Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə56/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Mühazirə 13.

Sığorta tarifi

Aktuar hesablamalar sığortaçı və sığortalı arasında qarşılıqlı münasibətləri tənzimləyən riyazi-statistik qanunauyğunluqlar sistemidir. Hesablamaların bu adı sığorta tariflərinin müəyyənləşdirilməsi ilə bağlıriyazi hesablamaları yerinə yetirən, ümumi qəbul edilmiş "aktuari" və ya mütəxəssis terminindən götürülüb. Aktuar hesablamalar üzrə mütəxəssis aktuari adlanır. Onların köməyi ilə hər bir sığortaçının sığorta fondunun yaradılmasındapayı, yəni sığorta tariflərinin həcmini müəyyən edilir.



Sığorta haqqı (mükafat) sığorta müqaviləsində müəyyən edilmiş qaydada və müddətlərdə sığortalının sığortaçıya ödəməli olduğu sığorta haqqıdır. Sığorta ödənişinin məbləği təyin olunduqda sığortaçı tərəfindən hazırlanmış və dövlət nəzarət orqanı ilə razılaşdırılmış, sığorta məbləği vahidindənsığorta ödənməsini müəyyən edən, sığorta tarifləri istifadə oluna bilər. Sığorta haqqı sığorta şırkətinin xərcləri, gəlir, sığorta ödənişlərinin məbləği nəzərə alınaraq təyin edilir. Sığorta haqları nağd və nisyə yolla ödənilir.

Əmlak sığortasında sığorta haqqı,bu zaman kəsiyi ərzində sığortalının gözlənilən ümumi ödənişlərinin sığorta olunan obyektlərin ümumi sayına nisbətinin orta qiyməti kimi təqdim oluna bilər.

Baxılan obyektin sığortası üçün zəruri olan xərclərin müəyyən edilməsi, sığortaçının fəaliyyətində ən mürəkkəb və məsuliyyətli məqamlardan biridir. Bu sığortanın aparılması üçün xərclərin hesablanma forması sığorta (aktuar) kalkulyasiyası adlanır. Bir tərəfdən, o, sığortaçı tərəfindən göstərilən xidmətlərin maya dəyərini təyin etməyə imkan verir, digər tərəfdən isə onun vasitəsilə sığortaçının fəaliyyətində iqtisadi, maliyyə və təşkilati uğurların və ya nöqsanların səbəblərinin aydınlaşdırılması üçün hərtərəfli şərait yaranır.

Aktuar hesablaşmaların xüsusiyyəti həmçinin də riskə görə xüsusi əlavənin müəyyən edilməsi ilə bağlıdır. Bu məbləğ şəxsi sığorta üzrə aktuar hesablaşmalar zamanı adətən tapılmır, çünki sığortanın məcmu həcmi kifayət qədər böyük, sığorta məbləğləri isə nisbətən azdır.

Aktuar hesablamalar sığorta növləri üzrə təsnif edilir. Onlar tərtib edilmə vaxtı üzrə də təsnif olunur: plan və hesabat (sonrakı). Praktikada adətən sığortaçının artıq icra edilmiş əməliyyatları üzrə sonrakı aktuar hesablamalar tərtib edilir. Plan aktuar hesablamalar yalnız, yeni növ sığorta riskinin tətbiq edilməsi nəzərdə tutulduqda (riskin müəyyən olunması üzrə etibarlı məlumatlar olmadıqda) aparılır.

Aktuar hesablamalar ümumi (bütün ölkə üçün), zona (müəyyən region üçün) və ərazi (ayrıca bir rayon üçün) ola bilər.

Dahaümumiləşdirilmiş şəkildə sığorta statistikasını aşağıdakı göstəricilərin analizinə gətirmək olar:


  • sığorta obyektlərinin sayı;

  • sığorta hadisələrinin sayı;

  • sığorta hadisələri nəticəsində zərər çəkmiş obyektlərin sayı;

  • toplanmış sığorta ödənişlərinin məbləği;

  • ödənilmiş sığorta məbləği;

  • istənilən sığorta obyekti üçün sığorta məbləği;

  • müşahidə məcmusunda zədələnmiş obyektə düşən sığorta məbləği.

Sığorta hadisəsinin ehtimalı dedikdə, keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayının həmin müqavilələrin ümumi sayına nisbəti başa düşülür. Həmin kəmiyyət 0-dan 1-dək dəyişir. Əgər hadisənin ehtimalı 0 və ya 1 olarsa, onda həmin hadisələrdən sığorta aparılmır. Başqa sözlə desək, sığorta əməliyyatı elə hadisələrdən aparılır ki, həmin hadisələrin əvvəlcədən baş verəcəyi və ya verməyəcəyi məlum deyildir.

Aktuar hesablamaların əsas məsələləri bunlardır:sığorta məcmusunda risklərin tədqiqi və qruplaşdırılması; sığorta hadisəsinin baş vermə ehtimalının, dəymiş zərərin baş vermə tezliyinin və ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi; sığortaçının işi aparması üçün zəruri xərclərin əsaslandırılması; sığortaçının zəruri ehtiyat fondlarının əsaslandırılması. Beləliklə aktuar hesablamalarla sığorta tarifləri müəyyən edilir.



Sığorta tarifi – bağlanmış sığorta müqaviləsinə görə sığortaçının öhdəliklərinin pul ilə ifadəsinə bərabər sığorta riskinin qiymətidir. Mütləq pul vahidləri və ya sığorta məbləğinin faizi kimi ifadə edilir. İcbari sığorta növləri üzrə sığorta tarifi (məbləği) qanunvericiliklə, könüllü sığorta növləri üzrə sığorta tarifi isə sığortaçı tərəfindən təyin olunur.

Sığorta tarifi sığorta riski nəzərə alınmaqla təyin olunur.

Sığorta müqaviləsi bağlanmış sığorta tarifi, brutto-dərəcə adlanır. Öz növbəsində, brutto-dərəcə iki hissədən ibarətdir: netto-dərəcə və yüklənmə. Əslində netto-dərəcə sığorta riskinin qiymətini bildirir: yanğın, daşqın, partlayış və s. Yüklənmə sığorta işinin təşkili və keçirilməsi üzrə sığortaçının xərclərini ödəyir, ehtiyat fondlarına ayırmalar edir, gəlir elementləriniəhatə edir. İstənilən sığorta növü üzrə netto-dərəcənin qurulmasının əsasında sığorta hadisəsinin baş vermə ehtimalı dayanır.Yüklərin sığortalanması tariflərinin müəy­yən edilməsində üç amil əsas rol oynayır:


  1. Nəqliyyatın növü;

  2. Yükün (malın) növü;

  3. Yolun uzunluğu.

Yüklərin sığorta tariflərinin müəyyən olunması və sığorta haq­larının təyin edilməsi daim təsir göstərən bir sıra amildən asılıdır. Onu da qeyd etmək lazımdır ki, tarif kifayət qədər sərbəst iqtisadi alətdir və sığortalıların maksimal sığorta müdafiəsini təmin etmək üçün onların bütün maraqlarını nəzərə almalıdır.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin