İnformasiyanın yığılması və qeydiyyatı mərhələsində sığortaçı və sığortalı arasında münasibətlərin sənədlərlə rəsmiləşdirilməsi üçün çoxlu sayda sənəd forması istifadə olunur (müqavilələr, arayışlar, kartotekalar, klassifikatorlar, sorğu kitabçaları və s.). Bu sənədlər əl və ya texnikanın istifadəsi ilə doldurulan blanklar formasında olur. Sonra informasiya kompüterə daxil oluna biləcək şəklə gətirilir.
İnformasiyanın yığılması və qeydiyyatı mərhələsi ilkin sənədlərin qeydiyyatını və ilkin göstəricilərin maşın daşıyıcılarında (kompüter və s.) hazırlanmasını təmin edir. Bu mərhələ əmək tutumu çox olan mərhələdir. Bu mərhələdə sığorta fəaliyyətinin informasiyalarının işlənməsinin avtomatlaşdırılması aşağıdakıları nəzərdə tutur:
- sığorta fəaliyyətinin unifikasiya edilmiş və standartaşmış sənəd formalarının istifadəsi;
- sənədləşmənin və sənəd mübadiləsinin elektron sisteminin, sənəd dövriyəsinin standartlarının tətbiqi;
- sığorta fəaliyyətinin normativ-sorğu informasiyasının verilənlər bazasına daxil olunması;
- daxil olan informasiyanın etibarlılığına nəzarət (qiymət diapazonuna, qiymət siyahısına, qiymətin formatına görə).
Dostları ilə paylaş: |