan sığorta haqqını nəqliy­yat qurumunun təşkilati-hüquqi formasından asılı olmayaraq bilet əl­də edərkən ödəyirlər. Pulsuz gediş hüququ olan sərnişinlərə sığorta da pulsuzdur. Nəqliyyat vasitələrinin xidmət personalı məcburi sı­ğortadan azaddır.

Sığorta məsuliyyətinin həcmi yolda sərnişinlərin üzləşdikləri bədbəxt hadisələrin nəticələrilə əlaqədardır. Sığorta məbləği sığortalanmışların sağlamlığının itirilməsinə və ya vəfatına görə ödənilir.

Bədbəxt hadisə sığorta olunmuş şəxsin cinayət törətməsi, özü­nü öldürmək istəməsi, administrasiyanın tələblərini saya salmaması, yaxud nəqliyyatda gediş qaydalarını pozması nəticəsində baş verər­sə, sığorta şərtlərində nəzərdə tutulmuş sığorta məsuliyyəti məhdud­laşdırılır.

Biletlərin qiymətləri ilə birlikdə nəqliyyat təşkilatlarının kas­salarına daxil olan sığorta ödəmələri müəyyən olunmuş qaydada sı­ğorta orqanlarının hesabına köçürülür. Sığorta orqanları alacaqları məbləğin vaxtında və tam köçürülməsinə nəzarət edirlər. Xərclər bağlandıqdan sonra qalan məbləğin bir hissəsi sərnişin daşınmalarının təhlükəsizliyinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə sərf olunur.

Əmlakın məcburi sığortasından fərqli olaraq sərnişinlərin məcburi sığortasının avtomatizm prinsipi, əvvəl dediyimiz kimi, on­ların vaxtaşırı olaraq yola çıxmaları ilə bağlıdır və biletin tam qiy­mətinə daxil olan sığorta (komisyon) yığımlarının ödənilməsindən asılıdır. Bu şərtlər yerinə yetirilmədikdə sığorta qüvvədən düşmüş sayılır. Yolda olan sərnişinlər eyni vaxtda sığorta ayırmalarını ödə­miş sığortalılar hesab olunurlar.

Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xid­mətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının veril­məsi məqsədi ilə tətbiq edilir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qa­nununa əsasən nəqliyyat vasitələrinin sahibləri müvafiq nəqliyyat vasitəsilə daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sı­ğorta etdirməlidirlər. Bu qanunun tələbləri şəhərdaxili və ya qəsə­bədaxili sərnişin daşıyan nəqliyyat vasitələrinin sahiblərinə şamil edilmir.

Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetirməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onun bədən üzvlərinin zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət al­ması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.

Müvafiq nəqliyyat vasitəsilə daşınan sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəha­dətnaməsinin adına verildiyi, nəqliyyat vasitəsinin sahibi sığortalı hesab edilir. Nəqliyyat vasitəsində daşınan və fərdi qəzadan icbari sığortalanmış sərnişinlər sığorta olunanlar hesab edilirlər.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğlə­ri aşağıdakı kimi müəyyən edilir:


  • nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məb­ləği - 5000 manat;

  • hər bir nəqliyyat vasitəsi üzrə - nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləğinin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasilindən alınan məbləğ.

Sərnişinlərin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olma­yaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta olunanla­rın sığorta hadisəsi nəticəsində sağlamlığına dəyən zərərə görə sığor­ta ödənişinin verilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Res­publikasının Qanununun ümumi hissəsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Bu qanuna görə sığorta hadisəsi nəticəsində sığorta olunan öldükdə hər bir sığorta olunana sığorta məbləğindən 100%, I qrup əlilliyə görə − 80%, II qrup əlilliyə görə − 60%, III qrup əlilliyə görə − 40%, ağır xəsarətə görə − 25%, yüngül xəsarətə görə isə − 5% sığorta ödənişi verilir.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə nəqliyyat vasitə­sində olan bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri nəqliy­yat vasitəsinin növündən asılı olaraq aşağıdakı qaydada müəyyən edilir:


  • hava nəqliyyatı vasitələri üçün - 14,0 manat;

  • su nəqliyyatı vasitələri üçün - 5,0 manat;

  • dəmiryolu nəqliyyatı vasitələri üçün - 3,0 manat;

  • avtomobil nəqliyyatı vasitələri üçün - 6,0 manat;

Nəqliyyat vasitəsi üçün ümumi sığorta haqqı nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayının bir sərnişin yeri üzrə illik sığorta haqqına hasili kimi hesablanır.

İcbari sığorta növləri üzrə sağlamlığa və əmlaka vurulan zərə­rə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığor­ta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər.

1929-cu il Varşava Konvensiyası hava daşımalarında sərnişinlər qarşısında məsuliyyət həddini 10000 ABŞ dolları həcmində müəyyən etmişdir.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin