Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Verilənlərin rabitə kanalları ilə ötürülməsi mərhələsi



Yüklə 230,72 Kb.
səhifə60/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Verilənlərin rabitə kanalları ilə ötürülməsi mərhələsi kom­pü­ter şəbəkələrində informasiyanın yaranma mənbələrinin infor­ma­si­yanın sax­lanma və işlənmə yerindən uzaqda olduğu hallarda is­ti­fadə olunur. Mə­sələn, verilənlər bazası informasiyanın yaranması və ilkin qeydiyyatı yerindən uzaq məsafədə, verilənlərin işlənməsi də uzaq kompüterdə yerinə yetirilir, informasiyanın çıxışı şəbəkə prin­terində yerinə yetirilir, verilənlər isə şirkətin serverində çap olunur və s.

Adətən bir təşkilat çərçivəsində (uzaqlıq yüz metrlərlə olarsa) lo­­kal hesablama sistemindən, sığorta fəaliyyətinin informasiya siste­mi­nin ida­rə edilməsinin ərazi-paylama sistemi üçün İntranet şəbə­kə­sindən, sı­ğorta korporasiyalarının informasiya qarşiliqlı fəaliyyəti üçün Ekstranet şəbəkəsindən istifadə olunur.

Kompüter şəbəkəsinin arxitekturası sığorta fəaliyyətinin infor-ma­­siya sisteminin miqyasına və təyinatına uyğun olmalıdır. Şəbə­kə­lər aşa­ğıdakı tipik strukturlara malik olur:

- əgər istifadəçilərin sayı çox deyilsə (10-12 nəfərə qədər) Win­­dows XP əməliyyat sistemi bazasında birranqlı kompüter şəbə­kə­si;

- əgər istifadəçilərin sayı çoxdürsa Windows XP əməliyyat sis­temi ba­za­sında “fayl serveri” texnologiyası və server kompüter şə­bə­kəsi;

- əgər istifadəçilərin sayı çoxdürsa və sığorta fəaliyyətinin in­for­­masiya sisteminin yüksək məhsuldarlığı tələb olunursa Windows XP əmə­liyyat sistemi bazasında “müştəri serveri” texnologiyası və server kom­püter şəbəkəsi;

- əgər istifadəçilərin sayı çoxdürsa və sığorta fəaliyyətinin in­for­­masiya sisteminin yüksək məhsuldarlığı tələb olunursa və kom­po­nent­lərinin apparat və proqram müstəqilliyini təmin etmək vacib­dir­sə Win­dows XP əməliyyat sistemi bazasında “çoxsəviyyəli müştəri serveri” texnologiyası və server kompüter şəbəkəsi;

- əgər istifadəçilər əraziyə görə paylanmışlarsa Windows XP əmə­­liy­yat sistemi bazasında “müştəri serveri” texnologiyası və İnter­net kom­püter şəbəkəsi;

- əgər istifadəçilər əraziyə görə paylanmışlarsa və müxtəlif şir­kət­lərin nümayəndələridirlərsə Windows XP əməliyyat sistemi baza­sın­da “müştəri serveri” texnologiyası və Ekstranet kompüter şəbə­kəsi;

Kompüter şəbəkəsinin yaradılmasında struktur təşkilatlarının əla­qəsinin mövcud topologiyası - sığorta şirkətinin idarə etmə sis­temi­nin təşkilati strukturu - nəzərə alınır. Bu struktura aşağıdakılar daxildir:

- mərkəzi ofis;

- sığorta şirkətinin şöbələri;

- sığorta şirkətinin nümayəndəlikləri;

- mobil istifadəçilər.




Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin