Sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edən sənəd sığorta şəhadətnaməsidir. Sığorta şəhadətnaməsində sığorta müqaviləsində nəzərdə tutulan məlumatlar qeyd olunur.
Nəqliyyat vasitələrinin sığorta müqaviləsinin bağlanması üçün aşağıdakı sənədlər tələb olunur:
nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamə (yəni nəqliyyat vasitəsi kimə məxsusdur);
nəqliyyat vasitəsinin qiyməti haqqında sənədlər;
nəqliyyat vasitəsinin istifadəyə hazır olduğu barədə sənədlər;
nəqliyyat vasitəsinin istifadəsi barəsində şərtlər;
nəqliyyat vasitəsinin nömrəsi;
nəqliyyat vasitəsi haqqında məlumat, xidmət etdiyi vaxt, təmiri, kapital təmiri haqqında məlumat.
Nəqliyyat vasitəsinin itməsi halları sığorta polisində xüsusi qeyd olmalıdır.
Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən müqaviləyə sığortalının və ya sığortaçımı tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər.
Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqaviləmi qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır, əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır.
Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır əgər bu tələb sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
Sığortalının ölümü ilə əlaqədar sığorta müqaviləsinə xitam verildikdə, sığortaçı müqavilə müddətinin qalmış hissəsi üçün əvvəlcədən ödənilmiş sığorta haqlarını vəfat etmiş sığortalının qanun vərəsəsinə qaytarır.
Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
Dostları ilə paylaş: |