Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə62/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Verilənlərin dərci mərhələsi sığorta şirkətləri və onların müş­­təriləri (mövcud və potensial) arasında bilavasitə əlaqə yaradır. Dərc olu­nan məlumatlara aşağıdakılar aiddir:

- reklam materialı;

- xarici hesabat sənədləri;

- fəaliyyət növlərinin və sığorta xidmətlərinin annotasiya və s.

Sığorta şirkətləri şəxsi və icarəyə götürülmüş veb-serverdə yer­­ləş­di­rilmiş veb-saytlar yaradırlar. Sığorta korporasiyaları çərçi­və­sində korporativ olmayan istifadəçilərin daxil ola bilmədiyi daxili veb-server yaradırlar.

Rusiya federasiyasında istifadə olunan “Parus Straxovanie 6.x.” proqramı iri sığorta kompaniyalarının mərkəzi ofisləri ilə uzaq filialları bir­ləşdirən korporativ informasiya sistemi qurmağa imkan verir. “Stra­xovşik” proqramı da sığorta fəaliyyətinin korporativ in­for­masiya sis­temlərinə aiddir.

Hindistanın 3i Infotech İT şirkətinin hazırladığı Premia sis­temi dün­yanın 140 şirkətində tətbiq olunur. Bu sistem sığorta sa­hə­sində ən müa­sir texnologiyaların və beynəlxalq təcrübənin istifadəsi üçün şərait yaradır. Sistemin üstünlüyü beynəlxalq standartlar səviy­yəsidə sığorta şirkətlərinin biznes fəaliyyətini dəstəkləyən vahid sa­hə­ni təmin edən funksional genişliyindədir

Sığorta fəaliyyətinin avtomatlaşdırılması üçün informasiya sis­te­­min­də əsas məsələ verilənlər bazası idarə etmə sisteminin yara­dıl­ma­sı­dır. İnformasiya sisteminin yaradıcıları sığortaya aid özünə­məx­sus ma­liy­yə sənədləri, xüsusi mühasibat qeydiyyat sənədləri və nəq­liyyatın xü­su­siyyətləri ilə kifayət qədər tanış olmalıdırlar. Digər tərəfdən nəqliyyat sığortası zamanı informasiya texnologiyaları və verilənlər bazasının layihələndirilməsinə aşağıdakı mütəxəssislər cəlb edilməlidirlər:

- məntiqi verilənlər bazasını yaradanlar;

- fiziki verilənlər bazası yaradanlar.

Verilənlər bazasının üç səviyyəsini fərqləndirmək olar:

- mərkəzi ofisdə bütün firma çərçivəsində informasiya;

- regional filialda baxılan region çərçivəsində informasiya;

- şöbədə onun əhatə etdiyi ərazi çərçivəsində informasiya;

Bütün hesablama şəbəkəsini isə iki əsas tərkib hissəyə ayır­maq olar:

- konkret struktur şöbələrinin (sığorta şəbəkəsinin filiallarının) şə­bə­kəsi;

- onlar arasında əlaqə yaradan şəbəkələr.

Məntiqi verilənlər bazası yaradan mütəxəssis rabitənin iden­ti­fi­­ka­si­ya­sını aparmalı, yəni yaddaşda saxlanılan verilənlərə qoyulan məh­­dudiyyət şərtlərini müəyyən etməli, onun quruluşu, təşkili və biz­nes qay­daları haqqında hərtərəfli biliklərə malik olmalı, əsas xüsusiy­yətlərini təsvir etməlidir.

İcbari sığortalar haqqında Azərbaycan Respublikasınını Qanu­nu­­nun 59-cu maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mül­ki mə­su­liyyətinin icbari sığortası üzrə məlumat mübadiləsinin və bu sığor­tanın həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məq­sə­dilə həmin ic­bari sığorta üzrə, o cümlədən icbari sığorta müqavilələri və sığorta ha­disələri, sığortaçılar, sığortalılar, sığorta olunanlar, zə­rər­çəkən şəxslər və (və ya) zərərvurulan əmlak, avtonəqliyyat vasi­tələri və onların sahib­ləri haqqında, habelə müvafiq icbari sığorta mü­qavilələri üzrə statistik və digər məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra “informasiya sistemi”) qurulur və istifadəsi təmin edilir. İn­for­masiya sistemi müvafiq məlu­matların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edil­məsi və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunaqlı vəziy­yət­də saxlanılması və emalını təmin etmək im-kan­larına malik olma­lı­dır. İnformasiya sisteminin qurulması və isti­fadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət sığor­ta nəzarəti orqanının nəzarəti altında Büro tərə­fin­dən həyata keçi­rilir.

İnformasiya sisteminin qurulması və istifadəsinin təmin edil­məsi za­manı həmin sistemin funksiyalarının səmərəli və vaxtında həyata ke­çi­rilməsi üçün Büro fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət orqan­larından məlumatlar, o cümlədən sığorta sirrini təşkil edən məlumatlar al­maq hüququna malikdir. Müvafiq icra hakimiy­yə­ti orqanları öz elektron informasiya ehtiyatlarında mövcud olan aşağı­dakı məlu­mat­ların informasiya sisteminə avtomatik qəbul edil­mə­si üçün həmin ehti­yat­ların informasiya sistemi ilə əlaqə­lən­di­ril­mə­sini təmin etməlidirlər:

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olu­nan məlumatlar;

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Res­­pub­likası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təs­diq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;

- hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hü­­quqi ünvanı;

- avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olu­­nan məlumatlar.

Sığorta nəzarəti orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro və Büronun iştirakçısı olan sığortaçılar informasiya sisteminin isti­fa­də­çiləri hesab edilirlər. İcbari sığorta müqaviləsinin müvafiq məlu­matların in­formasiya sisteminə daxil edilməsi yolu ilə bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə sax­la­nılması sığortaçı tə­rəfindən təmin edilməlidir. Sığortaçı və Büro baş vermiş sığorta hadi­səsinin tənzimlənməsi üçün lazım olan bütün mə­lu­matları informasiya sistemindən əldə etmək imkanına malik ol­maqla yanaşı, sığorta hadi­səsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlu­matları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər. İnfor­ma­si­ya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin möv­cud­luğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını tə­min etməlidir. İnformasiya siste­minə daxil edilmiş hər hansı məlumata yal­nız Büronun razılığı ilə və həmin məlumatı daxil etmiş istifadəçi tərə­findən düzəliş edilə bilər. Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlu­ma­tı aid olduğu şəxsin tələbi ilə ona təqdim et­mə­lidir. İnformasiya sisteminin istifadəçiləri həmin sistem vasitəsilə əl­də etdikləri fərdi məl­umatların, habelə sığorta sirri hesab edilən mə­lumatların istifa­də­si ilə bağlı qanunvericiliyin tələblərinə əməl et­mə­mə­yə görə qanun­ve­ricilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır­lar.

Sığorta müqavilələri və sığorta hadisələri barədə informasiya sis­­teminin informasiya ehtiyatından emal edilərək ümumiləşdirilmiş mə­lu­matları yalnız aşağıdakı şəxslər əldə etmək imkanına malik ol­malıdırlar:

-özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən veril­­miş sığorta ödənişlərinə münasibətdə Büronun iştirakçısı olan sı­ğor­­ta­çılar;

-informasiya sisteminin informasiya ehtiyatında olan bütün mə­lu­­mat­lara münasibətdə sığorta nəzarəti orqanı və Büro.




Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin