Sığorta riski:
1) sığorta hadisəsi nəticəsində sığortalının (sığorta olunanın) həyatına, sağlamlığına, əmlakına zərərin dəyməsi ehtimalıdır;
2) konkret elə sığorta hadisəsi, daha doğrusu zərərverici nəticələrə malik elə təhlükədir ki, itkilərə səbəb olur (məsələn, yanğın, partlayış və s.). Bu hadisələrin məcmusu sığorta məsuliyyətinin həcmi adlanır;
3) sığorta qiymətinə görə zərər vermə ehtimalı ilə əlaqələndirilən konkret sığorta obyektidir.
Sığorta ödənişinin həcminə və əhatə olunan sığorta obyektlərinin sayına görə sığorta risklərini böyük(əhəmiyyətli), ortavəkiçik(əhəmiyyətsiz) olmaqla üç yerə ayırırlar. Sığortaçının maraqlarına daha çox orta sığorta risklərinin sığortalanması uyğundur. Sığortaçı kiçik və böyük risklərin sığortalanmasından yayınmağa çalışır. Böyük risklərin sığortalanması məsələsi təkrarsığortalanma və ya şərikli sığorta yolu ilə həyata keçirilir. Əvvəl baş vermiş hadisələrin statistikasına əsaslanaraq sığortaçı kifayət qədər dəqiqliklə sığorta riskini proqnozlaşdıra bilər.
Hər bir fəlakət və bədbəxt hadisəyə əmək predmetlərinə toxunan təhlükə kimi baxılır. Məhz bununla əlaqədar sığorta münasibəti, yəni sığorta müqaviləsi üçün şərt (şərait) yaranır. Sığorta münasibətlərinin əmələ gəlməsi üçün riskin olması vacibdir. Risk amili sığortalanma tələbatı yaradır. Uyğun risk olmadan sığorta yoxdur. Risk sığorta müqaviləsinin bütün təsir müddətində mövcud olur. Sığortalanma vasitəsi ilə ixtiyarı insanın fəaliyyəti təsadüfülikdən müdafiə olunur.
Heç də bütün risklərin reallaşdırılma ehtimalı yoxdur. Riskin səviyyəsinin qiymətləndirilməsi üçün reallaşma tezliyi və nəticələrin ağırlığı anlayışlarına fikir vermək lazımdır. Əvvəlcədən baş verməsi qaçılmaz olan risklər sığorta obyekti ola bilməz.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə sığorta riskivə yarisk– sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.
Sığortaçının məsuliyyət həcminə görə risklər şəxsi və universal risklərə bölünür. Şəxsi risklərə daşıma və ekspozisiya zamanı qiymətli rəsm əsərinə qarşı (məsələn, vandalizm aktının törədilməsi) sığortalanan riskləri nümunə göstərmək olar. Universal risk əsasən əmlak sığortası müqavilələrinin predmeti olur və sığortaçının məsuliyyət həcminə daxildir.
Spesifik risklər anomal və fəlakətli olmaqla xüsusi qrup təşkil edir. Anomal risklərə ölçüləri bu obyektləri bu və ya digər sığorta riski qrupuna daxil etməyə imkan verməyən risklər aiddir.Anomal risklər normadan aşağı və yuxarı olur. Normadan aşağı anomal risklər sığortaçı üçün əlverişlidir və sığorta müqaviləsinin adi şərtləri ilə ödənilir. Normadan yuxarı risklər sığortaçı üçün həmişə əlverişli deyil və sığorta müqaviləsinin xüsusi şərtləri ilə ödənilir.
Fəlakətli risklər xüsusi böyük ölçülü zərər vurmaqla çoxsayda sığortalanmış obyekti və ya sığortalını əhatə edən böyük qrupu təşkil edir. Bunlar qarşısıalınmaz təbiət qüvvələrin meydana gəlməsi ilə, həmçinin maddi rifah əldə edilməsi prosesində yaradıcılıq fəaliyyəti ilə əlaqədar risklərdir.
Sığorta riskinin maliyyə, qeyri-maliyyə, təmiz, spekulyativ, fundamental və özəl növləri vardır.
Ümumi təsnifata görə risklər:ekoloji, nəqliyyat, siyasi və xüsusi olmaqla dörd yerə bölünür.
Dostları ilə paylaş: |