Tarif dərəcələrinin hesablanması qaydası
Sığorta tarifləri hesablanarkən, sığorta etdirənlərdən alınacaq sığorta haqlarının sığorta ödənişlərinin verilməsi ilə yanaşı həm də işlərin aparılması xərclərinə kifayət etməsi də nəzərə alınır.
Tarif mənfəəti sığorta işinin kommersiya xarakterli olması nəzərə alınaraq sığorta tarifinin strukturuna daxil edilir. Başqa sözlə desək, sığortaçı fiziki və hüquqi şəxslərə sığorta xidmətləri göstərməklə yanaşı həm də mənfəət qazanmağa çalışır. Qeyd etmək lazımdır ki, sığorta tarifinin strukturunda tarif mənfəəti nəzərdə tutulmaya da bilər. Çünki sığortaçı maliyyə nəticəsini birbaşa olaraq sığorta tarifinin strukturu üzrə deyil, konkret fəaliyyətlə əlaqədar yaranan gəlirlər və xərclər əsasında müəyyən edir.
Brutto-dərəcə (brutto-tarif) sığorta müqaviləsinə görə sığortalının sığortaçıya ödədiyi sığorta haqqının tam həcmini əks etdirir. Brutto-dərəcə netto-dərəcədən və ona əlavə olunan yüklənmədən ibarətdir. Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə netto-dərəcə hesablanır. Netto-dərəcə (netto-tarif) sığorta tarifinin əsas hissəsi olub, sığortaçının sığorta fondundan xərclərini əks etdirir. Netto-dərəcənin hesabalnmasında aşağıdakı statistik məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı;
2) Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği;
3) Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi;
4) Bağlanılacaq sığorta müqavilələrinin gözlənilən sayı.
Sığorta hadisəsinin baş vermə ehtimalı –q, orta sığorta məbləği –S və orta sığorta ödənişi –SÖ aşağıdakı kimi hesablanır:
burada, N – keçmişdə müəyyən dövr ərzində bağlanılmış sığorta müqavilələrinin ümumi sayı; M –sığorta hadisələrinin sayı; Si – isaylı sığorta müqaviləsi üzrə sığorta məbləği; SÖK – k saylı sığorta hadisəsi üzrə sığorta ödənişidir.
Yeni sığorta növləri üzrə q, S və SÖ kəmiyyətləri barədə məlumat olmadığı üçün bu kəmiyyətlərekspert metodu ilə qiymətləndirilə bilər və ya onların əvəzinə həmin kəmiyyətlərəanaloq göstəricilərin qiymətini götürmək olar. Bu halda ekspertin rəyi və ya həmin kəmiyyətlərin analoqunun götürülməsi üzrə əsaslandırılmış izahat təqdim olunmalıdır. Orta sığorta ödənişinin orta sığorta məbləğinə nisbətini isə aşağıda göstərilənlərdən az götürməmək tövsiyə olunur.
0,3 – fərdi qəza sığortası və sağlamlıq sığortası növləri üzrə;
0,4 – yerüstü nəqliyyat vasitələrinin sığortası üzrə;
0,5 – yüklərin sığortası üzrə;
0,6 – hava və su nəqliyyatı vasitələrinin sığortası üzrə;
0,7 – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin və məsuliyyətin digər növlərinin sığortası, maliyyə risqlərinin sığortası üzrə.
Netto-tarif iki hissədən ibarətdir − əsas hissə (TƏ) və risk əlavəsi (TR):
TN = TƏ + TR.
Netto-tarifin əsas hissəsi (TƏ), sığorta hadisəsinin baş verə ehtimalından (q), orta sığorta məbləğindən (S) və orta sığorta ödənişinin (SÖ) qiymətindən asılı olan sığorta məbləğinin orta zərərliliyinə uyğundur. Netto-tarifsığortaçılara ödəmə fondunun yaradılması üçün nəzərdə tutulur. Buna görə də o sığortaçı və sığorta olunan arasında münasibətlərin ekvivalentliyini təmin edə bilməlidir. Başqa sözlə, sığorta şirkəti sonradan sığortaçılarla ödəmək lazım olan qədər sığorta mükafatı yığmalıdır.
Netto-tarifin əsas hissəsi aşağıdakı ifadə ilə hesablanır:
Risk əlavəsi – TR sığorta hadisələrinin sayının orta qiymətdən çox olma ehtimalını nəzərə almaq üçün daxil edilir.
Dostları ilə paylaş: |