Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Riskin idarə olunması prosesi aşağıdakı mərhələlərə bölünə bilər



Yüklə 230,72 Kb.
səhifə19/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Riskin idarə olunması prosesi aşağıdakı mərhələlərə bölünə bilər:

  • məqsədin müəyyənləşdirilməsi;

  • riskin müəyyənləşdirilməsi;

  • riskin qiymətləndirilməsi;

  • riskin idarə olunması üsulunun seçilməsi;

  • riskin idarə olunması üsulunun tətbiqi;

  • nəticələrin qiymətləndirilinəsi, itki­lərin minimallaşdırılması.

Məhdudlaşdırmaq üçün bütün risklər aşağıdakı əlamətlər üzrə hərtərəfli xarakterizə edilməlidir:

1. İtki və ya sığorta təhlükəsi yaradan səbəblər kompleksi

2. Zərəri doğuran işlərin gedişi

3. Zərərin pul ilə qiymətləndirilməsi prinsipləri

Riskləri aşağıda göstərilən üsullarla məhdudlaşdırmaq olar:


  • məsuliyyətin müvafiq bəndin müqaviləyə daxil edilməsi ha­lında digərinə (tərəfdaşa) keçməsi (məsələn, yükün daşınması üzrə riskin çatdıran və ya daşıyan şirkətə keçirilməsi);

  • bir neçə icraçının iştirak etdiyi iri layihələrin həyata keçiril­məsində riskin bölüşdürülməsi (hər kəs öz iştirak payı həddində məsuliyyət daşıyır);

  • sifariş portfelinin məqsədyönlü formalaşdırılması halında sə­pələnmə (məsələn, bank geri qaytarmama riskini azaltmaq üçün ssudanın verilməsini bir neçə firmaya həvalə edir).

Sığorta nəzəriyyəsi və təcrübəsində hadisələrin sığortalana bilməsi üçün riskin aşağıdakı kriteriyaları əsas götürülür:

  • risk hadisə kimi ehtimal xarakterlidir və onun baş verməsi tə­sadüfi xarakter daşıyır;

  • sığorta riskinin baş vermə faktı zaman və məkanca qeyri-məlumdur;

  • sığorta riskinin nəticələri pul ifadəsi ilə ölçülür;

  • böyük ədədlər qanununun tətbiqi və sığorta təzminatı prinsi­pi üçün eynicinsli risklərin məcmusu mövcud olmalıdır;

  • risk hadisə kimi sığortası qanunla qadağan olunmuş maraqla­ra toxunmamalıdır.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin